NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

1940-cı  ildən  başlayaraq  ölkədə  amansız  və  sərt  qanunlar  hökm  sürməyə 
başladı. Belə ki, üç dəfə işə 20 dəqiqə gecikməyə və bir iş buraxmağa görə fəhlələr 
və  qulluqçular  məhkəməyə  verilir,  3-5  il  müddətinə  həbs  düşərgələrinə 
göndərilirdi.  Həbs  düşərgələrində  onları  “ukaznik”lər  adlandırırdılar  və  onların 
arasında çoxu 16-17 yaşlı gənclər idi. Belə “ukaznik”lərin sayı 2-3 milyona yaxın 
idi. (220) 
Qeyd edək ki, müharibədən sonra da NKVD işçiləri keçmiş hərbi əsirlər və 
işğal  edilmiş  torpaqlardan  Almaniyaya  məcburi  aparılmış  gənclər  və  işğal 
ərazilərində  yaşamış  sakinlər  arasında  da  ciddi  “təmizləmə”  işləri  apardılar. 
Bildiririk ki, belə insanların sayı 60 milyona yaxın idi. Bu adamların çoxu günahsız 
idi və sadəcə, acından ölməmək üçün faşistlərin yaratdığı müəssisələrdə işləməyə 
məcbur idilər. 
Doğrudur,  belə  adamların  çoxunu  cəzalandırmayıb,  ölkənin  qərb 
vilayətlərindəki  təsərrüfatların  bərpasında  işlətdilər.  Lakin  işğal  altında  qalmış 
ərazilərin, əksər sakinlərin  müəyyən hüquqları  məhdudlaşdırıldı,  müəyyən  hissəsi 
isə həbs düşərgələrinə göndərildi. Belə cəzaya məruz qalmış insanların sayı 10-12 
milyon idi. Bundan əlavə, İkinci Dünya müharibəsindən sonra ölkədə əsasən siyasi 
səbəblərlə  bağlı  həbslər  dalğası  başlandı.  Yalnız  1946-1953-cü  illərdə  bununla 
bağlı 1-1,5 milyon insan həbs edildi. 
Beləliklə,  ölkədə  aparılan  “stalinizm”  siyasəti  nəticəsində  təqribən  40 
milyona qədər insan həlak olmuşdu. (220) 
Yuxarıda  qeyd etdiyimiz  kimi,  bu illərdə  Stalinin əmri ilə  bir çox xalqları 
əsrlər  boyu  yaşadığı  torpaqdan  zorla  qovur,  sürgünə  göndərir,  Sibirdə, 
Qazaxıstanda yaşamağa məcbur edirdilər. Şübhəsiz ki, xalqların zorla köçürülməsi 
Sovet dövlətinin tarixinin ən faciəvi səhifələrindəndir. Moskvada, mərkəzi Dövlət 
Arxivində  və  xüsusən  “Stalinin  xüsusi  qovluğunda”  40-cı  illərin  “köçürülmələri” 
ilə  bağlı  çoxlu  sənədlər  saxlanılmaqdadır.  Bu  materialların  çoxu  “Moskovskie 
Novosti”  qəzetində  (1990-cı  il)  və  “SSRİ  tarixi”  jurnalında  (1991-ci  il)  nəşr 
edilmişdir.  Bu  sənədlər  bir  daha  Sovet  dövlətinin  və  “stalinizm”in  təhlükəli, 
qorxulu məqamlarını açıqlayır. Qeyd edək ki, bu illərdə çoxlu sayda xalqlar kütləvi 
olaraq köçürülməyə başladı. (295) 
SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığının  Xüsusi  Köçürülənlər  Şöbəsinin 
1946-cı  ilin  oktyabrına  hazırladığı  ümumi  arayışda  göstərilirdi:  “Xüsusi 
köçürülənlər düşərgəsində ümumilikdə 2.463940 nəfər vardır. Onlardan 655674-ü 
kişi,  829084-ü  qadın,  979182-i  16  yaşına  qədər  olanlardır.  Köçürülənlərin 
əksəriyyəti  aşağıdakı  qaydada  yerləşmişlər:  Qazaxıstan  SSR-də  -  890698  nəfər; 
Özbəkistan  SSR-də  179992  nəfər;  Kemerova  vilayətində  -  129423  nəfər; 
Qırğızıstan SSR-də 120858; Molotov vilayətində - 115436; Sverdlov vilayətində - 
113476; Krasnoyars vilayətində - 112316; Altay vilayətində - 35381; Novosibirsk 
vilayətində  -  92968;  Tomsk  vilayətində  -  83276;  Tümendə  -  566111; 
Çelyabinskidə - 51865; Omsk vilayətində - 44767. (295) 


Bu qaydada zorla köçürülmələr, sürgünlər, demək olar ki, SSRİ-də yaşayan 
bütün xalqları əhatə edirdi. Aşağıdakı rəqəmlərdə bu dəhşətli faciə görünməkdədir: 
1) Çeçen və inquşlar – 400478 nəfər (97441  – kişi, 110818 – qadın, 191919 – 16 
yaşına qədər olanlar); 2) Qaraçaylar – 60139 nəfər (10595 kişi, 16860 qadın, 32557 
–  16  yaşına  qədər  olanlar);  3)  Balkarlar  –  32817  nəfər  (6147  kişi,  10284  qadın, 
16386 – 16 yaşına qədər olanlar); 4) Kalmıklar – 81673 nəfər (199506 kişi, 24143 
qadın,  32997    -  16  yaşına  qədər  olanlar);  5)  Krım  tatarları,  balkarlar,  yunanlar  – 
193959  nəfər  (43135  kişi,  68343  qadın,  82481  –  16  yaşına  qədər  olanlar);  6) 
Almanlar  –  774178  nəfər  (122336  kişi,  296014  qadın,  355828  –  16  yaşına  qədər 
olanlar); 7) Türklər, kürdlər  – 84402 nəfər (16353 kişi, 23277 qadın, 44772  – 16 
yaşına qədər olanlar). (295) 
Bu dövrdə ayrıca “vlasovçular” adı altında 95386 nəfər də sürgün edilmişdi. 
Qeyd  edək  ki,  bu  məlumatları  1944-cü  ilin  18  aprelində  SSRİ  Dövlət 
Təhlükəsizliyi Xalq Komissarlığının 3-cü İdarəsinin rəisi hazırlamışdı. 
Əlbəttə, bu ümumi rəqəmlər sırasına  krım tatarlarının,  mesxeti türklərinin, 
çeçen  və  inquşların,  qaraçayların,  çərkəslərin  faciələrini  xüsusi  ayırmağa  ehtiyac 
vardır. Məhz sovet dövlətinin apardığı siyasət həmin xalqların doğma yurdlarında 
bir sakinin qalmasına imkan vermədi. 
Krım  tatarlarına  qarşı  sərt  mövqeyi  V.  İ.  Lenin  Moskvadakı  çıxışlarının 
birində  belə  aydınlaşdırmışdı:  “Hazırda  Krımda  300000  burjuaziya  nümayəndəsi 
vardır.  Bu,  gələcək  spekulyasiyanın,  casusluğun,  kapitalistlərə  hər  cür  köməyin 
mənbəyidir.  Amma  biz  onlardan  qorxmuruq.  Biz  deyirik  ki,  onları  götürəcəyik, 
böləcəyik, tabe etdirəcəyik”. (284, s. 511) 
Mustafa Haqqı Türkəqul “Kafkasiya” dərgisində  yazırdı: “Fransız Xristian 
İşçilər  Federasiyası  tərəfindən  Parisdə  yayımlanan  “Russkaə  mıslı”  dərgisinin 
1947-ci il 8 noyabr tarixli nüsxəsində nəşr olunan statistikaya görə kommunistlərin 
hakimiyyətinin  quruluşundan 1947-ci ilə qədər Sovetlər Birliyində 62 milyondan 
artıq insan məhv edilmişdir”. (168, s.10, 19-20) 
Həmin statistikada aşağıdakı rəqəmlər vardır: 
1)
 
1917-1921-ci  illərin  vətəndaş  müharibələrində,  yəni  Türküstan,  Azərbaycan, 
Gürcüstan,  Ermənistan,  Şimali  Qafqaziya  və  Ukraynada  öz  istiqlalı  uğrunda 
apardığı mübarizədə rus imperialistləri tərəfindən 4500 000 (dörd milyon beş yüz 
min) adam öldürülmüşdür. 
2)
 
1918-1919-cu illərdə Finlandiya, Litva, Latviya və Estoniyaya qarşı imperialist 
hərblərdə 160 000 adam öldürülmüşdür. 
3)
 
1925-1931-ci  illərdə  Çinə  qarşı  aparılan  imperialist  hərblərdə  30 000  adam 
öldürülmüşdür. 
4)
 
1936-cı ildə İspaniya daxili hərbində 85 000 adam öldürülmüşdür. 
5)
 
1939-cu  ildə  Polşa  və  Finlandiyaya  qarşı  imperialist  hərblərdə  463  min  adam 
həlak olmuşdur. 
6)
 
1941-1945-ci illərdə Almaniya ilə olan hərbdə 13 milyon adam həlak olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə