Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə10/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

884cü ili olduğunu söylədi. Hicrinin  884-ü bizim ilimiz ilə  1514-cü il edirdi.  Daha sonra bir də 
soruşdum: 
–          Hara gedirik? 
–          Paytaxta, Təbrizə! Əlahəzrət qoşun yığır. Çox sevinmə!Yəqin sənin də boynunu orada 
vuracaqlar! 
Mən susdum. Daha nə danışa bilərdim ki! İnanılması güc də olsa, qanadlı şirin tilsiminə tuş 
gəlib, bu zamana gəlib çıxmışdım. Özü də 1514! Ən qanlı il! Bu məntiqə uyğun deyildi , amma 
yeri göyü yaradana and olsun ki, mən dəvənin belində 1514-cü ildə Təbrizə gedirdim. 
Şəhərə çatanda, qədim Təbriz məni öz gözəlliyi ilə təəccübləndirirdi. İnsanlar küçə bazarlarına 
yığılıb, al-ver edir,  kənarda qızılbaş əsgərləri cüt-cüt oyana –buyana gedib-gəlirdi. Məni Şah 
İsmayılın iqamət etdiyi 1483-cü ildə Yaqub padşah tərəfindən tikilən, Həşt-Behişt saraynın 
zindanına atdılar. Mən olanları anlamağa çalışarkən, qızılbaş əsgərlərindən biri mənə yaxınlaşıb, 
bu axşam Əlahəzrətin bir-başa özü məni sorğu-sual edəcəyini söylədi.  Mənə bir qismət köhnə 
çörək verdilər ki, qarnımı doyurum. Daha sonra gəlib məni Şahın iqamət etdiyi salona aparmağa 
tələsdirdilər. Arxamdan elə hey itələyirdilər. Mən də sarayın gözəlliyindən heyran qalmışdım, 
divarlarda çox canlı miniatürlər çəkilmişdi. Tarix sübut etmişdi ki, İsmayıl mədəniyyətin aşiqi 
idi. Bu sarayda bunun  sübutu idi. Çünki, Şah İsmayıl bu saraya əl gəzdirtdirmişdi. 
Çox keçədən, uzun dəhlizlərdən keçib məni böyük bir ziyafətə saldılar. Əlim,qolum bağlı idi.  
Hər kəs məni görüb susdu. Kənarda qızların musiqi alətlərindən çıxardığı xoş səs də dayandı.  
Hər kəs təəccüblə mənə baxırdı. Mən hələ də şahı görmürdüm, düz mərkəzə gətirib  dizimə təpik 
vurdular, diz çökdüm, başım qaldıranda beş –altı metr aralıda şahın düz üzünə baxdım. İnana 
bilmirəm, Şah İsmayılın düz qarşısında diz çökmüşdüm. O həqiqətən çox gənc idi, üzündə 
səliqəli uzun saqqalı, qızılı rəngdə şah geyimi, başında iri qızılbaş papağı, papağın ortasında 
parlayan qırmızı almaz var idi.  Gözlərinin içi ışıl-ışıl parlayırdı. Amma üzündə gənc yaşı 
olmasına baxmayaraq, kədər də hiss olunurdu. Təbii ki, bu kədər hamımıza məlumdur. Keçirdiyi 
keşmə-keşli uşaqlığı, anasını öz əlləri ilə öldürməyi və s.  Şah qalın səslə mənə səsləndi: 
–          Ey mürvəd, deyirlər Firəngistanlısan! Düzdürmü? 
–          Yox Şahım. Mən izah olunmaz bir yerdən gəlirəm. 
–          İnsan! Bu dünyaya gözünü açan hər kəs izah olunmaz bir yerdən gəlir. Sən heç Allahın 
bizim bədənimizə ruhu necə verir izah edə bilərsənmi?  O verilən ruhun yerini bizə deyə 
bilərsənmi? 
–          Haqlısınız, Şahım!- heç özümdə bilmirdim nə deyim. 
         De görüm, kimsən, nəsən! Hansı xalqdansan! 
–          Şahım, mən Bakıdanam. Amma bu dövrə mənsub deyiləm. 
Bu sözü deyər-deməz şahın üzündə təbəssüm yarandı. İçəridəki qadınlar da, kişilər də güldü. 
–          Adəm övladı, mən də bu cahana sığmıram, başqa dövrlərdə özümü  görürəm! Amma mən 
sənin kimi təkkəbürlülük etmirəm! 


–          Mən səhv anladınız!  Mən  1382-ci ildən gəlirəm.- Öz ilimi Hicri təqvimlə dedim ki, 
anlaşıqlı olsun. 
–          Hahahaha! Təlxək! Məni çox güldürdün! 
–          And olsun Allaha, haqlıyam! 
–          De görüm, onda tarix bizdən nə danışır? – O artıq mənimlə zarafata keçmişdi. 
–          Siz həyatı boyu kədər içərisində yaşayıbsınız! Ədəbi divanınızı hər kəs əzbər biləcək 
həmişə! 
–          Çox gözəl! Məni əyləndirirsən! Bəs bu kafir Osmanlılara nə deyirsən?!– qarşıma bir 
xurcun qızıl atıb dedi. 
–          Səlim şah Çaldıranda sizi ağır məğlubiyyətə uğradacaq,  siz də taxtdan əlçəkmək 
istəyəcəksiniz. 
Şah İsmayılın rəngi ağardı. Əsəbləşib ayağa qalxdı. Daha sonra “Sərdar Zaman xanın tez bura 
gətirilməsini əmr verdi”. Çox keçmədən Sərdar Zaman xan burada idi, dizini yerə qoyub onun 
əbasının ətəyindən öpdü. Şah İsmayıl ona təpik vurub yerə yıxdı və üzərinə şir kimi kükrədi: 
–          Hələ 3 gün bundan əvvəl biz Çaldıranda döyüşəcəyimizin qərarını alıb, ona görə 
müharibə hazırlığı yaratmışdıq. İkimiz bu söhbəti eləmişik, bu sirri necə başqasına vermisən?! 
–          Əlahəzrət, yalvarıram məni bağışlayın. Ancaq, mən heç kimə heç nə deməmişəm. Bu 
qədər saqqal uzadıb ağartmışam, sizə yalan demirəm! 
–          Bəs bu mürdət necə bilir, Çaldıranda döyüşəcəyimizi?! 
–          Mən də baş aça bilmədim, Şah sağ olsun! 
Şah üzünü mənə tutaraq dedi: 
–          Sən kimsən? 
–          Dediyim kimi, istəmədən bu dövrə gəlmişəm! 
–          Bu necə olubdur? 
Mən gödəkçəmin cibinə qoyduğum qanadlı şiri çıxardıb şaha göstərdim. Şah dərhal 
münəccimbaşı  Ağa Qara-nı çağırdı. Şah onu çoxda deyəsən  xoşlamırdı, gələr gəlməz əbasından 
öpən kimi ona nalayiq sözlər söylədi və başıma gələnləri ona birbaşa özü danışb, qanadlı şiri 
göstərdi. Molla Başı Səməd də söhbəti eşidib gəldi, o da Quran açıb oxumağa başladı. Ağa Qara 
qanadlı şirə baxıb bir qədər fikirə getdi və sonra dedi: 
–          Əgər bunun üzərindəki  yazını üç dəfə oxusalar, müxtəlif bəlalar tapa bilər insan. Ya da 
əksinə, azadlığa çıxa bilər! İmam Hüseyinimizin adına yazılıb, bunu oxuyan imanlı insan  
əziyyətdən qurtular, imansız isə  başına 1001 bir oyun gələr. – Onun sözünü kəsən Molla Səməd 
dedi: 
–          Şah sağolsun, bu kafir xanədanımıza uğursuzluq gətirir. Bunun başını dərhal vurmaq 
lazımdır. Bu şiri də yox edək bir yerdə. 


Molla Səmədin bu sözünə görə bir müddət udquna bilmədim. 
Şah İsmayıl qanadlı şiri götürüb  taxtının yanına qoydu və dedi: 
–          Mən ölənə kimi bu Adəm bəndəsi qonağımızdır. Ona heç kim heç nə edə bilməz, ən gözəl 
saray otağını ona verin. Dincəlsin, ondan sizlərin öyrəncəyi çox şey var. – Molla Səməd dedi: 
–          Şah sağ olsun, əgər o vəzir deyilsə, sarayda qalması təğafüllərə uyğun deyil, axı burada 
sizin hərəminiz də var. 
–          Əmr edirəm, o yanımda qalacaq! Bir də danışsan bağırsaqlarını boğazına doluyacağam. 
Şaha baş əydim, başımın üstündəki əsgərlər əlimi qolumu açdılar Saray xidmətçisi olan xədim 
Əli ağa mənə gülərüzlə yol göstərib  bir otağa apardı. Dediyinə görə otaq Şah İsmayılın otağına 
çox yaxındır. Otaq geniş, isti və gözəl idi. Divarlarda Səfəvilərin yaşadığı müharibələr təsvir 
olunmuşdu. Mərv döyüşünü bütün incəlikləri ilə çəkmişdilər. Daha sonra qapı döyüldü, mənim 
üçün qızlar qablarda yeməklər gətirdilər, və bir də qızılbaş geyimi gətirmişdilər.Qızlar üzümə 
baxıb gülə-gülə otaqdan çıxdı. Dizlərimin üstündə oturub, qaynar çörəkdən, zəfəranla bişmiş  
toyuqlu plovdan,  iri qabırğa ətlərindən dayanmadan yedim. Neçə gündür düzəməlli yemək 
yemirdim. 
Özüm tarixçi olduğumdan bu hadisəyə həm kədərlənirdim, həm də sevinirdim. Kədərlənirdim ki, 
öz dövrümdən uzaqda idim, sevinirdim ona görə ki, həyatını yazdığım Şah İsmayılın indi 
yanında idim. 
Yemək yeyib bitrdikdən sonra, yumşaq mütəkkələrin üzərinə uzandım və Xətayinin həyatını 
fikirləşməyə başladım. Onun iki xanımı olmalı idi. Birinci xanımından Təhmasib olur, ikinci 
xanımı Taclını o qədər sevir ki, hətta onunla cinsi əlaqəyə girməyə də qıymır.  Hə Taclı xatun… 
Görəsən, Taclı o qədər-mi gözəldir ki, həqiqətən Şah İsmayıl ona görə taxt-tacdan əl çəkəcək. 
Kaş görərdim onu!  Onunda həyatı çox pis keçibdir. Amma onun gözəlliyi tarixdə dillər dastanı 
olubdur. Bayaq zaldakı ziyafətdə bütün xanımlar gözəl görsənirdi. Çalğıçılardan tutmuş,  bütün 
qulluqçu xanımlara kimi. Taclını görmək mümkün deyildi. Bəlkə heç orada da yox idi. 
Ayağa qalxıb qızılbaş geyimini geyindim. Çox yaraşırdı mənə.  Özümü elə şah və ya vəzir kimi 
hiss ediridm. Daha sonra qapılar açıldı və qızlar içəri daxil olub süfrəni yığışdırdılar. Otağı 
gəzərkən yenidən qapı açıldı və Şah İsmayıl içəri girdi. Mən diz çökmək istəyirdim, amma o 
imkan vermədi. Özü yerə əyləşdi və mənim də otumağımı istədi. Daha sonra soruşdu: 
–          Adın nədir? 
–          Altay. 
–          Maraqlı adın var. 
–          Mənə inandığınız üçün həyatımla borcluyam sizə. Mən istəməzdim həyatım belə gətirsin. 
–          Mənə gələcəkdən danış! 
–          Şahım, nə olur olsun, bu müharibəni dayandırmalısınız! 
–          Necə dayandıra bilərəm axı bunu?! Mümkün deyil! 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə