Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

tədbirlərlə nüma​yiş​lərin qarşısını yenə də ala bilmədi.
Tehrandakı ingilis səfirliyi isə hadisələri çox soyuqqanlıqla izləyirdi. Ancaq vəziyyət o dərəcəyə
çatdı ki, Tehrandakı ingilis səfiri İran hökumətinə sərt nota verməyə məcbur oldu.
İngilislər Tehran hökumətinə verdikləri bu notada ingilislər əleyhinə olan nümayişlərin dərhal
dayandırılmasını tələb edirdilər. Ancaq hökumət numayişlərin qabağını almaqda aciz idi. Buna bax​-
mayaraq ingilislərin notasına yumşaq dillə qələmə alınmış bir notada hadisələrə nəzarət ediləcəyinə
və vəziyyətin nor​mal​laşdırılacağına söz verilirdi.
Ölkənin çox hissəsində nümayişlər dayandırılsa da Tehranda davam edirdi. Artıq əyalətlərdə bir aya
yaxın idi ki, vəziyyət nor​mal idi. 1952-ci il aprelin 11-12-də nümayişlər dalğası İranı yeni​dən
bürüdü. Bu zaman nümayişçilər ideoloji niyyətlərini açıq şə​kil​də bildirməkdən də çəkinmirdilər. O
tarixə qədər keçirilən nü​mayişlərdə özlərini gizlədən kommunistlər artıq ortaya çıxaraq ha​disələri bir
kommunist hərəkatı halına gətirmişdilər.
Hökumət özünü itirmişdi. Hökumətin əlində bu hadisələrin ar​xasında Tudə Partiyasının durduğunu
müəyyən edən bir çox sü​butedici sənədlər var idi. Buna baxmayaraq hökümət lazımi təd​birlər
görməyə cəsarət etmədi. Baş nazir Hüseyn Ala hər hansı artıq bir hərəkətin ölkədə vətəndaş
müharibəsinə səbəb ola biləcə​yini bilirdi.
Kommunist hərəkatının başladığı tarixdən iki gün sonra İran üçün fəlakətli bir hadisə baş verdi. O
tarixə qədər hər cür nümayiş və etirazlardan kənarda qalan Abadanda da iğtişaşlar başladı. Xalq ilə
polis arasında baş verən toqquşmada iki ingilis və bir italyan texniki və altı iranlı fəhlə həlak oldu.
İranın neftayırma zavodlarının əsas mərkəzi olan Abadanda da nümayişlərin şiddətlənməsi ingilisləri
narahat etməyə başladı. İngiltərə Dəniz Birinci Lordluğu və Entelijan Servis onlara aid olan neft
məntəqələrini qorumaq üçün gördükləri tədbirləri dünya ictimaiyyətinə bildirdilər.
Dəniz Birinci Lordluğu nefti qorumaq üçün hərbi gəmilərini həmişəki kimi yenə də neft
istehsalçılarının əmrinə verdi. Bu neft istehsalçıları mənfəətləri təhlükə altına düşdüyü zaman
dünyanı atəşə qalamaqdan, donanmaları, orduları və minlərlə təyyarədən ibarət aviasiyalarını
hərəkətə gətirməkdən də çəkinməzlər.
Bax İran məsələsində də belə oldu, yəni ingilislər hərbi gə​milə​rini yenə də hərəkətə gətirdilər. Tarix
yenə təkrar olunurdu.
1921-ci ildə ingilislər Kostarika neftini ələ keçirmək üçün Ame​rika ilə mücadilə apardığı zaman
donanmalarını səfərbər etdi​yindən Amerika boyun əyməyə məcbur olmuşdur.
İndi də belə olur, yəni «Wild Goose», “Flamengo”, “Gam​bia”, “Mauritius” və “Euryalus” adlı
gəmilər bazalarından çıxa​raq Abadana tərəf hərəkət etdikləri vaxt İngiltərənin xarici iş​lər naziri
Herbert Morrison parlamentin aşağı palatasında İranda baş verən hadisələrə dair etdiyi çıxışında
aşağıdakıları demişdir: «İran​da baş verənlərə seyrici qala bilmərik. Bu səbəblə Aba​dana getmək
əmrini almış ingilis donanmasına mənsub gəmi​lər​dən ayrı olaraq lazım gələrsə yenilərini də
göndərəcəyik.
İngiltərə hökuməti Abadandakı ingilis mənfəətlərini qoru​maq üçün İran hökümətinin əlindən gələn
tədbirləri görəcəyi​nə inanır. İrandakı ingilis təbəələrinin məruz qalacağı təzyiqlə​rə görə İran
hökuməti məsuliyyət daşıyacaqdır».
İngiltərə hərəkətə keçmişdi. Qarşıya aşağıdakı suallar çıxır: İn​gil​tərə xarici işlər naziri Herbert
Morrison nə demək istəyir​di? O göndərilən gəmilərə yenilərini də əlavə edəcəyiz deyər​kən kimi
hədələyirdi? İranımı? İran bu ağır hədəyə dəyərmi? O kiçik və zəif bir dövlətdi. O halda bu sözlər
kimə, hansı dövlətə aiddir?


Əsas həqiqət İngiltərənin hədələdiyi dövlət Rusiya ilə Amerika və onun arxasındakı «Standard Oyl»
neft tresti idi. Heç vaxt İngiltərə İran neftinin əlindən çıxmasına razı ola bilməzdi.
İngilis neft mənbələrini tədqiq edənlər İngiltərənin qüdrətinin bu xam maddəyə, yəni neftə minnətdar
olduğunu müşahidə edirlər. İngiltərə neft sayəsində dünyanın istədiyi hər hansı bir yerində ar​zu​-
ladığını açıq və ya gizli əldə etməkdə, arzu etdiyi tədbirləri gör​mək​də özünü, yəni İngiltərəni haqlı
olduğunu da görürdü.
İngiltərə hökuməti xarici işlər nazirinin ağzı ilə elə bir dillə da​nışırdı ki, bu müraciət formasında və
tədbirlərin açıqlanmasında adətən bir meydan oxuma, bir müharibə ədası vardı.
Qarşıya bir sual çıxır: İngiltərə həqiqətən İran nefti üzün​dən bir müharibəyə girə bilərdimi? Buna
tərəddüdsüz olaraq verilən cavab sadəcə olaraq xeyrdən ibarətdir. Çünki İngiltərə üçün vacib
olduğuna inandığımız Üçüncü Dünya müharibəsinin hələ vaxtı gəlib çatmamışdı.
İngiltərə qorxulu bir qüdrət halına gələn Amerikanın istədiyi dərəcədə yorğun düşmədiyini bilirdi.
Halbuki, Amerika Koreyada yorulurdu, ancaq Koreyanın Amerikanı yorması o qədər də inan​dırıcı
deyildi.
Amerikanın gücdən düşməsi üçün yeni-yeni münaqişə cəbhə​lə​ri​nə ehtiyac vardı.
Ayrıca olaraq İngiltərə dənizlərdəki üstünlüyündən istifadə edərək Amerikanı millətlərin gözündən
salmanın vaxtını gözləyir​di. Bu İngiltərəni İranda müharibəyə girməkdən çəkindirən səbəblər​dən
birincisi idi. İkinci səbəb isə Rusiya-İran və İngiltərə arasında 1907-ci ildə bağlanan anlaşma idi.
İngiltərə bu xüsusu nəzərə al​ma​ya bilməzdi. Çünki Rusiya dərhal bu müqavilənin maddələrinə
dayanaraq İranın yarısını işğal etməsi imkanını əldən buraxmazdı. O təqdirdə də İngiltərə-Rusiya
müharibəsi qaçılmaz bir zəru​rət ola bilərdi və belə bir müharibə isə İran neftinin əldən çıxması
demək olardı.
İngiltərə yaxşı bilirdi ki, onun İrana hər hansı bir müdaxiləsi Rsiyanın da hərəkətə keçərək İranın bir
hissəsini işğal edəcəyi ilə nəticələnəcəkdi. Bu səbəbdən də İngiltərə bir hədələmə yolunu tut​mağa
məcbur oldu.
İngiltərə İranda ona məxsus nefti qorumaq üçün Abadana hər​bi gəmilər göndərirkən «Standard Oyl»
şirkəti də müəyyən təd​birlər görməyə çalışır. Yəni o dövrdə dünyanın ən məşhur iqtisad​çı​larından
biri olan Maks Thornbourqhun dili ilə ingilislərin İran nefti uğrunda apardığı mübarizədə tətbiq etdiyi
üsulu ağılsızlıq adlandırdı. Başqası belə bir fikri söyləsə idi, o qədər də əhəmiyyət verilməzdi.
Ancaq bu sözləri söyləyən şəxs «Standard Oyl of Ka​lifornia»nın iqtisadi məsələlər üzrə
mütəxəssislərindən biri idi.
Onun bəyanatı açıqca «Standard Oyl»un Rusiya ilə birlikdə olduğuna işarə idi. Qarşıya belə bir sual
çıxır: «Standard Oyl” İran nefti məsələsində «Royyal Datç-Şell Qrup» şirkəti ilə qarşı-qarşıyamı
gəlirdi? Bəli. Amerika irəlidə də göründüyü kimi İran neftini ələ almağa qərarlı idi və bu yolda bütün
imkanlarından istifadə etməyə çalışırdı. «Standard Oyl» məsələlərə açıqca mü​da​xilə edə bilməsə də,
baş verən hər bır xırda hadisədən də xeyrinə istifadə etməyə çalışırdı. Onun mıdaxilə edə
bilməməsinə səbəb həm müharibə dövründə, həm də 1948-ci ildə ingilislərlə amerika​lı​lar arasında
on illiyə bağladıqları müqavilə idi. Bunun müddəti​nin bitməsinə hələ iki il qalırdı. Bu səbəbdən də
Thornbourqun sözləri o qədər də təsirli deyildi.
İrandakı neft ixtilafı bütün Orta Şərqi hədələyirdi. İran höku​məti çıxılmaz vəziyyətə düşsə də
müəyyən tədbirlər görməyə çalı​şırdı. Kommunistlərin təşkil etdikləri nümayişləri dayandırmağa ça​-
lışsa da istədiyinə nail olmurdu. Belə bir vəziyyət qarşısında qa​lan Hüseyn Ala 1951-ci il aprelin 14-
də ölkədə fövqəladə vəziyyət elan etdi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə