Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə11/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

–          Siz eyni millətdənsiniz. İnanın mənə, bunun faciəsini indi heç kim hiss etməyəcək, amma 
sonrakı illərdə bütün bu coğrafiyanın həyatını sarsacaq! İnanın mənə! 
–          Adəm övladı! İlk dəfələrdən savaşmaq istəyən elə Səlim idi! Hələ mən balaca olanda, o 
səbəbsiz yerə mənə suiqəsdlər təşkil edirdi. Allah şahiddir ki, heç bir müsəlman belə etməz. 
–          İnanın mənə, siz danışıqlara getməlisiniz! Əks halda həm sizin gələcəyiniz təhlükədədir, 
həm bütün bu millətin! 
–          Mən dayandırsam da Səlim dayanmaz! Dərviş geyimində buracan gəlib mənimlə şahmat 
oynayıb! Hələ balaca idim deyə, mənə qalib gəldi. Məktublarımızda daha təhqir etmədiyimiz  
yerimiz qalmayıb. Mən məğlub olsam da, şərəfimlə olmalıyam. – O qürurlu danışırdı, amma özü 
də çox kədərlənirdi. 
–          Gün gələcək özünüzə Xətayi deyəcəksiniz! 
–          Xətayi?  -təəccübləndi – Maraqlı ləqəbdir. Şerlərimin sonuna da xitab edə bilərəm. 
Məsəlçün: 
“Xətai dər üzün xurşidə nisbət,

Sözü rövşən dedim üzünə qarşu.” 
–          Bu parça məşhur parçadır, ədəbiyyatda. – gülümsəyərək dedim. 
–          Bədahətən indicə söylədim. 
–          Bu anın şahidi olduğum üçün sevindim. Bir də dəhnamə yazacaqsınız. Ən maraqlı 
əsəriniz olacaq. İlahi eşqi tərənnüm edcəksiniz………… 
Beləcə səhərəcən söhbət eləmişdik. Günəş doğanda  cümə günü olduğundan o, sübh namazı üçün 
şeyxlik elədi. Millionlarla insan  Təbrizin küçələrində Şah İsmayılın arxasında dayanıb namaz 
qılırdı. Çox qəddar olmasına baxmayaraq, xalq onu həqiqiqətən sevirdi. Şeyxlik edərkən üzünü 
niqab ilə bağlamışdı. Heç bir qul onun nur üzünü görə bilməzdi. 
Həmin gün otağıma geri dönərkən, dünyalar gözəli olan Taclı xatunla da tanış ola bildim. O vaxt 
dodaq boyası  istifadə olunmurdu amma onun iri, qıpqırmızı dodaqları, bəyaz dərisi, iri gözləri, 
qara və uzun saçları var idi. Hündür boyu ona xüsusi yaraşıq verirdi. Sinəsi açıq büllur 
boğazından gül ətiri gəlirdi. Həqiqətən, bu müdrik şahın  bu qıza bu dərəcə vurulmasında 
təəccübənəcək bir şey yox idi. Çünki, füsunkar gözəlliyi var idi. O mənə baxdı və yaxınlaşdı. 
Nəsə dedi ilk öncə duymadım. Çünki, həyatımda gördüyüm bu gözəllik məni başdan çıxarmışdı. 
Daha sonra onun yenə məlahətli səsini duydum: 
–          Siz Altay olmalısınız. Əlahəzrət haqqınızda danışıbdır mənə. Mən Taclı xatun. 
–          Sizin gözəlliyin heç vaxt tarixdə unudulmayıb və unudlmayacaq. Haqqınızda yüzlərlə 
kitab yazılıb, ancaq heç biri yenə də bu gözəlliyi tərənnüm edə bilməyib. Şahın sizə dəlicəsinə 
aşiq olmasına görə sizə bu gözəlliyi bəxş edən Allaha şükür etməlisiniz! 
–          Çox sağolun, məni utandırırsınız! –Taclı xatunun üzündə təbəssüm yarandı, gülərkən 
yanaqlarında qəmzə yaranırdı. Dodaqları parlayırdı. Sanki, bal çəkilmişdi dodaqlarına. Arı olub, 


dodaqlarına qonub bal çəkmək istərdim. Onun dodaqlarındakı baldan xoşbəxtlik pətəyi 
düzəldərdim.  Ona mən də aşiq olmuşdum. Ancaq,  bunu deməyə cəsarətim yetməzdi. 
–          Məni bağışlayın, musiqi məşğləsinə getməliyəm. – üzünü örtüb oradan uzaqlaşdı. Bir az 
onu izlədim. Bir otağa girdi, çox keçmədən oradan həzin ney səsi gəldi.Qapıya yaxınlaşıb, Taclı 
xatunun ney çalmasına qulaq asdım. Çox kədərli idi . Demək istəyirdi ki, mən xoşbət deyiləm, 
məni gəlib aparın, ya da öldürün. Ney onun dodaqları arasında bəlkə də daha gözəl səs çıxarırdı. 
Bu hissi izah edə bilmərəm. 
*** 
Nə qədər cəhd də etsəm Şahı müharibə fikirindən daşındıra bilmədim. Osmanlı qoşunu Çaldıran 
düzünə ayaq basmışdı. Şah İsmayıla əvvəlcədən hər şeyi demişdim ki, bu döyüşdə silahlar fərqi 
olacaq. O da buna görə hazırlanmışdı. Uzatmayım, sonra bildiniz nə oldu! Böyük savaş, hər 
tərəfdən qan fışqırırdı, yüzminlərlə insan hər keçən saat 10min – 15 min azalırdı. Bu savaşda 
qardaşlar qardaşı , atalar oğullarını, oğullar atalarını öldürürdü. Şah İsmayıl bəyaz atının belində 
alqan içində dayanmadan savaşırdı. Uzaqdan səlimdə görsənirdi. O döyüşə girmirdi, kənardan 
baxırdı.  İsmayıl bərk yaralandı, onun mühafizəçiləri qorumaq atları onların tərəfə sürdü. İsmayıl 
atını mən tərəfə sürdü və gözləri yaşlı əlini mənə uzatdı və dedi: 
“Taclını qaçırdılar, həqiqətən mən Xətayiyəm” 
Daha sonra onu Qəzvin tərəfə apardılar. Mən də ardınca getdim. 
 
 
 
 
 
 
*** 
1 il içində şah yeməkdən, içməkdən kəsilmişdi. Hakimiyyəti  rədd edirdi. Bu da ətrafındakıların 
uzaqlaşmağına səbəb yaradırdı. Bir çadıra girib ancaq mənimlə söhbət edər, eləcə şərab içərdi. 
Daha sonra o ağı deyib, qanlı gözlərindən yaş tökər, dayanmadan yazardı. Onun müharibədən 
sonra birdən-birə 50 yaş qocaldığını  hiss elədim.  Onun hər söhbəti, mənə “Can Altay” deməsi 
məni də kövrəldirdi. O, Taclını istəyirdi. Düşünə bilmirdi ki, Taclı Səlimin qulu olubdur. Ona 
olmazın işgəncələr verir. Ancaq deyirdim ki, o tarixə görə həyatının sonuna kimi firavan yaşayıb. 
Ancaq, mənə inanmaq istəmirdi ki, istəmirdi. Onun  kamil söhbətləri mənim imanımı da artırırdı. 
Hətta, danışdıqları məni ağladırdı. Allahın təkliyi, ənəl-həq  fikirlərinə görə mən öz varlığımı 
dərk edirdim. 
Düz bir il sonra Xətayi  müridlərinə əmr verdi ki, münəccim başı Qara ağanı yanına gətirsinlər. 1 
gün sonra Qara ağa gəlmişdi. Şah İsmayıl əbasının altından qanadlı şiri çıxarıb demişdi: 
         Elə et ki, Altay öz dövrünə qayıtsın, artıq o çox imanlı biridir.  – bu sözləri eşidən kimi 
narazılıq etmişdim. Onun yanında qalmaq istəyirdim. Ancaq, o mənə əmr edirdi. Alnımdan öpüb 
mənə sarıldı qoxumu ciyərlərinə çəkib, kürəyimə əlini vurdu. Çadırdan çıxıb kiçik bir gölün 
qırağında dayandıq. Münəccim başı mənə 3 dəfə təkrar elətdirdi: 
““Su tapa bilmədim vurdular yezidlər boynumu 
Ya Əli, çək zülfüqarı al məni torpaqdan 
Məni çəkin öz dövranınıza 
Gəlim sizin yanınıza” 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə