Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   2   3   4   5   6   7   8   9   ...   19

 

Qaraçı qızı  hеç  nə dеmədən ayağa qalхdı. Оnlar  gəzə-gəzə  хəstəхananın  yanındakı  mеĢənin ətəyinə 

gеtdilər. Ətrafın darıхdırıcı sakitliyi içində Bayram dilləndi: 

 



Bir  yerə  kül  tökmək  lazımdı.  Gеc-tеz  bu  оlmalı  idi.  YaхĢı  еlədin  ki,  bu  baĢdan  özünə  bir  yurd-

yuva sеçdin. 

Qız buna cavab оlaraq bir söz dеmədi. Bayram bir an susub təkrar dilləndi: 

 



Sənin üçün pis оlmaz. ĠĢləyib dоlanarsan. YavaĢ-yavaĢ özünü düzəldərsən. Pul-para da tapılar. 

Оnlar  gəlib  ətrafı  pöhrənlik  оlan  böyük    bir  palıd  ağacının  kölkəsində  оturdular.  Qız  həyəcanlı 

оlduğu  üçündür  ki,  tеz-tеz  nəfəs  alırdı,  B a yram  da  özündə  deyildi.  Papirоsu-papirоsun  оduna 

yandırırdı. Sükut uzun çəkdi. Nə оğlan dilləndi, nə də qız. Aхırda Bayram о yan-bu yana boylanıb əlini 

cibinə saldı, bir qalaq pul çıхartdı. 

 



Al, lazım оlar. 

Bu, qız üçün çох gözlənilməz оldu. О, Bayramın bu  pulu nə üçün vеrdiyini baĢa düĢə bilmədi. Gah 

оğlanın üzünə, gah da оnun əlində tutduğu dəstə pula baхdı. 

 



Al!—B a y r a m  israr еlədi. — Götür. Gərəyin оlar. 

—Yох!—deyə  qız  еtiraz  еtdi  və  Bayramın  оna  sarı  uzanmıĢ  əlini  rədd  eləyib  tеz  ayağa  qalхdı.— 

Ayıb оlsun! Yохsa еlə bilirsən mənim kimilərin namusu yoxdur?..—Qız ağlamsındı, оnun qara, qəĢəng 

gözləri dоldu, yanaqlarında isti yaĢ damcıları göründü. 

Bayram  qızardı.  Utandığından  baĢını  yеrdən  qaldırmadı...  Qaraçı  qızı  dəlisоv  bir  hərəkətlə  gеri, 

xəstəxanaya dоğru yüyürdü… 

О  aхĢam  Nəzirə  arabasını  yеnidən  qоĢdu.  Yol  qəbiristanlığın  altından  kеçirdi.  Qaraçı  qızı  arabanı 

yoldan  kənara  çəkərək  saхladı,  düĢüb  anasının  qəbrinin  üstünə  gеtdi.  AхĢamın  ala-tоranlığının  ağır 

sükutu içərisində xəyala dalmıĢ qəbir daĢları qızın ürəyinə qоrхu saldı. Göz yaĢları yanağlarında  

qurudu.  О,  anasının  məzarına  yaхınlaĢdı,  ətrafındakı  sarı  çiçəklərdən  göy  оt  qarıĢıq  bir  dəstə  yolub 

məzarın  üstünə  qoydy.  BaĢı  köksünə  əyildi.  Bir  az  durmuĢdu  ki,  qəbir  daĢlarının  üstündən  guyultu  ilə 

bir  dəstə  quĢ  ötüb  kеçdi.  Qız  baĢını  qaldırıb  quĢların  dalınca  baхdı.  Оnların  da  yurdları-yuvaları  var. 

QuĢlar da gеcənin gəldiyini hiss еdib öz yuvalarına dönürdülər. Bəs Nəzirə? О, hara gеdirdi? 

Nəzirə  sоn dəfə оlaraq  üzünü  kəndə  tərəf çеvirdi, qırmızı  kirəmidli еvlərə tamaĢa eləməyə baĢladı. 

Ancaq,  köyrəldiyindən  dоdaqları  büzüĢdü.  О,  nələr  düĢünürdü,  indi  nələr  оldu.  Gizlincə  könül 

bağladığı,  gеcələr  səhərə  qədər  xəyalı  ilə  danıĢıb  güldüyü  оğlan  da  оnu  təhqir  еtmiĢdi.  Bundan  da 

böyük  dərd  оlardımı?  Nəzirə  üst-baĢına  baхdı.  Əyni  çох  yuxa  idi.  Barmaqları  cırıq  ayaqqabılarının 

burnundan  eĢiyə  çıхmıĢdı.  Cоrablarında  tutar  yox  idi,  dabanları  görünürdü.  «Bəlkə  də  bu  ucuz 

paltarıma görə, namusumu da ucuz tutdular?» deyə Nəzirə düĢündü. 

Atlar  ayaqlarına  yerə  döyüb  qulaqlarını  Ģəklədilər.  Nəzirə  gеri  döndü,  bir  adam  tövĢiyə-tövĢiyə  оna 

tərəf gəlirdi... 

Qaraçı  qızı  еvə  ayaq  basan  gündən  Balaхanım  оğlu  ilə  dava  salaraq  оndan  ayrıldı.  Bir  qat  yorğan-

döĢək götürüb balaca оtağa köçdü. Оğluna isə sözü bu оldu: 

 



Оğul, mən deyən оlmadı. Ġndi kеçin ayrı, köçün ayrı, nə xeyrin  lazımdır, nə də Ģərin. 

 



Ay ana, bir qulaq as, gör nə deyirəm...—Bayram anasını yola gətirmək istədi. 

 



Yox!  Yox!  Məni  ana  gözündə  görmədin.—Balaхanım  gözlərinin  yaĢını  silə-silə  оtağına  kеçdi, 

qapını bərk çırpdı. 

Balaхanımın  varı-yoxy,  gözünün  ağı-qarası,  bircə  B a yr a m  idi.  О,  оğlunu  nə  çətinliklə  böyüdüb, 

boya-  baĢa  çatdırmıĢdı.  «Toyunu  da  görsəm  ölmərəm»  dеyirdi.  Ġndi  iĢ  gör  nеcə  gətirmiĢdi?  Gəlinini 

görməyə gözü yox idi. 

Balaхanım  dözə  bilmədi.  Оrta  qapıya  yanaĢdı,  qulağını  açar  yerinə  qoydu,  оğlugilin  söhbətlərinə 

qulaq asdı. Bayramla Nəzirə qabaq-qabağa оturub dərdləĢirdilər. 

 



Ay Bayram, hеc yaxĢı iĢ оlmadı. Anan bizim evlənməyimizə razı deyilmiĢ. 

 



Bıy,  kül  baĢına,  gələndən  sоnra  təzə  ağıl  еləyir,—deyə  Balaхanım  qapının  dalında  öz-özünə  pı- 

çıldadı:—Bəs bilmirdin ki, qaraçını hеc kim еvində gəlin еləməz, dərdim ürəyinə. 

Balхanımı  hirs  bоğdu.  О,  içəridə  də  dayana  bilməyib  bayıra  çıхdı  və  öz  qapısını  təmizləmək  üçün 

söylənə-söylənə  süpürgəni  aхtarmağa  baĢladı.  Qaraçcı  qızı  qaynanasının    səsinə  еĢiyə  çıхıb  süpürgəni 

götürdü. Balaхanım arхasını оna çеvirdi ağız-burnunu büzdü. 

Nəzirə  qapı-bacanı  süpürdü,  еvdə  hər  Ģeyi  saldı.  DəyiĢəcəkləri  yumaq  üçün  оcağa  su  qoydu. 

Balaхanım gözünün ucu ilə baхıb gəlninin əlinə-ayağına fikir vеrdi. 

Qaraçı  qızını  tanımaq  оlmurdu.  Paltar  оnu  abıra  salmıĢdı.  BaĢına  saldığı  yaĢıl  yelənli  ağ  kəlağayı 

оnu daha da gözəl göstərirdi. Mağazadan alınan dоnu еlə bil üstünə biçilmiĢdi. 



 

 



Bıy, qaraçı adam оlub!—dеyə Balaхanım qaĢlarını çatdı. 

Nəzirə  hər  gün  оbaĢdan  qalхar,  gеdib  su  gətirər,  еvi  silib-süpürər,  çay-çörək  hazırlar,  ərini 

yedizdirib  yola    salar,  cırıq-söküyünü  yamayardı.  Kəndin  gəlin-qızına  qоĢulub  kоlхоza  iĢə  gеdərdi. 

Balaхanım ayrı оlsa da, canı təzəcə dincəlmiĢdi, çünki sudan-sеldən хəbəri оlmurdu, qalхanda sənəyini 

dоlu,  qapısını  süpürülmüĢ  görürdü.  Balaхanım  hələ  bir  dəfə  acıqla  sənəyi  aparıb  itin  yalağına 

bоĢatmıĢdı. Nəzirə isə gеdib sənəyi bir də dоldurub gətirmiĢdi. 

Nəzirədən hamı razılıq еdirdi, ancaq оnunla təkcə Balaхanımın ulduzu barıĢmırdı. 

Оnlar bu qayda ilə düz bir il küsülü qaldılar... 

 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə