Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
60 
adlı əsərində tarixi keçmişə, Sovet epoxasına müraciət və 
gələcəyə  ümid  əksini  tapmış,  Azərbaycanın  müstəqillik 
ideyası  əsas  leytmotivə  çevrilmişdir.  Müəllif  tərəfindən 
nağıl  adlandırılmasına  baxmayaraq,  «Ağ  qoç,  qara  qoç» 
əsəri  ciddi  sosial - siyasi  problemlərə  toxunan  nəsr  əsəri-
dir. 
Yaranan  andan  postmodernizm  «yeni  ciddilik»  (new 
seriousness) adı ilə tanınan cərəyanla rastlaşır. Bir tərəfdən 
«yeni  ciddilik»  postmodern  diskursuna  qarşı  çıxış  edir,  o 
biri tərəfdən isə postmodernistlər «yeni ciddiliy»in təsvir-
etmə  üslublarına  müraciət  etməyə  başlayırlar.  Məsələn, 
C.R. Faulzun  «Daniel  Martin»  (1977)  romanında  postmo-
dern  üslubu  realizmlə  birləşir.  «Daniel  Martin»  real  bio-
qrafik  romandır,  ancaq  postmodernizmin  nəsr  texnikası 
(xüsusilə,  xronologiyanın  dağılması,  təhkiyəçinin  ikiləş-
məsi  və  s.)  əsasında  yaranmışdır.  Şotland  yazıcısı  İen 
Benksin «Şüsə üstündə addımlar» (1985) romanında Qrem 
Park və Seru fitç arasındakı süjet xətti sırf realizm ənənə-
sində təsvir edilib, lakin digər iki süjet xətləri postmodern 
ənənəsində yaradılmışdır. 
«Yeni ciddiliyə» xas əlamətlər  Aqşin Yeniseyin  «Gö-
ləqarğısancan» postmodern üslubunda qələmə alınmış əsə-
rində öz əksini tapmışdır. Romanda Leş Əlinin içkiyə qur-
şanmış insanın evində vedrələrlə ordeni, medalı görərkən, 
«alkaş»ın ona verdiyi cavab hamını düşünməyə vadar edir. 
İçki aludəçisinin dilindən cəmiyyətdə baş vermiş olaylara 
münasibət bildirməsi məhz sosial-siyasi reallıqları bir daha 
gözümüzdə  canlandırıb,  ona  biganə  qalmamağı  aşılayır: 
«dünyada  nə  qədər  igidlik,  qəhrəmanlıq  olubsa,  hamısını 
mən  eləmişəm,  ata  canı,  dəfələrlə  qəhrəmancasına  həlak 
olmuşam. Şəhidlər Xiyabanını görmüsən? Bax orda nə qə-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
61 
dər  şəhid  var  hamısı  mənəm...  Bamsı  Beyrək,  İmam  Hü-
seyn, Kutuzov, Jukov, Babək, Koroğlu, Bismark eşitmisən 
belə adlar? Onlar hamısı mənəm...». İstehza ilə deyilən bu 
cümlələrdə  acı  həqiqətlər  özünü  qabarıq  şəkildə  göstərir. 
Leş Əlinin gördüyü vedrələrlə ordenin, medalın Sovet öl-
kəsinin özü  kimi puç  olmasına  və  bu ölkə  üçün  canından 
keçmiş insanların fəci talelərinə bir işarədir: «Hamısı sovet 
medallarıdır, müharibə, əmək qəhrəmanlarına, partiya fəal-
larına verilənlər. Vaxtilə bu orden, medallara görə insanlar 
can  veriblər,  bir-birilərinin  üzünə  durub  güllələtdiriblər, 
qarınlarına mina bağlayıb tankların altına sürünüblər, sinə-
lərini  plumyotun  qabağına  tutub  aşsüzənə  dönüblər.  İndi 
qara qəpik verməyə canları çıxır». 
Postmodern  romanda  baş  qəhrəmanın  bədii  dünyası 
qabardılır. Postmodern roman  qəhrəmanına elə gəlirdi ki, 
öyrəşmiş olduğu və əvvəllər onu əhatə edən mühit son də-
rəcə abad olmuşdur, bu günü isə, – insana münasibətdə si-
vilizasiya  və  mədəniyyət  pərdəsi  altında  gizlənən  dəhşət, 
düşmənçilik,  tamamilə  qeyri-insani  münasibətlərdən  iba-
rətdir. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
62 
 
Azərbaycan postmodern romanında 
süjet və süjet xətləri 
 
Süjet bir anlayış kimi ta qədimdən ədəbiyyatşünaslığın 
diqqətini  cəlb  etmiş  və  bu  anlayışa  ilkin  olaraq  Platоnun 
və Aristоtelin əsərlərində rast gəlirik. Aristotelə görə süjet 
«istədiyi yerdə başlanmamalı, istədiyi yerdə bitməməlidir» 
və süjetin «başlanğıcı, ortası və sonu olmalıdır». 
Əsərdə yazıçının həyatdan götürdüyü hadisələri, müşa-
hidə  etdikləri  faktları  qruplaşdırması,  sistemə  salması  və 
onları dinamik inkişafda təsvir etməsi əsərin süjetini təşkil 
edir. Süjet əsasən həyat materialı və surətlərdən təşkil edi-
lir.  Bir-biri  ilə  bağlı  olan  bu  və  ya  başqa  əhvalatı  bədii 
əsərdə  ardıcıl  surətdə  müəyyən  xətt  üzrə  inkişaf  etdirir. 
Süjet  əsərdə  təsvir  olunan  mahiyyət  və  hadisənin  özüdür. 
A. Tamarçenkoya görə süjet roman janrında sərbəst, çevik, 
dəyişkən forma hesab edilir. Bu forma, yəni süjet müəllif-
dən  zamanla  ayaqlaşmağı  tələb  edir.  Tarixi  prosesdə  cə-
miyyətdə  baş  verən  tarixi  hadisələr  süjet  qurmaqda  yeni 
formalar  və  təsvir  quruluşu  doğurduğunu  vurğulayan 
A. Tamarçenko 
32
 bunu dövrü üçün tipik hadisə hesab edir. 
L. Timоfeyev süjeti bilavasitə hadisə və ya hadisələr siste-
mi kimi dəyərləndirir, sənətkarın həyat şəraitinin tələbi ilə 
təsvir etdiyi xarakterlərin əməlləri ilə açılmasını süjet kimi 
qiymətləndirir 
33

                                                 
32
 Тамарченко А.  Поиски  современного  сюжета.  Сб.  «Советская 
литература», М.-Л., 1961. С. 242; 
33
 Тимофеев Л.И. Основы теории литературы. М., 1971.С. 164. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə