Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
38 
çanın sıxlığı «qalıq» təsiri roman-pritçanın bədii dünyası-
nın  məkan-zaman  xüsusiyyətində  özünü  göstərir:  bədii 
məkan  yığcam olur, xronotop isə  yüksək şərtiliklə fərqlə-
nir. Qeyd etmək lazımdır ki, pritça zamansız, şərti-sxema-
tik  məkan  ilə  səciyyələnir.  Təsadüfi  deyil  ki,  K. Abdulla-
nın  «Sehrbazlar  dərəsi»  əsərinin  qəhrəmanları  zaman  və 
məkanı idarə edə bilirlər. 
Bəzi hallarda roman-parabola kimi növü göstərilir. Bi-
zim fikrimizcə, «roman-pritça» və «roman-parabola» məz-
mun  baxımından  üst-üstə  düşür.  Pritça  və  parabola  çox 
ümumi cəhətlərə  malikdir, lakin  eyni zamanda  onlar  ədə-
biyyatın  müxtəlif  janrlarıdır.  Parabola  özündə  sanki  əyri 
(parabola) xətt üzrə hərəkət edən kiçik həcmli didaktik he-
kayələrdir.  Mücərrəd  əşyalarla  başlayan,  hekayə  başlıca 
mövzuya  doğru  yaxınlaşır,  sonra  isə  yenidən  əvvəlki  və-
ziyyətinə  qayıdır.  Təhkiyənin  bu  xüsusiyyəti  ona  gətirib 
çıxarır ki, pritçadan fərqli olaraq parabola əsərin situasiya 
əsasını sarsıtmır 
22

Postmodern  roman  janrı  hibrid  janr  konstruksiyaları 
yaradaraq  romanın  tipoloji  rəngarəngliyinə  yeni  çalarlar 
əlavə  edir.  İ. Hassan  postmodernizmin  özünəməxsusluğu-
nu araşdırarkən qeyd edib ki, janr xarici tendensiyaların tə-
siri altında hibridləşmə, aydın olmayan formalar yarada bi-
lər: «bir ədəbiyyat» (paraliteratura»), «bir tənqid» («para-
kritika»),  «qeyri-bədii  roman» 
23
.  Hibrid  janr  strukturuna 
malik olan Kamal Abdullanın «Yarımçıq əlyazma»sını nü-
                                                 
22
 Приходько Т.Ф.  Парабола  //  Литературный  энциклопеди-
ческий словарь. – М., 1987. – С. 267; 
23
 Керимов Т.X.  Постструктурализм  //  Современный  философ-
ский словарь. М.; Бишкек; Екатеринбург: Одиссей, 1996, С. 381-
382. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
39 
munə gətirmək olar. «Yarımçıq əlyazma» nadir roman-an-
timif  janr  formasında  yaradılmışdır.  «Yarımçıq  əlyazma» 
romanında  «Kitabi-Dədə  Qorqud»  dastanının  dekonstruk-
siyası buna imkan vermişdir. 
«Yarımçıq əlyazma» əsərini tarixi romana da aid edən 
tədqiqatçılarımız  olmuşdur.  «Yarımçıq  əlyazma»  əsərinə 
belə bir qiymət verilməsi digər qrup alimlər arasında mü-
bahisə doğurmuşdur. Qeyd etmək  yerinə düşərdi ki, «Ya-
rımçıq  əlyazma»  əsərini  roman-mif  janrına  da  aid  edən 
tədqiqatçılarımız  olmuşdur. Kamal  Abdullanın  «Yarımçıq 
əlyazma«  romanı  ironiya  ilə  yazılmış  romandır.  Qeyd  et-
mək  lazımdır  ki,  Kamal  Abdulla  «Kitabi  Dədə  Qorqud» 
dastanının mətnini manipulyasiya edir, mifoloji qəhrəman-
ları ironiya və sarkazmla təsvir edərək nüfuzdan salır (mə-
sələn, mifdə Dədə Qorqud müdrik «ağsaqqal» arxetipidir-
sə, əsərdə – Bayandur xanın sadiq qulluqçusudur), mifoloji 
dünyagörüşün  əsasını  məhv  edir  (məsələn,  Tanrıçılığın 
başlanğıcında  «Nur»un  («Müqəddəs»)  daşa  dönməsi), 
eposdan süjetlər sarkazmla yenidən işlənilir. Məhz bunlara 
nəzər yetirən tədqiqatçılar müəllifin sarkazmlı interpretasi-
yası ilə tarixi hadisələri qarışdırırlar (məsələn, Şah İsmayıl 
Xətainin qaçışı və onun təsadüf nəticəsində mənasız öldü-
rülməsi ) və s. Bizim fikrimizcə, «Yarımçıq əlyazma» ro-
manı  müəllif  təxəyyülünün  novatorluğu  baxımından  fərq-
lənir. Unutmaq olmaz ki, antimif əsərin yaranması zamanı 
müəllif kulturologiya, mifologiya, tarixi və psixologiya sa-
hələrinə dərindən bələd olmalıdır ki, roman-antimif yarada 
bilsin. Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri Azər-
baycan  milli  ədəbiyyatında  nadir  roman-antimif  nümunə-
lərindən biridir. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
40 
Hibrid janr formasında Nuranə Lətifənin «Eşqin rəngi» 
(2008)  romanı  yaradılmışdır.  Bu  əsər  «ali»  və  «aşağı» 
janrların elementlərini birləşdirməyə cəhd edir. Bu növ qa-
rışıqlığın təzahürü postmodern lirik romandır. Postmodern 
lirik  romanlarda  personajların  simasında  «ilahi  məhəb-
bət»in  təcəssümü  bədii  dillə  açıqlanır.  Müəllif  mistik  və 
eyni zamanda cəlbedici «ilahi məhəbbət» fenomeni vasitə-
si ilə dünyanı göstərməyə cəhd edir. Lirizm müəllifin qəh-
rəmanların  daxili  emosional  vəziyyətinin  açıqlanmasında 
gücləndirilmiş diqqətində özünü göstərir. 
Yuxarıda qeyd olunduğu kimi postmodernizm ədəbiy-
yatda  bədii  zaman  xaotik,  fraqmentar  və  sıxışdırılmış  xa-
rakter daşıyır. Postmodern dövründə zamanın keçmişin ta-
beçiliyində  olması  iddia  edilir  və  bu  keçmiş  zaman  qırıl-
mış halda təsəvvür olunur, «əvvəl-sonra» kimi məntiqi ar-
dıcıllıqdan imtina edilir. Postmodern romanlarda hadisələr 
xarici gerçəkliklə tam uyuşan bir əhvalatı xronoloji ardıcıl-
lıqla ifadə edə bilən ənənəvi romanlarda olduğu kimi xro-
noloji ardıcıllıqla davam etmir, bədii mətndə «dünən – bu 
gün –  sabah», «səbəb  – nəticə» əlaqələri sındırılır. Aydın 
Talıbzadənin «Kəpənək modeli. 102» romanı bu baxımdan 
istisna  hal  deyil.  Əsərin  quruluşu  dağınıq  təhkiyə  və  za-
man müstəvisi xaotik şəkildə düzümü ilə digər postmodern 
üslubda qələmə alınmış əsərlərdən fərqlənir. 
Aydın  Talıbzadənin  «Kəpənək  modeli. 102»  əsərində 
hadisələrin müxtəlif zaman kəsiyində inkişaf etdiyini mü-
şahidə edirik. Əsərdə hadisələrin zaman ardıcıllığı yoxdur. 
Postmodern romanlara xas zamanın ardıcıl nizamına qarşı 
biganəlik «Kəpənək modeli. 102» əsərində özünü göstərir. 
Hadisələr keçmişin indiyə, indinin keçmişə keçidində ger-
çəkləşir. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə