Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
54 
lanmasına  mühüm  alətlərindən  biri  kimi  xidmət  göstərir. 
Mifologema  –  postmodernistlərin  əsərlərində  postmoder-
nizmin poetik əsası kimi bir sıra səciyyəvi əlamətlərə isti-
nad edən əsas detal kimi götürülsə də, yalnız detal mifoloji 
təfəkkürün  transformasiyasını  stimullaşdıran  mif-simul-
yakr əmələ gətirən istiqamət elementlərinin məcmusu kimi 
reallığın itməsinə işarə edən postmodern estetik sisteminin 
bir  həlqəsidir.  Mifoloji  təfəkkürün  transformasiyasını  sti-
mullaşdıran  mif-simulyakr  köhnə  mifləri  solğunlaşdırır. 
Köhnə miflərin yerini isə müasir versiyalar tutur. Rus ya-
zarı V. Pelevinin fikrincə isə mifologemin heç biri bizi bö-
yük sirlərin açılmasına  yaxınlaşdırmır,  yalnız fikirləri do-
laşdırır  və  xəstə  təxəyyülü  coşduraraq,  beyinlərdə  qarma-
qarışıqlıq yaradır. Onun məşhur «Çapayev və Boşluq» ro-
manında  mifologemlərdən  biri  «Petropavlovsk  kilsəsinin 
şpili» mifologemi «Generation  «P»» romanında  «Vavilon 
qülləsi»  mifologeminin  çevrəsini  genişləndirmiş  müəllif 
yuxuda  və  gerçəklikdəki  uçuşlar  sistemini,  real  və  irreal 
mifologemə əsaslanan motivləri əsərə daxil edir. 
Postmodern  romanda  mif  fabulanı  tam  və  ya  qismən 
əhatə edə bilər. Əgər mif bütünlükdə fabulanın əsasını təş-
kil edirsə, onda roman-mif və  ya da onun antipodu (əksi) 
olan roman-antimifdən danışmaq olar. 
Roman-antimif  roman-mifdən  fərqli  olaraq,  müstəqil 
janr  konstruksiyasını  özündə  ifadə  edir.  Roman-antimif 
janrı «mənşə» etibarı ilə klassik roman-miflə bağlıdır, an-
caq  semantika  baxımından  ona  ziddir 
28
.  Roman-antimifə 
                                                 
28
 Полушкин А.С. Жанр романа-антимифа в шведской литерату-
ре 1940–1960-х годов (на материале произведений П. Лагерквис-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
55 
aşağıdakı xüsusiyyətlər xasdır: mifin mətnə uyğunlaşması, 
roman  və  mifoloji  mətn  arasında  intertekstual  dialoq, 
formanın  saxlanılmasında  ənənəvi  semantikanın  dağıdıl-
ması:  «roman-antimif  üçün  mifi  mətn  kimi  sərbəst  idarə 
etmək, qəbul ediləni nümayiş etdirmək səciyyəvi xüsusiy-
yətdir», intertekstual oyun, başlıcası isə  –  mifopoetik for-
manın saxlanılmasında mifoloji semantikanın dağıdılması-
dır 
29

Azərbaycan ədəbiyyatında yaradılmış roman-mif müx-
təlifliyi özünü göstərir ki, bu da roman-dastandır (qeyd et-
mək lazımdır ki, Azərbaycan ədəbiyyatında poema-dastan 
da mövcuddur, məsələn, M. İlqarın «Qaratel» əsəri). Mifo-
logizmin  xüsusiyyətindən  asılı  olaraq  roman-dastan  həm 
müəllif  roman-mifi,  həm  də  folklor-etnik  roman-mifi  ola 
bilər.  Məsələn,  S. Axundovun  «Eloğlu  Araz»  (1988)  ro-
man-dastanı  müəllif  roman-mif  nümunəsidir.  Müəllif  mi-
fik obrazlara və hadisələrə müraciət edərək, sinfi münaqi-
şəni  təzələyir  (unutmayaq  ki,  roman  sosializm  dövründə 
qələmə alınmışdır). 
Roman-mif müxtəlif mifoloji ənənələri hansısa mifolo-
ji arxetipləri poetik rekonstruksiya materialı kimi sinkretik 
istifadə edir. Roman-mifdə ədəbi neomifologizmin müxtə-
lif formaları təcəssüm olunur: klassik mif aktuallaşdırılma-
sı,  məşhur  mifoloji  süjetlərin  interpretasiyası,  «müəllif» 
                                                                                                        
та  и  Э. Юнсона).  Автореф.  дис.  …  канд.  филол.  наук. 
Екатеринбург. 2009, 24 стр. С. 14. 
29
 Полушкин А.С. 
Жанр 
романа-антимифа 
в 
шведской 
литературе  1940–1960-х  годов  (на  материале  произведений 
П. Лагерквиста  и  Э. Юнсона).  Автореф.  дис.  …  канд.  филол. 
наук. Екатеринбург. 2009, 24 стр. С. 14. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
56 
kvazimiflərin  yaradılması.  E.M. Meletinski  roman-mifin 
üç növünü ayırırdı: 
– klassik  roman–mif,  izahlı  dini  və  mifoloji  mətnlər 
əsasında  –  İncil  (βιβλία),  Homerin  poemaları,  kelt  və  al-
man  əfsanələri  və  s.  (məsələn,  T. Mannın  «İosif  və  onun 
qardaşları» (Joseph und seine Brüder) əsəri); 
– müəllif  roman-mifi,  hansı  ki,  izahlı  mifoloji  mətn 
əsasında yaranır (F. Kafkanın «Qəsr» (Das Schloss) roma-
nı); 
– folklor-etnik  roman-mif,  hansında  izahlı  mif-məra-
simləri baş verir (Q. Qarsia Markesin «Yüz ilin tənhalığı» 
(Cien años de soledad) romanı). 
Klassik roman-mifdə əsas kimi mif-mətn götürülür, bu 
zaman hadisələr mifdə dəyişilir. Bu hadisələrin nəqletmə-
sinin xüsusiyyətində də özünü göstərir. 
Roman-mif müəllif tərəfindən mifin «yazılması» vasi-
təsilə qurulur: mifoloji və dini irsə, qeyri-şüuri əvvələ mü-
raciət edərək, yazıçı «mif» yaradır.  
Folklor-etnik  roman-mif  folklor  əsərlərinin  yenidən 
bədii işlənməsini nəzərdə tutur, bunun nəticəsində nağılla-
ra, əfsanələrə, dastanlara və s. əsaslanan romanlar yaranır. 
Bu halda süjet xəttinin bir qismi, obrazlar çeşidi və dil üs-
lubu folklor janrlarından əxz edir. 
XX əsr ədəbiyyatı romanın roman-antimif kimi növü-
nü yaratdı. Roman-antimif janr konstruksiyası baxımından 
roman-mifdən fərqlidir. Roman-antimif müstəqil janr kon-
struksiyasını  özündə  ifadə  edir.  Roman-antimif  roman-
mifdən  fərqlənən  janr  konstruksiyasını  təqdim  edir.  Ro-
man-antimif janrı  «mənşə» etibarı ilə klassik roman-miflə 
bağlıdır,  yəni  janr  konstruksiyası  «genetik»  olaraq  «klas-
sik»  roman-miflə  əlaqəlidir,  ancaq  semantika  baxımından 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə