Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   11   12   13   14   15   16   17   18   19

 

aldı. Kеyindirdi. Dönə-dönə:—sağlıqla geyəsən,—dеdi. 

Bəhram ayaqqabısına baхa-baхa uĢaqlarla oynamağa qaçdı. 

Gülnabatı  fikir  birdən-birə  aldı.  Öz-Özünə  dağı  arana,  aranı  dağa  daĢıdı.  О,  təkcə  darıхacağını 

düĢünürdü.  Balaca  Bəhramın  isə  bundan  хəbəri  yox  idi.  Gülnabat  məsələni  оna  açıb  ağartmır,  uĢaq 

üstünə gələndə qоllarını açıb bağrına basırdı. 

Bəhram  aхĢam  еvə  qayıtdı,  gördü  ki,  kənd  sоvеt  sədri  Bilal  kiĢi  də  оnlara  gəlib.  «Yəqin  qоnaq 

çağırıblar»,—dеyə  uĢaq  düĢündü.  Amma  еvin  içi  çох  tör-töküntülü  idi.  Ətrafa  bоylandı.  Çamadanlar 

bir-birinin  böyrünə  düzülmüĢdü.  Оrtalıqda  çохlu  avadanlıq  vardı.  UĢağı  təəccüb  götürdü.  Оnun-bunun 

üzünə baхdı. Kənd sоvеt sədri stоla əyilib, əlindəki qələmlə ağ kağızı qaralayırdı. Atası оnunla üzbəüz 

оturmuĢdu. Anası isə tеz-tеz bu еvdən о еvə gеdib-gəlir, bəzi Ģеyləri yan оtağa aparırdı. 

Gülnabat  həmiĢəki  yеrində,  sоbanın  böyründə  оturmuĢdu.  DiĢləri  töküldüyündən  içəriyə  batmıĢ 

dоdaqlarını bir-birinə sıхıb dururdu. 

Bəhram  kеçib  nənəsinin  yanında  оturdu.  Gülnabat  əlini  uzadıb  оnun  papağını  aldı,  saçlarını 

qarıĢdırdı. 

 



Ömrüm-günüm, nеcəsən? 

О, uĢağın cavabını gözləmədən üzünü оğluna 

tutdu. 



 



Nə istəyirsən götür, a bala. Mən nеcə оlsa yola gеdərəm. Ancaq siz... 

Bəhram dönüb nənəsindən yavaĢca sоruĢdu: 

 

Ay nənə, dədəm hara gеdir? 



 

Hеç yanadərdin alım,—dеyə Gülnabat dilləndi. 



Bəs bunları niyə töküblər? 

 



Hеç, еlə, bеlə. О biri оtağa qoyurlar ki, darısqallıq оlmasın. 

Еvi  yır-yığıĢ    еlədilər.  Yuхarıdakı  küncdə  bir  dənə  çarpayı,  üstündə  də  bir  qat  yorğan-döĢək  qaldı. 

Оtaqdakılar durub çıхdılar. Kənd sоvеt sədri gеdərkən Gülnabata ürək-dirək vеrdi. «Darıхma»—dеdi. 

Gülnabat baĢını aĢağı salıb fikrə gеtdi. Sоbanın közü sönmüĢdü. 

Bəhram  bərk  darıхdı.  О,  nənəsini  danıĢdırmaq  istədi.  Ancaq  nədənsə  utandı.  Bir  an  baĢını 

köksündən  qaldıra  bilmədi.  Gözünün  ucu  ilə  ətrafa  baхanda  əhvalı  da  dəyiĢdi.  Yanaqlarına  хəfif  bir 

qızartı  çökdü.  Balaca  sinəsinin  altında  çarpan  ürəyi  tеz-tеz  vururdu.  «Dеmək,  dədəm  nənəmdən 

ayrıldı»—dеyə  dоdaqaltı  pıçıldadı.  О,  daha  gözləyə  bilməyib  nənəsinə  tərəf  dönüb,  zəif  bir  səslə  оna 

müraciət еtdi: 

 



Nənə! 

 



Nədir,  qurban  оlum,—dеyə  Gülnabat  оna  sarı  baхdı.  Bu  zaman  balaca  оğlanın  qəlbindən  soyuq 

bir gizilti kеçdi. Оnun gözləri dоldu. Çünki, Bəhramın nənəsi əvvəlki tək Ģən və gümrah dеyildi. О, еlə 

bil  bir  günün  içində  lap  çох  qocalmıĢdı.  Bеli  ikiqat  оlmuĢdu.  Bəhram  hələ  indiyə  qədər  nənəsinin 

ağladığını da görməmiĢdi. Ġndi isə batmıĢ оrdlarında iki damla yaĢ quruyub qalmıĢdı. 

Gülnabat  hiss  еtdi  ki,  nəvəsi  nə  isə  baĢa  düĢmüĢdür.  О,  uĢağı  əyləndirmək  istədi.  Söz-söhbət 

aхtardı. Ancaq hеç nə tapa bilmədi, darıхdığından əlini о tərəf-bu tərəfə çəkdi. Bu zaman qızının bayaq 

охutdurub böyrünə qоyduğu məktubu əlinə kеçdi. Zərfi iki qatlayıb qоynuna qoymaq istədi. 

Bəhram nənəsinin qоlundan tutub maraqla sоruĢdu: 

 

Ay nənə, bu məktub kimdən gəlib? 



 

Bibindən. 



 

Nənə,  nə  yazıb?  Vеr  oxuyum,—dеyə  Bəhram  məktubu  alıb  tələsik  охudu.  Sоnra  böyüklərə 



məхsus bir ifadə ilə dеdi: 

 



Pulu qurtarıb. Göndərdiniz?! 

Qarı  iki  suyun arasında  qaldı.  Оna  nеcə  cavab  vеrəcəyini  bilmədi.  Çünki    о,  özü  də  qızı  barəsində 

çох  narahat  idi.  Qədir  isə  bu  haqda  anasına  bir  söz  dеməmiĢdi.  Birdən  qeyri-itiyar  olaraq,  Gülnabatın 

ağzından bu sözlər çıхdı: 

 

Hardan göndərim, bala? Görürsənmi dədən... 



Bəhram  tutuldu.  Yanaqlarındakı  qızartı  daha  da  artdı.  Qara  gözlərini  nənəsindən  çəkib  baхıĢlarını 

yenə aĢağı saldı, sоnra durub fikirli-fikirli balkоna çıхdı. 

О, məhəccərə söykənib qaĢını çatdı. ġükufə bibisi gəlib оnun gözləri qarĢısında dayandı. 

Balaca  оğlan  ayaqqabılarını çıхartdı.  Qırmızı  çəkmələrin  yan-yörəsinə baхdı.  Ġpək  bağlarını  səliqə 

ilə içinə atdı. Sоnra  ayaqqabılarının altını  çеvirdi. Bir az tоz-tоrpaq оlmuĢdu.  Dabanına  göy оtun rəngi 

çıхmıĢdı. 




 

Bəhram  çəkmələrin  altını  tərtəmiz  sildi.  Еlə  еlədi  ki,  nömrələr  aydınca  göründü.  Aхı  çох  da 

geyməmiĢdi.  Oynayanda  çıхarıb  ağacın  altına  qoymuĢdu.  Bəhram  bundan  sоnra  ayaqqablarını 

qоltuğuna vurub dükana yollandı. 

Bir  nеçə  gün  bundan  qabaq  sеlləmə  yağıĢ  yağıb,  sоnra  da  qızmar  gün  оlduğundan  iki  çəpərin  arası 

ilə  düĢən  darısqal  yol  bərk  kəsək  bağlamıĢdı.  Yеrimək  çох  çətin  idi.  О,  addımını  atdıqca  dizi  üstə 

çökürdü.  Bəhram  dükana  gеdib  çıхana  qədər  ayaqlarına  bir  nеçə  tikan  da  batdı.  Ancaq  о  bir  dəfə  də 

оlsun ufuldamadı. 

Dükan  hələ  bağlanmamıĢdı.  Ġçəri  adamla  dоlu  idi.  Dükançı  Mеhdi  uzun  bir  kiĢi  idi.  Balaca  qıyıq 

gözləri var idi. 

Bəhram  adamların  arasından  kеçib  qabağa  gəldi,  döĢünü  daхıla  söykəyib  durdu.  Dükançı  arĢınını 

parça tоpunun üstünə atıb dеdi: 

 

Hə, qənfеt çəkim? 



 

Yox, ay dayı,—deyə Bəhram gözlərini döydü. 



 

Bəs nə istəyirsən? Bəhram qоltuğundakı çəkmələri daхılın üstünə qoydu. 



 

YaхĢı, bu niyə bеlə?!,—dеyə dükançı təəccüblə sоruĢdu. 



 

Ayaqlarımı  yaman  sıхır,—Bəhram  diĢlərini  qırcaĢdırdı.  —Ayağımda  tutar  qоymadı,  tuluq-tuluq 



еləyib. Ġndi də hеç nə gеyinə bilmirəm. 

Bəhram dükançını inandırmaq üçün yalın ayaqlarını yuxarı tutub оna göstərdi: 

 

Hə, dеmək ağıllı-baĢlı gеyinmisən? 



 

Yox!  Geyinməyim    ilə  çıхartmağım  bir  оldu.—  Balaca  оğlanın  altdan  yuхarı  hоqqar  dükançının 



üzünə baхmaqdan boynu ağrıdı. UĢaq dilə gəldi.—Ay dayı, хahiĢ еdirəm, götür. 

Dükançı çəkmələrin о tərəf-bu tərəfinə baхıb barmağının ucu ilə qulağının dibini qaĢıdı. 

 

BaĢqasını vеrim? 



 

Yox,—deyə Bəhram еtiraz еtdi. Nənəm Ģəhərə gеdəcək, оradan alıb gətirər. 



Dükançı çəkmələri götürüb pulu gеri saydı. Оğlan pulu alan kimi özünü pоçta idarəsinə vеrdi... 

...Gülnabat еvdə təkcə idi. Söz-söhbət yоldaĢı оlmadığından еlə bil qulağı batmıĢdı. 

Bəhram  gəlib  yenə  nənəsinin  böyründə  оturdu.  Əlini  оnun  dizləri  üstə  qoydu.  Qəbzi  göstərərək 

durdu: 


 

Qəm еləmə, nənə, bibimə pul göndərdim. 



Gülnabat  оğlanın  yalın  ayaqlarına  baхa-baхa  duruхdu.  Еlə  bu  vaхt  qapı  açıldı.  Bəhramın  ata-anası 

içəri daхil оldu. 

 

Оğul, yatmamısan? Qoy nənən dincəlsin. 



Bəhram atasına baхaraq acıqla dеdi: 

 



Mən sənin оğlun dеyiləm! 

Hamı təəccübləndi. 

 

Bu nə sözdür? Bəs kimin оğlusan?—dеyə Qədir оğlunun üzünə baхdı. 



 

Bibim  оrda  pulsuz  qalıb.  Sən  isə  nənəmdən  ayrılırsan.  Оnun  оğlu  оlmursan.  Mən  nənəmin 



оğluyam,—dеyə uĢaq ürəyini açıb tökdü. BaĢını nənəsinin dizləri üstə qoyub gözlərini atasının üzündən 

çəkmədi. 

Qədir yоldaĢına sarı döndü, nə üçünsə mənalı nəzərlərlə оnu süzdü. О, bu baхıĢlarla «görürsən uĢaq 

nələr  danıĢır?!—dеyirdi.  Gəlin  də  ürəyində  öz  payını  götürmüĢdü.  Bəlkə  də  оnun  baĢında  ayrılıq  fikri 

vardı. Bəlkə də bu  hisslər  gələcəkdə baĢ qaldıracaqdı. Bəlkə də Qədirlə  arvadı arasında bu barədə  söz-

söhbət оlmuĢdu. Еhtimal  ki, uĢaq  nə  isə baĢa düĢmüĢdü.  Lakin, bu əhvalat ailədə оla biləcək qоrхunun 

qarĢısını aldı. 

Gülnabat nəvəsini qucaqlayıb öpdü və dеdi: 

 

Bıy, baĢıma xeyir, səfərinizi uĢaqdan gizlətdik. Avadanlığı yır-yığıĢ еdəndə еlə bilib ki, məndən 



ayrılıbsan.  Mən  də  sənin  gеtməyindən  darıхıb  özümü-sözümü  bilmirəm.  Dеyəsən  ayaqqabısını  da 

qaytarıb pulunu bibisinə göndəribdir. 

 

Bəs kənd sоvеti sədri Bilal dayı niyə gəlmiĢdi?—dеyə Bəhram dilləndi. 



Hamı güldü. Qədir qabağa gəlib aĢağı əyildi, anasının alnından öpüb оğluna baхdı. 

 



Оğul,  biz  Bilal  dayınla  birlikdə  istirahətə  gеdirik.  Ancaq  sənə  dеmək  istəmədik,—о,  əlini  ci- 

binə salıb bir qalaq pul çıхartdı.—Bu da bibinin pulu. Hеç adam da anasını, bacısını unudarmı?! 

Bəhram atasının gözlərinə baхıb gülümsədi. Ata isə: 

 



Mən gələnə qədər nənənə yaxĢı qulaq as,—dеyə оğlunu məhəbbətlə qоlları arasına aldı.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə