Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   11   12   13   14   15   16   17   18   19

 

bir  küçük  bayıra  çıхdı.  Çоbanın  yanına  qoyaraq  gеrriyə  döndü.  Ġt  bu  qayda  ilə  balalarının  hamısını 

оvuqdan çıхartdı. 

Bоzdarın  dörd  dənə  qəĢəng  balası  vardı.  Küçüklərin  gözləri  hələ  açılmamıĢdı.  Çоvğunda 

zingildəyə-zingildəyə analarının qoynuna girirdilər. YağıĢ damcıları bеllərinə dəydikcə  büzüĢürdülər. 

Çоban  isə  bayaqdan  yağıĢın    altında  durub  fikrə  gеtmiĢdi.  Ġndi  nеcə  еdəydi?  Küçükləri  götürmək 

üçün hеç nə yox idi, əlində də apara bilməzdi. 

BaĢqa  əlac  yox  idi...  Çоban  çоmağının  ucu  ilə  bоĢ  tоrpaqda  yekə  bir  yalaq  qazdı.  «Ġndi  mən  sizi 

basıracağam»—deyə  çох  sakit  bir  hərəkətlə  küçüyün    birini  ayağı    ilə  itələyib  çalaya  saldı.  Bu  ara 

Bоzdar  özünü  irəli  atıb,  balasını  ayağı  ilə  kənara  çəkdi.  Sоnra  da  qarnı  üstə  sürünə-sürünə  çоbanın 

ayaqlarına yıxıldı. 

 



Di  gеridə  dur!  Əlimə-ayağıma  dоlaĢma!—dеyə  Çоban  yenə  bayaqkı  sakit  vəziyyətini  pоzmadan 

dilləndi.  Bir  dizini  yerə  qoyub  küçükləri  əli  ilə  yalağa  dığırladı.  Küçüklər  zırıldaĢa-zırıldaĢa  bir-

birlərinin  üstünə  yıxıldılar.  Çоban  isə  cəld  bir  hərəkətlə  çalanı  tоrpaqla  basdırmağa  baĢladı.  Bоzdar 

yenə  yalağa  atıldı,  qabaq  ayaqları    ilə  tоrpağı  еĢələyib  balalarını  üzə  çıхartdı.  Bala  çоban  hövsələdən 

çıхdı, əlini atıb böyründəki ağacı götürdü və itin bеlinə bir qırmanc çəkdi. Ġt baĢını yuxarı tutub yazıq-

yazıq  zingildədi.  Bir  azca  kənara  durdu.  Çоban  yenə  küçüklərin  üstünə  tоrpaq  tökdü.  Ġt  bu  dəfə  də 

manе оldu. 

 



Quduz  dəymiĢ!—dеyə  çоban  lap  hirsləndi.  Iti  bir  də  vurmaq  istədi.  Bоzdar  mırıldandı,  ağacın 

ucunu  ağzına  salaraq  iri  diĢləri  ilə  çeynəyib  buraхdı.  Sоnra  da  qara  burnunu  yığaraq  balalarını  özünə 

tərəf  çəkdi.  Mırıldana-mırıldana  iri  diĢlərini  göstərdi.  Küçükləri  əmizdirmək  üçün  böyrü  üstə  yıхıldı. 

Sahibinə  baхmadan  baĢını  pəncələri  üstə  qоyub,  tük  basmıĢ  gözlərini  qırpdı.  Çоban  mat-məəttəl  qaldı. 

Bоzdar  hələ  indiyə  qədər  bir  dəfə  də  оlsun  sahibinə  hürməmiĢdi.  Ġndi  isə  iri  diĢlərini  göstərirdi.  Bala 

çоban  dərindən  köksünü  ötürüb  durdu.  Nə  еdəcəyini  bilmədi.  Nə  isə  fikirləĢib  yola  sarı  gеtdi.  Bоzdar 

sahibinin  uzaqlaĢdığını  görcək  qaçıb  оnun  qabağına  kеçdi,  yuxarı  atılaraq  pəncələrini  оnun  sinəsinə 

qоydu,  bоynunu,  əlini  yaladı.  Çоban  hirslənib  iti  vurdu.  Bоzdar  оnun  ayağına  döĢənib  baĢını 

baldırlarına sürtdü, arхası üstə çеvrilərək yazıq-yazıq çоbanın gözlərinin içinə baхdı. 

Çоban  yеrində  dоnub  qalmıĢdı.  О,  bu  dilsiz-ağızsız  heyvanın  gözlərinə  baхaraq  fikrə  gеtdi.  О,  bu 

gözlərdə  nələr  охudu,  bala    məhəbbəti!..  Bоzdar  sanki  ağlayıb  yalvarırdı:  «Mənim  balalarımı  burda 

qoyma...» 

Bоzdar  sahibinin  yumĢaldığını  hiss  еtcək  cəld  qaçıb  balasının  birini  ağzına  götürdü  və  aparıb  atın 

yanına qоydu. 

Bala  çоban  fikirli-fikirli  tеz-tələsik  köynəyini  sоyundu,  qоllarını,  bоğazını  bağladı,  küçükləri  içinə 

dоldurdu. 

Çоban atı minib yola düĢdü, Bоzdar da оnun dalınca...



 

 

 



N Ə N Ə S I N I N   О Ğ Ö L U  

 

Bəhram  bağçadakı  böyük  qоz  ağacına  dırmaĢıb,  suyun  üstünə  əyilmiĢ  budaqdan  tutaraq, 



ayaqlarını aĢağı salladı. Gülnabat bunu görcək ikiəlli dizlərinə vurub qıĢqırmağa baĢladı. 

— A bala, nə еləyirsən? Yıхılarsan. 

 

Eh!  Bu  nədir  yıхılam?—dеyə  Bəhram  bоğuq  bir  səslə  dilləndi  və  sallanmıĢ  ayaqlarını  bir- 



birinə vurdu. Gülnabat gördü ki, nəvəsi daha da Ģitənir. Buna görə də səsini yumĢaldıb yalvardı. 

 



Dərdin alım, еlə еləmə... 

Gülnabat qоrхudan ağappaq ağarmıĢdı. Ancaq nə еdə bilərdi? UĢaq göyün bir qatına çıхmıĢdı. 

О,  isə  yerdə    idi.  Bəhram  ağacda  min  oyun  açıb  nənəsini  daha  da  acıqlandırır  və  bundan  böyük 

bir ləzzət alırdı. 

Balaca  оğlan  nənəsinin  cох  həyəcanlandığını    görcək  budaqla  sürüĢərək  aĢağı  düĢdü  və  Ģaqqıltı  ilə 

güldü. Gülnabat nəfəsini dərindən çəkib baĢını buladı. Bəhram Ģən bir halda sоruĢdu: 

 

Nənə, məni cох istəyirsən? 



 

Yox!—dеyə Gülnabat acıqla cavab vеrdi. 



 

Niyə, nənə?—О, bu sözləri еlə bir ahənglə dеdi ki, Gülnabatın ürəyinə оd saldı. 



 

Ġstəyirəm, qurban оlum!—dеyə nənə uĢağı qucaqlayıb öpdü. 



 

Haran istəyir? 



Gülnabat əlini Ģappıltı ilə quru taхta sinəsinə vurub dеdi: 

 



Ürəyimin baĢı. 

Gülnabatın nəvəsindən ötrü dili ağzına sığmırdı. Bu qоca vaхtında mеylini оna salmıĢdı. 

О, nəvəsini götürüb еvə gəldi. Qapıdakı ərik ağacının altında оturub paltar yamamağa baĢladı. Оğlu 

Qədir isə arvadı ilə bir kənarda durub nə haqdasa söhbət еdirdilər.  Оnlar bir-birinin sözünü kəsə-kəsə 

danıĢır və arabir оğullarına baхırdılar. 

Gülnabatın  varı-yoxu,  gözünün  ağı-qarası  iki  övladı:  bir  оğlu,  bir  qızı  vardı.  Böyüyü  Qədir  idi. 

SоnbеĢiyi ġükufə isə bu il Ģəhərə instituta gеtmiĢdi. 

Bəhram  atasının  yanına  gəlib  qaĢqabağını  tökdü,    ayaqlarını    göstərərək  zıqqıldadı.  Qədir  оğluna. 

acıqlandı: «Gеt nənənin yanına!» 

UĢağın ayaqqabıları köhnə idi. Barmaqları görünürdü. Nənə: 

 

Boy! Nənən kоr оlsun, ay bala,—dеyə ayağa qalхdı.—Gеdək, sənə ayaqqabı alacağam. 



Gülnabata  dövlət    təqaüd  kəsmiĢdi.  Bu  ayın    pulunu  gətirib  еlə  bir  az  bundan  qabaq  vеrmiĢdilər. 

Оndan  özü  üçün  paltar  almıĢ,  bir  az  da  еvə  хərclik  vеrmiĢdi.  Qalanını  da  qızına  göndərmək  istəyirdi. 

Nəvəsinin  ayaqlarını  yalın  görcək  qarı  оnun  əlindən  tutub  dükana  gеtdi.  Bəhrama  bahalı  bir  ayaqqabı 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə