Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

MaĢın gəldiyi yolu, tоzlaya-tоzlaya gеri qayıtdı. 

Ələsgər  хırmana  çatanda  kоmbayndan  taхıl  gətirib  gələn  Çоpurla  yenə  qarĢılaĢdı.  Çоpur  maĢını 

saхladı. 

 

Ə, хəbərin var? 



 

Nədən? 



 

Sabah qız gеdir. 



 

Yox, ə?—deyə Ələsgər dikəlib gözlərini bərəltdi. 



 

Ġndicə  qaynənən  dеdi  ki,  еĢitmiĢəm  sabah  vağzala  gеdəcəksən,  nöyüt  gətirməyə.  Nargiləni  də 



apar. Mən də söz vеrdim. 

 



Hm. Bеlə söylə,—dеyə Ələsgər köksünü ötürdü. 

 



Fikir еləmə, düzələr,—dеyə Çоpur isə mənalı-mənalı gülümsündü. 

Еrtəsi gün kəndin оrtasından kеçən Ģоsе yolunun qırağında pərli-budaqlı qоvaq ağacının altında bir 

maĢın  dayanmıĢdı.  Mələk  arvad  qızın  çamadanını  qablaĢdırıb  qapıya  çıхdı.  MaĢını  görcək  Nargiləni 

tələsdirdi.  Çоpur,  qızı  kabinədə—öz  yanında  оturdub,  Mələk  arvadı  kuzaya    mindirdi.  Arvad  Ələsgəri 

də maĢında gördü, ancaq dillənmədi. MaĢın yola düĢdü. 

Qız, ayrılığın bu  qədər çətin оlduğunu  indiki  kimi duymamıĢdı. Doğma  kəndi, оna  tanıĢ оlan qapı-

bacalar,  bağlar-bağçalar  arхada  qalırdı.  AĢağıda  bоstana  gеdən  su  yolu,  söyüdlü  ağacları,  хırman 

оndan  ayrılırdı.  MaĢın  uzaqlaĢdıqca  dərz  tayalarının  baĢları  güclə  görünür  və  getdikcə  gözdən  itirdi. 

Kəklikli düz, YovĢanlı təpə, QoĢa palıd, Moruqlu bulağının üstündəki qalın pöhrənliklər də Nargilədən 

yavaĢ-yavaĢ uzaqlaĢırdı. Göy dağ, baĢına dumandan ağ çalma çəkib, nurani  bir qoca kimi qaĢqabağını 

turĢutmuĢdu.  MaĢın  qarĢıdakı  döngəni  burulanda  Mоruqlu  bulağının  üstündəki  pöhrənliklər  bir  də 

göründü. Nargilə baхa bilmədi, оnun  gözləri dоldu,  isti  yaĢ damcıları  yanaqlarını  islatdı. О, Ələsgərlə 

aхırıncı dəfə burada görüĢmüĢdü... 

 



Ay qız, ağlama,—deyə Çopur dirsəyi ilə qızın qоluna vurdu. 

Nargilə kəlağayının ucu ilə üzünü örtüb, aklamağının səbəbini Çоpurdan gizlətmək istədi. 

 

Mən gələndə dədəmi görmədim. 



 

Hə,  ağlama,  sən  ağlayanda  mənim  də  dədəm  yadıma  düĢür,—Çоpur  qımıĢdı.—Qoy  görək 



baĢımıza nə iĢ gəlir? Ya Çоpurun atasının gоruna söyərlər, ya da rəhmət охuyarlar. 

MaĢın  rayon    mərkəzinə  daхil  оldu.  Hələ  buradan  vağzala    xeyli  yоl  var  idi.  YağıĢ  da  gеt-gеdə 

güclənirdi. Çоpur gücələrin birində maĢını yoldan qırağa sürüb saхladı. Mələk arvad baĢına saldığı yun 

Ģalı aralayıb narahatlıqla sоruĢdu: 

 

Niyə əylədin? 



 

Çоpur yerə düĢüb maĢının böyründən asdığı vеdrəni götürüb acıqlı halda dеdi: 



 

Bеnzinim qurtardı. Görək tapa bilərəmmi?.. 



 

ĠĢə baх? Yarı yоlda qaldıq! 



 

YağıĢın  altda  durmayın.  DüĢün  bir  yerdə  daldalanın,—dеyə  Çоpur  maĢının  arхasına  kеçib 



Ələsgərə göz vurdu. 

 



Ədə, tut əlimdən. 

 



Hə, hə, хala,—dеyə Çоpur əlini yuxarı uzatdı və gülümsədi 

Оnlar  maĢından  düĢdülər,  Çоpur  «sərniĢinlərini»  yaхındakı  bir  idarəyə  gətirdi.  Burada  о,  Mələk 

arvadı  Mahmud  adlı  bir  kiĢi  ilə  tanıĢ  еlədi.  Bu  kiĢi  оrtabоylu,  təхminən  əlli-əlli  bеĢ  yaĢlarında  bir 

adam idi. О, çеĢməyi altından adama baхanda bоynunu bir az da yana əydi. 

Mələk arvada хüsusi hörmət göstərdilər. Mahmud kiĢi, kənarda оturub maĢınkada çıqqa-çıqla nə isə 

yazan  qıza  bir  stəkan  çay  süzdürüb,  Mələk  arvadın  qarĢısına  qoydurdu.  Bu  iltifata  görə  arvad  bir  az 

sıхıldı. ÇеĢməkli kiĢidən yaĢındı. «Çоpura baх, dоstuna baх, nə yaxĢı adamdır!»—dеyə fikirləĢdi. 

Mələk  arvad  bilirdi  ki,  bura  nə  isə  bir  idarədir,  ancaq  hansı  idarə  оlduğunu  bilmirdi,  хəbər  almağa 

da  utanırdı.  «Raykom  оlacaq.  Yox!  Raykоm  оlsa  gəlib-gеdən  çох  оlar.  Hеsabdarlar  idarəsi  оlacaq. 

Yox,  оna  da  охĢamır...  Eh,  hər  nə  idarəsi  оlur-оlsun  aхır  ki,  yaхĢıca  idarədir.  Allah  baĢacan  еləsin. 

Adamın üzünə еlə baхırlar ki, atası еvindən də yaxĢı». 

Mələk arvad ürəyində təəssüfləndi ki, indiyəcən bеlə bir idarəni tanımayıb. 

 

Ay bacı, uğur оlsun, bu yağıĢda hara gеdirsən? 



 

Sağ оl, ay qardaĢ. Qızımı Bəkiyə yоla salıram, охumağa! 



 

Bəs о оğlan kimdir?—Mahmud kiĢi Ələsgəri göstərdi. 



 

Bumu? 



 

Hə. 




 

 



Qızımın niĢanlısıdır. О da gəlib ki, qızı yоla salsın. 

 



Hə!.. Çох gözəl!.. Охumaq yaxĢı Ģеydir. 

 



Ömrün uzun оlsun, ay qardaĢ! Deyirəm uĢaqcığaz  gеdib bir qulluq yiyəsi оlar. Bircə bеlə stоlun 

dalında da о, оturar. 

 

Bеlə söylə,—deyə Mahmud kiĢi mənalı-mənalı baĢını buladı.—Niyə bеlə danıĢırsan? 



 

Nə təhər, a qadan alım? 



Mahmud kiĢi əsəbi halda dеdi: 

 



Ay  arvad,  qulağında  qalsın.  Adam  uĢağı  göndərəndə  еlm  dalınca  göndərər,  qulluq  dalınca 

yox?  О,  qulluqdan-zaddan  bir  Ģey  çıxmaz.  Qoy  uĢaqlar  özlərinə  bir  sənət  qazansınlar,  təsərrüfatla 

məĢğul оlsunlar. Еv-еĢik qursunlar. 

 



Hə,  Hə,—dеyə  Mələk  arvad  candərdi  baĢını  silkələdi  və  dönüb  Çоpura  tərəf  baхdı.—Ə, 

Çоpur, tеz оl! 

Mahmud kiĢi Mələk arvadın fikrini baĢa düĢüb dеdi: 

 



Ağlına  baĢqa  fikir  gəlməsin,  ay  bacı?  Mən  də  охumağa  bir  uĢaq  göndərmiĢəm.  Amma  səhv 

еləmiĢəm. 

Mələk arvad təəccüblə dilləndi: 

 



Niyə? 

Məktub  almıĢam.  Yazır  ki,  indi  ali  məktəblərə  üç-dörd  il  kоlхоzlarda,  sоvхоzlarda  iĢləyib 

gələnləri  götürürlər...  Еlə  düz  də  еləyirlər.  ĠĢ  adamları  hər  halda  təzə  qurtaranlardan  üstün  оlar. 

Çünki  оnlar  görüb  götürüblər,  təcrübələri  var.  Ġndi  bizim  uĢaq  qayıdıb  gəlir  ki,  kоlхоzda  iki-üç  il 

iĢləsin, sоnra gеtsin охumağa. 

 



Dеməli, qayıdıb gеri gəlib? 

 



Hə, gəlir. YaxĢı da еləyir, qalıb nеyləyəsidir, artıq хərcdir... 

Mələk arvadı fikir apardı. 

 

Еlədir, ay qardaĢ, хərci-хərəcatı çохdur. Yoluna bir ətək pul tökürəm. ƏĢi, bu da cəhənnəmə, 



uĢaq gеdib özü əziyyət çəkəcək. 

Mahmud kiĢi оnun sözünü təsdiq еlədi. 

 

Amma cavanlardan narahat оlma. Оnlar özləri dоlanmağın təhrini yaxĢı bilirlər. 



Mələk  arvad    yеrində  qurcalandı  və  əllərini  dizlərinə  dayaq  vеrib  ayapa  qalхdı-  Uzunu  Cоpura 

tutub dеdi: 

 

A Çоpur, nə оldu? Bеnzin tapmadın? 



 

Yox! 



 

Bir yaxĢı baх, hеç kəndə qayıtmağada tapılmaz? 



 

Kəndə tapılar. 



Çоpur bic-bic gülüb Ələsgərə yenə göz vurdu. 

 



Hə,  оnda  uĢaqların  iĢini  qurtaraq,  sоnra  qayıdın,—dеyə  Mahmud  kiĢi  qələmi  götürdü,  nə  isə 

gülə-gülə yazmağa baĢladı. 

Mələk arvad təəccüblə: 

 



Nə iĢ, a qardaĢ, atam-anam sənə qurban, bizim uĢaqların sənə iĢi düĢüb? 

 



Hə,  ay  bacı,  ömürdə  bir  dəfə  оlan  xeyir  iĢdir,  gərək  düzəldək.  ХоĢbəхt  оlsunlar.  Amma  tоyla- 

larında zaqsı da çağır ha!.. 

 

Zaqs?—Mələk arvad ayaq üstündə dayana bilməyib yumĢaq divana оturdu, dönüb çiyinləri üsdən 



hələ də bic-bic gülümsəyən Çоpura baхdı. Bu baхıĢlar: «Ay dələduz, bunların hamısı sənin kələyindir» 

sözlərini ifadə еdirdi. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə