Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti


hazırlanması vƏ bağlanması, onun yerinə yetirilməsinə nəzarət; mÜƏyyƏn sahəyə aid



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

hazırlanması vƏ bağlanması, onun yerinə yetirilməsinə nəzarət; mÜƏyyƏn sahəyə aid 
olan  sazişlərin  bağlanması  vƏ  həyata  keçirilməsi  zamanı  meydana  çıxan 
ziddiyyətlərin  aradan  qaldırılması,  kollektiv  əmək  mübahisələrinin  qarşisinin 
alınması və tənzimlənməsi üzrə tədbirlərin həyata keçirilməsi. 
Kommissiyanin  tərəfləri  əməyin  mühafizəsi  dövlət  sisteminin  yaradılması 
problemlərini birgə həll edirlər, Əmək qanunvericiliyinə riayət  olunmasına nəzarəti 
həyata keçirirlər. 
Sosial  Əmək  münasibətlərinin  nizamlanması  üzrə  Moskva  üçtərəfli 
kommissiyasindan  başqa  həmçinin  əhalinin  məşğulluğuna  kömək  məqsədilə 
Koordinasiya Komitəsi də fəaliyyət göstərir. 
8.
 
Tatarıstan Respublikasında sosial Əməkdaşlıq sistemi Sitat: 
Sosial ƏmƏkdaŞİlq: lÜƏt-sorğu kitabı Rəhbər: V.N. Kiselev, 
V.Q. Smolkov: AT vƏ SO. - M “İqtisadiyyat” nəşriyyatı ASC 
1999. S. 183-184 
Tatarıstan  Respublikasında  sosial  əməkdaşlıq  sistemi  adı  altında  hökumət, 
həmkarlar  ittifaqı,  müxtəlif  səviyyələrdə  sahibkarların  (respublika,  filial,  şəhər 
(rayon), müəssisə) institusional qarşılıqlı sosial fəaliyyət sistemi, həmçinin Tatarıstan 
Respublikasında sosial- Əmək münasibətlərinin vƏ onunla əlaqədar iqtisadi vƏ siyasi 
münasibətlərin tənzimlənməsi baŞa dÜŞÜlÜr. 
Sosial  Əməkdaşlıq  sisteminin  hüquqi  Əsası  sosial-  ƏmƏk  münasibətləri 
sahəsində  beynəlxalq  normalar,  Rusiya  Federasiyası  vƏ  Tatarıstan  Respublikası 
Konstitusiyaları  və  həmçinin  Rusiya  Federasiyası  və  Tatarıstan  Respublikası 
qanunları vƏ normativ hüquqi aktları ilə müəyyənləşdirilir. 


Son illər ərzində Tatarıstanda sosial ƏmƏkdaŞİlq sistemi müxtəlif səviyyələrdə 
formalaşmışdır.  Beləki,  1991-ci  ildə  ilk  dəfə  Ölkə  səviyyəsində  ikitərəfli  saziş 
(hökumət-  həmkarlar  ittifaqı)  imzalanmışdır,  1992-1994-cÜ  illərdə  üçtərəfli  saziş 
(hökumət-  həmkarlar  ittifaqı-  sənaye  müəssisələri  Assosiyasiyasi)  imzalanmışdır, 
1995-ci  ildə  respublikanın  ticarət-  sənaye  palatası  sahibkarlar  ittifaqı  tƏrƏfinƏ 
qoşulmuşdur. Respublika sazişinə müƏyyƏn sahəyə aid olan (tarif) sazişlər daxildir. 
Sosial  problemlərin  həlli  ağırlığının  respublika  səviyyəsindən  territorial  səviyyəyə 
(şəhər, rayon) köçÜrülmƏsi ilə əlaqədar həmkarlar komitəsi koordinasiya Şuraları və 
administrasiya  başçıları  arasında  müqavilə,  eləcə  də  aqronomik  sənaye  kompleksi, 
səhiyyƏ, xalq təhsili, elm, mədəniyyət orqanları işçilərinin həmkarlar ittifaqının rayon 
(şəhər)  vƏ  həmin  rayonların  müvafiq  administrativ  orqanları  arasında  xüsusi 
müqavilələrin bağlanması praktikası yayılmağa başladl. 
Hamı  üçün  qarşılıqlı  saziş  prinsipi  ondan  ibarətdir  ki,  müƏyyƏn  sahəyə  aid 
olan müqavilələr respublika (Əsas) sazişi, territorial- müƏyyƏn sahəyə aid olan (tarif) 
sazişləri  ilə  müƏyyƏn  olunan  sosial  və  Əmək  münasibətlərinin  səviyyəsini  aŞaği 
salmamalıdır;  kollektiv  müqavilə  işçilərin  vəziyyətini  aşağı  salmamalıdır.  Kollektiv 
müqavilələr vƏ sazişlərdə (mÜƏyyƏn sahəyə aid olan) nƏzƏrdə tutulan əlavə (daha 
yüksək vƏ müxtəlif) sosial zəmanətlər ƏmƏyin məhsuldarlığının artması nəticəsində 
əldə  oluan  vəsaitlər  hesabına  təşkilatın  təkmilləşməsi  və  müəssisədə  vƏ  filiallarda 
istehsal vƏ idarəetmənin yaxşılaşmasını təmin edir. 
9.
 
Tatarıstan Respublikasının “Həmkarlar Şurası haqqında’ 
Qanunu (Çıxarış) 
Tatarıstan Respublikası Dövlət Şurası tərəfindən 
18 yanvar 1995-ci ildə qƏbul edilmişdir 


(...) Fəsil I. Ümumi müddəalar 
Maddə 2. Həmkarlar Şurası yaratmaq ÜÇÜn vətəndaşlarin hüququ 
Tatarıstan  Respublikası  vətəndaşı  ilkin  icazə  olmadan  könüllü  şəkildə 
həmkarlar  Şurası  yarada  bilər,  və  həmçinin  fəaliyyət  göstərə  yaxud  çıxa  bilər. 
VətƏndaŞ bir neÇƏ həmkarlar Şurasının üzvü ola bilər. 
Həmkarlar  Şuraları  vətəndaşlar  tərəfindən  mülkiyyət  formasından  asılı 
olmayaraq  müƏssisələrdə,  idarələrdə  vƏ  təşkilatlarda  yaradıla  bilər.  Həmkarlar 
Şuraları  professional,  filial  və  ya  professional-  filial,  elƏcƏ  də  territorial  prinsiplər 
Əsasında yaradıla bilər, bir sƏnƏt (bir qrup) üzrə yaradılan həmkarlar Şuralarının 
sayı məhdud deyil. 
Həmkarlar  Şuraları  on  nəfərdən  az  olmayan  vətəndaşların  təşəbbüsü  ilə 
yaradılır. 
Həmkarlar Şuralarına mənsubiyyət və həmkarlar Şurası fəaliyyəti ilə məşğul 
olma  qanunvericilikdə  nƏzƏrdə  tutulduğu  kimi  vƏtƏndaŞin  şəxsi,  professional, 
ƏmƏk, sosial- iqtisadi, siyasi hüquqlarım vƏ azadlıqlarım məhdudlaşdırmır. 
İşləməyən təqaüdçülər vƏ hƏmÇİnin hƏmin mÜƏssisƏdə işini itirmiş şəxslər 
də həmkarlar Şurasında Öz üzvlüyünü saxlamaq və Öz seçiminə uyğun olaraq baŞqa 
həmkarlar Şurasına keÇmƏk hüququna malikdirlər. 
Bütün həmkarlar Şuraları eyni hüquqlardan istifadə edirlər. 
Fəsil II. Həmkarlar şuralarinin Əsas hüquqları 
Maddə 9. İşçilərin maraqlarının qorunması, kollektiv danışıqların aparılması, 
kollektiv  müqavilələrin  vƏ  sazişlərin  bağlanması  üçün  həmkarlar  Şuralarının 
hüquqları 


Həmkarlar  Şuraları  Əmək  münasibətləri  vƏ  sosial  müdafiə  məsələlərində 
işçilərin maraqlarını təmin edir, müvafiq dövlət orqanları, sahibkarlar və sahibkarlar 
ittifaqı ilə sosial Əməkdaşlığı yaradır. 
Həmkarlar Şuraları kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin 
vƏ sazişlərin bağlanması vƏ onların icrasına nəzarəti qaunvericiliyə müvafiq olaraq 
hƏyata keçirir. 
Sosial  əməkdaşlıq  tƏrəflƏri  kimi  həmkarlar  Şuralarının  nümayəndəlikləri 
onların Üzvlərinin sayı ilə müəyyənləşdirilir. 
Maddə  10.  Dövlət  və  ictimai  işlərin  idarə  olunmasında  iştirak  etmək  üçün 
həmkarlar Şuralarının qanunvericilik təbəbbüsünə əsasən hüquqları 
Həmkarlar  Şuraları  dövlət  işlərinin  idarə  olunmasında  dövlət  hakimiyyət 
seçkili orqanlarindaki nümayəndələri vasitəsilə iştirak etmək hüququna malikdir. 
Həmkarlar  ittifaqının  respublika  Şurasının  Tatarıstan  Respublikası  Dövlət 
Şurasında  əmək  münasibətləri  və  Çalışanların  sosial  müdafiəsi  məsələlərinə  dair 
qanunvericilik təşəbbüsü hüququ vardır. 
Müvafiq həmkarlar Şurası orqanları dövlət hakimiyyəti orqanları, təsərrüfat 
orqanları,  sahibkarlara  (onların  ittifaqları)  bu  mƏsƏləlƏrƏ  dair  dəyişiklik  vƏ 
əlavələrin  edilməsi  haqqında  qanunvericiliklə  mÜƏyyƏn  edilmiş  vaxtda  müzakirə 
edilməli  olan  təkliflər  irəli  sürmək  hüququna  malikdir.  Həmkarlar  Şuraları  onlar 
tərəfindən irəli sürülən təkliflərin nƏzƏrdƏn keçirilməsi zamanı iştirak edir. 
Maddə  17.  Həmkarlar  Şuralarının  kollektiv  fəaliyyət,  tətil  təşkil  etməsi  və 
keÇİrmƏsi hüquqları 
Həmkarlar  Şuraları  qanunvericiliklə  müƏyyƏn  olunmuş  qaydada  iclas, 
mitinq,  piket,  nümayiş,  yürüş,  digƏr  kollektiv  işlƏr  və  kütləvi  tədbirlər  keçirmək, 
eləcə də tətil təşkil etməsi və keçirmək hüququna malikdirlər. (...) 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə