Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
29 
rək,  povesti  on  iki  müxtəlif  variasiyalarda  oxuya  bilər 
18

Hipertekstuallaşma «mətnlərin iyerarxiya»sının yaradılma-
sı  ilə  bağlı,  müxtəlif  statuslu  mətnlərin  yazıçıların  meta-
mətni romanların quruluşunda irəlicədən geniş istifadəsinə 
mətnin qurulması kimi başa düşülür 
19
. Dar mənada söhbət 
metamətndən  gedir,  halbuki  ayrı-ayrı  fənlər  üzrə  meta-
mətnlərin  geniş  şərhi  var  ki,  bu  anlayış  altında  bir  yazıçı 
və ya bir qrup yazıçı tərəfindən yazılmış mətnlərin ümumi 
bütövlüyü başa düşülür 
20

Müasir mərhələdə hipertekstual tendensiyanın güclən-
məsi,  ümumiyyətlə  digital  janrların  və  digital  ədəbiyyatı-
nın təsiri ilə bağlıdır ki, bu da elektron-rəqəmsal multime-
dia imkanları ilə həyata keçirilir. Müasir Azərbaycan ədə-
biyyatında hipertekstual əsərlərə rast gəlmək mümkündür. 
Nicat  Məmmədovun  «Прогулка»  («Gəzinti»)  əsəri  DVD 
disk şəklində buraxılıb, əlifba sırası ilə düzülüb və öz növ-
bəsində  hər  yarımbaşlıqdakı  mətndən  başqa  mətnlərə  ke-
çidləri  olan  108  ayrı-ayrı  yarımbaşlıqlardan  ibarətdir. 
Əsərdə  şərq  və  qərb  fəlsəfəsi  ilə  bağlı  mövzuları  («Bud-
dizm», «Yoqa», «Quran»), müəllifin gündəliklərindən par-
çaları  mütaliə  edə  bilirlər.  «Я»  («Mən»)  yarımbaşlığının 
boş səhifə kimi verilməsi və yaddaşda qalmayan, pozulub 
                                                 
18
 Кальвино И. Незримые города. Замок скрещенных судеб. Киiв, 
1997. – С. 381. 
19
 Гулиус Н.С. Художественная мистификация как прием тексто-
порождения в русской прозе 1980-1990-х гг. (А. Битов, М. Хари-
тонов, Ю. Буйда): Автореф. дис. … канд. филол. наук. – Томск, 
2006. – С. 6; 
20
 Баринова Е.Е.  Метатекст  в  постмодернистском  литературном 
нарративе:  А. Битов,  С. Довлатов,  Е. Попов,  Н. Байтов:  Дис.  … 
канд. филол. наук. – Тверь, 2008. – С. 4. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
30 
gedən qeydlərin edilməsi hipertekstual əsərin maraqlı mə-
qamlarındandır. 
Hipertekst  (hipermətn)  romanda  «əlavə»  məna  yükü 
hipertekstin xassələri sayəsində mümkün olur:  
- quruluşun  parçalanması:  mətn  montaj  prinsipi  üzrə 
vahid bir tama çevrilmiş halda kiçik fraqmentlər formasın-
da qurulur;  
- Qeyri-xətti təhkiyə: təhkiyə hər hansı bir fraqment ilə 
başlana  bilər  və  mövcud  fraqmentləri  çərçivəsində  istəni-
lən ardıcıllıqla «davam etdirilir»; 
- müxtəlifnövlü, müxtəlif dil, üslub və janr xüsusiyyət-
ləri ilə mətn birləşmələrinin vəhdətini tələb edən
- multimedia: hipertekstdə bədii üsullar seçim və şrift-
lər vəhdətini, illüstrasiya, cizgi əlavələri, səsli müşayiətini 
əhatə edə bilər. 
Əgər  hipertekst romanın  müxtəlif növlüyündən  danış-
saq, onda aşağıdakılara ayırmaq olar: 
- «lüğət»  (ensiklopedik)  hipertekst  roman  (məsələn, 
M. Paviçin «Xəzər lüğəti» romanı); 
- «süjetli» hipertekst roman, əsərdə müxtəlif variasiya-
larda  bir  və  eyni  süjet  xəttinin  canlandırılması  (K. Esko-
vun «Bore-Robinqud haqqında ballada» romanı); 
- digital  hipertekst  roman,  müəllif  düşüncəsinin  açıq-
lanması  üçün  informasiya  və  multimedia  texnologiyaları-
nın  texniki  imkanlarından  istifadə  etmə  (B. Akuninin 
«Kvest (axtarış). Roman-kompüter oyunu»). 
Postmodern  ədəbiyyatda  bir  sıra  müəlliflər  oxucuya 
müəllif  fikrinin  çatdırılması  məqsədi  ilə  texniki  vasitələr-
dən  istifadə  edirlər.  Söhbət audioroman və  kinoromandan 
gedir. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
31 
Audioromanda  məlumatların ötürülməsinin verbal (şi-
fahi)  forması ilə  yanaşı, oxucu  səslərin  bütün spektrlərin-
dən istifadə edir (ifaçıların səsləri, səs tembri və bu səslə-
rin  tonallığı,  musiqi,  səs,  təbiət  səsləri,  hadisələrin  səsləri 
və s.). Səs tərtibatı paralel olaraq süjet xəttinin inkişaf aləti 
kimi çıxış edir: verbal (şifahi) informasiya bu və ya digər 
səslərlə  müşayiət  olunur  (qəhrəmanın  gedişi  –  nəqliyyat 
səsi, əsərdə münaqişənin gərginləşməsi – həyəcanlı musiqi 
və s.). Səs montajı səs obrazını yaratmaqda xüsusi əhəmiy-
yət kəsb edir. 
Audiodisk şəklində buraxılmış ilk Azərbaycan romanı 
Elxan  Xanəlizadənin «Yol»  (2009)  əsəridir.  Təhkiyə  öz 
həyatını nəql edən ağsaqqal İbrahim İmanov adından apa-
rılır. Süjet xətti «yol motivi» əsasında qurulub. Baş qəhrə-
manın  taleyində  nəsillərin  taleyi  cəmləşir:  epik  başlanğıc 
baş personajın uzun monoloqunda dəyişdirilir. Roman mu-
siqi  ilə  müşayiət  olunur.  (bəstəkar  Gövhər  Həsənzadə  və 
Ülviyyə Vəliyeva) Musiqi vasitəsi ilə baş qəhrəmanın da-
xili vəziyyəti vurğulanır, əlavə olaraq, romanın fabulasının 
əsas  hadisələri  ətrafında  emosional  mühit  yaradılır.  Ro-
manda vokal-əlavələr  də iştirak edir ki, romanı  yalnız vo-
kal-musiqi  janrları  ilə  yaxınlaşdırmır,  həm  də  romanda 
gücləndirilmiş lirik başlanğıcı əks etdirir. 
Hafiz  Mirzənin  «Son  və  başlanğıc»  (2010)  romanı 
özünəməxsusluğu ilə seçilir. Bu romanı audioroman janrı-
na aid etmək olmaz. Belə ki, roman ilk dəfə mətbuatda his-
sə-hissə dərc olunub. Lakin sonradan müəllif romanı ayrı-
ca kitab şəklində nəşr etdirir. Maraqlıdır ki, kitaba musiqi 
parçaları yazılmış CD diski əlavə olunur. Müəllifin fikrin-
cə,  oxucunun  müəllif  əsərini  qavramasını  təmin  etmək 
üçün musiqi müşayiəti mütləqdir. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə