Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
75 
arxetiplər  adlandıra  bilərik.  Belə  ümumbəşəri  obrazlar 
həm  mifologiya, həm  də incəsənətin bütün inkişaf mərhə-
lələrində özünü büruzə verir. 
Müasir  dövrdə  postmodern  romanların  yayılması  ilə 
əlaqədar olaraq, əvvəlki obrazlardan fərqlənən obraz qale-
reyası  yaranmağa  başladı.  Postmodern  romanlara  xas  ob-
razlardan  bəhs  etmək  təbii  ki,  bir  qədər  çətindir.  Əsərin 
quruluşu,  əsərin tərkib hissələrinin düzülüşü,  əsərdəki su-
rətlərin  əlaqə  və  münasibətlərinin  təşkili,  bir-biri  ilə  bağlı 
olan,  başlanğıcdan  nəticəyə  qədər  ardıcıl  surətdə  inkişaf 
edən  və  həyat  hadisələrinin  təsviri  qaydaları  postmodern 
romanlarda  özünü  başqa  aspektdə  göstərir.  Bununla  belə 
qeyd  etmək  lazımdır  ki,  postmodern  romanlarda  obrazlar 
bədii məkanın formalaşdırılması zamanı geniş istifadə olu-
nur. Postmodernizmdə dekonstruksiya olunmuş tarixi şəx-
siyyətlərin  obrazlarından,  həmçinin  mifik  obrazlardan  və 
arxetiplərdən  geniş  istifadə  edilir.  Postmodern  romanların 
əksəriyyətində ənənəvi həyat və dəyərlər sisteminin böhra-
nı fonunda marginal sosial dairələrə aid mənfi obrazlar ya-
radılır. Postmodern romanlarda obrazların açıqlanması za-
manı metanəsrdən («metafiction») istifadə edilir. Bəzi hal-
larda  obrazlar  vasitəsilə  digər  bədii  nümunələr  ilə  inter-
tekstual əlaqələr açıqlanır. 
Postmodern  romanlarda  əşya  obrazları  bədii  məkanın 
yaradılmasında geniş istifadə edilir. Postmodern romanla-
rında geniş yayılmış əşya obrazlarından şəhər obrazını xü-
susi  qeyd  etmək  olardı.  Məsələn,  Anarın  «Ağ  qoç,  qara 
qoç» 
39
 romanında Bakı şəhəri bədii obraz kimi təsvir olu-
nur. Bakı obrazı əsərin mövzusu və ideyası ilə səsləşməli-
                                                 
39
 Anar. Ağ qoç, qara qoç. Bakı: Azərnəşr, 2003. 184 s; 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
76 
dir. Dünya ədəbiyyatında müxtəlif romanlarda şəhər obra-
zının yaradılmasının fərqli mövqeyə malik olması gözdən 
qaçmır.  Məsələn,  O. Pamukun  İstanbul,  M. Paviçin  Bel-
qrad,  V. Nobakovun  Berlin  və  digərlərin  möhtəşəm  şə-
hərlərin obrazlarını yaratmasının şahidi oluruq. 
Əşya obrazlarında bədii məkanın yaradılması şəhər ob-
razı  ilə  məhdudlaşmır.  İlqar  Fəhminin  «Akvarium» 
40
  ro-
manında akvarium obrazı xüsusi maraq kəsb edir. Roman-
da  akvarium  həm  restoran,  həm  də  mədəniyyət  ocağı  – 
teatrdı. «Akvarium» adı əsərin özündə üç cür istifadə olu-
nur: restoran və teatr adı kimi... Akvarium baş qəhrəmanın 
yerləşdirildiyi  məhdudlaşdırıcı  mənəvi-məkan  kimi  çıxış 
edir, harada ki, lal balıqla müqayisə edilir. İ. Fəhmi qəhrə-
manının həqiqi mənada akvariumda yaşadığını sübut etmə-
yi bacarır. Teatrın rəhbəri Sahib öz əsərlərini bu teatrda ta-
maşaya qoydurur. Elə onun son əsəri də «Akvarium» adla-
nır. İ. Fəhmi qapalı dövrə qurur: «Akvarium» əsəri «Akva-
rium»  teatrında  səhnəyə  qoyulur.  «Akvarium»un  üçüncü 
səviyyəsi  (romanın  öz  adı)  əvvəlki  ikisini  çərçivəyə  salır 
(Sahibin əsərinin və teatrın adını), faktiki olaraq müəllifin 
özünü «akvarium»un tələsinə çəkir. 
Postmodern  romanlarda  arxetip  və  mifoloji  obrazlar-
dan  geniş  istifadə  olunur.  Fransız  dilində  köhnə  tip,  ilkin 
nümunə  mənalarını verən arxetiplər Yunqa görə kollektiv 
şüursuzluğun nəticəsi və davranışlarımızın səbəbidir. Keç-
miş  nəsillərin  təcrübəsinin  inikası  olan  təhtəlşüurun  məz-
mununu ümumbəşəri obrazlar təşkil edir. Miflərin və bədii 
yaradıcılığın  simvolikasının  əsasında  duran  arxetiplərin 
ədəbiyyatda işlənmə məqamı özünün zənginliyi ilə seçilir. 
                                                 
40
 Paşayev İ. Ə. Akvarium. Bakı: Qanun, 2012. 248 s. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
77 
Yazıçı həyatı təsvir edərkən arxetip obrazlar vasitəsilə yal-
nız öz fikirlərini ifadə etmir, kütləvi təfəkkürün dərin qat-
larında müstəsna yer tutmuş və unudulmaqda olan dəyərlə-
ri  yenidən  bərpa  etmək  üçün  arxetip  obrazlara  müraciət 
edərək,  mənəvi  dəyərləri  gələcək  nəsillərə  ötürülməsini 
həyata keçirir. Azərbaycan postmodern ədəbiyyatında Də-
də Qorqud, Koroğlu, at (Qırat), qılınc (Misri qılınc), Təpə-
göz və digər mifoloji mənşəyə bağlı olan obrazlara tez-tez 
müraciət  edilir.  Kamal  Abdullanın  «Yarımçıq  əlyazma», 
İlqar  Fəhminin  «Qarğa  yuvası»,  Kəramət  Böyükçölün 
«Çöl» və s. əsərləri misal gətirmək olar. 
Sabir  Rüstəmxanlının  «Göy  Tanrı» 
41
  romanında  qur-
tuluş  rəmzinə  çevrilmiş  qurdun  təsviri  diqqəti  cəlb  edir. 
Qurd tarixən türklərdə xilaskar, nicat, yol göstərən, şəfqət-
li, cəsarətli, uğurlu, xeyirxah varlıq kimi qəbul edilmişdir. 
Sabir  Rüstəmxanlı  da  romanda  qurdu  müqəddəslik  rəmzi 
kimi  vermişdir.  Qurdun  öldürülməsi  isə  pis  əlamət  kimi 
qəbul edilir. Əsərdə  Qara  xan  oğlu Oğuzun bu müqəddəs 
heyvana  əl  qaldırmasını  pisləməsi  məhz  qurdun  müqəd-
dəsliyinə, toxunulmazlığına diqqəti cəlb edir. Müəllif Oğu-
zun qurda əl qaldırmasını dolayı olaraq türklərin soyköklə-
rinə  qarşı  çıxmasını  göstərməyə,  bu  addımın  faciəvi  nəti-
cələrini açıqlamağa cəhd etmişdir. 
Postmodern  romanlarda  sosial  siyasi  proseslərin  tə-
zadlı məqamların tarixi şəxsiyyət olmuş bədii qəhrəman-
ların  simasında  əks  olunması  maraq  kəsb  edir.  Lakin  bu 
tarixi  şəxsiyyətlər  müəllif  interpretasiyasında  verilir. 
Postmodern  romanlarda  tarixi  qəhrəmanlar  adi  insanlara 
çevrilir.  Postmodernistlər  tarixdən  ibrət  almaq  deyil,  tari-
                                                 
41
 Rüstəmxanli S. Göy tanrı. Bakı, 2005. 416 s. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə