Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   2   3   4   5   6   7   8   9   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
11 
mosferə daxil edilmiş; müxtəlif hadisələr növbələşərək bir 
neçə planda təsvir edilir. 
Dekanonizasiya, simvolik səthilik, ironiya Rolan Bar-
tın  «S/Z»  (1970)  essesində  öz  əksini  tapmışdır.  R. Bartın 
«S/Z»  əsəri  Balzakın  «Sarrazin»  hekayəsinin  sətirbəsətir 
araşdırılması,  «nitqin  sistemsizliyi»,  lakoniklik,  nömrələ-
mə, müxtəlif başlıqlı ayrı-ayrı fəsillər, «mətnin mürəkkəb-
likləri»  fəslində  fantastik  ünsürlərlə  pozulması,  «Sarra-
zin»in  ədəbi  mənasından  doğan  «Başqa  hekayələr»  bölü-
mü və s. xüsusiyyətlər aşkarlanır. Bart «S/Z» əsərinin hətta 
təhlili hissələri də tənqidi üslubdan uzaqlaşır. 
Səhv buraxmaların kultu, oyunun əsas məqsəd olması, 
metonimiyadan geniş istifadə edilməsi, tarixin və inkişafın 
spiral  xarakter  daşıması,  insanın  varlığın  və  həqiqətin  so-
nadək öyrənməyə qadir ola bilmədiyi U. Ekonun «Qızılgü-
lün adı» romanında əksini tapmışdır. U. Eko ikili qiymət-
ləndirmə,  mərkəzin  kənar  üzərində,  mütləqin  nisbi  qarşı-
sında, həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qar-
şısında, ehkamın təhlil üzərində ağalığından imtina, pastiş, 
intertekstuallıq, semiotika və s. kimi problemləri əsərində 
qaldırmışdır. Bu xüsusiyyətlərinə görə, U. Ekonun «Qızıl-
gülün  adı»  əsəri  postmodern  ədəbiyyatın  ağır  artilleriyası 
hesab olunur. U. Ekonun özü əsərini «kitablar haqqında ki-
tab» kimi dəyərləndirir 
4
. Vitorio Strada  «Qızılgülün adı» 
əsərini keçmişi və indinin müxtəlif mədəniyyətlərini özün-
də cəmləşdirən bu günkü mədəniyyətin tələbi kimi qiymət-
ləndirmişdir 
5

                                                 
4
 Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985, 91 
p. P. 11; 
5
 Страда В.  Модернизация  и  постмодернизация  //  Окно  в  свет, 
1999, № 2, с. 71-89. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
12 
Postmodern ədəbiyyatda  roman  janrı xüsusi  yer  tutur. 
XX-ci  əsrin  ortalarında  romanın  növbəti  «ölümü»  barədə 
mülahizələr  yayılmışdır. Lakin həmin dövrdə fransız ədə-
biyyatında yaranmış «yeni roman» bu mülahizələrin əsas-
sız olduğunu sübut etmişdir. Postmodernizm romana  yeni 
canlama  gətirmiş,  «janr-antijanr»  ziddiyyətlərini  istifadə 
edərək yeni tip romanların yaranmasına səbəb olmuşdur. 
Postmodern roman əvvəlki roman ənənəsindən uzaqla-
şaraq,  pastiş,  kollaj,  montaj,  mətnlərarası  əlaqə,  dekon-
struksiya, təhtəlşüur, mistifikasiya və digər üslubları özün-
də birləşdirərək zənginləşir. Postmodern romanda obrazlar 
arasında müəllifin olması, mətn daxilində digər bədii əsə-
rin  qələmə  alınması,  bədii  yaradıcılıq  haqqında  fikirlər 
mübahisəsi,  janr  qarışılığı,  müxtəlif  süjet  xətlərinin  bir 
birinə qarışması özünü qabarıq şəkildə göstərir. 
Postmodern roman təsnifata gəlməyən şəkildə meyda-
na çıxan mətnə malikdir. Postmodernistlər metanəsr xüsu-
siyyətlərindən  geniş  istifadə  edirlər.  Eyni  zamanda  post-
modern  ədəbiyyat,  o cümlədən  də postmodern roman  xü-
susi  işarələr  dili  ilə  səciyyələnir.  Postmodernistlər  dilin 
gerçəkliyi  təmsil  və  təsvir  edə  biləcəyi  faktını  inkar  edə-
rək, dilin konkret olmasına inanmırlar və qələmə aldıqları 
əsərlərdə dil oyunlarına gedirlər. F. Sossur dili işarələr sis-
temi  kimi  dəyərləndirərək,  onların  ayrılıqda  məna  vermə-
diyini qeyd etmişdir. Onun fikrincə, dil simvolları işarə et-
dikləri ilə bağlı deyillər, çünki söz, işarə, simvol işarə et-
dikləri predmetin xüsusiyyətini göstərmirlər. F. Sossur hər 
işarənin ayrılmaz iki tərəfi olduğunu göstərmişdir. Bir-bi-
rindən ayrılmayan bu iki tərəfdən biri işarənin mənası, in-
formasiyası,  o  birisi  isə  insanın  bu  predmet  haqqında  tə-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
13 
səvvürüdür.  Postmodern  romanlarda  bu  «ikili»yə  önəmli 
yer verilir. 
Postmodern romanın başlıca obyekti mətn olur və bü-
tün diqqət mətnə yönəlir. Mətnin qavranılması isə postmo-
dernizmin aparıcı kateqoriyalarından biri olan dekonstruk-
siya əsasında həyata keçirilir. J. Derridanın «cənab  mətn» 
adlandırdığı  fenomen  postmodernistlərə  kompozisiyanı, 
süjet, üslub və  bədii əsərin  janr  strukturunu  səciyyələndi-
rən  digər  elementləri  «sökmək»  və  özümlü  şərh  əsasında 
yenidən «yığmaq» imkanını verir. Bu prosesi həm  yazıçı, 
sonra isə oxucu həyata keçirir. Hər bir oxucu mətnin yara-
dıcısına çevrilir. R. Bart hesab edir ki, mətnin mənbəyi ya-
zıda  deyil,  oxudadır.  Bu  baxımdan  da,  mətnin  məna  və 
mahiyyətləri bütövlükdə oxucuda cəmləşir. Göründüyü ki-
mi,  postmodern  roman  süni  şəkildə  ortaya  çıxmış  mətnə 
malikdir.  İtalo  Kalvinoya  görə  yazıçı  «romanvari  bir 
oyun»u  nə  qədər  çox  qurarsa,  əsər  bir  o  qədər  də  mənalı 
olar. 
Postmodern ədəbiyyatda janr qarışıqlığının əhəmiyyəti 
artmışdır.  I. Hassan  postmodernizmin  xüsusiyyətləri  ara-
sında  «aşağı»  və  «ali»  janrların  qarışmasını  xüsusi  qeyd 
edir 
6
. Postmodern yazarların yaradıcılığında janr kanonla-
rının  «aradan  qaldırılması»  tendensiyası  üstünlük  təşkil 
edir. Ənənəvi janr konstruksiyalarını inkar etmək postmo-
dern qavrayış çərçivəsinə daxildir: «Postmodernizm şübhə 
altına  qoyduğu  anlayışları  eyni  zamanda  istifadə  və  rədd 
edir, yaradır və sonra dağıdır, – bu istər memarlıqda, istər 
ədəbiyyatda,  istər  kinoda,  istər  fəlsəfədə,  istərsə  də  dilçi-
                                                 
6
 Hassan  Ihab.  Making  sense:  the  triumph  of  postmodern  discourse 
// New literary history, vol. 18, № 2, 1987. P. 445-446; 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə