Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
23 
Bəsti  Əlibəylinin  «Çağdaş  tənqid  və  ədəbi  proses: 
2004  -  2007-ci  illər» 
13
  adlı  məruzəsində  Qərbin  tullantısı 
hesab  etdiyi  postmodernizmin  dünya  ədəbiyyatına  bir  şey 
vermədiyi  kimi  fikri  səsləndirilmişdir.  Tənqidçi  xanım, 
postmodernist  üslubda  yazılmış  əsərləri  postmodernizm 
nümunəsi  kimi  dəyərləndirmir,  yazarın  istedadı  ilə  bağla-
yır:  «sual  oluna  bilər;  bəs  Umberto  Eko,  bəs  Orxan  Pa-
muk,  bəs  Patrik  Züskind  və  postmodernizmin  uğuru  sayı-
lan  digər  örnəklər?  Mən  hesab  edirəm  ki,  bu  yazıçıların 
postmodernizmə aid edilən əsərlərinə «Qızılgülün adı», nə 
«Qara kitab», nə də «Əttar» postmodernizmin uğuru olma-
yıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur». 
Yuxarıda  qeyd  edilən  məqamlara  baxmayaraq,  post-
modernizm  yeni  yaradıcılıq  axtarışları  kimi  Azərbaycan 
ədəbiyyatının  maraq  dairəsindədir.  Azərbaycan  postmo-
dern romançılığı milli romançılığın məzmun və janr baxı-
mından «yenilənməsi» ilə özündə əsas yük daşıyır. 
                                                 
13
 Əlibəyli B.  «Çağdaş  tənqid  və  ədəbi  proses:  2004-2007-ci  illər». 
«Körpü»  jurnalı,  2008, № 1  və  ya  14  may  2007-ci  ildə  Azərbaycan 
Yazıçılar  Birliyində  edilmiş  məruzə  əsasında  hazırlanmış  məqalə  // 
525-ci qəzet.- 2007.- 30 iyun. - № 115. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
24 
 
Azərbaycan postmodern romanının 
bədii təşkili xüsusiyyətləri 
 
Postmodern  romanın  bədii  təşkilinin  tədqiqatı  zamanı 
dialoqizmin  və  səslərin  polifoniyasının  özəlliklərinə,  hi-
pertekstuallığa  və  intertekstuallığa,  oxucuya  müəllif  fikri-
nin  çatdırılması  məqsədilə  texniki  vasitələrin  istifadəsinə, 
pastişin və müxtəlif şablon və üslubların bədii kodların pa-
rodik - ironik  imitasiyasından  istifadəsinə,  hibridləşdirmə-
yə, bədii zaman xaotik, fraqmentar və sıxışdırılmış olması-
na, bədii məkanda real və qeyri-reallığın qarışmasına, dini 
və  mənəvi  dəyərlərin  dekonstruksiyasına,  metaromanlaş-
maya, bədii refleksiyaya xüsusi diqqət yetirmək lazımdır. 
Dialoq  dünyanın  hadisəvi  obrazlarını  yaratmaq  üçün 
istifadə olunan vasitə kimi əsərin bütövlüyünü təmin etmə-
lidir. Dialoq obrazın fərdi xüsusiyyətlərini, müəllif mövqe-
yini əks etdirir. Dialoq yalnız əsərin qəhrəmanlarının mü-
kaliməsini əhatə etməməlidir, əsərin ideyasının mükəmməl 
görünməsinə  kömək  etməlidir.  M.M. Baxtin  romanlarda 
eyni bir yazıçıya məxsus olan və bir-birinə zidd olan müəl-
lif səsi aşkar edir. Dialoq əsərdə obrazın, hadisə və əhvala-
tın mahiyyətinin açılmasını həyata keçirir. Həmsöhbətinin 
xəyalı (real və uydurulmuş), daha dəqiq mənim şüurumda 
– onun obrazı (Baxtinə görə, «başqası – üçün – mən»); da-
ha dəqiq, öz-özlüyündə öz şüurumda onun obrazı («mən – 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
25 
üçün  –  özünü») 
14
  dialoq  və  monoloq  vasitəsi  ilə  açılır. 
Ümumiyyətlə, əsərin dialoqunda obrazın zahiri əlamətləri, 
daxili sarsıntıları,  obrazların  hərəkət  dinamikası, fəaliyyət 
formaları  açıqlanmalıdır.  M.M. Baxtinə  görə  «kompozisi-
yada öz ifadəsini tapmış zahiri dialoq daxili dialoqla, yəni 
mikrodialoqla ayrılmaz şəkildə bağlıdır və müəyyən dərə-
cədə ona söykənir. Onların da hər ikisi həmçinin bütövlük-
də  romanın  onları  əhatə  edən  böyük  dialoqu  ilə  bağlı-
dır» 
15
.  Əsərdə  təsvir  edilən  hadisənin,  konfliktin  zəruri 
hissəsinə  çevrilən  dialoq  hadisə  və  əhvalatların  məna  və 
mahiyyətinin açılmasına xidmət edir. 
Postmodern  mətndə  sosial  ziddiyyətlərin  açılmasına 
cəhdlər və ətrafla sosial makrodialoq və mikrodialoq ehti-
rası həqiqəti bir model kimi nümayiş etdirmirdi, əksinə ye-
nidən yaradırdı. Ənənəvi olaraq, dialoq şüura informasiya-
nı qəbul edən və ötürən texniki vasitələrdən biridir. 
Postmodern roman poetikasına mətnaltı dialoqizm xas-
dır. Postmodernizmin müxtəlif üslubları arasında şizoana-
lizi xüsusi göstərmək olar. Belə ki, şəxsiyyətin ikiləşməsi 
formasında  üzə  çıxan  şizofreniya  postmodern  romanda 
şəxsin  daxili  aləmini  açıqlamasında  maraqlı  priyomdur. 
Azərbaycan ədəbiyyatında Elxan Qaraqanın «A» romanın-
da «psixuşkada» yatan paranoik bir gəncin hallüsinasiyala-
rı şəxsiyyətin ikiləşməsi fonunda təsvir edilir. 
Azərbaycanlı  tədqiqatçı  Z. Məmmədova  «Bədii  mətn-
də  xarakteroloji  nitq  və  onun  ifadəsi  problemi»  adlı  dok-
torluq dissertasiyasında dialoqun mətnə daxil edilməsi mə-
                                                 
14
 Бахтин М.М. Эстетика словесного творчества. М., 1979. с. 333, 
335. 
15
 Baxtin M.  Dostoyevski  poetikasının  problemləri.  Bakı,  2005. 
səh. 340-341. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə