Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
69 
nanca. poieo – edirəm, yaradıram) ilə yanaşı təqlid (yunan-
ca  mimesis - nəzirə) istifadə edir. Aristotelin  fikrincə, hər 
bir poeziya nəzirə və təhkiyə üsulları ilə fərqlənir 
38
. Plato-
nun növlərə bölgüsündə poetik şərhin üsulu əsas kimi çıxış 
edir ki, o hekayənin inkişafını nəzirəyə aid edir. Ən Yeni 
dövrdə  təqlid  yaradıcılıq  amili  qismində  itməyərək  bədii 
prinsipi kimi yerini bədii orijinallıq prinsipinə verir. 
Müasir  rus  ədəbiyyatında  əkstəqlidin  ən  parlaq  bədii 
nümunələrindən  biri  tədqiqatçılar  rus  andeqraunduna  aid 
etdikləri V. Makaninin «Qafqaz əsiri» əsəridir. Əsərin adı 
özündə  müasir  yazıçının  rus  klassik  ənənələrinə  müraciət 
etməsini  göstərir.  Əsəri  mütaliə  etdikcə,  V. Makaninin 
yeni  səpkidə  «qafqaz  problemini»  açıqladığını  müşahidə 
edirik. Müəllif «əsirlik» metaforik məzmunu genişləndirə-
rək rusiya cəmiyyətində fərdi insanın azadlığı probleminə 
diqqəti cəlb edir. Nəticədə «Qafqaz əsiri» hekayəsinin sü-
jetinin qurulması A.S. Puşkin, M.Y. Lermontov, L.N. Tol-
stoy əsərlərinin süjetlərinin antisxemi ilə qurulur. 
Azərbaycan  ədəbiyyatında  Elxan  Qaraqanın  «A»  ro-
manının  plagiat  olması  ətrafında  mübahisələr  bu  gün  də 
davam  etməkdədir.  Elxan  Qaraqanın  bu  romanını  məşhur 
portuqal  yazıçısı  Paulo  Koelyonun  «Portobello  cadugəri» 
(A Bruxa de Portobello) romanından, Çak Palanikin «Dö-
yüşçü klubu» (Fight Club) romanından plagiat olduğu id-
dia edildi. Qeyd etmək istərdim ki, Çak Palanikin «Döyüş-
çü  klubu»  (Fight  Club)  romanı  əsasında  bədii  film  çəkil-
mişdir (kinossenarist Cim Uls, rejissor Devid Finçer). 
Yazar bədii əsər qələmə alarkən, hər hansı bir əsərdən 
təsirlənə bilib ona nəzirə yaza bilər. Azərbaycan ədəbiyya-
                                                 
38
 Аристотель. Об искусстве поэзии. – М., 1957. С. 45. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
70 
tı tarixində belə əsərlərin təqlid edilməsi faktları olmuşdur. 
Elxan  Qaraqanda  da  belə  təqlid  özünü  büruzə  verir.  «A» 
romanı və «Portobello cadugəri» romanında qəhrəman qa-
raçıdır. Paulo Koelyonun qəhrəmanı qaraçı əsilli cadugər-
disə, Elxan Qaraqanda qəhrəman qaraçı əsilli cadugər he-
sab olunur. 
Çak Palanikin «Döyüşçü klubu» romanında olduğu ki-
mi Elxan Qaraqanın «A» romanının qəhrəmanında ikiləş-
mə baş verir. Hər  iki əsərin dili vulqarizmlərlə zəngindir. 
Lakin bu müqayisələr əsərin təqlid/antitəqlid olmasına də-
lalət etmir. Çak Palanikin əsərinin qəhrəmanı  - Təhkiyəçi 
məzuniyyətə  çıxıb  dəniz  sahilinə  gedib  Tayler  Dyerdenlə 
rastlaşır... «Döyüşçü klubu» əsərinin qəhrəmanı özünü hə-
min  şəxslə,  Taylerlə  əlaqələndirir,  Elxan  Qaraqanın  «A» 
əsərinin  qəhrəmanı  Anar  isə  A  ilə  əlaqələndirir.  Hər  iki 
əsərdə diqqəti cəlb edən amil isə, hər iki romanın ideyasın-
da dünyanı dağıtmaq,  əvəzinə ədalətli dünya qurmaq ide-
yası durur. Qəhrəmanlar ideyalarını həyata keçirmək üçün 
birlik yaratmağa cəhd edirlər. Çak Palanikin qəhrəmanları 
«Döyüşçü  klubu»,  Elxan  Qaraqanın  qəhrəmanları  isə 
«Episentr» yaradırlar. Hər iki əsərdə qəhrəmanların ədalət-
li  dünya  qurmaq  kimi  arzuları  həyata  keçilməmiş  qalır. 
Çak Palanikin qəhrəmanı ölür, Elxan Qaraqanın qəhrəma-
nı isə xəyallarını hallüsinasiya hesab edir. 
Çak Palanikin «Döyüşçü klubu» romanı ilə Elxan Qa-
raqanın  «A»  romanı  arasında  apardığımız  süjet,  ideya  və 
obrazlar baxımından müqayisə və paralellər bizə əsas verir 
ki,  deyək  ki,  «A»  romanı  «Döyüşçü  klubu»  romanından 
təqlid edilərək qələmə alınıb. 
Postmodern romanlarda «köçəri süjetlər» müasir  mər-
hələdə  milli  ədəbiyyatın  unifikasiyası  şəraitində  özünü 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
71 
göstərməkdədir.  «Köçəri»  süjetlər  mifoloji  düşüncənin 
hökmranlığı dövründən məlumdur. Onların iqtibas edilmə-
si  böyük  köç  və  böyük  imperiyaların  yaradılması  dövrlə-
rində daha fəal idi. 
Dramaturq J. Poltinin irəli sürdüyü təsnifatda «köçəri» 
süjetləri  «daimi»  (əsas)  süjetlərdən  fərqləndirmək  lazım-
dır.  «Köçəri»  süjetləri  həm  də  «əbədi  obrazlar»dan  fərq-
ləndirmək lazımdır. Bəzən müxtəlif xalqların və dövrlərin 
mövcud  ədəbiyyatında  «əbədi  obrazlar»  «köçəri»  süjetlə-
rin təsirinin nəticəsi kimi qiymətləndirilir. 
«Köçəri»  süjetlər  janr  sisteminin  transformasiyasına, 
milli (regional) ədəbiyyata təhkiyənin «xarici» üslub xüsu-
siyyətlərinin tətbiq edilməsi, xronotop və fabulanın özünə-
məxsus  layihələşdirilməsinə  imkan  yaradır.  «Köçəri»  sü-
jetlər  yad  janrların  «əvəzedilməsi»  proseslərinin  kataliza-
toru  rolunda  çıxış  edir.  Qloballaşma  şəraitində  «köçəri» 
süjetlərin  bir  haldan  başqa  hala  keçməsinin  əhəmiyyəti 
janr sistemi üçün artır, qlobal ədəbiyyatın yaranmasına kö-
mək edir. Müasir qlobal ədəbiyyat üçün «köçəri» süjetlər – 
bu ədəbi mədəni məkanın vahid şəklə salınması alətidir. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə