Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə9/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

 
 
 
 
 
 
*** 
Yerin iki metr dərnliyində idim. Mən ölmüşdüm? Məni basdırmışdılar? İlk öncə heç bir şey 
xatırlaya bilmirdim.  Başıma daş düşəndə özümdən keçmişdim. Bilmirəm neçə saat , 1-mi, 2-mi, 
3-mü, 10-mu saat torpaq altında bihuş vəziyyətdə qalmışdım. Məni oyandıram, qulağıma yavaş-
yavaş sürtülən bir şey olmuşdu. Hər şey xatırlayandan sonra arxaya çəklib, bədənimin yarısını 
torpağın altından çıxartdım, daha sonra fənəri yandırdım və böyük bir ilanın düz üzümə 
baxdığını gördüm . Qəflətən, qışqıra-qışqıra  ayağa qalxdım, qaçmağa da yer yox idi
xoşbəxtlikdən ilanın başı ayağımın altında qalıb əzildi. Yoxsa oradaca məni sancacaqdı. 
Ətrafı gözdən keçirdim, buradan bir çıxış yolu olmalı idi. Amma necə? Bir dəhliz torpaq altında 
qaldı. Səbuhi mənə demişdi ki, bu yollardan biri sadəcə xəzinəyə, digərləri ölümə aparır. Bəlkə 
elə deyil? Ayrı variantım yoxdur, burda qalsam da öləcəyəm, bu iki yollardan birini də seçsəm 
öləcəyəm. Sağ tərəfdəki dəhlizi seçərək, nəmli divarların arası ilə getdim. Ayağımın altına fikir 
verirdim ki, ilanların qəzəbinə tuş gəlməyim.  Çox keçmədən bir otağa çatdım. Tən ortada parlaq 
bir şey var idi . Əlimdəki fənərin işığı onu çox parladırdı. Ona yaxınlaşıb yaxından baxdım. Bu, 
əlimin içi böyüklükdə xüsusi  naxışlarla işlənmiş qızıldan şir idi. Gözlərində almaz  var idi. 
Heyran olmuşdum. Quyruğunun ucunda da parlaq bir almaz var idi.  Bu şirin həm də, qanadları 
var idi. Qanadlarına hərflər yazılmışdı. Nəfsimə tabe olmayıb qanadlı şiri əlimə aldım. İşığı salıb 
oxumağa çalışdım. Şir ümumiyyətlə farsların tarix boyu sembolik rəmzi olubdur. Əhəmənilərdən 
tutmuş, bu günəcən.  Qanadların üzərində oxuduğum ilk söz XVI əsrə aid  idi. Qanadın üzərinə 
 “Tilsimdir” yazılmışdı.  Xırda hərflərin hamısını oxudum: 
“Su tapa bilmədim vurdular yezidlər boynumu 
Əli çək zülfüqarı al məni torpaqdan 
Məni çəkin öz dövranınıza 
Gəlim sizin yanınıza” – bu sözləri 3 dəfə təkrar etməyim yazılmışdı. 
Mən də elədim, 3-cünü də tamamladım. Heç bir şey olmadı. Belə tilsimlərə inanmağım özü 
ayıbdır, mənim kimi tarixçi alim həm də! Amma dayanın bir dəqiqə. İçəri sirkələnməyə başlayır. 
Bu nə idi, İlahi?Uzaqdan bir işıq görsəndi, aşan torpaqların arasından qaçaraq işığa doğru 
qaçdım. 
Tökülən torpaqlardan canımı zor qurtarıb, nəhayət ki,  açıq havaya çıxdım. Yerə uzanıb, ulduzlu 
səmaya baxıb, Allaha təşəkkür elədim, sevincimdən qanadlı şiri də öpdüm. Elə quru torpağın 
üstündəcə uzanıb ağlayırdım. 
Ətrafda Səbuhi görsənmirdi. Yarım saat elə yerdə oturub şükür edə-edə ağladıqdan sonra 
yerimdən qalxıb yaxınlıqdakı kəndlərdən birinə getmək üçün elə hey üzüyuxarı getdim.  Gecə 
yarısı bir kəndə çatdım. Bütün daxmaların işığı sönülü idi. At arasbasının yanında  böyük 
samanlıq var idi. Özümü ora atdım,  o qədər yorulmuşdum ki, elə oradaca yatmışdım. 
 
 
 
 
 
 
*** 
Həyatımda hər şey bu gün dəyişdi. Gözlərimi qışqırıq səsləri açdım. Əlləri qolları zəncirlənmiş 
qadınları, kişiləri sıraya düzmüşdülər, hamısı yalvarırdıar.  Hündürlüyü iki metr olan qazanların 


hardasa onunu yan-yana düzmüşdülər və qazanların hamısı qaynayırdı. Qəribə geyinmiş iri 
bədənli kişilər, ilk baxışdan dilənçiyə oxşayanları döyür və üstlərinə qışqırırdı: 
–          Denən, sünnilərə Allah lənət eləsin! Haqq olan şiəlikdir! 
–          Allah şiələrə lənət eləsin! 
Qadın bunu deyər-deməz onu bir başa qaynar qazanın içinə atdılar. Daha sonra növbə ilə 
digərlərini. Mən gözlərimə inana bilmirdim. Fikirləşdim ki, bəlkə də bu kənddə film çəkirlər. 
Hansısa tarixi bir film. Mən də gülə-gülə gedib onların yanında durdum. Bir nəfər qaçmaq 
istərkən, qədim əsgərə oxşayan biri onu yaxaladı və belindən xənçəri çıxarıb yerindəcə kişinin 
başını kəsdi.  Qanı hətta mənim üzümə fışqırdı. Dik atıldım, bu film deyildi, bu həqiqət idi. Mən 
dözə bilmədim və qışqırdım: 
–          Sizin başınız xarab olub? Biz hüquqi dövlətdə yaşayırıq, günü günorta hamının içində 
adam öldürürsünüz? Ay camaat, niyə biriniz  polis çağırmırsınız?! 
Bayaq nalə çəkən qazana atılacaq insanlar da susdu, hər kəs təəccüblə mənə baxdı. Eşidilən səs 
sadəcə toyuqların səsi idi.  Kənarda duran  atlılar üzərimə at sürməyə başladı və dəstənin başçısı 
uzun saqqalı, başında qızılı rəngdə çalma papaq  olan zəhmli kişi, atı qarşımda iki ayaq üzərində 
kişnədib mənə jest çəkdi, daha sonra  qalın səsi ilə dedi: 
–          Naxələf oğlu, naxələf! Sən nə danışırsan? Kimsən sən? Bu necə paltardı geyinmisən? 
Hardan gəlmisən? 
–          Bakıdan gəlmişəm. 
–          Biz də Bakıdan qayıdırıq, Bakıda belə geyinən olmur. Üzündə saqqal yoxdur. Yoxsa 
firəngsən? 
–          Yox a kişi, nə danışırsan, nə oyundu burda qurmusunuz. – hələ də bir şeydən baş aça 
bilmirdim. 
–          Sünnisən, şiə? 
–          Müsəlmanam! Bu nə suallardı verirsiniz? Hamınızı polisə verəcəyəm! 
Digər atlılardan biri mənə suallar verən zəhmli kişiyə dedi: 
–          Hacı Zaman,  burada işimizi bitirmişik, çox keçmədən Osmanlı qoşunları buralara 
yaxınlaşacaq. Axı paytaxta xəbər çatdırmalıyıq! 
–          Nə Osmanlı? Məzələnirsiniz mənimlə? – araya qarışdım. 
–           Bəs bu adamı nə edək?- Hacı Zaman dedi. 
–          Aparaq paytaxta, nəsə mənim də gözüm su içmir. Ola bilsin ki, başqa ölkənin xəbər alıb 
gətirənidi. Qoy aparaq, taleyinə Əlahəzrət cavab versin. 
Daha sonra Hacı Zaman deyilən şəxs, mənim əlimi qolumu bağlatdırdı və bir dəvəyə oturtdu. 2 
gün dayanmadan yol getdik. İş burasıdır ki, Azərbaycanca danışılan yerdə, Azərbaycandan, 
şəhərlərdən əsər əlamət yox idi. Az qala dəli olacaqdım. Elə bil əsrlərin gerisinə düşmüşdüm. 
Mənim dəvəmi dartan adamdan soruşdum ki, indi hansı ildir. Mənə cavabında Hicri təqviminin 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə