Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə6/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   ...   95

döyüş oldu və iki qoşun da geri çəkilməli oldular. Qüvvəsini itirən Eldəniz Arrana qayıtmalı oldu 
və bu səbəbdən Gəncəni və Ərdəbili əlindən çıxardı. 
Azərbaycanı itirdiyi üçün Eldəniz çox kədərli idi. Ancaq, Möminə xatun başını onun dizlərinə 
qoyaraq təsəlli verirdi: 
         Sən hələ çox gəncsən, böyük Səlcuq İmperatoruna gücünü göstərdin.  Bu az iş deyil, əgər 
o səndən qorxmasaydı bir başa Arrana hücum edərdi, amma görürsən, öz şəhərinə qayıdıbdır. 
Səbr elə, əzizim hələ hər şey qabaqdadır. 
Həqiqətən hər şey Möminə xatunun dediyi kimi oldu. 
 
 
 
 
 
 
*** 
Bir neçə il keçmişdi. Atabəy sadəcə diplomatiya ilə məşğul olub gücünə-güc qatmışdı. O 
sarayında övladları ilə vaxt keçirir və  döyüş sənətini bir başa özü öyrədirdi oğullarına. Gördüyü 
hadisələr, qardaşın qardaşa düşmənçiliyi, atanın övladının başını vurdurması tez-tez Eldənizdə  
qorxu yaradırdı ki, birdən onun da övladları elə olar. Bu səbəbdən tam məhbbətlə övladlarına 
bağlanmış, qardaşların hər iki bir-birlərinə heç vaxt yan gözlə baxmamışdı.Eldəniz ailəsinin belə 
isti olduğunu görüb özündə daha da güc tapırdı. 
Eldəniz Möminə xatuna ilk günki eşqi ilə bağlı qalmışdı və heç bir zaman yatağına hərəmdəki 
cariyələrini almamışdı. Bir gün Eldənizin əmri ilə mamarlar-mamarı Əbubəkir Əcəmini saraya 
təşrif buyurdu. Gənc memar çəkdiyi əsərlərlə, qurduğu saraylarla dillər dastanı olmuşdu.Eldəniz 
memar Əcəmini hökümdarlar kimi qəbul etmiş, süfrələr qurdurmuş, çalğıçılar gətirtmişdi. 
Eldəniz elə bir tikili istəyirdi ki, Möminə Xatunun gözəlliyini vəsf eləsin, Memar Əcəmi ertəsi 
gün ağlındakıları kağıza tökməyə başladı və fikirindəki  türbə uzun müddətli qalsın deyə 
Naxçıvana inşa etmək üçün icazə istədi. Eldəniz bunun nə kömək lazım olsa edəcəyinə və işin 
sonunda böyük bir mükafat veriləcəyinəsöz verdi. 
 
 
 
 
 
 
*** 
Səlcuq hökümdarı qüdrətli Məhəmməd şahın ölüm xəbəri gəldi və onun yerinə hakimiyyətə əhli-
kef Süleyman sultanın keçdi məlum oldu. Bu vəziyyətdən istifadə etmək istəyən  Eldəniz 
yenidən qoşun topladı və Azərbaycana ikinci yürüşünü etdi. Bu dəfə o, nəinki Gəncəni və 
Ərdəbili, ümumilikdə bütün Azərbaycanı işğal etdi. 
Möminə xatun, ərini daha da güclü görmək istəyirdi, ta ki, bütün Səlcuq imperatorluğunun 
başında! Övladılarını da yüksək mərtəbələrdə görmək istəyirdi. Bunun üçün özünü hər sahədə 
təsdiq edən və Möminə Xatunun sayəsində əmir vəzifəsinə başlayan İsgəndərə ikinci bir göstərişi 
də verdi: “Böyük Səlcuq imperatoru əhli-kef Sultan Süleymanı öldürmək”. 
İsgəndərdən 1 ilə yaxın xəbər çıxmadı. Nə ondan məktub gəldi, nə də başqa bir xəbər. 
Ölmüşmüydü, qalmışmıydı Möminə xatunun xəbəri yox idi. İsgəndərin sui-qəsd üçün gedişindən 
1 ili tamam olan gün Sultan Süleymanın ölüm xəbəri gəldi və xəbərin ardınca İsgəndər saraya 
geri döndü.  Möminə Xatun ona inanmaqda yanılmamışdı. Çünki, İsgəndər Səlcuq 
İmperatorluğunun paytaxtına getmiş qul kimi saraya daxil olmuş, 1 il müddətində sarayda 
xidmət göstərib Süleymanın ən yaxın adamı olmuş və gecənin birində boğaraq öldürmüşdü. 


Bu xəbəri alan Eldəniz, oğulluğu, yəni uzun zaman öncə atabəyi olduğu Arslanla əlaqə yaratdı.  
Arslan öz atabəyini doğma atasından da çox sevmişdi. O, iyirmi minlik qoşununu toplayıb 
Arslanın gücünə güc qatdı və Həmədana daxil oldu. Eldəniz oğulları ilə birlikdə bütün əmrlərini  
Həmədana gətizdirərək,  Arslanın və özünün qarşısında sədatət andı içizdirdi. 
Eldənizin qarşısında duran ən müqəddəs vəzifə Bağdad xilafətini ələ keçirmək idi. Bu səbəbdən 
böyük bir ordu ilə  xilafətin ordusu ilə qarşı-qarşıya gəldi.  İraq çölündə  xəlifənin qoşunları ilə 
Sultandan narazı əmrilərin qoşunları birləşir. Həmin vaxt Eldəniz  döyüşdə iştirak etdiyindən 
orduda canlanma var idi. Eldəniz ağ atının belində əsgərlərə demişdi: 
“ İgidlərim, biz hamımız birlikdə uzun illər əziyyət çəkdik və bu gün bu əziyyətlərə son vermə 
vaxtı gəlib çatdı. İndi isə düşmənə qan uddurmaq lazımdır! Sizə inanıram! Hücum!” 
Günəş yer üzünə sanki həmin gün daha da yaxın idi. Hava çox isit idi, ancaq Böyük Atabəyin 
sözləri əsgərlərin canına fərahlıq gətirmişdi.  Eldənizin qoşunu sel kimi  düşmənlərin üzərindən 
keçib getmişdi. 
Eldənizin parlaq qələbəsindən Möminə xatun xəbər tutduqda, həm özü ilə həm də əri ilə qürur 
duyurdu.  Həmin döyüşdən sonra,  tarixçilər belə deyəcəklərdi:” Beləliklə, atabəy Şəms əd-Din 
İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında 
cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər 
uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey 
ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və 
Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-
Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.” 
  
 
 
 
 
 
 
*** 
Aradan uzun illər keçmişdi. Möminə xatun xəstələnidyində Eldənizin xəbəri olamışdı. Möminə 
xatun Eldənizə xəbər verdirmək istəmirdi. Çünki, Eldəniz Gürcüstan səfərində idi. O geri 
döndüyündə  qocalmış ancaq, hələ də gözəlliyini simasında qoruyub saxlamış Möminə xatunu  
başının ucunda həkimlər dayanarkən gördü. Həmin an Eldənizi qorxu bürümüşdü. Onun əmri ilə 
içəridəki hər kəs çölə çıxdı. Daha sonra dizlərini yerə qoyub onun büllur  əllərindən tutdu və 
onun üzünə baxıb dedi: 
–          Mənim hə yatımın sultanı, sənə nə olubdur, belə? 
–          Heç bir şeyim yoxdur, sadəcə halsız düşmüşəm. – Xatunun sözləri ağzından zorla çıxırdı. 
–          Tez sağal, hələ görüləcək çox işlərimiz var. 
         Mən, Allaha həmişə yalvarırdım ki, əgər öləcəyəmsə, səndən öncə mən ölüm. Sənin acını 
yaşamaq istəmirdim. Deyəsən, Allah məni duydu.  Əgər mənə nəsə olsa, bil ki, nə günah 
etmişəmsə, sənin və övladlarımızın gələcəyi üçün etmişəm. Son nəfəsimdə sənin əlindən 
tutduğum üçün özümü ölüm yatağında belə xoşbəxt hiss edirəm. 
–          Xahiş edirəm belə danışma. Sənə heç nə olmayacaq! – Eldəniz qeyri-ixtiyari gözlərindən 
yaş axıtdı.  Göz yaşları uzun və ağarmış saqqalı arasında yoxa çıxırdı. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə