Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
47 
rir və sonra bu qanunu bəyənməyib yenisini göndərir. Axı 
Quranda  hər  cümlədən  bir  «Allah  hamıdan  böyükdür  və 
hər  şeyi  biləndir»,  «Allahdan  qorxun»  fikri  səsləndirilir. 
Bəs onda  Tanrı  niyə  belə  səhvlər  edirmiş.  Yaxşı, lap onu 
da  başa  düşək  ki,  o  dövr  üçün  bu  lazım  idi.  Bəs  onda  o 
dövrdən  1300  il  keçib,  yeni  ayələrə,  qaydalara  ehtiyac 
yoxdur bəyəm? Hardadır bizə təqdim edilən dinlərin Alla-
hı?  Niyə  gəlib  insanlara  yeni  qaydalar,  qanunlar  göndər-
mir? Axı Onun dini kitablarda qoyduğu qaydalar, qanunlar 
bu  gün  tamam  fərqli  formada  həyata  keçirilir.  Hə,  deyə-
cəksən ki, bəs bu imamlar, üləmalar yeni şəriət, qayda-qa-
nunlar yazanlar kimlərdir? Onlar fırıldaqçılardır, oğul». 
Eyni zamanda Dədə Əfəndi qədim dini sistemlərə aid 
edilən  Tanrıçılıq  haqqında  geniş  mülahizələrə  yer  verir. 
Tanrıçılığın  mahiyyəti  Dədə  Əfəndi  tərəfindən  açıqlanır: 
«Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babala-
rımıza  görə  O,  Uludur.  Göydən  və  bütün  dünyadan  uca 
idi». 
2009-ci  ildə  Azərbaycan  müəllifi  Taleh  Şahsuvarlının 
«Canlanma» romanı nəşr edilir. Müəllif iddia edir ki, əsər 
metaromandır,  hətta  tarixi  metaromandır.  Metaromanın 
əsas xüsusiyyəti bədii strukturun ikiplanlı olmasıdır, oxucu 
üçün «roman qəhrəmanları» yalnız predmet deyil, həm də 
ədəbi yaradıcılığın dünyasıdır, hansı ki, «roman qəhrəman-
larının»  yaradılması  prosesidir.  Başqa  cür  desək,  metaro-
man  yalnız  personajların  talelərinin  gözlənilməz  dəyişik-
liklərini və onların şərti real mövcudluğunun nəql etməsi, 
həm  də  hadisələrin  nəql  edilməsinə  yönəlib 
24
.  «Canlan-
                                                 
24
 Зусева В.Б.  «Фальшивомонетчики»  А. Жида:  роман  автора  и 
роман героя // http://ifi.rsuh.ru/vestnik_2006_1_15.html 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
48 
ma» romanı nədən bəhs edir: ədalətsiz hakimiyyət başında 
duran və uydurma orta əsr ordeni ilə üzləşən müxalif yön-
lü  gənc  insanın  gözlənilməz  dəyişiklikləri  və  hakimiyyət 
uğrunda  mübarizəsi  haqqında.  «Müəllifin  qəhrəmanın 
adından  «danışması»  kimi  əlamət  «Canlama»nın  metaro-
man kimi müəyyən etmək üçün deyildir. Düzdür, «Canlan-
ma»da müəllif remarkası esseliyin çox güclü təsiri olduğu-
nu göstərir. 
Postmodern  ədəbiyyatda  mətnlərin  refleksiyası  əsərin 
məzmununu təşkil edir. Bədii əsərin mətnində janr sistemi 
və ayrı-ayrı janrların anlayışı bədii-janr refleksiyasında ve-
rilir.  Bədii-janr  refleksiyası  –  öz  xüsusiyyətləri  olan  janr 
konstruksiyasının  müəllif  tənqidinin  forma  təzahürüdür. 
Bədii-janr  refleksiyası  müəllif  fikirlərinə  janr  anlayışının 
məzmun  və  əlamətlərinin  dərk  edilməsi  və  yenidən  qiy-
mətləndirilməsini  daxil  edilməsini  nəzərdə  tutur.  Bədii-
janr refleksiyası bədii introspeksiyaya (introspeksiya  –  öz 
daxili  aləmini  gözdən  keçirmə  və  özünə  tənqidi  yanaşma 
zamanıdır) müraciət edir. 
Bədii refleksiya özünü etik-idrakı refleksiya və ya ya-
radıcı  refleksiya  formalarında  təzahür  edir.  Etik  -  idrakı 
refleksiya aşağıdakıları nəzərdə tutur: 
– Mətnin  yaranması  və  oxunuşu  akt  və  davranış  for-
ması kimi; 
– Mətnin  müxtəlif  hissələrinin  məzmunu  haqqında  li-
rik və ritorik şərh
Refleksiya şərhlərin, giriş mətnlərin (məhz mətn kimi) 
təhlilini,  giriş  mətnini  və  bədii  əsərlərin  yaradılmasında 
təhlil prinsiplərini nəzərdə tutur. 
Bədii-janr  refleksiya  təmsil  edən  yaradıcılığın  növ 
müxtəlifliyini nəzərdə  tutur. Təcrübədə, təmiz şəkildə bə-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
49 
dii-janr  refleksiyasının  «təmiz»  növünü  müəyyən  etmək 
çətindir:  bədii  əsərdə  yaradıcı  refleksiyanın  tərkib  hissəsi 
kimi özünü göstərir. 
Bununla yanaşı, bədii əsərdə yaradıcı refleksiya bədii-
janr  refleksiyası  və  məcburi  iştirakı  əvvəlcədən  müəyyən 
etmir. Romanın müxtəlif növlərindən danışsaq, onda yara-
dıcı  refleksiya  özünü  daha  dolğun  «sənətçi  haqqında  ro-
man»da (ənənəvi olaraq «rəssam haqqında roman» söz bir-
ləşməsi istifadə olunur) özünü göstərir. «Rəssam haqqında 
roman» rəssam və  yaradıcı insanın estetik proqramını əks 
etdirir. 
Bədii-janr  refleksiyasını  fərqləndirici  cəhətləri  ondan 
ibarətdir ki, müəllif bu və ya digər janrın anlayışı haqqında 
görüş  və  anlamını,  rolu  və  əhəmiyyəti  barədə  fikirlərini 
açıqlayır. Onda janrın müəllif tənqidinin müxtəlif formala-
rı – janr mahiyyəti barəsində disput «sətiraltı xarakter» da-
şıyır.  Bədii-janr  refleksiyası  özünü  əsərin  mətninin  ayrı-
ayrı hissələrində, həm də özündə göstərə bilər. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
50 
 
Azərbaycan postmodern romanının fabulası 
 
Aristotel  «Poetika»  əsərində  hesab  edirdi  ki,  hərəkət-
lərdə  hadisələrin  birləşməsi  hər  hansı  epik  və  dramatik 
əsərin  fabulasını  təşkil  edir.  Qeyd  edək  ki,  fabula  termin 
kimi  Aristoteldə  rast  gəlinmir.  Bu  latın  dilindən  tərcümə 
nəticəsi kimi formalaşıb. Aristotel özü fabulanı mif adlan-
dırmışdır.  Əsərin  hadisəvi  bütövlüyünü  ifadə  edən  fabula 
bədii əsərin qısa məzmunu, bədii əsərdə  təsvir edilən hadisələrin 
ardıcıl ifadəsi kimi qəbul edilir. 
Ədəbiyyatşünaslıqda bəzi tədqiqatçılar tərəfindən fabula və 
süjet arasında fərq qoyulmur. Bəzən də fabula ən qısa süjet mə-
nasında işlədilir. L.İ. Timofeyev fabulanı inkar edir. Hadisə-
ni  fabulaya  və  süjetə  ayırmaqla  məzmuna  heç  bir  yenilik 
əlavə etmədiyini iddia edir. Onun süjet haqqında söyləmiş 
olduğu elmi fikrə nəzər salaq: «Epik-dramatik əsərlərdə süjet 
nəticə etibarı ilə ictimai münaqişələri və konfliktləri əks etdirən 
hadisələr sistemidir. Onu da qeyd etmək vacibdir ki, süjet bədii 
əsərin əsas məzmununu təşkil edir» 
25

Lakin bədii əsərin düzgün və tam təhlili məqsədi ilə fabula 
və süjetin ayrılması daha da məqsədəuyğundur. Fabula  infor-
masiya xarakteri daşıyaraq bədiiliyi geniş mənada ifadə et-
məsinin tərəfdarı kimi çıxış edən V.V. Kоjinоv yazmışdır: 
                                                 
25
 Тимофеев Л.И. «Основы теории литературы». Москва, «Прос-
вещение», 1976. С. 160. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə