NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

Əsl həqiqətdə bu, Sovet dövlətinin uydurması idi. Əslində, Sovet dövlətinin 
öz  daxilində  mövcud  kommunist  rejiminə  qarşı  silahlı  üsyanlar,  müqavimət 
hərəkatları davam edirdi. 
6-cı  Konqresdə    daha  bir  məsələyə  toxunuldu:  SSRİ-ni  müdafiə  etməli, 
müstəmləkə  xalqlarının  imperialist  köləliyinə  qarşı  üsyanlarına  kömək  etməli, 
xüsusən Çin inqilabına yardım göstərməli. (187, s.429) 
Göründüyü  kimi,  Sovet  dövləti  konqresin  işindən  öz  siyasəti  üçün 
faydalanırdı. 
Konqresin qərarları dünyada gərginliyin daha da artırılmasına xidmət edirdi: 
“Beynəlxalq  kommunist  hərəkatının  möhkəmlənməsi,  kommunist  partiyalarının 
leninçi  birliyinin  möhkəmlənməsi,  kütlələrin  kapitalizmlə  mübarizə  üçün 
səfərbərliyə alınması”. (187, s. 429) 
1929-1932-ci  illərdə  Sovet  İttifaqı  beynəlxalq  vəziyyətin  gərginləşməsi 
istiqamətində  bir  şüara  da  üstünlük  verirdi:  Sosializm  quruluşunun  kapitalizm 
quruluşundan üstün olması!”  (187, s.438) “Sovet  İttifaqı Kommunist Partiyasının 
tarixi”  kitabında  bu  fikir  belə  açıqlanırdı:  “İrticaçı  kapitalist  dairələrində 
müdaxiləçilik əhval-ruhiyyələri yenidən canlandı, SSRİ-də sosializm qurulucuğuna 
mane olmaq, birinci beşillik planın yerinə  yetirilməsini pozmaq səyi qüvvətləndi. 
Sovet  İttifaqına  qarşı  müharibəyə  başlamağa  cürət  etməyən  imperialistlər  SSRİ 
xalq  təsərrüfatında  ziyançılığın  təşkil  olunmasına  kömək  edir,  böhtan 
kampaniyasını  genişləndirirlər.  Roma  Papasının  başçılığı  ilə  ruhanilərin  etdiyi 
antisovet  çıxışın  ardınca,  guya  Sovet  İttifaqının  təbliğ  etdiyi  dempinq  münasibəti 
ilə kinli təbliğat başlandı. Sonra guya SSRİ-də icbari əmək tətbiq edildiyi haqqında 
qondarma  əfsanə  işə  salındı.  Sovet  ölkəsinə  qarşı  yağdırılan  böhtanın  həddi  yox 
idi.  Bir  çox  kapitalist  ölkələrinin  (ABŞ,  Fransa,  Polşa,  Belçika)  hakim  dairələri 
antisovet  təbliğatından  sovet  ixracını  azaltmaq  üçün  istifadə  edirdilər.  Sovetlər 
ölkəsinə qarşı əsl iqtisadi müharibə aparılırdı”. (187, s. 462) 
Sovet  dövləti  azad  yaşayış  sistemindən  və  demokratik  dövlət 
quruculuğundan  uzaqda  dayanıb  yalnız  ölkələrlə  münasibətlərin  gərginləşməsini 
daha  önə  çəkirdi.  Bəlkə  elə  buna  görə  idi  ki,    Stalinin  çıxışlarında  Avropanın 
müharibəyə cəlb edilməsinə üstünlük verilirdi. Stalin göstərirdi ki, belə vəziyyətdə 
rəqiblər didişib, bir-birini haldan salıb yorulacaqlar. Onda biz Qızıl Ordunun bütün 
gücünü götürəcəyik. 
Bu  illərdə  Sovet  İttifaqı  güclü  silah  istehsal  edir,  hərbi  gücünü  artırırdı. 
Əslində  Sovet  dövləti  müharibəyə  hazırlıq  planını  müvafiq  qaydada  davam 
etdirirdi.  Belə  ki,  1933-cü  ildə  alman  albayı  Heyne  Quderian  Xarkovdakı 
lokomotivqurma  zavodunda  olarkən  öyrəndi  ki,  burada  parovozdan  başqa  tanklar 
da istehsal edirlər. Zavodda hər gündə 22 tank istehsal olunurdu. (334, s.31) 
1933-1937-ci  illərdə  beynəlxalq  şəraitdə  bir  sıra  səciyyəvi  xüsusiyyətlər 
yarandı.  Belə  ki,  SSRİ-də  sosializmin  tam  qələbəsi  başa  çatması  elan  edildi, 
Almaniyada  faşist  diktaturası  quruldu.  Sovet  dövləti  ilə  ABŞ  arasında  rəsmi 


münasibətlər  yarandı.  1933-cü  ilin  yanvarında  isə  Hitler  kommunistlərə  amansız 
divan tutub çoxlarını məhv etdi. 
1935-ci  ildə  isə  İtaliya  dövləti  Həbəşistanı  zəbt  etmək  üçün  müharibəyə 
başladı.  1936-cı  ildə  Almaniya  və  İtaliya  İspaniyada  vətəndaş  müharibəsini 
alovlandırdı. (187, s. 474) 
1936-cı  ildə  Almaniya  ilə  Yaponiya  “Antikomintern  müqaviləsi”  deyilən 
müqavilə  bağladılar  və  bir  ildən  sonra  İtaliya  da  ona  qoşuldu.  Əslində  bu,  üç 
təcavüzkarın bloku idi. Hitlerçilər kommunizm əleyhinə “səlib yürüşü”nə çağırmaq 
pərdəsi  altında,  dünyanı  yenidən  bölüşdürmək  məqsədi  ilə  dünya  müharibəsinə 
hazırlıq görürdülər”. (187, s.474) 
1933-cü  ildə  Sovet  İttifaqı  Millətlər  Cəmiyyətinə  daxil  oldu.  Lakin  bu 
təşkilatdan  da  SSRİ  dövləti  öz  məqsədləri  üçün  istifadəyə  çalışdı.  Bununla  bağlı 
Sovet  dövlətinin  planı  belə  açıqlanırdı:  “Az  sonra  SSRİ  Millətlər  Cəmiyyətinə 
daxil  olmaq  dəvətini  aldı  və  Sovet  hğküməti  Millətlər  Cəmiyyətindən  təcavüzə 
qarşı mübarizə üçün, mükəmməl bir alət olmasa da, hər halda bir alət kimi istifadə 
etmək məqsədi ilə bu dəvətə razılıq verdi”. (187, s.475) 
Sovet  İttifaqının  digər  ölkələrin  kommunist  partiyaları  ilə  birlikdə  ümumi 
cəbhə yaratmaq ideyası tam olaraq dəstəklənmirdi. Çünki o dövrdə fəhlələrin çoxu 
sosial-demokratiyanın ardınca gedirdi. 
Maraqlıdır  ki,  sovet  tarixi  dərsliklərində  və  kitablarında  faşizmin 
yaranmasında  əsas  günahkar  olaraq  Almaniyada  sağ  sosial-demokratiyanın 
başçıları  göstərilirdi.  Guya  onlar  kommunistlərlə  əməkdaşlıqdan  boyun  qaçıraraq 
fəhlələrin  birliyini  pozdular.  Və  onların  xain  taktikası  faşist  diktaturasının  əmələ 
gəlməsinə  çox kömək etdi.  (187, s.476) Qeyd edək ki,  sonrakı dövrdə  sağ alman 
sosial-demokratiyası  başçıları  öz  partiyasını  saxlamaq  ümidində  olsalar  da,  lakin 
fəaliyyətləri qadağan edildi. 
Bu şəraitdə 1935-ci ilin yayında Kommunist İnternasionalının 7-ci Konqresi 
toplandı.  Konqresin  işində  başlıca  məsələ  faşizm  və  yeni  müharibə  hazırlığı 
əleyhinə mübarizə məsələsi idi. (187, s.478) Konqres proletar birliyi zəminində elə 
geniş antifaşist xalq cəbhəsi yaratmaq irəli sürdü ki, həmin cəbhədə kəndlilər, xırda 
burjuaziya  vəz  iyalılar  fəhlə  sinfinin  ətrafında  birləşsin.  Konqres  bütün  xalqları 
təcavüzə  qarşı,  imperialist  zülmünə  qarşı,  istiqlaliyyəti  uğrunda  mübarizə  aparan 
ölkələrə  yardım etmək üçün öz  qüvvələrini səfərbərliyə  almağa  çağırırdı.  (187, s. 
478) 
Göründüyü  ki,  Sovet  dövləti  Komintern  kürsüsündən  məharətlə  istifadə 
edib,  hələ  müharibə  başlamazdan  xeyli  əvvəl  Almaniyadakı  vəziyyəti 
gərginləşdirirdi. Sovet İttifaqının zorla işğal altında saxladığı milli respublikalarda 
isə  qanlı  terror  rejimi  yaradılır,  minlərlə  insan  məhv  edilirdi.  Lakin  Almaniya  və 
digər  dövlətlər  Sovet  İttifaqına  qarşı  hər  hansı  bir  “komintern”  yaradıb  müharibə 
gərginliyini artırmırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə