Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
57 
bir-biri  ilə  ziddiyyət  təşkil  edir 
30
.  Roman-antimifə  aşağı-
dakı  xüsusiyyətlər  xasdır:  mifin  mətnə  uyğunlaşması,  ro-
man və mifoloji mətn arasında intertekstual dialoq, ənənə-
vi  semantikanın  dağıdılması  zamanı  formaların  saxlanıl-
ması:  roman-antimif  üçün  «mifi  mətn  kimi  sərbəst  idarə 
etmək, qəbul ediləni nümayiş etdirmək, intertekstual oyun, 
başlıcası isə – mifopoetikanın formasının saxlanılmasında 
mifoloji  semantikanın  dağıdılması  səciyyəvi  xüsusiyyət-
dir» 
31
. Bədii fikir  yalnız estetika və fəlsəfə ilə deyil, həm 
də mifopoetika ilə sıx bağlı olması özünü göstərməkdədir. 
Düşüncə növü olan postmodernizm idrakın irrasional for-
malarından  olan  mifə  müraciətində  ifadə  olunması  özünü 
qabarıq  göstərir.  Postmodernizm  üslubda  qələmə  alınmış 
əsərləri  nəzərdən  keçirdikdə  müşahidə  edilir  ki,  elmi-tex-
niki düşüncənin yekunları və mistik - ezoterik məlumatları 
qəbul və inkar etməkdə formalaşmışdır. 
Roman-antimif  janr  formasına  aid  olan  Kəramət  Bö-
yükçölün  «Çöl»  əsərində  Koroğlu  haqqında  xalq  dastanı 
dekonstruksiyaya  uğrayır,  yəni  qəbul  edilmiş  Koroğlu  ta-
mamilə fərqli nəticə ilə meydana çıxır. Qeyd etmək yerinə 
düşərdi ki, tarixi keçmişə qayıdış milli şüur və dinə aid də-
yərlərə postmodern yanaşmanın nəticəsidir. Yaddan çıxar-
maq lazım deyil ki, tarixi keçmiş və milli yaddaşdan süzü-
lüb gələn örnək  hadisə və obrazlar  milli-mənəvi mövcud-
luq  üçün  vacib  olan  amillərdəndir.  Ədəbi  yaradıcılıqda 
milli  problemlərinin,  xalqın  ictimai-siyasi  həyatının,  adət-
                                                 
30
 Полушкин А.С. Жанр романа-антимифа в шведской литерату-
ре  1940-1960-х  годов  (на  материале  произведений  П. Лагерк-
виста и Э. Юнсона): Автореф. дис. … канд. филол. наук. Екате-
ринбург, 2009. С. 14. 
31
 Там же. С. 14. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
58 
ənənələrinin,  psixologiyasının  bədii  inikası  tarixilik 
baxımından əhəmiyyət kəsb edir. 
Postmodernistlər  tarixi  hadisələrdə  subyektiv  yozum-
larla fərqli izahların olduğunu iddia edirlər. Postmoderndə 
fraqmentarlığın  hökm  sürdüyü  yeni  dünyada  dəyişən  fakt 
və hadisələr özü öz içində yenidən yazan bir tarixdir. Post-
modern romanlarda tarixi qəhrəmanlar adi insanlara çevri-
lir.  Postmodernistlər  tarixdən  ibrət  almaq  deyil,  tarixin 
özünü  oyun  materialına  çevirmək  məqsədi  güdür.  Volf-
qanq Velş özünün  «Bizim postmodernist modern» (1987) 
əsərində  qeyd  etdiyi  kimi,  «postmodernizm  plüralizmin 
əleyhinə olan hər şeyə qarşı yönəlib. O, monizm, unifika-
siya, totalitarizm, utopiya və despotizmlərin gizli formaları 
ilə vidalaşır, əvəzində müxtəliflik və paradiqmaların rəqa-
bətinə keçir». 
Müasir  Azərbaycan  ədəbiyyatında  postmodern  roma-
nın maraqlı nümunəsi Sabir Rüstəmxanlının  «Göy Tanrı» 
(2005)  əsəridir.  Bu  romanın  süjeti  bizi  türk  xaqanlarının 
idarə  etdiyi  dövrə,  təkallahlığın  din  kimi  çiçəklənməsi 
dövrünə aparır. Türk xalqlarının dövlətçiliyinin inkişafında 
əvəzsiz  xidmətləri  olmuş  şəxsiyyətləri  əks  etdirməsinə 
baxmayaraq, bu əsər klassik tarixi roman deyil. S. Rüstəm-
xanlı  qədim  türk  mifologiyasını  və  yazılı  mənbələri  (o 
cümlədən,  Orxon  -  Yenisey  abidələri)  istifadə  etməklə, 
müasir türk dünyası qarşısında duran mifik keçmişlə bağlı 
suallara  cavab  axtarır.  «Göy  Tanrı»  –  neomifoloji  bədii 
məkanda öz əksini tapmış türkdilli xalqların müasir prob-
lemləri haqqında olan bir əsərdir. 
Postmodernizm  romanında  tarixi  hadisələrdən  bəhs 
edərkən  psevdosənədli  romanlara  da  toxunmaq  lazımdır. 
Psevdosənədli romanlardan spesifik roman növü kimi da-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
59 
nışarkən,  burada  faktların  imitasiyası  (təqlidi),  falsifikasi-
yası (saxtakarlıq) və mistifikasiyası (uydurma) diqqəti cəlb 
edir.  İngilisdilli ədəbiyyatda  mokyumentari (ing.  to  mock 
«saxtasını düzəltmək» və documentary «sənədli») adlı ter-
minə rast gəlmək olur ki, qarşılıqlı söz kimi başqa dillərdə 
istifadə  olunur.  Psevdosənədli  romanın  bədii  nümunələri 
zahiri əlamətlərinə görə sənədli romanlara uyğundur, lakin 
onların  hadisələri  sənədli  romanlardan  fərqli  olaraq  uy-
durmadır və tarixi faktlar altında xüsusi «pərdələnmişdir». 
Postmodern  romanda  sosial-siyasi  reallıqların  əks 
olunması öz xüsusiyyətləri ilə seçilir. Z. Bauman postmo-
dernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar  et-
məyərək  «sosial gerçəkliyin inkişafında  yeni dövr olmaq-
dan  daha  çox  şüurun  irəliləyişində  yeni  dönəm»  olmasını 
qnosoloji aspekti kimi ön plana çəkərək qiymətləndirmiş-
dir. 
Postmodern  yazarlardan  olan  Seymur  Baycan  Seymur 
XXX imzası ilə 2007-ci ildə nəşr etdirdiyi «18,6 sm» əsə-
rini  skelet-memuar  kimi  təqdim  edir.  Əsər  müəllifin  yol 
xatirələri  və  səfər  təəssüratlarının  yığcam  məzmunundan 
ibarətdir. Müəllif incə yumoru ironiyaya qataraq cəmiyyət-
dəki çatışmazlıqları öz həyatının və yaradıcılığının bir anı 
kimi göstərməyə nail ola bilir. 
Anarın «Ağ qoç, qara qoç» romanına da diqqət yetirək. 
Ailəsindən  və  yaşadığı  doğma  Bakısından  ayrı  düşmüş 
əsas qəhrəmanın iztirab və düşüncələri vasitəsilə Anar cə-
miyyətdə baş verən siyasi-iqtisadi böhranlara birmənalı ol-
mayan münasibətini, xalqın ağrılı problemləri ilə narahat-
çılığını «Ağ qoç, qara qoç» adlı əsərində oxuculara çatdır-
mış, onları yaranmış vəziyyətdən çıxmaq yolları ətrafında 
qiyabi  disputa  sövq  etmişdir.  Anarın  «Ağ  qoç,  qara  qoç» 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə