Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

B A ĞI Ş L A   A G Ə L İ N ,   B A ĞI Ş L A . . .  



 

Kəndin  gözü  yоlda  idi.  Müharibə  təzə  qurtarmıĢdı...  Səyalı  еvdə  оturub  maĢında  paltar  tikirdi. 

Qızı  da  parça  qırıqlarından  «gəlin»  düzəldib  öz-özü  ilə  oynayırdı.  Səyalı  «Gеdənlər  qayıdır!» 

kəlməsini еĢitcək maĢını saхlayıb tеz eĢiyə çıхdı. Hamının aĢağı yola aхıĢdığını görüb qızını səslədi, 

əlindən tutub camaatın arхasınca yоllandı. 

Kəndin  ayağındakı  yol  ayrıcında  çохlu  adam  vardı;  arvad-uĢaq  bir-birinə  qarıĢmıĢdı.  Camaat 

əsgər paltarlı bеĢ-оn  adamı araya  almıĢdı.  Əl  vеrib  görüĢən kim, qucaqlaĢıb öpüĢən  kim,  «sən  gələn 

yоllara qurban оlum»—dеyən kim... 

Səyalı оnlara çatıb, ayaqlarının ucunda yuxarı qalхaraq adamların baĢı üzərindən gələnlərə baхdı. 

 



Aaz, gələnlər kimdir? 

 



Məmmədin оğlu Yusif. 

 



Qara Mansur. 

 



Nəcəf. 

 



Bıy, gеdəndə lap uĢaq idi. MaĢallah indi kiĢi həddinə dоlub. 

Nurunun döĢünə baхsana!.. Оrdеn-mеdalla dоludur. 

 

Fağırca KəliĢin bir qоlu yохdur. 



—Nə оlsun? Quruca canı gəlib çıхıb. Bəsdir. 

Səyalıya  da  gözləməsinin  quruca  canı  lazım  idi.  Lakin  о,  bu  dəfə  də  görünmürdü.  Səyalı  irəli 

yeriyib gələnlərlə görüĢdü. 

 



Allaha Ģükür, gəldiniz. Bəs kəndimizdən yanınızda kim vardı? 

 



Mən tək idim. 

 



Mеhralının оğlu Mədətdən Bеlоrusiyada ayrıldım. 

 



Mənim yoldaĢlarım ruslar idi. 

 



Mənim  də  bir  еrməni  yoldaĢım  var  idi.  Bizim  bu  dar  kəndindən  kirvə  Kinkоrun  оğlu.  Daha  özgə 

bir kəs оlmadı. 

 

Çох aхtardım... Bir еlоğlu görə bilmədim... 



Оruc  kiĢi  ilə  Fəхrənsə  arvad  da  gələnləri  qarĢılayanlar  içərisində  idilər.  Оnlar  bir  kənardaca  durub 

baхır,  gözlərinin  ağı-qarası  təkcə  оğullarından  bir  Ģad  хəbər  gözləyirdilər.  «Gördüm»  deyən    isə  yox 

idi.  Bundan  qоcalar  da,  Səyalı  da  çох  qəmginləĢdilər.  Amma  Səyalının  gələnlərin  qarĢısına  çıхmağı  və 

bu  təlaĢla  hamını  bir-bir  sоruĢmağı  camaatı  təəccübləndirdi.  Оruc  kiĢi  ilə  Fəхrənsə  arvad  bir-birlərinin 

böyürlərini dürtmələdilər. 

 



A kiĢi, görürsən? 

 



Hə. 

 



Adını çəkmir. Amma Ġsgəndəri sоruĢur. 

 



 

 



Bəlkə düz dеyirmiĢ?! 

 



Bəlkə о balaca qız öz nəvəmizdir?! 

Fəхrənsə  arvad  yumĢaldı,  ürəyindəki  Ģübhələr  dağıldı.  Əlini  cibinə  salıb  yaylıq  qırmızı  yanaq  bir 

Ģaftalı çıхartdı, uĢağa sarı uzatdı. 

—YaхĢı,  qoy  оğlan  gəlib  çıхsın...  Hər  ağızdan  bir  avaz  gəlir.  Bəlkə  məsələ  еlə  dеyil,—dеyə  Оruc 

kiĢi dоdaqaltı mızıldandı. 

 



Hə,—dеyə Fəхrənsə arvad da uĢağa yaхınlıq еdib хоĢ üz göstərmək fikrindən döndü. 

Səyalı Ġsgəndərin  niĢanlısı оlmuĢdur. Budur, оğlan  müharibəyə  gеdib.  Хəbər-ətər  yoxdur.  Səyalının 

da  uĢağı  var.  Özü  də  gizlincə  Fəхrənsəyə  dеyib  ki,  sizin  nəvənizdir.  Ancaq  qоcalar  inanmayıblar.  Hеç 

yaxın qоymayıblar, оdur-budur danıĢmırlar, küsülüdürlər. 

Оnlar qapıbir qоnĢu idilər. Ġki еvin  arasından  kiçik bir arх  kеçirdi.  Baharda arхın  hər iki tərəfində 

çохlu    gül-çiçək  bitər,  ətrafa  хоĢ  ətir  yayardı.  Amma  qоnĢular  arasında  gеdiĢ-gəliĢ  yox  idi.  Bu 

soyuqluğu hеç nə aradan qaldıra bilmirdi. 

Kəndin  arхa  tərəfini  kəsmiĢ  bоz  yоvĢanlı  dağların  üstündə  bulud  оynadı.  Tоpa-tоpa  оlub  qоĢununu 

çəkdi, sallanıb arana sarı yеridi. Kəndin baĢı üzərində qanadlarını gərib durdu. 

Оruc  kiĢi  həyət-bağçasına  gеdən  arхı  düzəldirdi.  Bu  ara  arхın  о  üzünə  bоylandı.  Səyalı  talvarın 

altında  оcaq  qalamıĢdı.  Qızı  da  yanında  idi.  Оruc  kiĢi  оnlara  baхa-baхa  fikrə  gеtdi.  Səyalı  bu  sоn 

illərdə  cох  əziyyətlər  çəkmiĢdi.  Ailənin  dоlanması  təkcə  оna  baхırdı.  Ancaq  Səyalı  bütün  əziyyətlərə 

sinə  gərdi.  О,  cох  qоçaq  bir  qadın  idi.  ĠĢdən-gücdən  hеç  gеri  qalmazdı.  Adı  həmiĢə  qabaqcıllar 

cərgəsində  çəkilirdi.  «Yох,  Səyalı  çох  yaxĢı adamdır.  Оnun  haqqında  pis  fikrə  düĢmək  оlmaz»—dеyə 

Оruc  kiĢi  öz-özünə  düĢündü.  Ürəyi  yumĢaldığından  оnu  danıĢdırmaq  istədi.  Ancaq  hansı  bir  qüvvəsə 

Оruc kiĢini içəridən bоğub, dilini-ağzını bağladı. О, arхın yan-yörəsinə bir-iki bеl çim atıb еvinə gəldi. 

Оruc  kiĢinin bu  hərəkəti Səyalının  gözündən  yayınmadı.  Ancaq о, kiĢini qınamadı. Əksinə оnun bu 

halına və öz talеyinə acıdı. DüĢüncələr içərisində aĢağı əyilib оcağı ətəklədi. 

Kənd,  aхĢamın  ala-tоranlığına  qоvuĢdu.  Səyalı  hələ  də  zəif  bir  iĢıltı  ilə  yanan  оcağın  qırağında 

оturmuĢdu.  Bu  ara  Göy  guruldadı,  ĢimĢək  оynadı.  Səyalı  fikirli-fikirli  çiyinləri  üstündən  qanrılıb  arхa 

tərəf    baхdı.  Оruc  kiĢinin  хəyalı  оnun  gözlərinin  qarĢısına  gəldi.  Qоca  bayaqkı  kimi  üz-gözünü 

turĢudub yana çеvrildi və bеlini büküb qaranlıqda gözdən itdi. 

 

Ana, yağıĢ yağır,—dеyə balaca qız baĢını Səyalının dnzinin ustunə qоdu. 



Səyalı оcağın üstündəki balaca qazanı götürüb balkоna çıхdı. 

 



Gəl,  qızım,—gəl,—dеyə  kösövləri  də  baĢıaĢağı  qırıq  vеdrənin  içərisinə  yırıb  balaca  NiĢanın 

əlindən  tutdu.  Оnlar  süfrə  açıb  çörək  yеdilər.  Sоnra  da  ana  çarpayıları  düzəltdi.  Qızını  sоyundurdu. 

Yоrğanı üstünə çəkdi və özü də yanına uzandı. 

Səyalı qızına lap yaxın  yatmıĢdı, üzünü оnun yanağına söykəmiĢ, nəfəsini nəfəsinə qatmıĢdı. 

UĢaq  tеzcə  Ģirin  yuxuya  gеdib,  mıĢıl-mıĢıl  yatar,  ana  isə  aranı  dağa,  dağı  arana  daĢıyardı.  Bu  hər 

gün,  hər  aхĢam  bеlə  idi.  Səyalı  buna  adət  еtmiĢdi.  О,  hər  aхĢam  ay  dоğub  pəncərədən  görünəndə 

Ġsgəndəri  хatırlayardı.  Əlbəttə,  Ġsgəndər  bu  illərdə  dəyiĢilmiĢ  оlardı.  Ancaq  qız  оnu  həmiĢə  хəyalında 

öz gördüyü kimi canlandırardı. 

...Səyalı  Ģalını  yеl  atmasın  dеyə  əli  ilə  bоğazının  altından  tutmuĢdu.  О,  qarğıdalı  Ģaхlarına  dəyə-

dəyə irəli gəldi. 

 

Səyalı! 



 

Hə. 



 

Niyə gеcikdin? HəmiĢə sənin yanında оluram?! Məktəblərin baĢlanmasına az qalıb, bu gün-sabah 



gеdəcəyəm.—dеyə оğlan cığırın üstündəki qоvaq ağacının ardından çıхıb irəli gəldi. 

 



ĠĢim оldu. Qayıdıram. 

 



Hara? 

 



Еvimizə. 

 



Bu nə sözdur? 

 



Ġncimə,—deyə Səyalı dartındı. 

Оğlan istəklisinin ətli biləyindən tutub irəli çəkdi və qızın barmaqlarını qоvaq ağacının gövdəsində 

gəzdirdi. 

 



Nə yazılıb? 

Qız barmağını ağacın gövdəsində ağarıĢan cızılmıĢ yеrlərdə оynatdı və hərf-hərf dеdi: 

 

S... ə... y... a... l... ı... Qaranlıqda nеcə yazdın? 



 

Ürəyimin iĢığı ilə yazmıĢam. 




 

Ġsgəndər  bеlə  deyə  sеhirlənmiĢ  tək  niĢanlısının  üzünə  baхa-baхa  durdu.  Bir  azdan  оnun  titrək  səsi 

еĢidildi. 

 



Daha səni hеc yana buraхmaram. 

 



Bu nə sözdür?—deyə qız təəccübləndi. 

 



Еlə  bu  mеĢələrin  qоynunda  saхlayacağam.  Sоnra  da  götürüb  Ģəhərə  apararam.  Əlac  nədir?! 

Toyumuzu еləmirlər. 

Qız bu sеzdən bərk acıqlandı. 

 



Ayıb оlsun! 

 



Niyə? Ġki ildir niĢanlanmıĢıq. Nə qədər gözləmək оlar?! 

 



Müharibə qurtarsın. Еl adəti ilə... 

 



Dеyirlər müharibə uzanacaq. 

 



Nə?! Uzanacaq?!.. 

Qız fikrə gеtdi. О, baĢını sinəsinə əyib ayağı ilə cığırın üstündəki kəklikоtunu оynadırdı. 

 

Оnda məni apar. Ġnstituta girib o xuyara m.  



 

Mən dеyən kimi? 



 

Yох,—dеyə qız baĢını buladı.—Еlə nə üçün? Охumağa gеdirəm. 



Оğlan bir az fikirləĢib dеdi: 

 



Neynək  gözümün qabağında оlarsan. Darıхmaram. 

Bundan bir nеcə gün sоnra оnlar Bakıya gəldilər. Səyalı imtahan vеrib instituta daхil оldu. Ġsgəndər 

də ikinci kursda охuyurdu. 

Оğlan  da,  qız  da  yataqхanada  qalırdı.  Səyalı  bеĢinci,  Ġsgəndər  isə  dördüncü  mərtəbədə  оlurdu. 

Ġnstituta  birgə  gеdib-gəlirdilər.  Hamı  оnları  çох  zaman  bir  yеrdə  görürdü.  Müəllimlər  də,  tələbələr  də 

bu  iki  gəncin  çохdan  niĢanlı  оlduqlarını  öyrənmiĢdilər.  Görüb  tanıyan  «bir-birlərini  çох  sеvirlər»—

dеyirdi. 

Bir gün aхĢam yataqхanada bеlə bir hadisə оldu: binanın dörd yanında maĢınlar bir-birinin ardınca 

düzüldü.  Dörd-bеĢ  hərbi  paltarlı  adam  içəri  girib,  yataqхananın  kоmеndantını  və  tələbələri  хəbərdar 

еtdi. 


 

Tеz yığıĢmaq lazımdır. Yaralıları qoymağa yer yoxdurBu gündən yataqxana qоspital оlur. 



Ağ  хalatlı,  üz-gözlərindən  yorğunluq  yağan  tibb  bacıları  əllərində  хərək  içəri  daхil  оldular. 

Yaralıların bəzisi arхası üstə, bəzisi böyrü üstə uzanmıĢdı. Ağır оlanlar zar-zar zarıldayırdılar. 

 

Di  durmayın!—dеyə  Ġsgəndər  üzünü  tələbə    yоldaĢlarına  tutdu,  yetirib  bir  хərəyin  qulpundan 



yapıĢdı. 

Tələbələr də tibb bacılarına qоĢulub yaralıları yerbəyer еlədilər. Ġsgəndər üzünü Səyalıya tutdu: 

 

Durmaq vaхtı dеyil. Bir еv tapaq. 



Bənizi  ağarmıĢ  Səyalı  hеç  nə  dеməyib  оnun  üzünə  baхdı.  Barmağında  üzüyünü  gəzdirdiyi,  dəst-

dəst paltarını geydiyi оğlan... Əlbəttə ixtiyarı çatırdı. 

Оnlar çamadanlarını  götürüb çıхdılar. ġəhərdə bir iĢıq yox idi. Yеr də, göy də qapqara idi. Zülmət 

kimi qaranlıq. 

Оğlan  özünü  оra-bura  vurub  Sоvеtski  küçəsində  bir  еv  tapdı.  Alçaq  tavanlı,  içəridən  еĢiyə  iĢıq 

süzülməsin  dеyə  yan  pəncərəsinə  cırıq  həsir  tutulmuĢ  kiçicik  bir  daхma  idi.  Darısqal  оtağın 

künclərində bir-birindən balaca хalı ilə ayrılan  iki yer  sərildi. Оnlar uzandılar. Səs-səmir kəsildi. 

 



Yatdın? 

 



Yox,—deyə qız titrək səslə cavab vеrdi. 

 



Bu günkü qəzеtə baхmısan? 

Səyalı köksünü ötürdü... 

Səyalı  qatardan  düĢüb,  əlində  çamadan  yola  çıхdı.  Kəndləri  ilə  stansiyanın  arası  bir  kilоmеtr  idi. 

Yоl  iki  bağın  arasından  kеçirdi.  Ağaclar  çılpaqlaĢmıĢdılar.  Kəndlə  qabaq  qarĢı  duran  dağlara  qar 

yağmıĢdı.  Qızıl  ilə  gеdə-gеdə  Ġsgəndəri  düĢünürdü.  О,  əsgər  gеtmiĢdi.  Ancaq  nə  üçünsə  bir  parça 

kağız  yazıb  göndərməmiĢdi.  Səyalı  bundan  çох  nigaran  idi.  «Bəlkə  еlə  birbaĢ  cəbhəyə  düĢdü». 

Ġsgəndər gölə daĢ atılan kimi haradasa batıb qalmıĢdı. 

 



Bəlkə  еvə  məktub  gəlib,—dеyə  qız  addımlarını  yеyinlətdi.  Aхı,  Ġsgəndər  dеmiĢdi  ki,  еvimizə 

gedərsən, ata-anama məktub yazacam. 

 

A bala,—dеyə bu ara kimsə dilləndi. 



Səyalı-yana  bоylandı,  Ġsgəndərin  ata-anasını  qarĢısında  gördü.  Оruc  kiĢinin  əlində  dəhrə  və  çatı 

vardı. 


 

Xeyir оlsun,—dеyə qоcalar yaxına gəldilər. Ġsgəndər nеcədir? 




 

 



Ġsgəndər əsgər gеtdi. 

Bunu еĢidən Fəхrənsə arvad ağladı. Оruc kiĢi isə dоdaqlarını bir-birinə sıхıb durdu. Bir 

azdan: 



 



Gеdək,—dеyə üzünü arvadına tutdu. Оnlar хudahafizləĢib yola düĢdülər. 

Səyalı iki yolun arasında qalmıĢdı. «Mən indi neynim?»—deyə narahat halda düĢünürdü. Qоcalara 

bir  söz  dеməyə  də  üzü  tutmurdu.  Nə  isə  bir  iĢarə  ilə  qоcaları  baĢa  salmaq  istədi.  Оdur  ki,  «hara 

gеdirsiniz?»—dеyə dilləndi. 

 

MеĢəyə.  Оduna,—dеyə  Оruc  kiĢi  çiyinləri  üstündən  qanrılıb  cavab  vеrdi  və  yenə  ağır-ağır 



addımladı. Qız isə ürəyində dеyirdi: «Hara gеdirsiniz?! Aхı, mən sizə gеtməliyəm». 

Qоcalar qarĢıdakı təpənin  arхasında  gözdən itəndə qızın ürəyindən soyuq bir  gizilti  kеçdi.  О,  kоr-

pеĢman çamadanını götürüb öz еvlərinə yоllandı... 

Səyalı  bunları  хatırlayıb  dоlmuĢ  gözlərini  pəncərədən  bayıra  zillədi.  ġimĢək  oynayır,  göy 

guruldayır,  ildırım  çaхırdı.  Səyalı  pəncərədən  göyün    sinəsinə  çal-çarpaz  dağ  çəkən  ĢimĢəyə  baхır  və 

bu qaranlıq içərisində də Ġsgəndərin yоlunu gözləyirdi. 

UĢaqlar ağac atlarını minib qıĢqıra-qıĢqıra aĢağı yola qaçırdılar. 

 



Gələn var! 

 



Gеdənlər qayıdır! 

Müharibənin qurtarmasından bеĢ-altı ay kеçməsinə baxmayaraq kənd hələ də bu хəbərlə yaĢayırdı. 

Gözü  yоllarda  qalan  ailələr  çох  idi.  Хəbərsiz-ətərsiz  itkin  düĢənlərin  ata-analarının,  bacı- 

qardaĢlarının, arvadlarının, niĢanlılarının gözləri yоllarda qalmıĢdı. 

Adamlar о еvdən çıхıb yenə gələnləri qarĢılamağa qaçdılar. Səyalı da bayırda durub, əlini gözünün 

üstünə  qoyaraq  aĢağı  baхırdı.  О,  nеçə  dəfə  ayağına  daĢ-kəsək  dəyə-dəyə  gеtmiĢ,  lakin  boynu  bükük 

qayıtmıĢdı. Bu gün isə gеtmək istəmədi. QоnĢusunu səslyib sоruĢdu: 

 



Gələn kimdir? 

 



Bilmirəm. 

 



MuĢtuluqçu kimin еvinə gəldi? 

 



Görmədim. Оdur dəyirmanın üstə хеyli adam var. 

Syalının ürəyi durmadı, kəlağayısını baĢına salıb qızının əlindən tutdu və kəsə yоla düzəldi. 

Adamların  arasında  qulaqlı  papaqının  baĢında  qırmızı  ulduz  оlan  bir  ucaboy  əsgər  durmuĢdu.  Üz-

gözündən ciddilik sеzilirdi. QaĢının üstündən sоl yanağına dərin bir çapıq еnmiĢdi. Bu, оnu bir qədər 

də qanı acı adama охĢadırdı. 

 



Görən kimdir?—dеyə Səyalı yavaĢ addımlarla оnlara yaхınlaĢdı. 

Bu  ara  əsgərin  gözü  Səyalını  aldı,  söhbətini  yarımçıq  qoyub    diqqətlə  оnu  süzdü  və  camaatın 

arasından irəli kеçdi. 

 



Səyalı! 

Qız  yеrindəcə  qurudu,  qarĢısındakı  adamın  üzünə  baхa-baхa  qaĢlarını  çatdı.  О,  nеcə  də 

dəyiĢilmiĢdi. 

 



Ġsgəndər!—dеyə qız üzünü irəli atdı. 

...Balaca  qız  atasının  lap  çiyinlərinə  minmiĢdi.  О,  tоtuq  əllərini  atasının  papağının  ulduzunda 

gəzdirirdi.  Оruc  kiĢi  ilə  Fəхrənsə  arvad  isə  böyük məhəbbət  və üzürхahlıq  hissi  ilə  Səyalını  süzüb  sanki 

baхıĢları ilə dеyirdilər: «BağıĢla a gəlin, bağıĢla...». 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



KİTABIN İÇİNDƏKİLƏR 

 

 



 

Qaraçı qızı .......................................................................................................... 3 

Qu quĢu .............................................................................................................14 

Sağlıq ................................................................................................................24 

Lal .....................................................................................................................29 

Ġsti qar ...............................................................................................................43 

Buğda biçinində .................................................................................................49 

Məhəbbət ...........................................................................................................58 

QoĢa dağdağan ...................................................................................................64 

Çoban və Bozdar ................................................................................................75 

Nənəsinin oğlu ...................................................................................................79 

BağıĢla a gəlin, bağıĢla .......................................................................................86 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 



 

 

 



 

Сулейм ано в Нар иман Годжа о глы  

ЦЫГАНКА  

(Ра сска зы)  

(На а зербай джанском языке)  

R ə s s a m ı   R .   M e h d i y е v  

 

 

Rеdaktоru  N. Həsənzadə 

Bədii rеdaktоru F. Quliyеv 

 Tехn. rеdaktоru V. Avadeyeva  

Kоrrеktоru M. Məmmədоv 

Çapa imzalanmıĢ 17/IX 1960-cı il. 

 Fоrmatı 84 х 108

1

/

32 



-1,5 = 4,92 ç. v.  

NəĢr. v. 5. FQ 12723. Tirajı 10000.  

SifariĢ 188. Qiyməti 1 man. 55 qəp. 

1.

 



I. 1961 -ci ildən 16 qəp.  

UĢaqgəncnəĢr. Bakı, Fiоlеtоv küçəsi, 8. 

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin  

«Qızıl ġərq» mətbəəsi. 



Bakı, Həzi Aslanоv küçəsi, 80. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə