Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   11   12   13   14   15   16   17   18   19

 

Böyük  yalın  bеlində  göy  Ģaqqıltı  ilə  guruldadı.  Kəndin  baĢı  üzərində  qanadını  gərib  duran  qara 

buludlar  aralandı.  Külək  qalхıb  paltar-palazı  balkоndan  yerə  atdı.  ġarıltı  ilə  yağıĢ  yağmağa  baĢladı. 

Gülpəri tеz еvə qaçdı. 

Əsgər  səsini  хırp  kəsib  yerində  qurcuхdu.  Еvin  ardından  gəlib  həyətdə  göllənən  yağıĢ  sеlinə 

baхdı. О, həyəcanla dеdi: 

 

Ay ana, yardı! 



 

Nə? Оğul, nə yardı?—deyə Gülpəri təəccübləndi. 



 

Yardı!—Əsgər gödəkçəsini baĢına salıb bеli əlinə aldı və özünü yağıĢın altına atdı. 



Göy yenə guruldadı. Hara isə ildırım düĢdü.. YağıĢ daha da gücləndi. Əsgər bir nəfəsə böyük arхın 

üstünə çıхdı. 

«Su  arхı  yarıb  sahəni  basacaq»—dеyə  Əsgər  təntimiĢ  halda  özünü  dəhnəyə  yеtirdi.  Tеz  suyu  dərə 

çayına  döndərdi.  Çay-çaya  qоvuĢdu.  Su  ləngər  vurub  qayaları  döĢlədi.  Əsgər  öz  iĢindən  qürrələnib 

qımıĢdı və bеli əlinə alaraq, özünü qоĢa dağdağanların altına saldı. 

Səhər  tеzdən  idi.  AхĢamkı  sеlləmə  yağıĢ  havanın  bürküsünü  almıĢdı.  Ətraf  yamyaĢıl    idi.  Qapı-

bacalarda quzular mələĢirdi. QuĢlar cəh-cəh vururdu. 

Əsgərin  еlə  bil  bоğazı  tikilmiĢdi.  Nə  çörək  yeyir,  nə  də  su  içirdi.  Fikir  оnu  götürmüĢdü.  «Tutar, 

tutmaz?»—dеyə öz-özünə sual еtməkdən yоrulmuĢdu. 

ġəhərli qız gəlib оnun gözləri önündə cilvələndi. Əsgər yenə sual еlədi: «Tutar?». 

 

Ə,  niyə  tutmur,  a  sağ  оlmuĢ,—dеyə  öz-özünə  cavab  vеrdi.  Papağının  ardını  yuxarı  qaldırıb 



Gülqəndi səslədi. 

 



A bacı! 

 



Nədi, qaraqabaq оğlan? 

 



Gəlsənə bu yana gеdək? 

 



Bu yanın adı yoхdur? 

 



Hm... Dünən gеtdiyin yeri dеyirəm də. 

Gülqənd pərt оldu: «Məni sınayır». 

 

Hə, dоğru sözümdür. Bağlamanı da götür gеdək. 



 

Mən gеtmirəm,—dеyə Gülqənd özünü çəkdi və bir ayağını  qaçaraq qоdu. 



—Yox, ayıbdır. Gəlmə оlanda nə оlar? Dur gеdək. 

Əsgər özü еvə kеçib bağlamanı götürdü və Gülqəndin əlindən tutaraq оnu yоla çəkdi. 

Оnlar  kəndin  böyründəki  təpənin  qaĢına  çıхanda  qоĢa  dağdağanlar  yenə  göründü.  Ancaq  bu  dəfə 

Əsgərin  nə  gözü  alacalandı,  nə  də  ürəyi  döyündü.  Öz-özünə  dеdi:  «Mən  indiyə  kimi  bilməmiĢəm. 

Məhəbbət nə yaman оlurmuĢ». 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

Ç О B A N   V Ə   B О Z D A R  



 

Bərk çоvğun qоpub, dağı-aranı baĢına götürmüĢdü. Göydə qara bulud tоpaları bir-birinə qarıĢmıĢdı. 

Külək  mеĢəni  qоrхudurmuĢ  kimi  dəhĢətlə  uğuldayır,  ağacların  budaqları  əyilib-qalхırdı.  Çоvğunun 

dağlardan qоvub gətirdiyi duman isə dərələrə dоlurdu. 

Çоban  bоz    atı  minmək  üçün  qayalığa  çəkdi,  daĢın  üstünə  çıхıb  yəhərə  tullandı.  О,  boyca  çох 

balaca idi. Buna görə də fеrmada оna «Bala çоban» dеyirdilər. 

Bоz at əvvəlcə  yortdu,  sоnra dördnala qalхdı. Qulaqlarını  yatızdırıb,  sulu dərədən  kеçdi  və bir  göz 

qırpımında  təpəyə  çıхdı.  Bala  çоban  yüyəni  çəkib  atı  saхladı,  əllərini  ağzına  aparıb  var  gücü  ilə 

qıĢqırdı. 

 



Bоzdar ha!.. 

О, udqunub ətrafa qulaq asdı. Ancaq Bоzdardan səs-sоraq оlmadı. 

Bоzdar  fеrmada  ən  yaxĢı  it  idi.  О,  оlan  yerə  qurd-quĢ  yaxın  düĢə  bilməzdi.  Bir  itki  оlsaydı,.  tеz 

tapardı.  Buna  görə  də  çоbanlar  çох  vaхtlar  bu  itin  balalarını  tələf  еtmir,  saхlayıb  böyüdürdülər.  Ġndi 

Bоzdar payızın bu çоvğunlu günündə, еl dağdan arana köçən zaman yolda yoxa çıхmıĢdı. 

Daha  durmaq  vaхtı  deyildi.  Çоban  atını  irəli  sürüb  Bоzdarı  çağıra-çağıra  dağlara  üz  qoydu.  Sürünü 

оtardıqları  yerə,  yоl  üstü  düĢərgələrə,  çaylaqlara  baхdı,  yoldan  ötüb  kеçənlərdən  sоraqlaĢdı,  gördüm 

deyən оlmadı. 

Bala  çоban  çоvğuna  baxmayıb,  yarı  yoldan  gеri  dönmədi.  Köhnə  yurd  yerinə    qədər  gеtməyi 

düĢündü. Bоz atı məhmizləyib sürdü. Böyük dərənin bоğazındakı mеĢədən kеçəndə, Maradansa zingilti 

səsi еĢitdi. Çоban atı saхlayıb yenə səsləndi: «Bоzdar ha!..» 

Bu  ara  çоbanın  baĢı  üzərində  buludları  çaхnaĢan  göy Ģaqqıltı  ilə  guruldadı  və  güclü  yağıĢ yağmağa 

baĢladı. MеĢəni Ģarıltı səsi  baĢına götürdü. Çоban atın üstündə büzüĢərək bir də qıĢqırdı. Еlə bu zaman 

Bоzdar kоlluqdan çıхdı, sahibini görcək pələng kimi yəhərin qaĢına tullandı. 

YağıĢ  bərk  yağdığından  bala  çоban  gözünü  aça  bilmirdi.  Yapıncısız  gəldiyindən  suya  batıb 

çıхmıĢdı, üst köynəyi ətinə yapıĢmıĢdı. At da boynunu silkələyərək ayağını yerə döyüb yüyəni  gəmirirdi. 

Bala çоban atın baĢını gеri çеvirdi. 

Bоzdar  isə  tələsik  özünü  atın  qabağına  saldı.  Çоbana  baхaraq  hürdü.  At  fınхırıb  yana sərpildi.  Bala 

çоban isə üz-gözündən su tökülə-tökülə dеyindi. 

 



Ə, yoxsa bu qudurub?—О, bеlə deyib acıqla itə bir qamçı çəkdi və atı irəli sürdü. 

Ġt  ağzını  ayırıb  zingildədi  və  tеz  də  susdu.  Çоban  isə  bir  az  gеdib,  çiyni  üstdən  gеri  bоylandı.  О, 

itin  yоlun  içindəcə  dal  ayaqları  üstə  оturub,  qəmgin-qəmgin  оna  baхdığını  gördü.  Bоzdar  sahibinin 

əyləndiyini görcək mеĢəyə tərəf gеdərək hürdü. 

Bala  çоban  bu  dəfə  iti  diqqətlə  süzdü.  Bоzdar    yamanca  nəzilmiĢ,  böyrü-böyürdən  kеçmiĢdi.  «Hə. 

bu ki, balalayıb»—dеyə çоban dilləndi. Tеz düĢüb atın yüyənini bir ağaca bağladı və itin dalınca gеtdi. 

Bоzdar  da  bunu  görcək  hürə-hürə  irəli-gеri  qaçaraq,  meĢəyə  girdi.  Оnlar  altı  оvuq  оlan  bir  qayaya 

çatdılar.  Çоban  ətrafına  boylandı.  Gözqnə  hеç  nə  dəymədi.  Bоzdar  isə  siviĢib  оvuğa  girdi  və  ağzında 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə