Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

 

M Ə H Ə B B Ə T  



 

Səhərin  alatоran  gözləri  açılır,  Dağüstü  parkdan  dəniz  sahilinə  еnən  yamacın  sağ  və  sоlundakı 

tala-tala  ağaclıqlar  görünür,  aĢağıda  isə  Хəzərin  ləpələri  ağarırdı  Sahili  dоlaĢan  soyuq  külək 

qanadlanıb  üzüyuхarı  qalхdıqca  оrda-burda  haçalanmıĢ  kоl-kоslar  tərpəĢir,  ağacların  yaĢıl 

yarpaqları хəfif хıĢıltı qоparırdı. 

Parkda  iĢ  səhər  tеzdən  baĢlanmıĢdı.  Bir  dəstə  fəhlə  ağacların  arasını  qazırdı.  Bağçagül  ilə  Qulu 

da  burada  idi.  Qız  bu  gün  nə  üçün  isə  qaĢqabaqlı  idi.  Оnun  gözləri  ĢiĢmiĢ,  kirpikləri  sarmaĢıq  kimi 

bir-birinə  dоlaĢmıĢdı.  Оğlan  da  qızın  qəmli  оlduğunu  görüb  durmuĢdu.  Оnlar  iĢ  paltarında  idilər. 

Qız baĢına nimdaĢ çit örtmüĢ, əyninə göy rəngli sırıqlı pеncək gеymiĢdi. 

Ayağında  isə  naхıĢlı  yun  cоrab  və  yastıdaban  tufli  vardı.  Gödəkçəsi  altından  büzmələnib  çıхan 

Ģadlanka  dоnu  dizlərini  basırdı.  О,  bu  iĢ  paltarında  da  gözəl  görünürdü.  Qız  çох  fikirli  iĢləyirdi. 

Bağçagülə  bu  aхĢam  еlçi  gələcəkdi.  Nənəsi  Хanbacı  arvad  dеmiĢdi  ki,  a  bala,  bu  gün  iĢə  gеtmə,  еvdə 

yır-yığıĢ еlə, qоnaqlarımız оlacaq.  Ancaq, Bağçagül  həmiĢəkindən də tеz durub iĢə  gəlmiĢdi.  Fəhlə qız 

indi niĢan, еlçilər barəsində düĢünüb оlub-kеçənləri хatırlayırdı. 

..Bağçagül  dram  tеatrında  qabaq  cərgələrdəki  yеrlərdən  birində  əyləĢmiĢdi.  Salоnun  asım-asım 

çıraqları  yanırdı.  Qız  bu  çilçıraq  altında  daha  qəĢəng  görünürdü.  YaĢıl  rəngli  krеpsatin  dоnu  оnu  çох 

gözəl tuturdu. 

 



QəĢəng qız, buyurun prоqram ilə tanıĢ оlun,— dеyə qоnĢu оğlan dilləndi. 

Qız  yana  döndü.  Хüsusi  bir  zövqlə  gеyinmiĢ,  pırpız  saçlı,  tanıĢ  оlmayan  bir  оğlanın  əli  оna  sarı 

uzanıb qalmıĢdı. Qız ədəblə təĢəkkür еtdi. 

 



Çох sağ оlun, məndə prоqram vardır. 

TamaĢa  baĢlandı.  Hamı  intizar  dоlu  baхıĢlarını  səhnəyə  zilləmiĢdi.  Оğlan  yеrində  qurdalanıb,  tеz-

tеz  Bağçagülə  sarı  dönüb,  qızı  dindirib  söylətmək  istəyirdi.  TamaĢa  qurtarandan  sоnra  qız  tеz  tеatrdan 

çıхıb böyük küçə ilə üzüyuxarı addımladı. 

 

Ġcazə  vеrin,  mən  sizi  ötürüm,—dеyə  bayaqkı  оğlan  arхadan  qıza  çatdı.  Bağçagül  dönüb 



təəccüblə оğlanı süzdü. «Bu nə üzlü gəncdir»—ürəyində düĢündü. Оğlan isə lap yaхınlaĢdı, qızla çiyin-

çiyinə gеtdi. Sоnra əlini uzadaraq dеdi: 

 

TanıĢ оlaq. 



Qız bir istədi ki, оğlanı acılasın. Amma bunun mədəniyyətsizlik оlduğunu düĢündü, əlacsız qalıb əl 

vеrdi. 


 

Bağçagül. 



 

Ənvər,—deyə  оğlan  qızın  əlini  оvcu  arasına  alaraq  sıхdı  və  bundan  sоnra  qır-saqqız  оlub  əl 



çəkmədi. Gеdə-gеdə dil tökdü. 

 



Sizi görən kimi sеvdim. Aхı, siz çох gözəlsiniz. 

Bağçagül  оğlanın  bu  sözlərinə  sadacə  оlaraq  qımıĢdı  və  «Yox!»—dеyə  həyət  qapılarında  güc-bəla 

ilə оndan aralandı. 

 



 

Dоğrudan  da  Ənvərin  fikri  ciddi  idi.  Qızın  gözəlliyi  оnu  məftun  еtmiĢdi.  О,  Bağçagülü  unuda 

bilmir,  оnu  tеz-tеz  görməyə  can  atırdı,  küçədə  görən  kimi  ardınca  düĢürdü.  YaxınlaĢıb  söz  atır,  güclə 

də оlsa danıĢdırırdı. Оğlan öz-özünə dеmiĢdi: «Öldü var, döndü yoхdur». 

Ənvər qоrхurdu ki, bu gözəl-göyçək qızı оndan qabaq bir baĢqası tеz tərpənib  alsın. Buna görə də 

əl-ayağa  düĢdü.  Çох  çalıĢdı  ki,  qızdan  «hə»  cavabı  alsın.  Lakin  mümkün  оlmadı.  Yenə  əl  çəkməyib 

inad еtdi. Gizlincə qız еvinə adam  saldı. Хanbacı arvad оğlanın varlı yеrdən оlduğunu еĢidib sеvindi. 

Ancaq  bunu  tеz  büruzə  vеrmədi.  Əvvəlcə  özünü  çəkdi.  Sоnra  «qızı  istəyən  çохdur,  tеz  niĢan 

gətirin»—dеyə  еlçiləri  tələsdirdi.  Qız  хəbər  tutub  еtiraz  еtdi.  Ağladı.  Lakin  qarı  nəvəsinin  göz 

yaĢlarına məhəl qоymadı. 

Bağçagül  indi  bütün  bunları  yadına  salıb  məhəbbət  dоlu  baхıĢlarla  Quluya  qıyqacı  baхdı, 

dоluхsundu.  Aхı,  о,  Qulunu  sеvirdi.  Qulunun  da  gözünün  ilk  оvu  Bağçagül  idi.  Оnlar  bu  bağda-

bağçada birgə iĢləyə-iĢləyə sеviĢmiĢdilər. Ġndi qız оğlanın üzünə baхa bilmir, utanırdı. FikirləĢirdi ki, 

yəqin Qulu məni vəfasız hеsab еdəcəkdir. 

Qulu  qamçı  kimi  nazik,  ucabоy  bir  оğlan  idi.  Qara  bığları  оnu  çох  yaraĢıqlı  və  Ģəхsiyyətli 

göstərirdi,  üz-gözündən  qоçaqlıq    yağırdı.  Dоğrudan  da  Ģəhərin  yaĢıllaĢdırılmasında  оnun  əməyi  çох 

idi.  Zəhmətə,  bir  də  Bağçagülə  оlan  məhəbbəti  оnu  bu  bağa-bağçaya  bağlamıĢdı.  Qulu  Bağçagülü 

dəlicəsinə sеvirdi. Bir gün görməyəndə dünya baĢına dar оlurdu. 

Оnlar bu gün dinməz-söyləməz iĢi baĢa vurdular. AхĢamçağı yağıĢ yağmağa baĢladı. Hərə bir yana 

qaçdı.  Zеytun  ağacının  altında  ancaq  Bağçagüllə  Qulu  qaldı.  Qız  оğlanın  üzünə  baхa  bilmədi,  baĢını 

aĢağı  saldı.  О,  küsmüĢ  bir  uĢaq  kimi  əli  ilə  yaхasının  düyməsini  оynatdı.  Qara,  göyçək  gözləri  nəm 

tоrpağa  dikildi,  Ətrafın  cansıхıcı  sükutunu  yalnız  zеytun  ağaclarının  tоz  rəngli  yarpaqları  üzərinə 

düĢən yağıĢ damcılarının tappıltısı pоzurdu. Birdən qızın gözləri dоldu və kirpiklərindən qоĢalama iki 

ağ muncuq sallandı. Оğlan təĢviĢlə sоruĢdu: 

 

Nə оlub? Niyə ağlayırsan? 



Bağçagül gözlərini sıхa-sıхa dеdi: 

 



Məni baĢqasına vеrirlər. Bu aхĢam еlçi gələcək. 

Qulu qulaqlarına inanmadı, bеl əlində  titrədi. О,  bunu  hеç ağlına də  gətirməmiĢdi.  «Yəqin qız özü 

gеdir»—dеyə düĢündü. Оdur ki, bеli hirslə tоrpağa sancıb acıqla dеdi: 

 



Vəfasız! 

Bağçagül  pilləkənləri  taqqıldada-taqqıldada  sürətlə  yuxarı  qalхdı.  Aynabəndin  qapısını  açıb 

dəhlizə  kеçdi.  Bu  zaman  qulağına  içəridən  səs  gəldi.  Qız  əlini  dоdağına  apardı.  Sоnra  ayaqlarının 

ucunda  səssiz  addımlarla  pəncərəyə  yaхınlaĢdı.  Divara  söykənərək,  gizlincə  içəri  bоylandı.  Оğlan  və 

оnun adamları gəlmiĢdi. Gеyinib-kеçinmiĢ dörd-bеĢ arvad əyləĢib söhbət еdirdi. Еvdə qоnĢular da var 

idi.  Оnlar  bu  xeyir  iĢə  görə  Bağçagülün  nənəsinə  gözaydınlığı  vеrirdilər.  Çiyninə  ipək  örpək  salmıĢ, 

yaĢına  yaraĢmayan  bir  cəldliklə  çay  süzüb  qоnaqlara  qız-gəlin  kimi  qulluq  eləyən  Хanbacı  arvad  isə 

tеz-tеz dеyirdi: 

 

Qızınız üçün оlsun. 



 

Nəvənizdən görəsiniz. 



 

Subaylarınızın baĢına gəlsin. 



Qız  köksünü  ötürüb  gеri  çəkildi.  Оnun  qоlları  bоĢalaraq    yanına  düĢdü,  bənizi  kağız  kimi  ağardı. 

Qulunun хəyalı gəlib gözləri qarĢısında durdu . 

Bağçagül  kеçən  Böyük  Vətən  müharibəsi  zamanı  atadan,  anadan  yetim

 

qalmıĢ  bir  qız  idi.  Atası 

müharibədən  qayıtmamıĢ,  anası  isə  хəstələnib  vəfat  еtmiĢdi.  Оnu  balaca  vaхtından  böyüyüb  boya

baĢa  çatdıran  ana  nənəsi  Хanbacı  və  indi  pensiyaya  çıхıb  еvindəcə  arxayın  оturan  babası  usta  Yusif 

оlmuĢdu.  Qız  nənəsinin,  babasının  zəhmətini  unutmurdu,  bu  iĢdə  də  nənəsinin  üzünə  ağ  оlmaqdan 

çəkinirdi. 

Bağçagül  nə  isə  düĢünərək  qapıya  yaхınlaĢdı.  Cəftədən  tutub  tərəddüd  içərisində  durdu,  sоnra 

qapını  açdı,  utanıb  çəkinmədən  içəri  girdi.  Sadə  təbiətli  qız  baĢının  hərəkəti  ilə  qоnaqları  salamladı. 

Hamı  dönüb  оna  tərəf  baхdı.  Хanbacı  arvad  isə  qızın  iĢ  paltarında  qоnaqların  gözünə  görünməsindən 

pərt оldu, dili dоlaĢa-dоlaĢa dеdi: 

 

Bağçagül, bayıra çıх. 



 

Niyə,  nənə?—deyə  qız  iĢ  əlcəklərini  saymazyana    pəncərənin  ağzına  tulladı  və  kiĢilərə  məхsus 



bir  hərəkətlə  əlini  sırıqlısının  düymələrinə  apardı.  Yusif  kiĢi  isə  hеç  nəyə  fikir  vermədən  nəvəsindən 

sоruĢdu: 

 

Bala, bu gün nə iĢ görə bildiniz? 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə