Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə12/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

3-cü dəfə deyib bitirəndən sonra ayağım istəmədən sürüşdü  və kiçik amma dərin gölə düşdüm. 
Üzə bilmirdim və sanki, nə isə ayağımdan tutub məni gölün dərinliklərinə dartırdı.Artıq nəfəs ala 
bilmirdim. Sanki, ölürdüm.Gölün dibindən gələn işığa doğru dayanmadan gedirdim…. 
 
 
 
 
 
 
*** 
“O burdadı, Altay burdadı, bir az tələsin.” –bu səslərə oyandım. Bədənimin bir hissəsi torpaq 
altında qalmışdı,başım isə açıqlıqda idi, nəfəs ala bilirdim. Səbuhi və onlarla insan, üzərimdəki 
torpağı götürürdü.  Daha sonra məni oradan çıxarıb tibbi yardım maşınına qoyub apardılar. 
Gözlərimi 1 həftə sonra xəstəxanada açdım. Səbuhi və Lalə başımın üstündə durub üzümə baxıb 
gülürdülər. Lalə: 
– Allahım sənə çox şükür olsun, onu bizə bağışladığın üçün sənə minnətdaram. 
– Əlahəzrət hardadır? – key kimi idim. Gözüm Xətayini axtarırdı. 
– Nə Əlahəzrət? 3 gün torpağın altında qalmısan, səni axtarmışıq. Xoşbəxtlikdən torpaq sinənə 
kimi gəlib çıxıb. Nəfəsini kəsməyib. – Səbuhi həyəcanla dedi. 
–  Mən …. 
– Canım, nəfəsini yorma. Ən yaxşı xəstəxanadasan. Artıq pul problemimiz yoxdur. – başını 
qulağıma əyib pıçhıldadı: “ Artıq milyonerik, xəzinə həddən artıq çoxdur” 
3 gün içində mən bu qədər böyük bir yuxu görə bilməzdim. Mən həqiqətən Şahla birlikdə idim. 
Onun qoxusu, səsi, sözləri   – hər şeyi xatirimdə idi. Mənim xəzinədə tamahım yoxdu, zatən fani 
dünyadı, şahım demişkən, “Bu dünya taxt-tac, var dövlət dünyası deyil, eşq dünyasıdır.” 
 
 
 
 
 
 
 
*** 
Yaşadığım hər şeyi oturdum bədii dildə yazdım. Şah İsmayılı olduğu kimi təsvir elədim, onun 
dediyi hər cümlə, işlətdiyi hər söz bu kitabda yazdım. İstədim ki, şahımı bütün dünya tanısın. 
Bunun üçün dünyanın 50 dilində təcrümə elətdirib satışa verdim. Mənim şöhrətdə gözüm yoxdu, 
ən azından Əlahəzrət mənə bunu öyrətmişdi.  Hər şey eşq-i şah üçün. Ola bilsin bunların hamısı 
yuxumda olub. Amma yenə də mən bunları yaşamışam. Bilirəm! 
 
 
 
 
 
 
 
*** 
Lalə qərara gəlmişdi ki, köçək buralardan. Gedək Londonda yeni bir həyat quraq. Artıq dünya 
şöhrətli yazıçı da olmuşdum və millionlar da var idi. O çantaları hazırlayırdı. Tozlu çantamı 
gətirib qarşıma qoydu ki, içərisində mənə məxsus şeylər var idi. Çantanın tozunu çırpdım, hansı 
ki, bu çanta ilə keçən il xəzinənin dalınca getmişdim. Çantanın ağzını açdım, əl fənərini  
çıxardım kənara qoydum. Daha sonra əlim başqa bir şeyə də toxundu. Onu çıxardığımda 
gözlərimə inana bilmirdim. Bu… “Qanadlı şir” – idi. 
!
Nicat Kazimov 
Strasbourg xatirələri 
20.02.2013 


!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kündəçi 
!
!
!
Deyirdilər ki, evlənməkdə böyük bir kəramət var. Evləndikdən sonra sevginə sevgi, bərəkətinə 
isə bərəkət qatılar. Amma mənim həyatımda hər şey evləndikdən sonra tərs gətirməyə başladı. İlk 
öncə işlədiyim supermarketdən qovuldum – səbəbsiz yerə. Mağaza açılandan bağlanana kimi 
kassada oturub, alınan malların hesabını komputerə vururdum. Asan iş kimi görsənə bilər, ancaq 
hər gün dayanmadan bunu edəndə, artıq komputerdən gələn səs əsəblərimi korlamışdı. Texniki 
problem də olanda, lap həngamə olurdu. Alıcılar bütün əsəblərini məndən çıxırdılar, qışqırıb-
bağırırdılar. Müdirimiz də düşünürdü ki, bu problemlərin başlıca səbəbkarı mənəm. Buna görə də 
işdən qovuldum. 
Hələ təzə evlənmişdim, hardasa iki ay olardı. İki il də nişanlı qalmışdım. Türkan məndən altı yaş 
kiçik idi. Bir-birimizi dəli kimi sevir, nişanlı olduğumuz müddətdə işdən sonra hər günümüzü 
birlikdə keçirirdik. Gizli-gizli sevişirdik, hər dəfə sevişdikcə də düşünürdük ki, məhəbbətimizin 
pik nöqtəsinə çatmışıq. Ancaq, evləndikdən sonra elə bil, hər şey dəyişdi. Hər nə olmuşdusa, heç 
nə köhnəsi kimi deyildi. Davalarımız toydan cəmi bir həftə sonra başladı. Bunun səbəbini Türkan 
izah etməsə də, onu öz ata evindəki kimi nə yedizdirə, nə də geyindirə bilirdim. 
İstəsəm dövlət işində də işləyə bilərəm. Özüm Arxeologiyanı oxumuşam. Hətta akademiyada bir 
müddət işləmişəm də. Sizcə nə kimi?! Məni qazıntılara aparırdılar, ancaq fəhləlik elətdirirdilər. 
Günə də 10 manat. Mən də işə tüpürüb oradan uzaqlaşdım. Elə gəlib supermarketdə işə 
düzəldim. Rahat iş gedirdi, maaşım pis deyildi. Amma işdən çıxarılmağıma görə Türkanın 
reaksiyasını bilmədiyimdən evə ilk dəfə çəkinərək getmişdim. Xəbəri dediyimdə Türkan belə 
demişdi: 
– Sən başımıza nə oyunlar açırsan, ay Xəyal. Yaxşı bəs, indi nə edəcik? Hə denən, nə edəcik? – 


bunu deyib, qapını bərk çırpıb otağına qapandı. 
Evdə bir butulka araq var idi, toydan qalmışdı. Soyuducudan arağı götürüb, başıma çəkməyə 
başladım. Quru-quru, heçnəsiz. Boğazımı yandırırdı, dadı məni birtəhər edirdi. İçdikdən sonra 
acdığımı hiss edib, soyducudan nə var idisə götürüb yedim. Sərxoş olub, hər şeyi unutmaq 
istəyirdim. 
Elə içə-içə də masa arxasındaca yuxuya getmişdim. Türkandan əvvəl oyanmışdım və masanın 
üzərini yığışdırıb, əl-üzümü yuyub, çayı istilədib bir stəkan içdikdən sonra, iş axtarmaq üçün 
evdən çıxdım. 
Səhər olduğu üçün hava hələ öz sərinliyini az da olsa qoruyub saxlamışdı. Günorta gəlməmiş, bir 
iş tapıb evə geri dönmək istəyirdim. Nə lazımdırsa, edə bilərdim. Dükan-dükan gəzdim, tikinti 
yerlərinə getdim, “satıcı axtarırlır” yazılan bütün qapıları döydüm, ancaq mənə ya dedilər ki, işçi 
tapılıb, ya da dedilər ki, qız işçi lazımdır. Kefsiz evə geri dönürdüm ki, gözümə çörək sexinin 
üstünə yazılan yazıya sataşdı: “Kündəçi axtarılır”. Heç tərəddüt etmədən, sexə daxil oldum. 
İçəridə üzləri-gözləri un olmuş qadınlar və kişilər durub gözləri ilə məni süzdülər. Başqa üstü 
təmiz, bığlı və keçəl kişi əlində dəftər mənə yaxınlaşdı: 
– Buyurun, nə lazımdır? – ilk baxışdan anlamaq olurdu ki, bu sexi o işlədir. 
– Gördüm kündəçi axtarırsınız, mən də iş axtarırdım. 
– Hə? Lap yaxşı. Səhər tezdən axşama kimi işləyəcəksən, bəzən də gecə növbəsində 
işləyəcəksən. Bizim sexdən şəhərin xeyli yerinə çörək gedir. Bu səbəbdən çox işləməlisən – 
üzünü digərlərinə tutub – çox işləməliyik. – dedi. 
– Mən razı, nə qədər maaş verirsiniz? 
İrəliyə çıxmış qarnını sığallayaraq dedi: 
– Hər kündə səkkiz qəpik. Yəni aylıq maaşın olmaycaq, etdiyin işə görə günlük və ya həftəlik 
pul veriləcək. 
– Yaxşı, – deyib əlimi uzatdım. İşləri başa saldılar mənə. Ən əsası isə təmiz olmalıyıdıq ki, 
satılan çörəklər öz keyfiyyətini qoruyub saxlasın. Sabahdan işə başlayacaqdım. Sexdən sevinclə 
çıxıb, evə gedirdim və düşünürdüm: 
” Bir kündə 8 qəpikdirsə, mən 10 kündə eləsəm, edəcək 80 qəpik. Əgər gündə yüz kündə 
hazırlasam olacaq 8 manat. Günə 8 manatdırsa, ayına da edəcək 240 manat. Köhnə maaşımdır bu 
mənim. İmkan olsa yüzdən artıq da edərəm, bir az əlavə pul götürərəm.” 
Bu xəbəri Türkana vermək üçün səbrsizlənirdim. Qapını açıb içəri girdim ,ancaq evdə heç kim 
yox idi. Yəqin bazarlıq etməyə gedibdir. Vaxtında evə gəlmişdim. Əks halda istidən bişə 
bilərdim. Masa arxasına oturub, qələm və kağız götürüb özüm üçün hesablama apardım. Üst evə 
yeni insanlar köçmüşdü. Deyəsən, gənc ailə idilər. Uşaqları dayanmadan ağlayırdı. Qəribə olan o 
idi ki, elə bil uşağın səsi evdə idi. Bu səs əsəblərimə toxunmağa başlamışdı. Ancaq, yeni işimi 
düşündüyümdən, uşağın səsini eşitməz olmuşdum. Elə bu vaxt, Türkan öz açarı ilə qapını açıb, 
içəri daxil oldu. O bəzənmiş, nədənsə yubkası bir qarış yuxarı qalxmış, dekolteli köynəyini 
bədəninə keçirmiş, saçını isə belindən aşağı sallamışdı. Rəngi isə istidənmi və ya bilmədiyim 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə