Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə13/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   9   10   11   12   13   14   15   16   ...   95

başqa bir səbəbdən qızarmışdı. İçəri girər-girməz mənə dedi: 
– Paltarlara baxmağa getmişdim. 
Birinci düşündüm ki, paltarlara hansı pulla baxır, axı?! O bilir ki, bu dəqiqə düzəməlli qarnımızı 
doyurmağa pulumuz yoxdur. Ancaq, mən yubanmadan ona xəbəri verdim: 
– Təzə iş tapmışam, şəhərdə çörək sexi var, orada çörək kündəliyib sobaya atacağam. Maaşım da 
demək olar ki, keçmiş maaşımla eynidir. – həyəcanla və bir qədər sevinclə dedim. 
– Necə yəni kündəçi? Sən kündəçi olacaqsan indi də?! Başqa iş yox idi? İndi deyəcəklər ki, 
kündəçi arvadıyam. 
– Əşi, işin fərqi nədir? Çox axtardım, başqa iş tapa bilmədim. Əsas odur ki, xoşbəxt olaq. 
Xoşbəxtlik pulda deyil. Lakin yenə də əlimdən gəldiyi qədər sənə yaxşı baxacağam. – Türkana 
yaxınlaşıb, belinə sarıldım dodaqlarımı qulağına yaxınlaşdırıb dedim: “Çox gözəl görsənirsən”. 
Daha sonra isə qulağından öpə-öpə astaca dodaqlarına yaxınlaşdım. Uzun zamandır, onunla 
yatmırdım. İndi isə ürəyimdə sevinc olduğundan və bugün digər günlərdən daha gözəl 
görsəndiyindən ehtiras hissi məndə baş qaldırmışdı. O mənim dodaqlarımı öpmürdü, aktif olan 
mən idim. O eləcə quruyub qalmışdı. Sadəcə gözlərini yummuşdu. Onu bütün vücudumla 
istəyirdim, içərinin səssizliyini pozan dodaqlarımızın səsi və yuxarı mərtəbədəki uşağın ağlamaq 
səsi idi. Əlimi köynəyinin altından salıb, belindən döşlüyünü çıxarmaq istədim. Buna müvəffəq 
oldum da. Bu zaman Türkan əllərimdən tutub dedi: ” Dayan”. 
Ancaq, mən dayanmadım. Düşündüm ki, naz edir. Bu səbəbdən, danışmaması üçün dodaqlarını 
daha bərk öpməyə başladım. Ona qarşı məhəbbətim o qədər güclü idi ki, üzərindəki ucuz ətir 
qoxusu belə, dünyanın ən bahalı ətirinin insana bəxş etdiyi ikrah hissi ilə eyni idi. Onun 
boynundan, boğazından öpür, daha sonra yenidən ləziz dodaqlarına qayıdırdım. O yenidən dedi: 
” Dayan”. Yenə məhəl qoymadım. Əlimlə dar ətəyinin üzərini sığalladım, bir az onu özümə 
doğru sıxdım, bu dəfə isə o məni var gücü ilə itələdi və dedi: 
– Sənə dedim axı dayan! Əl çək məndən! 
– Səbəb? 
…. Hava çox istidir. Həvəsim yoxdur. 
– Nə əlaqəsi var? Mən səni istəyirəm. – ona bir addım yaxınlaşdım. Ancaq o fikrindən daşınan 
kimi görsənmirdi. 
– Həm də lənətə gəlmiş bu uşağın səsi, mənim diqqətimi pozur. Başqa vaxt … 
– Hə, uşaq mənim də əsəbimi pozub. 
Əynini dəyişməsi üçün üzərindəkiləri çıxarıb, içəri keçdi və yataq otağından qışqıraraq mənə 
səsləndi: 
– Yaxşı ailədirlər, ancaq gəl ki, uşaqlarının beyin daxili təziqi var. Demək olar ki, həmişə ağlayır. 
Müalicə edirlər uşağı – bu gün səhər anası dedi. Yaxşı gəlindir. 
Artıq başa düşmüşdüm ki, bu gün məhəbbətimin fövqünə çata bilməyəcəyəm. Bu səbəbdən, 
televizorun arxasına keçib, qeyri-ixtiyari onu işə saldım. Xəbərləri verirdilər. 


Sabah tezdən işə gedəcəkdim deyə, həmin günü tezdən yatmışdım. Ertəsi günü kündəçi olaraq 
gözümü dünyaya açmışdım. Çörək sexində dörd qadın, dörd kişi işləyirdik. Onlar ilk öncə mənə 
işi öyrətdilər, həyatımda ilk dəfə çörək kündələyirdim, ancaq, onlar buna inanmırdılar. Çünki, 
dediklərinə görə çox gözəl hazırlayırdım. Ancaq, təndirin və digər sobaların istisi hamımızı bir 
təhər edirdi. Çöldə zatən 40 dərəcə isti var idi. İlk öncə düşünmüşdüm ki, günə yüz çörək 
kündəliyərəm, ancaq, bu mümkün olmurdu. Əlli çörəkdən sonra nə taqət qalırdı, nə də 
bədənimdə su. Elə tərləyirdim ki, elə bil başımdan aşağı su töküblər. Elə iş yoldaşlarım dedi ki, 
bəs burda yayda işləməyə gələn hər kəs elə buna görə on günə işdən çıxırlar. Onlar isə qalır, 
səbəbləri isə mənimki ilə eynidir: Ailə dolandırmalıdır. 
Ayımı iki yüz qırx manata gətirmək üçün nə gecəm qalmışdı, nə də gündüzüm. Səhər otuz-qırx 
kündə edirdim, günorta beş-on, gecələr isə çalışırdım yüz kündəni tamamlayım. Hər gün gecə 
saat beşdə evə gedir, saat səkkizə kimi yatırdım. Düşünürdüm ki, bir neçə ay sonra qış olacaq. 
Qışda isə yüzəlli-ikiyüz kündə edə bilərəm. Bu səbəbdən də işi tərk etmir, gündə üç saat 
yatırdım. Bəli, bu işgəncə idi. İyirmi saat işləyirdim. Niyə? Çünki, Türkan kimi gözəl həyat 
yoldaşım var idi. Onu istədiyi kimi saxlamalıyam. Onu itirməkdən qorxur, bunu gözümün 
qarşısına gətirdiyimdə isə bədənim tir-tir əsirdi. 
Bayaq dediyim kimi, hər gecə saat beşdə gedirdim yatmağa. Ancaq səhər saat altı olanda lənətə 
gəlmiş üst qonşumun uşağı yenə zarıldamağa başlayırdı. O qədər yorğun olurdum ki, hətta yatılı 
vəziyyətdə də onun səsini eşidirdim. Səhər durub işə gedəndə də, gün boyunca o uşağın səsi 
mənim beynimdə hakim kəsilirdi. Bir də ayaq səsləri… O uşağı sakitləşdirmək üçün, anası uşağı 
qucağına alır, otağın o başına gedib gəlir ki, yatsın. Bu səbəbdən səs otağın hər yerinə yayılırdı. 
Həftəliklərimin hamısını gətirib Türkana verirdim. Daha doğrusu, mən evə gələndə Türkan 
yatmış olur. Bu səbəbdən pulu hər dəfə masa üzərinə qoyub gedirdim. İşlədiyim bu həftələr 
ərzində Türkana heç cürə vaxt ayıra bilmirdim. Gecələr evə gələrkən, başını yastığından qaldırır, 
yuxulu-yuxulu : ” Xəyal, gəldin?” – deyib yenidən yatırdı. 
Yenə həftə ortalarından bir günü işdə idim, dayanmadan kündə edirdim, digər işçilər danışır, 
ancaq mən ağzımı açmırdım. Bədənimə elə bir yorğunluq çökmüşdü ki, heç vaxt özümü bu qədər 
pis hiss etməmişdim. Üzümə gələn isti isə özümü cəhənnəmdə hiss elətdirirdi. Bunun başqa adı 
yox idi. İyirmi saat qırx beş dərəcə istidə işləmək bilirsiniz nə deməkdir? 
Bəli. Gözlənilən hadisə baş verdi və mənim vücudum buna tab gətirə bilmədi. Elə oradaca yıxılıb 
qaldım. 
 
 
 
 
 
 
*** 
Gözlərimi açdığımda iş yoldaşlarım və müdirim üzümə dəftəri yelləyirdilər ki, hava gəlsin. 
Onların üzlərini bulanıq görürdüm. Səsləri başıma düşürdü. Məni ayağa qaldırdılar, bir müddət 
büdrədim və sonra onlara dedim: “Yaxşıyam, başım hərləndi sadəcə. İndi çəkilin işimə davam 
edim.” Hərə bir ağızdan “Yox olmaz, evə gedib dincəlməlisən” – dedi. Hətta müdir əlini cibinə 
salaraq mənə iki həftəlik pulu əvvəlcədən verdi. 
Deyəsən həfətlər sonra günorta evə gedib iki gün boyunca dincələ biləcəyəm. Ən əsası Türkanı 
görə biləcəyəm. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə