Səudİyyə ƏrəbİstanınIN neft sahələrİ
İngilislər İranda tarixdə misli görülməmiş bir imtiyaz əldə etdikdən sonra, “Neft imperiyaları”nın
sərhədlərini genişləndirmək üçün daha ciddi fəaliyyətə başladılar. İngilis neft imperiyasını quran
Deterdinq Osmanlı İmperiyası sərhədləri içərisində mövcud olan nefti də ələ keçirmək istəyir və bu
məqsədlə Orta Şərqin bütün neft sahələrini ingilislərin inhisarına almaq üçün mübarizə edirdi.
Deterdinq ingilis imperiyasının bütün siyasi xadimlərini, bütün qüvvələrini öz casuslarının yanında
səfərbər etmişdi. Osmanlı İmperiyası sərhədləri içərisində qorxunc bir mübarizənin, neft uğrunda
mübarizənin başlaması mütləq idi...
Bu mübarizəni, açıq və ya gizli diplomatiyasını səfərbər edən İngiltərə ilə Deterdinqin casusları
birlikdə XX əsrin ən böyük hökmdarı və siyasi xadimi Sultan II Əbdülhəmid xana qarşı
başlayacaqlar.
Bu iki nəhəng qüvvə, Sultan II Əbdülhəmid xanın önündə məğlub olacaq və səltənətdə istədikləri
müvəffəqiyyəti əldə etməyəcəkdilər. Sultan II Əbdülhəmid xan mübarizənin öz inhisarında olan neft
mücadiləsi olduğu mövzusunda qəti bir qənaətə gəlmiş, Osmanlı İmperiyası sərhədləri içərisində
olduğu kimi, imperiyanın sərhədləri xaricində də bir-birləri ilə şiddətli mübarizələr aparan İngiltərə
ilə Almaniyanın bu mübarizəsindən istifadə etmiş və ölkəsini hər cür təhlükədən uzaq tutmuşdu.
Sultan II Əbdülhəmid xan bu mübarizədən əsrin ilk və ən mükəmməl casus təşkilatından istifadə
etməklə müvəffəqiyyətlə çıxa bilmişdir. Tarixçilərimizin “Xəfiyyə odusu” adını verdikləri, lakin
əslində dövlətin daxili və xarici təhlükəsizliyini mühafizə edərək, dünyanın dörd bir tərəfinə
yayılmış, içərisində xarici səfirlər, hətta xarici hökumət adamlarının da olduğu 2500 kadrla
düşmənlərlə mübarizə imkanını tapa bilmiş və bu mübarizədən də üz ağlığı ilə çıxmışdı. Nə yazıqlar
ki, ittihatçılar 24 iyul (1908) çevrilişindən sonra hər sahədə olduğu kimi bu sahədə də bir növ xəyanət
kimi düşünülən addımlarını ataraq dünyanın ən mükəmməl bir casus təşkilatını “Xəfiyyə” adı altında
lənətləyib dağıtmışdılar.
VƏHHABİ ÜSYANLARI
Neft mücadiləsinin ağırlıq mərkəzini Ərəbistan yarımadası təşkil etməkdə idi. Xüsusilə Hicaz və
Yəmən bu mücadilənin əsası hesab olunurdu. Ancaq, əsl məqsəd Mosul neftini ələ keçirmək idi.
Hicaz-Küveyt-Omman-Qatar və digər yerlərdəki neft yataqları bu mücadilənin aparıldığı tarixdə hələ
məlum deyildi. Ancaq, ingilislər mücadiləni Hicazdan başlamaqla Osmanlı İmperiyasının diqqətini
bu əraziyə cəlb etmək siyasətini yürütdülər. Onlar bununla Mosul və ətrafını hələlik boş buraxmaqla
çirkin siyasətlərini vəhhabiləri Osmanlı İmperiyasına qarşı üsyan qaldırmalarına yönəltmişdilər.
İngilislər bu üsyanları reallaşdırmaq üçün Sidney Reyi (yaxud Roznblum) ilə Filbi adlı iki
mütəxəssisi Əbdüləziz ibn Səudun yanında yerləşdirdilər. Vəhhabilərin lideri Əbdüləziz ibn Səudun
yanında vəzifə tutan bu iki şəxs eyni zamanda İngiltərə Entellijans Servisinin də ən təcrübəli
əməkdaşları idilər.
Sidney Reyi 1901-ci ildə D’Arcyin əlindən İran nefti imtiyazı sənədini aldıqdan sonra 1902-ci ildən
etibarən Ərəbistan yarımadasında çalışmağa başladı.
Sultan II Əbdülhəmid xan Əbdüləziz ibn Səudun yavaş-yavaş gücləndiyini görür və onun gələcəkdə
Osmanlı İmperiyası üçün problem yarada biləcəyini də hiss edirdi. O həqiqətən də təxminlərində
yanılmadı. Əbdüləziz ibn Səudun sonrakı hərəkətləri bunu açıq-aydın göstərdi. Sultan II Əbdülhəmid
xan ingilislərin planlarını əvvəlcədən duyduğu üçün Hicaz və Yəməndə müəyyən islahat keçirmək
üçün layihələr hazırladı. Ancaq, Əbdüləziz ibn Səudun rəhbərliyi altında baş verən üsyan bu islahatın
gerçəkləşməsinə imkan vermədi. Üsyançıların xərclədikləri pul ingilis qızılı və işlətdikləri silah da
yenə ingilis istehsalı idi.
Sultan II Əbdülhəmid xan dərhal bu üsyanı yatırtmaq üçün müəyyən tədbir gördü. Almanların inşa
etdikləri Bağdad dəmir yolu ilə İraq və Bəsrə üzərində nüfuzunu daha da gücləndirən sultan cənuba,
yəni Yəmənə tərəf hərəkət etdi və Küveyt şeyxi Mübarək İbnüssabah ilə anlaşaraq onu öz tərəfinə
çəkə bildi. Bundan sonra Əbdüləziz ibn Səudin qaldırdığı üsyan asanlıqla yatırıldı.
Nəcid şəhəri artıq bir fitnə-fəsad yuvası olmuşdu. İngilislərin təcrübəli cəsusları əllərində
Deterdinqin qızılları tayfa başçıları və şeyxlər arasında vurnuxaraq onları Osmanlı İmperiyasına
qarşı üsyana təhrik edirdilər. Ancaq, Əbdüləziz ibn Səud Osmanlı ordusundan yediyi zərbədən sonra
Sultan II Əbdülhəmid xana boyun əyməyə məcbur olur. Digər şeyxlər və tayfa rəislərinin böyük bir
hissəsi türklərin tərəfində idi.
Məkkə şərifi Hüseyn Sultan II Əbdülhəmid xanın sağ qolu hesab olunurdu. Məkkə şərifinə verilən
paşalıq adı və göndərilən hədiyyələr onu qane etdiyindən həmişə Osmanlı dövlətinin tərəfində
olmuşdur. Sultan II Əbdülhəmid xan ingilislərin ona qarşı işlətdikləri taktikadan istifadə edərək
onları məğlub etməyi bacardı.
Şərif Hüseyn Osmanlı dövlətinə sədaqətini sübut etmək üçün Araifi qəbiləsini Əbdüləziz ibn Səudə
qarşı yönəltdi. Sultan II Əbdülhəmid xan incə zəkası və uzaqgörənliyi ilə ərəbi ərəbə qarşı qoymağa
nail oldu. Bu siyasət onun taxta oturduğu gündən bəri istifadə etdiyi bir üsul idi. Araifilər ilə
vəhhabilər arasında cərəyan edən mücadilələr zamanı Araifilər Əbdüləziz ibn Səudun qardaşını tutub
şərif Hüseynə təslim etdilər. Əbdüləziz ibn Səud vəziyyətdən xilas olmaq üçün Osmanlı dövlətini
tanımaq və ildə müəyyən miqdarda vergi vermək şərti ilə qardaşını geri alaraq mücadilədən çəkildi.
Deterdinq və ortaqları İngiltərə Dəniz Birinci Lordluğu və Entelijans Servis ilk təşəbbüslərində ağır
Dostları ilə paylaş: |