Nitq mədəniyyəti



Yüklə 33,52 Kb.
səhifə2/4
tarix09.01.2023
ölçüsü33,52 Kb.
#98365
1   2   3   4
az dili

orta dövr (X–XIV əsrlər): Oğuz ağızların əski türk dilindən ayrılması, o şivələr əsasında oğuz ədəbi və yazı dilinin formalaşması, oğuzların İslamı qəbul etməyi ilə ərəb əlifbasına keçməsi, Divanü Lüğat-it-Türk, Oğuznamə və Kitabi-Dədə Qorqud kimi əsərlərin yaranması və qələmə alınması, Azərbaycan dilinin Böyük Səlcuqlu imperiyasının saray dilinə çevrilməsi.

  • klassik dövr (XIV–XVIII əsrlər): Azərbaycan və Anadolu şivələrin müxtəlif yerli dövlətlərin saray dillərinə çevrilməsi, saray dilinin xalq dilindən uzaqlaşması, əsas ədəbiyyat formasının şeir olması.

  • yeni dövr (XVIII–XX əsrlər): ədəbi dilin saray dilindən uzaqlaşıb yenidən xalq dilinə yaxınlaşması, ilk nəsr və dram əsərlərin yazılması, ilk qəzet və jurnalların çap olunması, Azərbaycan dilinin qrammatika qanunlarını araşıdıran Fənni-sərfi-Türki dərsliyinin çap olunması.

    • 7-8-9. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.

    Ünsiyyətin kommunikativ tərəfi dedikdə, onun ilk növbədə informasiya mübadiləsi olması nəzərdə tutulur. Kommunikasiyanın iki tipini — verbal və qeyri-verbal kommunikasiyanı fərqləndirirlər.
    Verbal ünsiyyət nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur

    • 10-11-12. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir . Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır. Dialoji nitq:Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.

    13. Söz ümumxalq dilində müxtəlif cür işlənsə də, ədəbi dildə, əsasən, bir variantda işlənir, tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur. Sözün ədəbi dildə-ki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini, xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.
    Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə mü-əyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur
    14. Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik norma pozulacaq. Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir. 
    15. Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır. 
    Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
    1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
    2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər
    3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir
    4) Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan. Onlar türkdürlər

    1. 16. Nitqin düzgünlüyü onun forması və məzmunu kimi.



    2. Yüklə 33,52 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə