Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə7/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   10   ...   95

         Ağlama Eldəniz, sən çox güclü birisən. Ölümdən qorxmuram, çünki sənin əlindən 
tutmuşam. Əzrayıl başımın ucunda dövrə vurur. 
–          Möminə, mən səndən həmişə razı oldum, haqqımı halal edirəm. – Eldəniz bu sözləri zorla 
deyirdi. 
–          Məndə sənə haqqımı halal edirəm. 
Eldəniz alnını Möminə xatunun əlinin üzərinə qoyub danışmağa başladı: 
–          Sultanım, əgər məni mən edən olubsa bu da sənin eşqindir.  Sənin eşqinə sığınaraq 
bugünə kimi qərarlarımı qəbul  etmişəm. Əgər döyüşlərdə həmişə sağ qayıtmışamsa, bu sənin 
xəyalını düşünməyim nəticəsində olubdur. Yadına gəlir? Biz necə əziyyətlər çəkmişdik 
qovuşmaq üçün, hə? Yadına gəlir? Niyə susmusan danış! – Eldəniz başını qaldırıb Möminə 
Xatunun üzünə baxdı. Möminə hərəkətsiz uzanmışdı. Gözlərindəki ışıq sönmüşdü. O, artıq 
Eldənizlə bərabər deyili. Son nəfəsini Eldənizin əlləri arasında vermişdi. 
“Oyan! Yalvarıam sənə oyan! Məni tək qoyma! Yoooox…. Sənin yoxluğuna dözə bilmərəm! 
Yalvarıam bir şey söylə” – Eldəniz onu çiynindən tutub sirkəyirdi. Səsi bütün saraya yayıldı. Hər 
kəs otağa girib  ağlamağa başladı. Eldəniz hələ də onun ölümünə inana bilmirdi. 
 
 
 
 
 
 
*** 
Eldəniz bütün dövlət işlərindən əl çəkmişdi. Otağına heç kimi qəbul etmirdi. Heç kimlə bir 
kəlmə belə kəsmirdi. Beli üstə uzanıb, əllərini mədəsnin üzərində çarpazlamışdı. Möminə 
Xatunun ölümündən sonra ürəyi tab gətirmədi. Həyatının son gününü oğullarını yanına 
çağırtdırdı və onlara dedi: “Məni Həmədanda dəfn edin, qul kimi satıldığım şəhərdə dəfn 
olunmaq istəyirəm”. – daha sonra hər kəsi otaqdan çıxarmış və  yenidən Möminənin xəyalı ilə 
yalnız başına qalmışdı. 
“Eşq, sənə gəlirəm.” – Eldəniz sinəsini gərib son nəfəsini verdi… 
!
!
 
 
 
 
 
 
*** 
Düz 11 il sonra,yəni 1186-cı ildə bu böyük eşqin tərənnümünü əks edən Möminə Xatun 
türbəsinin inşası başa çatdı.  Memar Əcəmi bu iki sevgilinin xatirəsi ilə onları əbədiləşdirdi. 
Türbənin baş hissəində iri hərflərlə yazılmışdı:   Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd 
ibn Atabəy Eldəgiz dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə 
xatunun xatirəsinə tikməyi əmr etdi!. 
Nicat Kazımov 
Strasbourg Xatirələri 
!
!
!


!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Eşq-i Şah 
!
!
Hələ üç il bundan əvvəl  qərara almışdm ki, elmi yaradıcılığımı yekunlaşdırıb, tarixi bədii əsər 
ortaya qoyum.  İllərdir tarix araşdırmaçılığı ilə məşğul olan birisi üçün, bədii ədəbiyyat yazmaq 
elə də asan deyil. Uğurlu yazıçı olduğumu sanmıram, əks halda gün ərzində səhifə yarım 
yazmazdım. Yazıçılıq heç də asan bir sənət növü deyil. Hər gecə gözümə yuxu girmir, masa 
arxasında oturub elə hey fikirləşib, 1-2 cümlə yazıb yenidən fikirə dalır, beynimin 
dərinliklərindən bir neçə cümlə qoparmağa cəhd edirdim. 
Yazdığım romanın mövzusu Səfəvi-Osmanlı münasibətləri ilə bağlı, xüsusilə də Şah İsmayılla, 
Sultan Səlimin həyatı haqqındadır.  Eyni millətə mənsub olan bu xalqın yaratdığı böyük fəsadlar, 
xüsusilə də İslamın böyük parçalanmasının bizə verdiyi fəsadları qələmə alıram. Təbii ki, buna  
ədəbilik qatıb, Şah İsmayılın Taclı xatuna olan məhəbbətini də yazıb, oxucularda xoş təəssürat 
yaratmağa cəhd edirəm. Əslində, yazdıqlarım və yazacaqlarım çoxlarına məlumdur, amma gec 
yazmağımın səbəbi isə bacardığım qədər fərqli dəlillər qələmə almaqdır. Çünki, bu günə kimi 
çoxları bu haqda yazıbdır. Məhz buna görə də mən, tez-tez depressiyaya düşərək, özümü içkiyə 
verirəm. 
Elə mənim yazıçılığım, yoldaşımla arama nifaq da salır. Lalə mənə tez-tez deyir ki, bəs gedib 
normal iş tapıb işləyə bilərsən. Mənimlə buna görə həmişə dalaşır, yazmağa olan həvəsim də 
yarımçıq qalır. 
Qardaşım Səbuhi Rusiyadan gələndən sonra, ancaq qızıl axtarmaqla vaxtını keçirir, ona gələn 
istənilən informasiyanı ciddi qəbul edərək, beli və qarmağı belinə alaraq, qışın soyuğunda, yayın 
istisində dağlara qalxaraq qızıl axtarmaqla, yeri qazmaqla məşğul olur. Əslində, elə də uğursuz 
sayılmaz. Tunc dövrünə aid əmək alətləri,  Mezolit dövrünə aid qəribə fiqurlar tapıb mənə 
diaqnozunu qoydururdu. Daha sonra Gürcüstandan, Dubaydan alıcılar tapıb, əlindəki olan 


malları, dəyər -dəyməzə satırdı. 
Hətta bir dəfə, o, keçmiş bəylərdən qalan bir evi öz yöntəmləri ilə axtararkan, bir banka dolusu 
onluq qızıl tapmış,  bir neçə ay gözə dəyməmişdi. Ehhh… Qardaşımdı da, nə qədər danlayasan, 
yenə də onda alınmır ki, alınmır, bu işdə istedadı var, ancaq, əlinə pul keçən kimi ona-buna borc 
paylayar, sonra da beş parasız qalar düzlərdə. Hə, bir də bayaq dedim ki, bəs onun özünə məxsus 
yöntəmləri var. Qardaşım Səbuhi demək olar ki, qızıl axtarmaq üçün saysız hesabsız kitablar 
oxuyub və özünə məxsus bir şey tapıbdır. Demək, mislə, alüminiumu əridib qarşdıraraq, iki 
çubuq hazırlayır, onu paralel olaraq birləşdirib yerindəcə dayanır, çubuq onu hansı tərəfə çəkirsə 
və “X” formasında işarə verirsə, demək ki, xəzinənin düz üstündədir. İlk öncə buna inanmırdım, 
amma sonralar, inanmağa başladım. Çünki, sübut elədi. Yoldaşım Lalə, sırğalarını və üzüklərini 
Səbuhinin görməyəcək bir şəkildə bir yerə gizlətdi. Düz 5 dəqiqə içərisində qardaşım çubuqları 
sayəsində sırğaları tapdı.  Əgər bu qeyri-qanuni olmasaydı, bəlkə də qardaşıma Nobel mükafatı 
düşürdü. 
Nəysə, qardaşımdan çox danışdım. Amma yenə də qardaşıma qayıtmalı olacağam. Evdə oturub 
roman yazmağa çalışırdım, ancaq alınmırdı. Birdən qapı döyüldü və Lalə gedib qapını açdı. 
Qapının arxasında elə qardaşım Səbuhi dayanmışdı.  Həyəcanlı şəkildə evə daxil olub mənə 
yaxınlaşdı: 
–          Salam Altay, necəsən? 
–          Yaxşıyam sağol, sən necəsən? Yenə haralardasan? – mən onun böyük qardaşı 
olduğumdan, səsimdə gileylənmə var idi. 
–          Gədəbəydəydim. Oranın dağılmış “Qız qalası” var idi, getmişdim oranı yoxlamağa. 
–          Nəsə tapa bildin?!  – maraqla soruşdum. 
–          Tapdım. Ancaq xəzinə yox, xəritə tapdım.- deyib, qoruyucu solafana bükülmüş qədim 
kağızı çıxardıb stolun üstünə qoydu və sonra davam elədi: “Zəhmət olmasa bax gör, bu nəyin 
xəritəsidir” 
Tavandan sallanan çırağın bütün işığını yandırdım və kağızı diqqətlə gözdən keçirdim. Üzərinə 
farsca yazılmışdı: 
“Rəhman və rəhim olan Allahın qızılbaşlara bəxş etdiyi sərvət burada yatır” 
Bu cümləni səsli oxudum, Səbuhinin də,  Lalənin də, mənim də gözlərimiz bərəldi və ağzımız 
açıldı. Xəritəni  böyüdücü ilə incələdikdən sonra, təqribən Ağdaş ərazisinə düşdüyünü başa 
düşdüm. Səbuhiyə harada yerləşdiyini izah elədim. O isə mənə təklif etdi ki, gedək birlikdə 
çıxaraq, daha sonra aramızda bölüşdürərik. Mən tərəddüt edirdim, ancaq, Lalə bir tərəfdən elə 
hey məni məcbur edirdi ki, gedib çıxardım ki, bundan sonrakı həyatımızı hansısa bir adada 
firavancasına yaşayaq. Sonda razılaşdım. Sonra kitablar açıb baxdım, maraqlandım və nəticəyə 
gəldim ki, Şah İsmayıl 1501-ci ildə Bakıya hücum edəndə, ola bilsin ki, Şirvanşahların bütün 
sərvətini Ağdaşa basdırıblar.  Fikirləşdim niyə Ağdaş? O vaxt demək olar ki, orada yaşayış yox 
idi. Ağdaşın ilkin adı da “Ağzıbir” olub, ola bilsin bu qızılbaşların orada iqamətgah salması ilə 
əlaqədar olubdur. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə