Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   23   24   25   26   27   28   29   30   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
81 
Yazar tərəfindən təsvir olunan hadisələrdə fəal iştirak-
çıya  çevrilə  bilən  və  əsərin  süjet  xətti  ilə  sıx  bağlı  olan 
əsas obraz təsvir olunan hadisələrin mərkəzində durur. Xü-
susilə də, yazarın ideyasını təbliğ edən əsasən bədii əsərin 
baş  (əsas)  qəhrəmanıdır.  Baş  (əsas)  qəhrəman  əsərdə  əks 
olunan  mübarizənin  təşkil  və  gedişində  mühüm  rol  oyna-
ması ilə fərqlənir. Baş (əsas) qəhrəman təsvir olunan hadi-
sələrdə, əsərin süjet xətti ilə əlaqəli olan, təsvir edilən ha-
disələrin inkişafında, münaqişənin həll edilməsində, xarak-
terlərin açılmasında də fəal iştirak edir. 
Postmodern romanlarda əsas qəhrəman onu əhatə edən 
müasir  varlığı  rədd  edir.  Qəhrəman  öyrəşmiş  olduğu  və 
əvvəllər onu əhatə edən mühit son dərəcə abad olmuşdur, 
bu  günü  isə,  –  insana  münasibətdə  sivilizasiya  və  mədə-
niyyət pərdəsi altında gizlənən dəhşət, düşmənçilik, tama-
milə  qeyri-insani  münasibətlərdən  ibarətdir.  Postmoder-
nizm  əsas  qəhrəmanı  dəyər  və  hədəflərin  anlamsızlığını 
dərk edən, bu doğru seçimdən heç bir mütləq dəyər və hə-
dəf tapılmadığı kimi səhv bir nəticəyə gələn bir obraz kimi 
yaradır.  Əsas  qəhrəmanlar  dəyər  və  inancların  insanlara 
görə dəyişməsi kimi yanlış, «relyatif» fikirlər irəli sürürlər. 
Əli  Əkbər  «Amneziya» 
47
  əsərində  totalitar  cəmiyyət 
qurur  ki,  baş  qəhrəman  Murad  burada  yaşamağa  məcbur-
dur. Ə. Əkbərin «Amneziya» əsərində  baş qəhrəman  Mu-
radla  yanaşı  cəmiyyət  tərəfindən  öz  keçmişi  və  ümumbə-
şəri dəyərlər haqqında yaddaş itkisi olan amneziyanın ob-
raz  kimi  çıxış  etməsi  diqqəti  cəlb  edir.  Müəllif  ideal  cə-
miyyət və ideal dövlət yaradılması cəhdlərini tənqidə mə-
                                                 
47
 Əkbər Ə. Amneziya. Bakı. Qanun, 2010.  448 s. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
82 
ruz qoyur, belə təşəbbüslərin tam mənasızlığını obrazların 
dili ilə açıqlayır. 
Ə. Əkbərin  Murad  obrazı  və  Anarın  «Ağ  qoç,  qara 
qoç» romanının əsas qəhrəmanı Məlik Məmmədli arasında 
müəyyən  paralellər  aparmaq  olar.  Məlik  Məmmədli  üç 
«ideal» ictimai və dövlət sistemi ilə qarşılaşsa belə, onların 
heç birini daxildən qəbul edə bilmir. Ailəsindən və yaşadı-
ğı doğma Bakısından ayrı düşmüş Məlik iztirab çəkir. 
Aqşin  Yeniseyin  «Göləqarğısancan» 
48
  romanı  əsas 
qəhrəman  Əlinın  yeniyetmə  yaşında  doğma  xalasıyla  gü-
nəbaxanlıqda törətdiyi əməllərə görə kənddən qovulan, şə-
hərdə uğursuz reket jurnalistliyi ilə məşğul olan, kəndə qa-
yıdıb  ailə  həyatı  quran,  kasıbçılıq  üzündən  murdar  olmuş 
heyvan  cəmdəklərini  satmaqla  məşğul  olan,  qocalığında 
gözləri tutulan bir insanın həyat tarixçəsidir. Leş Əlinin bu 
«sənəti» atadan oğula keçərək oğlu Qozbel tərəfindən da-
vam  etdirilir.  «Göləqarğısancan»  əsərinin  qəhrəmanı  əsə-
rin bir yerində atasının ölümündən sonra doğulan uşaq ki-
mi təsvir edilir. Daha sonra isə əsərdə Leş Əlini atası həki-
mə aparır. Əsərin əvvəlində «evləndirilən» qəhrəman son-
ra  subay,  anası  ilə  yaşayan  qəhrəman  kimi  təsvir  edilir. 
Postmodernizmin  qeyri-müəyyənliyə  can  atdığını  nəzərə 
alaraq, bunlar yazarın məsuliyyətsizliyi kimi deyil, «müəl-
lif amneziyası» kimi qəbul edilə bilər. Bu baxımdan, Aq-
şin Yenisey qeyri-müəyyənliyi mərkəzi anlayışlarından bi-
rinə çevirir. 
Leş Əli öz həyatını mənasız qəbul edir, bu da postmo-
dernə xas absurd və xaosun varlığın aparıcı faktorları kimi 
qəbul  edilməsindən  irəli  gəlir.  Alkoqola  uğramış  Əli  si-
                                                 
48
 Yenisey A. Göləqarğısancan. Bakı, Qanun, 2009. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
83 
mulyakr  xarakter  daşıyan  bir  aləmdə  yaşayır.  Leş  Əlidən 
başqa  əsərin  digər  qəhrəmanı  içkiyə  qurşanmış  «alkaş» 
universitetin  tarix  fakültəsini  bitirmiş,  ölkədə  baş  vermiş 
bütün  tarixi  və  siyasi  hadisələrin  iştirakçısı  olmuş,  özünü 
«tarixi arxasınca çəkib aparan nadir siyasətçilərdən biri he-
sab edən», lakin «tarixin yiyəsiz kimi arxasına salıb sülən-
dirdiyi  minlərlə  sıravi  siyasət  tüfeylilərindən  biri»  olan, 
«tarixin  keçib  getdiyi  yola  səpələnən  yiyəsi  ölmüş  orden, 
medallar»ı  satması  ilə  məşğul  olan  və  içkiyə  qurşanmış 
Əlinin absurd həyatdan bezməsi öz dili ilə verilir: «Uşaq-
lar bir az böyüsün, özümü öldürəcəyəm». 
Əsas  qəhrəman  tərəfindən  həyatın  və  varlığın  absurd 
kimi qəbul etməsi Pərviz Cəbrayılın «Yad dildə» 
49
 roma-
nın  polkovnik  obrazına  da  aid  etmək  olar.  Köməkçinin 
«Cənab  Polkovnik,  işığı  yandırımmı?»  sualına  «Yox!!!» 
deyərək qışqırması və sarayın damına qonmuş göyərçinlə-
rin  hürküşüb  şaqqıltıyla  uçmasının  təsviri  maraq  doğurur. 
Qaranlıqda oturmaq, işığı yandırmamaq rəmzi məna daşı-
yır. Əsərdə  polkovnikin «ağ  parçaya  bükülü bir şeyin su-
yun  üzündə  gəlib  bizim  ayaqyolunu  axıtdığımız  o  kanala 
düşdüyünü  gördük.  Daşqın  qəbiristanlığı  yuyub  ən  son 
ölünü - qırx gün bundan qabaq basdırılmış atamı qəbirdən 
çıxarmışdı, üstümüzə qaytarırdı» fikri də absurddur. 
Əsas  qəhrəmanın  simulyakr  xarakter  daşıyan  aləmdə 
yaşaması onun daxili hissləri ilə əlaqəli olması ilə yanaşı, 
əsas qəhrəmanın xəyali sosial-siyasi reallıqda yaşaması ilə 
də əlaqəli ola bilər. Şəbnəm Karslının «2087-ci il» əsərinin 
baş qəhrəmanı Mirasın sevgilisi Amerika Demokratik im-
periyasından Çin Xalq İmperiyasının Gəncə şəhərinə araş-
                                                 
49
 Cəbrayıl P. Yad dildə. Bakı, Qanun, 2009. 424 s. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə