Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
44 
min mənasız təşəbbüslərini açıqlayır: Sahibin bütün mənə-
vi və yaradıcılıq enerjisi «Akvarium» teatrı tərəfindən puç 
edilir. Yazıçı fərdi xoşbəxtlik və ümumbəşəri dəyərləri tə-
min etmək üçün bütün sistemlərin transformasiya edilməsi 
probleminin vacibliyini qoyur. Lakin «akvarium»un üçün-
cü səviyyəsi (romanın öz adı) faktiki olaraq müəllifin özü-
nü «akvarium»un tələsinə çəkərək, əvvəlki ikisini çərçivə-
yə salır (Sahib əsərinin və teatrın adı). «Akvarium»un çər-
çivələnməsi  yazıçının  qarşıya  qoyulmuş  problemə  nihilist 
münasibətin  göstəricisidir,  ancaq  digər  tərəfdən  müxtəlif 
səviyyəli süjet xəttinin invariatlığını (çox variantlığını) ya-
radır. 
Postmodern roman bədii məkanı bütöv və qapalı təsvir 
etsə belə, onun fraqmentar olmasına önəmli diqqət yetirir. 
Şəbnəm  Karslının  qələmə  aldığı  ―2087-ci  il‖  romanında 
imperiyalar arasında bölünmüş dünya Azərbaycan sərhəd-
ləri nəzdində fraqmentar bir məkan kimi göstərilmişdir. Bu 
fraqmentarlıq  Azərbaycanın  bugünkü  problemləri  ətrafın-
da  dərin  mülahizələr  aparmağa  imkan  verir.  ―2087-ci  il‖ 
romanında Azərbaycanın parçalanmış vəziyyətdə, yəni Os-
manlı  İslam  İmperiyası  və  Çin  Xalq  İmperiyası  arasında 
bölünməsi,  verilməsi  müxtəlif  paradiqmalarda  inkişaf 
perspektivləri arasında müqayisəsinə şərait yaradır. 
Postmodernizm geniş yayılmış dini və mənəvi görüşlə-
rin  dekonstruksiyası  ilə  seçilir.  Azərbaycan  postmodern 
romanında  əsasən  dini  dekonstruksiyaya  diqqət  yetirilir. 
Anarın  «Ağ  qoç,  qara  qoç»  və  Şəmil  Sadiqin  «OdƏrlər» 
əsərlərini misal kimi gətirmək olar. 
Anar ―Ağ qoç, qara qoç‖ romanında dinə qarşı çıxmır. 
Zonalara böldüyü Azərbaycanın Birinci Zonası olan ―BE-
HİŞTİ BADİ-KUBƏ‖ də krelikal siyasi sistemin hökmran-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
45 
lıq etməsi və yerli kütləvi informasiya vasitələrinin radikal 
dini  görüşlərin  təbliğatını  həyata  keçirilməsi  müəllif  tərə-
findən açıqlanır: 
«Məlik: - Televiziya ancaq moizələr verir? – deyə xə-
bər aldı. 
-Yox niyə ki, xəbərlər, dualar, din tarixinə aid veriliş-
lər... Məscidlərdən beş rükət namaz da göstərir. 
- Bəs tamaşa, şeir, musiqi? 
- Aşura  günü  şaxsey-vaxsey  göstərilir,  mərsiyələr,  no-
hələr oxunur. 
- Rəqs, mahnı, muğam necə? 
- Əstafürrullah ağa, bunlar ki, şeytan əməlləridir». 
Anar sosial sistemin sırf dini prinsiplər əsasında qurul-
masının mənfi nəticələrini romanda açıqlayır, dinin müasir 
duruma uyğunlaşdırılması problemini qaldırır. 
Şəmil  Sadiqin  «OdƏrlər»ində  dekonstruksiyası  Dədə 
Əfəndinin dili ilə həyata keçirilir. Dədə Əfəndi qeyri-ərəb 
xalqların İslamı sadəcə tanımaları faktını iddia edir. Dədə 
Əfəndi  qəbul  etməklə  tanımaq  arasında  fərqlərə  toxunur. 
Romanda ərəb dilinin Tanrının dili ola bilməməsi haqqın-
da iddia da diqqətdən yayınmır. Müəllif fikirlərində haqlı-
dır: «Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola 
bilməz.  Heç  indi  də  deyil.  Sadəcə  kütlə  bunu  belə  qəbul 
edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, 
bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşı-
lır. Axı bütün dillər bir dildən – OdƏr dilindən yaranıb». 
Dini  rekonstruksiya  sünni  və  şiələrin  mübarizəsinin 
mənasız  olmasına  dair  fikirlərdə  də  öz  əksini  tapır.  Ko-
mandirin Məhəmmədlə namaza Rəbbin tövsiyə etdiyi dil-
də – ərəb dilində ibadət etməsi mənzərəsini yazar açıqlaya 
bilmişdir: «İkisinin də Allahı, peyğəmbəri, inandığı kitab, 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
46 
qibləsi eyni idi. Gözlərini səcdədən çəkmirdilər. Səhih hə-
dislərdən birində deyildiyi kimi, namazda xoruz kimi dən-
ləməyi,  it  kimi  çömbəlməyi  və  tülkü  kimi  ətrafa  boylan-
mağı rədd edərək (Əhməd və Əbu Yəla) bir olan Tanrıya 
sidq ilə ibadət edir, ruhlarının paklanmasını Onda tapırdı-
lar. Amma biri cibindəki möhürü yerə qoyaraq alnını ona 
vurduğu halda, digəri möhürsüz namaz qılırdı. Biri qolları 
bağlı, o biri isə qolları açıq və yanına salınmış vəziyyətdə 
qılırdı namazını. Səcdəyə də demək olar ki, eyni anda ge-
dirdilər.  Hər  ikisinin  də  niyyəti  eyni  –  Tanrıya  ibadət  et-
mək  idi.  Tanrının  yaratdığı  bu  füsunkar  təbiətlə  vəhdətdə 
olaraq  özlərini  daha  yaxın  hiss  edirdilər  Ona.  Bu  zaman 
sanki  düşüncələri  belə  Tanrının  qarşısında  səcdəyə  əyil-
miş,  Onun  rəhmli  hüzurunda  rəhm  diləyirdi.  Sanki  Tanrı 
ilə üz-üzə durmuşdular, alınlarının dəydiyi torpaq fərqli ol-
sa da, qolları fərqli formada bükülsə də, hər ikisi bir Tanrı-
ya, bir haqqa tapınmışdılar». 
Dədə  Əfəndinin  qiblə  və  Quran  haqqında  fikirləri  də 
dini  dekonstruksiya  üslubudur.  Dədə  Əfəndinin  Məhəm-
məd  peyğəmbərin  Kəbəni  niyə  seçməsinin  məqamlarını 
özünəməxsus şəkildə açmağa cəhd göstərir: «Heç bilirsən-
mi  bu gün qiblə dediyin  məfhum niyə  yaranıb? Yox, bil-
mirsən, oğul, hardan biləsən? Bir də sual versəm, deyəcək-
sən ki, bəs Kəbəyə görə. Yox, oğul, yox. Dahi Məhəmməd 
hansısa  bir  tikiliyə  görə  bütün  insanları  ora  sitayiş  etdir-
məzdi. O, insanları Gök Tanrıya, (Bağa, Boqa) Onun gü-
nəşinə  tərəf sitayişə  çağırırdı». Romanda  Dədə  Əfəndinin 
Quranla bağlı fikirləri mübahisə doğurur: «Quranın özün-
də belə  yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. 
Görürsən, nə qədər gülünc görünür? Necə olur ki, bu dün-
yanı Yaradan və insanların taleyini yazan bir qanun göndə-


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə