Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

Qərarın  alternativliyi 
-  münaqişə  ərzində  tərəflərin  əvvəllər  təklif  etdiyi 
yanaşmalardan fərqli olaraq münaqişənin özəyini təşkil edən problemin yeni orijinal 
həll üsuludur. 
Antaqonizm 
-  kəskin,  barışmaz  ədavətlə,  zidd  qüvvələrin  mübarizəsini 
xarakterizə edən ziddiyyət formalarından biridir, «və ya-yaxud»; «hər şey və ya heç 
nə» məntiqi ilə açıqlanır. 
Assimetrik  həll 
-  bərabər  qüvvələrə  malik  olmayan  və  danışıqlar  aparan 
tərəflərin müxtəlif kombinasiyah güzəştləri. 
Uydurma 
-  nümayişkəranə  hərəkət  hesab  olunan  münaqişəli  qarşıdurmanın 
taktiki üsuludur. O, opponentdə qarşı tərəfin kifayət qədər güclü və vasitələrə malik 
olmasın barədə yanlış fikir formalaşdırır. 
Mübarizə 
-  nədə  isə  bir-birlərinə  maneçilik  törədən  iki  subyektin  (insanlar, 
qruplar, etnik qruplar, dövlətlər) iştirakı ilə istənilən hərəkətdir. 
Hökmranlıq 
-  bu  termin  tez-tez  ümumi  mənada  bir  sosial  subyektin  (qrup, 
fərd)  digər  subyekt  üzərində  hakimiyyəti  kimi  istifadə  olunur.  Məsələn:  yaşlıların 
cavanlar  üzərində  və  ya  ailədə  kişilərin  qadınlar  üzərində.  Maks  Veber  bu  termini 
daha  konkret  şəkildə  -  «müəyyən  bir  tələbin  konkret  cəmiyyətdə  yerinə  yetirilməsi 
mümküniyyəti»ni qeyd etmək üçün istifadə etmişdir. 
Münaqişənin  sərhədləri 
-  münaqişənin  xarici  sturktiv-dinamik  həddləri: 
subyektiv  (iştirakçıların  sayı);  məkana  görə  (münaqişənin  baş  verdiyi  ərazi); 
müvəqqəti (münaqişənin davamlılığı). 
İntizamsızlıq 
- normalardan yayman müəyyən ictimai hərəkətlər çərçivəsində 
yol  verilən  optimumu  üstələyən  və  müəyyən  olunmuş  kollektiv  həyat  üçün  təhlükə 
törədən sosial proseslər məcmusudur. 
Münaqişənin  dinamikası 
-  mövcud  amillərin  və  şərtlərin  təsirindən 
münaqişədə baş verən dəyişiklik, inkişafdır. 
Müzakirə 
- hər hansı mübahisəli məsələnin açıq müzakirəsi. 
İnqruplu  favoritizm 
-  digər  qrupun  üzvlərinə  zidd  olaraq  öz  qrupun 
üzvlərinə hər hansı vasitə ilə kömək etməyə səy göstərmək. 


Münaqişənin  qurbanları  -  insanlar  arasında  münasibətlərdə  gərginliyin 
yaranmasına səbəb olan və özünün kompleks psixoloji və intellektual keyfiyyətləri ilə 
hətta  sülhsevər  insanlara  münasibətdə  aqressiv  davranış  formasını  gücləndirən 
subyektdir. 
Tətil  -  bu  işin  müvəqqəti  dayandırılması  və  ya  etiraz  etmə  və  yaxud 
tələblərinin  yerinə  yetirilməsi  məqsədilə  qrup  işçilər  tərəfindən  (işçi)  qeyri-adi 
formada işin davam etdirilməsidir. 
Oyun  -  predmedli  hərəkətlərin,  elm  və  mədəniyyət  predmetlərinin  həyata 
keçirilmə  üsulları  ilə  möhkəmləndirilmiş,  ictimai  təcrübənin  yaradılması  və 
mənimsənilməsinə yönəldilmiş hallarda fəaliyyət növüdür. 
Xilas olma - koorperasiyaya səyin göstərmə və şəxsi məqsədlərinə nail olma 
tendensiyaların  mövcud  olmaması  kimi  xarakterik  münaqişəli  hallarda  insanların 
davranış növüdür (K.Tomasm testinə əsasən). 
Sənaye  münaqişələri  - müəssisə sahibkarları ilə menecerlə, işçilər arasında 
yaranan münasibətlər. Münaqişənin bu növü müxtəlifdir və burada absenteizm (sadə 
işə  çıxmama),  sabotaj,  həm  fərdi,  həm  də  kollektiv  qaydada  məhsuldarlığın 
məhdudlaşdırılması  və  əməkdaşlıqdan  imtina  etmə,  həmçinin  müəyyən  kollektiv 
saziş  və  münaqişənin  daha  kollektiv  qaydada  təzahür  edən  tətil  aiddir.  «Sənaye 
münaqişəsi» termini Qərb ölkələrində adətən «tətil» anlayışına sinonim kimi istifadə 
edilir. Rusiya Federasiyasında adətən hələ sovet vaxtlarından ənənəvi olaraq «əmək 
münaqişəsi» barədə danışırlar. «Əmək münaqişəsi» termini hüquqdan götürülmüş və 
münaqişənin ümumi nəzəriyyəsinin tam işlənilməməsi ilə əlaqədar olaraq fəal şəkildə 
tətbiq edilirdi. 
Münaqişənin  institutlaşdırılması  -  cəmiyyətdə  və  onun  ayrı-ayrı 
strukturlarında  (qruplarda,  təşkilatlarda  və  s.)  münaqişələrin  tənzimlənməsi  üçün 
nəzərdə  tutulmuş  ixtisaslaşdırılmış  institutların  inkişafıdır.  Məsələn,  sənaye 
münaqişələri  həmkarlar  ittifaqlarının  fəal  fəaliyyəti  və  kollektiv  razılaşmalar 
sisteminin sayəsində qərb cəmiyyətində institutlaşdırılmışdır. Həmkarlar ittifaqları və 
kollektiv razılaşmalar danışıqların aparılması və fikir ayrılıqlarının sakitləşdirilməsi 
institutlarıdır. Sənaye münaqişələrinin 


institutlaşdırılmasının  mühüm  amili  qərb  ölkələrində  siyasi  və  sənaye 
münaqişələrinin bölünməsi və avtonomlaşdırılması olmuşdur. 
Maraq  -  ictimai  münasibətlər  sistemində  subyektlərin  vəziyyətini  və  rolunu 
müəyyən edən motivlərə, ideyalara və s. əsaslanaraq müəyyən tələbatın ödənilməsinə 
yönəldilmiş sosial subyektlərin real səbəbli fəaliyyətidir. 
Qəza - mövcud qaydanı və ya sistemi məhv edən hadisədir. 
Kollektiv  saziş  -  işə  götürənlərlə  işçilərin  kollektiv  təşkilatlarının 
nümayəndələri  arasında  danışıqlar  vasitəsilə  əmək  haqqının,  iş  şəraitinin  və 
məşğulluğun  digər  meyarlarının  səviyyəsini  müəyyən  etmə  metodudur.  Kollektiv 
saziş  sənayedə  münaqişələrin  nizamlanması  və  institutlaşdırılması  zamanı  rəqabət 
aparan maraqların razılaşdırılmasmda mühüm rol oynayır. O iqtisadi sahədə vətəndaş 
hüquqlarının  təsdiqinə  kömək  etmiş,  eyni  zamanda  işçilərin  öz  əmək  həyatının 
xarakterinə müəyyən təsir göstərmək imkanını yaradır. 
Kollelktiv  əmək  mübahisəsi  -  əmək  şərtlərinin  (əmək  haqqı  daxil  olmaqla) 
müəyyən  olunması  və  dəyişdirilməsi,  kollektiv  müqavilələrin,  sosial-  əmək 
münasibətlərinə  dair  sövdələşmələrin  bağlanması,  dəyişiklik  edilməsi  ilə  əlaqədar 
işçilərlə və işəgötürənlər (tərəflər) arasında nizamsız anlaşılmazlıqdır. 
Kompromiss  -  1)  münaqişədə  müəyyən  güzəştlərin  olunmasına  yönəlmiş 
subyektin  hərəkət  strategiyası;  2)  opponentin  məntiqi  hərəkətinə  güzəşt  üçün 
xarakterik  olan  münaqişəli  hallarda  insanların  hərəkət  növləri  (K.Tomasm  testinə 
əsasən). 
Rəqabət - fərdlərin nəğd və ya ziddiyyətli maraqlarına ilə şəxsi üstünlüklərini 
maksimal dərəcə artırmağa səy göstərən vəziyyətdir. Rəqabət çatışmayan ehtiyatlar 
üzərində nəzarət etməyə yönəlmiş münaqişələr kimi müəyyən olunur. Belə ki fərdi 
xarakter  daşıyan  münaqişədən  fərqli  olaraq  rəqabət qiyabi  qaydada  həyata  keçirilə 
bilər. 
Konsensus - hərəkətlərdə əks olunan sosial qaydanın daha mühüm meyarlarına 
münasibətdə cəmiyyətin əksəriyyət fərdlərinin razılığıdır. Müasir konfliktologiyada 
bu anlayış müyxtəlif cür səslənir. Konsensus, birinci, baş verən münaqişənin mümkün 
nəticələrindən biridir (tərəflərin razılığa gəlməsi); 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə