Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 

15

Nuxa, Şamaxı və Yelizavetpol qəzalarında Cagirli



123

, hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Şamaxı bö-

lgələrində Cəyirli formasında rast gəlinir.

124


 

Qaraqoyunluların  əsas tayfalarından olan Haculu tayfasının adı "Kitabi Diyarbəkriyyə"  əsərində qeyd 

olunur. Qara Yusifın Ərzincan valisi Pir Ömərə yardıma göndərilmiş əmirləri arasında Əmir İlyas Hacılunun adı 

çəkilir. Hacılu tayfasının Oğıızların Döğər boyundan olduğu göstərilir.

125 

F.Sümer Haculu tayfasının öncə 



Kərkük-Ərbil bölgəsində ya -

[32-33]


- şadığını göstərsə də, F.Kırzıoğlu bu tayfanın Qarabağda məskunlaşdığını 

qeyd edir.

126

 Hacılu tayfası ilə bağlı oykonimlər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur, 



Qaryagin, Ərəş, Cavanşir, Yelizavetpol, Qazax və Sürməli qəzalarında saxlanılmışdır.

127


 

Qaraqoyunlu tayfa birliyinə daxil olmuş  Ağacəri tayfasının mənşəyi elmi ədəbiyyatda müxtəlif cür 

yozulmuşdur. Azərbaycan xalqının təşəkkülündə  və etnik təkamülündə müəyyən rolu olmuş  ağxəzərlərdən 

mənbələrdə müxtəlif adlar altında (ağacərilər və s.) bəhs edilmişdir. "Əski türklər xəzərlərə  ağacəri,  əski 

yunanlar isə  ağatirs adı vermişlər".

128 


Ağacəri türk tayfası  ağatir adı ilə Herodotda və antik müəlliflərin 

əsərlərində qeyd edilmişdir.İ.Markvart düzgün olaraq onu "meşə adamı" kimi izah etmişdir.

129

 F.Rəşidəddin də 



Ağacəri adının "meşə adamı" olduğunu qeyd edir.

130


  İ.M.Artamanov bu etnonimi "ağa" və "çəri" kimi izah 

edir.


131

 V.A.Qukasyan onun fikri ilə razılaşmayaraq güman edir ki, o türk etnonimlərinin "ağ" və "qara" sözləri 

ilə başladığını  nəzərdən qaçırmışdır.

132


  Mənbələrdə göstərilir ki, Xəzər tayfalarının bir qolunu təşkil etmiş 

ağacərilər 465-ci ildə Qafqazın  şimalından Azərbaycana daxil olmuşlar. Artıq 488-ci ildə  ağacərilər sara-

qurlarla birlikdə sasanilərə qarşı çıxmış və onlar arasında tez-tez toqquşmalar baş vermişdi.

133


 

Oğuz dastanlarında, türkmən rəvayətlərində qeyd edilir ki, ağacərilər Qafqazda əfsanəvi Oğuz xanla 

birlikdə gəlmişlər və onların oğuzlarla qohumluğu dəfələrlə xatırlanır. Təsadüfi deyildir ki, həmin mənbələrdə 

ağacərilərin adı oğuzların "Üçok" boyu ilə birgə çəkilir.

134

 Səlcuqlarla bağlı olan I195-ci il hadisələrindən aydın 



olur ki, ağacərilər  əsasən Suriyada Maraş  və  Əlbistan mahallarında məskunlaşmışdılar. Səciyyəvidir ki, onlar 

1246-cı ildə  məhz bu yerlərdə - Maraş dağlarında bayat və  əfşar tayfaları ilə birlikdə Bayqu Noyana qarşı 

mübarizə aparmışlar.

135


 Tarixi mənbələr göstərir ki, ağacərilərin mühüm bir hissəsi Monqol yürüşləri ərəfəsində 

[33-34]


 Təbrizdən Qəzvinə gedən yolun şərqindəki Xalxal bölgəsinə hakim olmuşlar.

136


 Maraqlıdır ki, bu gün 

də İranda (Kerman, Zəncan və Xuzistan və s.) "ağacəri" oykoniminə və hidroniminə rast gəlmək mümkündür.

137

 

F.Sümer ağacərilərin mənşəyini V əsrdə Azərbaycanda məskunlaşmış  ağatsir tayfası ilə bağlamağın 



əleyhinə  çıxır və öz fikrini, ağacərilərlə çağdaş olmuş tarixçilərin onları "türkmən" adlandırması ilə 

əsaslandırır.

138

 Qaraqoyunlu Qara Məhəmmədin bacısı Tatar Xatunun ağacəri rəisinə ərə verilməsi nəticəsində 



onlar arasında yaxın qohumluq əlaqələri yaradılmışdır.

139


 

Qaraqoyunlu tayfa birliyinə daxil olan Bayramlu tayfası öz adını Xoy hakimi Bayram bəydən almışdır. 

Bayram bəy Qaraqoyunlu hökmdarı Qara Yusifın əmirlərindən olmuş, oğlu Şahsuvar bəy də Cahanşahın divan 

bəyi olmuşdu.

140

 Əbu Bəkr Tehrani öz əsərində Bayram bəyin Əmir Qara Yusifin divan əmiri olduğunu qeyd 



edir

141


. F.Sümer Qaraqoyunlu tayfa birliyində Düharlu, Döğər, Ayinlu tayfasının olduğunu göstərir. Düharlu 

tayfasının Ərzrum-Bayburd bölgəsində, Ayinluların Şərqi Anadoluda, Döğərlərin isə Suriyada yaşadıqları qeyd 

olunur.

142


  Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə"də Qara Yusifin Ərzincana Pir Ömərin yardımına 

göndərdiyi əmirlər arasında Bəyazid Ayinlunun olduğunu qeyd edir

143

. Qaraqoyunlu tayfa birliyinə Süleymani, 



Zırki və Mahmudi kürd tayfaları da daxil olmuşdur.

144


 Bayramlu və Döğər tayfası ilə bağlı oykonimlər 

Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Bayramlı və Dügərli formasında qalmışdır.

145

 

Oğuz - türkman mənşəli Qaraqoyunlu tayfa birliyinə daxil olan müxtəlif boyların və tayfaların  əski 



dövrdən e"tibarən Azərbaycanda məskunlaşması, bu tayfa birliyinin təkamülündə əsasən yerli tayfaların iştirak 

etdiyi göstərilir. Oğuzların erkən dövrlərdən Azərbaycan ərazisində məskunlaşması, bu torpağın əzəli və köklü 

əhalisi olması elmi ədəbiyyatda sübuta yetirilmişdir. Qaraqoyunlu tayfa birliyinə da- 

[34-35]


 -xil olan bə"zi 

boyların V əsrdən Azərbaycanda yaşadığını  nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə 

yaşadıqlarını güman etmək olar. 

F.Sümer belə hesab edir ki, Qaraqoyunluların ilk vətəni Şərqi Anadolu olmuşdur və onlar Azərbaycana, 

İrana məhz oradan-Şərqi Anadoludan köçmüşlər.

146


 Z.Bünyadov və O.Əfəndiyev haqlı olaraq F.Sümerin bu 

fıkrinə qarşı çıxmışlar: "F.Sümerin bu müddəası ilə razılaşmaq çətindir. Çünki Azərbaycan türkdilli tayfaların 

Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ 

hələlik özünün tam həllini tapmamışdır. Lakin ehtimal etməyə  əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının 

tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və 

Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar".

147

 

Türk tarixçilərinin araşdırmalarında da monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş 



türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyü qeyd olunur.

148


 Güman etmək olar 

ki, sonralar onlar da Qaraqoyunlu tayfalarına birləşmiş  və Azərbaycanda Qaraqoyunlular dövlətinin 

yaranmasında iştirak etmişlər. 

 

 



 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə