Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
72 
 
Azərbaycan postmodern romanının obrazları 
 
Obraz  anlayışı  müasir  dövrdə  birmənalı  qarşılanmır. 
Bu istiqamətdə bir çox elm sahələrində (sənətşünaslıq, dil-
çilik,  ədəbiyyatşünaslıq,  fəlsəfə,  estetika,  psixologiya  və 
s.) müxtəlif tədqiqatlar aparılmış və fikirlər irəli sürülmüş-
dür. Rus  ədəbiyyatşünaslığında bu anlayış B.Q. Ananyev, 
A.L. Andreyev,  K. Qoranov,  N.K. Qey,  P.V. Paliyevski, 
V.İ. Tyupa,  M.B. Xrapçenko  kimi  tədqiqatçılar  tərəfindən 
araşdırılmışdır.  Qərb nəzəriyyəsində  S.D. Lyuisin  «Poetik 
obraz»,  K. Spurceonun  «Şekspirin  obrazları  və  onlar  bizə 
nə  deyir»,  P.N. Furbankın  «Yazılı  «obrazlar»da  refleksi-
ya», M. Henrinin «Poetika və ritorika lüğəti» əsərləri ma-
raq doğurmuşdular. Azərbaycan ədəbiyyatşünaslığında ob-
razların işlənilməsi və tədqiq edilməsi sahəsində Y. Qara-
yevin  «Faciə  və  qəhrəman»,  N. Paşayevanın  «İnsan  bədii 
tədqiq  obyekti  kimi»,  İ. Vəliyevin  «Ədəbi  portret  və  xa-
rakter»,  B. Babayevin  «Bədii  ədəbiyyatda  tipiklik»  və  di-
gər bu kimi sanballı tədqiqat işləri və monoqrafik tədqiqat-
lar meydana çıxmışdır. 
Bədii  obraz  özündə  estetik  dəyər  təmsil  edərək  insan 
həyatının real lövhələrinin bədii təsviridir. Bədii obraz an-
layışında bədii əsərin ünsür və ya bədii bir hissəsi başa dü-
şülür  ki,  belə  bir  fraqment,  müstəqil  həyat  və  məzmuna 
malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss ob-
razı, obraz-təfərrüat və s. Obraz bədii əsərdə müəllif ideya-
larının  və  bədii  təfəkkürünün  təzahür  formalarından  biri-
dir. Obraz varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya 
mövcud üsullarını, əşyaların dinamikası və ya bir qrup əş-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
73 
yaların  bir-birilərinə  qarşılıqlı  meyl  etməsini  ifadə  edir. 
Obrazı yaratmaq üçün müəllif müəyyən qrup insanlara, əş-
yalara  və  proseslərə  xas  xüsusiyyətlərin  ümumiləşdirilmiş 
şəkildə  əks  etdirilməsinə  cəhd  edir.  Obraz  fərdi  cizgiləri 
ilə başqa obrazlardan fərqli cəhət və fərdi xüsusiyyətlərini 
əks etdirməlidir. İlk növbədə, estetik kateqoriya olan obraz 
sənətə  xas  mənimsəmə  yollarını  və  həqiqətə  çevrilməni 
xüsusilə  səciyyələndirir.  Yazıçı  təbiət  hadisələrinə  və 
müxtəlif insanlara münasibətini məhz obraz vasitəsilə bil-
dirməyə nail olur. 
Obraz anlayışı məhdud və geniş mənada işlənir. Obraz 
məhdud  mənada  konkret  və  eyni  zamanda  ümumiləşdiril-
miş  şəxs  bildirir,  yalnız  konkret  personajları  və  ya  ədəbi 
qəhrəmanları əks etdirir. Bizim fikrimizcə, «bədii obraz»ın 
belə  anlaşılması  bu  terminin  daralmasıdır.  Obrazın  geniş 
mənada işlənməsini isə mənfi və müsbət obrazlarda, insan 
obrazında, əşya obrazında və s. rast gəlirik. 
Bu  kontekstdə  L.A. Şestakın  obrazlar  təsnifatı  xüsusi 
əhəmiyyət kəsb edir. Şestak obrazları mikroobraz, makro-
obraz, meqaobraz kimi bölgülərə bölür. «Mikroobraz» bə-
dii  əsərlərin  ən  kiçik  vahidi  olaraq,  ədəbi  dilin  ifadəli  xü-
susiyyətləri ilə əlaqəlidir. «Makroobraz» ifadəsi altında isə 
ədəbi qəhrəman obrazı başa düşülür. «Meqaobraz» isə bu 
kainatın dünyanın və insanın obrazıdır. Meqaobraza müəl-
lif yaradıcılığının və ya bütöv ədəbi istiqamət çərçivəsində 
obrazlar kompleksini təkrar edən motivləri aid etmək olar. 
Bu təsnifat fransız ədəbiyyatşünaslığına xas təsnifat ilə ox-
şardır. Fransız ədəbiyyatşünaslığında mücərrəd obraz, ifa-
dəli  obraz,  əlaqəsiz  obraz  və  plastik  obraz  seçilir.  Mücər-
rəd obraz ümumi termindir. Mücərrəd obraz dedikdə, var-
lığın  mahiyyətini  ifadə  edən  üsul,  əşyaların  vəziyyəti, 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
74 
mövcud  üsullar  başa  düşülür.  İfadəli  obraz  isə  obyektiv 
üzərində  deyil,  subyektiv  müqayisədə  qurulmuş  obrazdır. 
Əlaqəsiz  obraz  mürəkkəb,  inkişaf  etmiş  obraz  olmalıdır, 
onun ünsürləri bir araya sığmır və tamamilə bir-biri ilə əla-
qəsiz  olur.  Plastik  obraz  isə  müqayisəni  forma  əlamətinə 
görə, kütləsi, ölçüsü və iki əşyanın bölgüsüdür. 
Obraz anlayışının geniş məna kontekstində bədii əsər-
də  hər  bir  hadisə,  yaradıcı  şəkildə  bədii  obraz hesab edilə 
bilər.  Postmodern  romanda  obraz  konkret  insan  məfhu-
mundan kənara çıxaraq, həyat hadisələrinin və insan həya-
tının inikası kimi çıxış edə bilər. Bu və ya digər əşyanı, tə-
bii hadisələri və s. təsvir etmək üçün qeyri-insani varlıqla-
rın,  cansız  əşyaların  əlamətlərinin  ümumiləşmiş  təsviri 
olan  «əşya  obrazı»,  müəyyən  bir  yerin,  ölkənin  təsvirini 
verən  «təbiət  obrazı»  və  s.  kimi  şərh  edilir.  Bədii  təsvirin 
mərkəzində  insanla  yanaşı,  digər  əşya  və  hadisələr  də  da-
yana  bilər.  Bəzən  bu  əşya  və  hadisələr  təsviri  insanla  sıx 
bağlı olur, insanın hansı məkan və zamanda olmasını açıq-
layır.  Bəzən  də  bədii  təsvirin  heç  insanla  əlaqəsi  belə  ol-
mur. Əşya obrazı, həmçinin təbiət obrazı təsvir edilən qəh-
rəmanın xarakteri ilə bağlı olur. 
Obrazın geniş mənada anlamı fərdi və bəşəri obrazları 
bir-birindən  ayırmasına  imkan  verir.  Fərdi  obraz  anla-
yışında müəllif istedadı və təxəyyülünün nəticəsində yara-
dılmış  obrazlar  dərk  edilir  və  bu  obrazların  daxili  aləmi, 
məram  və  məqsədləri  üzə  çıxarılır.  Bunlar  müxtəlif  üsul-
larla həyata keçirilir. Məsələn, bədii əsərlərdə verilmiş dia-
loqlar vasitəsilə yaranan dramatik və psixoloji vəziyyətlər-
lə  obrazların  fərdi  xüsusiyyətlərini  və  daxili  aləmini  daha 
qabarıq  nəzərə  çarpdırmaq  mümkündür.  Ümumbəşəri  ob-
razlar isə nəsildən-nəslə keçən obrazlardır ki, bu obrazları 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə