Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə3/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   ...   95

Sultan Mahmud  uzun illərdir sarayında xidmət göstərən şəhid Məlik ağaya öz vəfa borcunu 
göstərmək üçün Eldəniz haqqında mühüm qərar verir: “ Digər ağalara əmr edir ki, onun təhsili  
və döyüş sənəti ilə ciddi məşğul olsunlar.” 
Ağalar, heç bir qul haqqında belə bir əmr verildiyini Səlcuq tarixində eşitməmişdilər.  Sarayın 
bütün müəllimləri Eldənizə ilahiyyat və başqa elmləri öyrədirdilər.  Davam edən illər ərzində  
Yunan-Afina fəlsəfəsini dərindən dərk edən   Eldəniz, müəllimlərini də xeyli təəccübləndirirdi. 
Sarayın sevimli siması olan Eldənizin yeməkləri,  mətbəxdəni Sultana göndərilən yeməklərdən 
elə də fərqlənmirdi. Buna görə o, son illərdə cana gəlmiş, boylu-buxunlu biri olmuşdu.  
Həmçinin o, Sultanın əmrinə əsasən, döyüş təlimlərini tamamlamış, güclü bir cəngavərə 
dönmüşdü.  Ox və kamanı digər əsgərlərdən fərqli olaraq, heç vaxt hədəfə yayındırmırdı. Onun 
üzərində olan bu inkişaf Sultan Mahmudu  olduqca qane etmişdi. Eldənizin bu uğurlarına səbəb, 
ilk vəzifəsi də verilmişdi. “Əl-xivan salar” – yəni sultan mətbəxinin başçısı olmuşdu. Bu vəzifə 
xeyli mühüm və təhlükəli idi.  Sultan əgər bu vəzifəni ona vermişdisə, demək ki, ona çox 
güvənirdi.  Çünki,  Sultana qarşı ardı-arası kəsilməz sui-qəsdlər olurdu. Yeməyə zəhərin atılması, 
sultanın sonu ola bilərdi. Amma Sultan Mahmud o qədər onu sevmiş və inanmışdı ki, öz həyatını 
ona etibar etmişdi. Bu uğuru tezliklə sarayın dedi-qodu mövzusu olmuşdu. Artıq,  əl-xivan salar 
Eldəniz istədiyi kimi  hərəmə girib, çıxa bilirdi.  Onun düz qaməti,  bahalı geyimi, üzərindən 
gələn xoş ətir iyi qoca şahdan ayrı düşmüş, ayrı-ayrı məmləkətlərdən gətirilmiş cariyələrin 
sevgili həmdəmi olmuşdu. Lakin,  Eldəniz bu cariyələrin heç birinə ehtiva göstərmirdi. O, öz 
qəlbində Sultan Mahmud üçün sədaqət andı içmiş, bir-birindən gözəl cariyələr tərəfindən gələn 
hər bir məktubu cavabsız qoyurdu. 
Sultan Mahmudun  vaxtsız qəflətən ölümü, saray içərisində çaxnaşmalar yaratmışdı.  Hakimiyyət 
uğrunda ciddi mübarizə başlamışdı. Sultanın ölümü əhalidən gizlədilirdi. Daha məmləkətin 
xəbəri bu olanlardan xəbəri yox idi. Saray yasa bürünmüş, həm də qorxuya düşmüşdü.   
Vəzirlər   öz aralarında savaşa başlamış, Sultanın ölümü ilə ilə iştahları qabarmış, hər kəs xəyala 
düşmüş və yeni bir dövlət qurmağı  arzulayırdılar. Bu vaxt  imperatorluğun ilk paytaxtı olan  
Nişapur şəhərində, saraylarından birində iqamət edən Sultan Mahmudun qardaşını hakimiyyətə 
gətirmək lazım idi. Ancaq, onun heç bir şeydən xəbəri yox idi. Çünki, heç bir  vəzirə xeyr 
etməzdi ki, Sultan Toğrulun bu hadisədən xəbəri olsun.  Bu zaman Eldəniz ilk siyasi məharətini 
göstərdi. Bağdaddan  Nişapura, Sultan Mahmudun hədiyyə etdiyi ərəb atını çapıb, özünü 
Nişapura çatdırdı.  Özünü təqdim edən Eldəniz Sultan Mahmudun öldüyünə və saray daxili 
çaxnaşmaların başladığına inandıra bilmişdi.   Toğrul  lələrinə əmr edərək, qoşun topladı və 
Bağdada gedənə kimi qoşunun sayı çoxaldı. Xəbəri tutan hər kəs Toğrulun   qoşununa qatılırdı. 
O Nişapurdan çıxdığında  qoşunu əlli min idisə,  Bağdada çatdığında yüz minə qədər artmışdı.  
Toğrul şəhərə girdiyində onun yanında at üzərində Eldəniz də var idi.  Əhali küçələr boyunca 
“Sultan Toğrul çox yaşa” – deyə bağırırdlar. İnsanlar Eldənizin ayaqlarından tutur, ona 
yalvarırdılar. Bu anı Eldəniz ilk öncə başa düşməsə də, sonra  qeyri-ixtiyari gülümsəyib nəyin 
baş verdiyini anladı. Hər kəs Eldənizi yeni sultan sanmışdı. Çünki, Sultan Toğrul onun yanında  
sıravi əsgərə, Eldəniz isə  görkəmli ordu başçısı –  hökümdara bənzəyirdi. 
Vəzirlər Toğrulun böyük bir ordu ilə şəhərə daxil olduğunu duyduqda, hərəsi bir tərəfə qaçıb, 
canlarını qurtarmaq istədi.   Toğrul döyüşsüz saraya daxil oldu və özünü sultan elan etdi.  Əmri 
ilə vəzirlərin hamısına edam cəzası verdi və özü ilə gətirdiyi  dövlət xadimlərini vəzir təyin etdi. 


Yaxın gələcəkdə, yeni işğal  planları cızdı. Yeni Sultan öz zəkası ilə hər kəsi heyran qoydu.  
Süquta yaxın olan bir imperatorluğu ancaq Sultan Toğrul  dirçəldə bilərdi. 
Sultan Toğrul  böyük qardaşından nisbətən gənc olduğundan, hələ onda döyüşçü ruhu var idi.  Bu 
kimlərinsə xoşuna gəlmirdi. Bu səbəbdən hələ hakimiyyətinin ilk günlərindən sui-qəsdlər olmağa 
başladı. Həyatını əmanət edəcək biri lazım idi. Ağılına gələn ilk insan elə  Eldəniz oldu. Onu  
şəxsi mühafizə dəstəsinin məmlükü təyin etdi. 
Tez bir zamanda Məmlük Eldəniz sultanın gözləntilərini doğrultdu. Sultana qarşı olunan sui-
qəsdlərin üstünü tez bir zamanda açdı.  Sultanın  iqamət etdiyi otağa Eldənizin icazəsi olmadan 
heç kim girə bilməzdi. 
 
 
 
 
 
 
*** 
Yaşlı Sultanın gənc bir zövcəsi var idi. Dərbənddən tutmuş Fərat çayına qədər hər kəs bu qızın 
gözəlliyindən danışırdı. Onun gözəlliyi  bütün  insanların dilində dillər əzbəri olmuşdu.  Göydən 
sallanan hilal da ona qibtə edir, günəş qürub edərkən, onun qədər parlamırdı. O elə bir görünüşə 
sahib idi ki,  hələ lap uşaq yaşlarından onu görən istənilən kişi aşiq olur, ölüm yatağına düşmüş 
hər bir kəsə  gözləri, baxışı şəfa verirdi. Bu qızın daha çox pul gətirəcəyəini düşünən quldurlar, 
qızı ailəsindən hələ uşaq ikən qaçırmış, qul bazarlarında  ordan buraya sürünmüşdü. Nəhayət,  bu 
gözəllik gəlib saraya satılmışdı.  Onu ilk görən Sultan Mahmudun qardaşı, Sultan Toğrul 
olmuşdu. Hərəmxanadakı qızların heç biri onunla rəqabət apara bilmirdi. Tez bir zamanda Sultan 
Toğrulun əsas cariyəsi  olması, digər qızların xoşuna gəlməmişdi.  Xüsusən də  Sultan Toğrulun 
ilk zövcəsi Selcan xatun bu qızla heç vaxt yola getmirdi.  Bu qıza dəfələrlə hücum olundu, 
öldürmək istədilər, ancaq o yenə həmişə sağ qaldı və belə gözəllikdə bir qız sarayın  sanki, 
ölümsüzünə çevrilmişdi.  Hərəmdaxili cariyələrin dava-dalaşlarını bitirmək üçün  Sultan Toğrul 
onu zövcəsi etmişdi və ona qarşı kim səhv hərəkət edərsə, dərhal başlarının vurulması haqqında 
əmr vermişdi. 
Uğurunda Sultanın da diz çökdüyü  sözlərlə ifadə olunmaz bu gözəlliyin sahibinin adı Möminə 
idi. O, Sultanın zövcəsi olduqdan sonra, hər kəs ona Möminə xatun deyə  müraciət etməyə 
başlamışdı. 
Möminə xatun,  olduqca təmkinli biriydi. Harda nə danışmaq lazım olduğunu yaxşı bilir və 
istədiyi hər şeyə nail olmağı bacaran bir qadın idi. Saraylarda o müxtəlif dilləri öyrənmiş, ney 
müsuqisini dərindən mənimsəmiş və insanlara xoş təsir bağışlamağı bacarmışdı.   O, Nişapurdan 
Bağdada bütün aləmin sultanının zövcəsi kimi gəlmişdi. 
Möminə xatun uşaq vaxtından gün üzünə həsrət qalmış və həyatını bu saraylarda keçirirdi.  
Zatən, onun darıxmağa belə vaxtı olmurdu. Hərəmxanada o qədər söz söhbət olurdu ki, darıxmaq 
nədir bilmirdi. Zaman keçdikcə, yaşamaq bu gözəlliyə sahib olan Möminə xatun, getdikcə 
qəddarlaşırdı.  Əmri ilə sarayda neçə qadın naməlum şəkildə öldürülmüşdü, hələ bunu heç kim 
bilmirdi. 
Gənc, mükəmməl gözəlliyə sahib olan və qəddar Möminə xatunun həyatda bilmədiyi yeganə bir 
hiss var idi. Bu hissi ancaq şerlərdə oxumuşdu. Bunun adı:”Eşq” idi.  O, öz Sultanı Toğrula zərrə 
qədər də aşiq deyildi. Sadəcə, yaşamaq üçün əmrlərə tabe olurdu. Lakin, bir gün eşqin nə 
olduğunu bildi. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə