Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Cədvəl 9.2 Daxili təzyiqə olan möhkəmlik ehtiyat əmsalı



Yüklə 0,54 Mb.
səhifə22/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Cədvəl 9.2

Daxili təzyiqə olan möhkəmlik ehtiyat əmsalı

Boruların diametri, mm

n2

B icrasında

A icrasında

114......219

1,15

1,15

219-dan çox

1,45

1,15

Hesablama aparılan zaman dartılmadan yivi kəsən yükünqiymətini (Py.q.) 5-ci əlavədən seçmək lazımdır. Seçilmiş kəmər bölməsinin çəkisi Q dartılmada buraxıla bilən yükdən [P]-dən çox olmamalıdır (Q ≤ [P]). Məlum olduğu kimi, [P]=Pyq/n3; n3 – möhkəmlik ehtiyat əmsalıdır.



Cədvəl 9.3

Dartılmaya olan möhkəmlik ehtiyat əmsalının qiyməti

Boruların diametri, mm

Kəmərin uzunluğu, m

Şaquli quyularda möhkəmlik əmsalı, n3

114......168

3000 qədər

3000 çox


1,15

1,3


178........219

1500 qədər

1500 çox


1,3

1,45

Trapesiya profilli və B icrası olan boruların buraxıla bilən yükünü təyin etmək üçün möhkəmlik ehtiyat əmsalı 1,8 götürülür. Hissə-hissə quyuya buraxılan qoruycu kəmərin uzunluğu bütöv kəmər uzunluğu kimi götürülür.

Boruların seksiyalarını eyni zamanda Pa/n2 buraxıla bilən daxili təzyiqə də yoxlamaq lazımdır. Seçilmiş borular tələb olunan möhkəmlik həddini təmin etmədikdəonlar nisbətən möhkəmlik qrupu çox olan başqa borularla əvəz etmək lazımdır.


Neft quyuları üçün aralıq qoruyucu kəmərlərin hesablanması
Daxili təzyiq. Üzərində təzahür əleyhinə preventorlar olan qoruyucu kəməri möhkəmliyə hesablamaq üçün nəzərə almaq lazımdır ki, quyuda növbəti aralıq kəmərinin buraxılması üçün qazıma apardıqda baş verən neft, qaz, su təzahürü zamanı quyu lüləsi qatışıq məhlul (flüid) ilə dolur. Quyu ağzı bağlandıqda kəmərin içərisində yüksək təzyiq yaranır. Bu səbəbdən aralıq kəməri göstərilən təzyiqə qarşı möhkəmliyini saxlamalıdır.

Hesabat aşağıdakı kimi aparılır:

-Quyuda neft, qaz, su fontanı baş verdikdə açıq fontanın qarşısını almaq üçün quyu ağzındakı preventoru bağlayan zaman aralıq kəmərinin daxilində yaranan maksimal təzyiq aşağıdakı kimi hesablanır:

Pdz=Pℓe-10-6ρf (ℓ-z); 0 ≤ z ≤ L olduqda,

burada, γf – lay flüidinin sıxlığıdır.

-Quyuda udulma baş verdikdə daxili təzyiq

Pdz=10-6ρk(z-H), burada H ≤ z ≤ L

-Quyu ağzı açıq olan zaman quyuda neft-qaz-su fontanı zamanı daxili təzyiq:

Pdz=10-6ρk·z, burada 0 ≤ z ≤ L

Aralıq qoruyu kəmərində hesabatın aparılmasında xarici, daxili izafi təzyiq, öz çəkisindən yaranan oxboyu yük və borunun seksiyalarının seçilməsi istismar kəmərinin hesablanmasında göstərilən qayda ilə aparılır:




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə