NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

Maraqlıdır  ki,  bu  müqaviləni  bağlamaqda  Sovet  höküməti  dövlətlər 
arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi. 
Sovet  İttifaqının  apardığı  beynəlxalq  siyasət  sülh  uğrunda,  qarşılıqlı  və 
işgüzar  sazişlər  uğrunda  mübarizəyə  yönəlmirdi.  Lenin  öz  çıxışlarında  tez-tez 
xatırladırdı  ki,  dünya  proletariatının  qələbəsinin  ləngiməsinə  qətiyyən  imkan 
vermək olmaz.  Çünki,  kapitalist  ölkələrində  antaponist ziddiyyətlər  mövcuddur. 
Bu ziddiyyətlər dərinləşdikcə proletariatın qələbəsini mümkün edəcək. V. İ. Lenin 
yazırdı: “Dünya mübarizəsinin nə kimi qəti nəticə verəcəyi haqqında heç bir şübhə 
ola  bilməz.  Bu  mənada  sosializmin  qəti  qələbəsi  tamamilə  və  şübhəsiz  təmin 
olunmuşdur”. (284, s. 517) 
Göründüyü  kimi,  hələ  Leninin  fikirlərində  dünyaya  hegemonluq  iddiaları 
qəti olaraq səslənməkdə idi. 
1924-cü ilin iyun-iyul aylarında Moskvada Kominternin 5-ci konqresi oldu. 
(187,  s.  390).  4-cü  Konqreslə  5-ci  Konqres  arasındakı  dövrdə  Qərbi  Avropa  
ölkələrində  sinfi  döyüşlər  fəhlələrin  məğlubiyyəti  ilə  qurtarmışdı.  Odur  ki, 
beynəlxalq  şəraiti  təhlil  etmək  əsasında  Kominternin  5-ci  Konqresi  kommunist 
partiyalarının  yeni  şəraitdə  mübarizə  taktikasını  hazırladı.  Kapitalist  ölkələrinin 
kommunist  partiyalarını  bolşevikləşdirmək  başlıca  vəzifələrdən  biri  oldu.  (4,  s. 
391) 
Konqresdə  proletar  diktaturası  uğrunda  mübarizənin  qələbəsi  üçün  bütün 
ölkələrin fəhlə kütlələrinin birliyini təmin etmək məqsədi ilə vahid cəbhə taktikası 
əsas olaraq qaldı. 
Beləliklə, Sovet İttifaqı dünyada hegemonluq yaratmaq ideyası və əməli ilə 
əslində beynəlxalq gərginliyi daha da artırırdı. Sovet İttifaqının bu sahədə ən çox 
bəhrələndiyi  bir  taktika  vardı:  guya  bütün  dövlətlərdəki  fəhlələrin  birliyini  təmin 
edən  Komintern  ciddi  təhlil  olunduqda,  Kominternin  Sovet  dövlətinin  əlində  öz 
hegemonluğunu  reallaşdırmaq  üçün  istifadə  etdiyi  bir  vasitə  olduğu 
görünməkdədir. Kominternin adı ilə Sovet İttifaqı öz məkrli və hiyləgər siyasətini 
məharətlə həyata keçirirdi. 
Sovet  İttifaqı  Kominterndən  öz  məqsədlərinə  uyğun  faydalanır,  lazım 
gəldikdə isə imtina etməyi bacarırdı. Məsələn, 1937-ci ilin repressiyalarında SSRİ-
də  gedən  məhkəmə  proseslərində  iştirak  etmək  üçün  İkinci  İnternasionalın 
rəhbərləri Madlena Pazın təşəbbüsü ilə çıxış etsələr də, Stalin buna razılıq vermədi. 
(197,  s.155)  Stalinə  özünün  qondardığı  məhkəmələrdəki  haqsızlığı  kimlərinsə 
görüb şahidlik etməsi sərf etmirdi. O, qanlı əməllərini həyata keçirmək üçün qapalı 
məhkəmələrə, 15-20 dəqiqəliyə oxunan “ölüm hökm”lərinə üstünlük verirdi. 
Qeyd  edək  ki,  həmin  dövrdə  onun  adı  ilə  bağlı  gedən  və  məhv  edilən 
insanların acı taleyinə  dözə bilməyən  L. Trotski təhlükəsizliyinin təmin olunması 
şərti ilə Stalini açıq mühakiməyə çağırdı. Lakin Stalin Trotskinin bu təklifini qəbul 
etmədi. 


Sovet  İttifaqı 1926-30-cu illərdə  də  özünütəcrid siyasətini  davam etdirirdi. 
Bu siyasəti isə belə əsaslandırırdı: “Bütün ölkələrin imperialistləri Sovet İttifaqının 
möhkəmlənməsini  və  inkişaf  etməsini  kapitalizm  sistemi  üçün  təhlükə  hesab 
edirdilər.  Kapitalist  dövlətləri  ilə  SSRİ  arasında  münasibtlər  gərgin  vəziyyətdə 
qalmaqda idi”. (187, s. 404) 
Belə  şəraitdə  Sovet  İttifaqı  Almaniya  ilə  münasibətlərini  hər  vasitə  ilə 
qorumağa  və  ondan  Avropada  gərginlik  yaradan    bir  ocaq  kimi  istifadə  etməyə 
çalışırdı.  Bununla  əlaqədar qərb dövlətlərinin  –  İngiltərənin, Fransanın, İtaliya  və 
Belçikanın  1925-ci  ildə  Lokarnada  imzaladığı  saziş  Sovet  İttifaqını  ciddi  narahat 
etdi.  Sovet  İttifaqı  atılan  bu  addımı  antisovet  blokunun  yaranması  kimi 
qiymətləndirdi.  Bu  narahatçılığın  nəticəsi  olaraq  1926-cı  ildə  SSRİ  ilə  Almaniya 
arasında bitərəflik müqaviləsi imzalandı. (187, s.405) 
Qeyd edək ki, Sovet İttifaqının Almaniyada 1923-cü ildəki çevriliş cəhdləri 
də  boşa  çıxmışdı.  Sovet  dövlətinin  rəhbərliyi  çevrilişin  vaxtını  1923-cü  ilin 
noyabrın  9-na  təyin  etsə  də,  bu,  baş  tutmadı.  Çevrilişin  planı  isə  Moskvada 
hazırlanıb təsdiqlənmişdi. 
Stalinin  şəxsi  katibi  Boris  Bajanov  yazırdı  ki,  Almaniya  inqilabına  böyük 
miqdarda vəsait ayrılmışdı. Sonradan isə qərar alındı ki, ümumiyyətlə, istəniləndən 
də  çox  vəsait  ayrılsın.  Sovet  İttifaqında  yaşayan  bütün  alman  mənşəli 
kommunistlər bu işə səfərbər edilmişdi. Onları xüusi olaraq hazırlayıb Almaniyaya 
gizli  fəaliyyətə  göndərirdilər.  Sovet  dövlətinin  rəhbərliyində  təmsil  olunan  Xalq 
Komissarlar  Soveti  sədrinin  müavini  V.Şmidt,  Unşlixt,  Radek,  Pyatakov  və 
başqaları bu işə cəlb edilmişdilər. (334, s.25) 
Sovet  dövlətinin  Almaniyada  səlahiyyətli  nümayəndəsi  Ksretinski  çox 
güclü  və  gizli  casusluq  şəbəkəsi  yaratmışdı.  Almaniyada  Sovet  nümayəndəliyi 
inqilabi çevrilişin  mərkəzinə  çevrilmişdi.  Səlahiyyətli  nümayəndəliyin  vasitəsi ilə  
Moskva  Almaniyaya  müxtəlif  ədəbiyyatlar,  silahlar,  döyüş  ləvazimatları 
göndərirdi.  (334,  s.  25)      Çevrilişin  baş  tutmamasının  çox  səbəbləri  olsa  da,  bir 
problem xüsusi vurğulanırdı. Almaniyadakı xalq kütləsi kommunistlərin arxasınca 
getmədi, sosial-demokratları müdafiə etdilər. 
Bu məğlubiyyətdən sonra Stalin 1927-ci ilin noyabrında belə bir şüarla çıxış 
etdi: “Sosial-demokratların axırına çıxmasaq, kapitalizmlə qurtara bilmərik”. (321) 
Beləliklə, Stalin sosial-demokratları öz  məkrli planının  həyata  keçməsində 
başlıca maneə kimi görürdü. 
Sovet  İttifaqı  Avropada  böhranın,  aclığın,  ümumilikdə  gərginliyin 
artmasında  maraqlı  idi.  Belə  hallarda  o,  yaranmış  gərgin  şəraitdən  və 
ziddiyyətlərdən istifadə edə bilirdi. 1928-ci ilin avqustunda Moskvada Kommunist 
İnternasionalının  6-cı  Konqresi  keçirildi.    Konqresdə  dünya  iqtisadi  böhranının 
artmasına işarə edilərək bildirildi: “Böhranın qarşısını almaq imkanını kapitalistlər 
müstəmləkələrin  yenidən  bölüşdürülməsi  üstündə  yeni  müharibələrdə  və  SSRİ 
əleyhinə müharibədə görürdülər”. (187, s.429) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə