Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
66 
tərir.  Bu  da  fabulanın  inkişafına  gözlənilməzlilik  gətirir, 
əsərdə  emosional  çalarları  zənginləşdirir.  Süjeti  montaj 
edərək  müəllif  qaldırılan  problemlərin  kəskin  bədii  əks 
olunmasına  nail  olmuşdur.  Xalqın  olum  və  ölüm  seçimi 
qarşısında durduğunun kəskin bədii əksi üçün montaj pri-
yomundan  geniş  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki, 
montajın təsiri əsasında bu seçim dram əsərlərinə xas ka-
tarsis ilə açıqlanmışdı. 
Postmodern roman mübaliğə edilmiş müəllif oyunları-
na meyllidir. Nəticədə həyatın daha problemli aspektlərinə 
toxunan  müəllif  postmodern  oyunları  əsərlərdə  diskursla-
rın nəzərə çarpdırılmış nümayişkaranə imitasiyasıdır. Post-
modern ədəbiyyatda oyun yazar üçün əsərdə iştirak etmək 
alətinə  çevrilir.  Yazıçı  oyunu  formalar,  şərtilik,  simvollar 
ətrafında başlanılır. Bu zaman müəllif həm mətn, həm də 
oxucu  ilə  oynayır.  Sözə  oyun  münasibəti  «gizlədilmiş» 
məna tapmaq üçün istifadə olunur. Postmodern əsər müəl-
lif oyunu – istənilən kosmoloji modelin ən fundamental və 
arxaik ziddiyyəti olan xaos anlayışının qarşısıalınmaz kimi 
başa düşülməsinin nəticəsidir. Oyun müxtəlif sahələrə  aid 
olan hərəkət və əşyaların vahid mədəni məkanı olan xao-
sun qarşısını almaq üçün alət kimi xidmət edir. Kompozi-
siya əlaməti kimi bu oyun daha qabarıq roman-pyesdə hə-
yata keçirilir. 
Roman-pyes  özünəməxsus  kompozisiya  quruluşu  ilə 
fərqlənir. Roman-pyesin xüsusiyyəti yalnız epik və drama-
tik  başlanğıcın  qarışıqlığı  deyil,  həm  də  hər  hansısa  va-
riantlı  süjet  xətlərinin  müxtəlif  müəlliflərdə  özünəməxsus 
şəkildə  büruzə  verməsidir,  yəni  süjet  xətti  invariantlılığı-
dır. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
67 
Müasir  Azərbaycan  ədəbiyyatında  roman-pyesin  əla-
mətlərini İlqar Fəhminin «Akvarium» (2006) əsərində tap-
maq olar, hansı ki, daha çox teatr romanı kimi məşhurdur. 
Romanın  süjet  xətti  bir  insanın  taleyi  ətrafında  qurulur, 
hansı ki, bütün arzularına qırx yaşlarında çatır, ancaq «ak-
varium»dakı zindana qalib gəlmək gücündə deyil. Akvari-
um baş qəhrəmanın  yerləşdirildiyi  məhdudlaşdırıcı mənə-
vi-məkan  kimi  çıxış  edir,  harada  ki,  lal  balıqla  müqayisə 
edilir. Müəllif mümkün süjet xətlərindən  istifadə edir: bir 
tərəfdən, azadlıq və müstəqillikdən imtina edən uğurlu in-
sanın yolu; digər tərəfdən, harmoniya və gözəllik, azadlıq 
və xeyirxahlıq dəyərlərinə əsaslanan xəyali tale. 
Postmodern romanların süjetində digər romanlarda ol-
duğu kimi təqlid və əkstəqlid özünü göstərir. Təqlid özünü 
ən  çox  roman-silsilə  və  roman-davamda  (söhbət  başqa 
müəlliflərin bədii əsərlərinin  «davamı»  və  ya «ardı» kimi 
yaradılmış əsərlərdən gedir) janr qarışıqlığı çox yönlü xü-
susiyyətində özünü daha qabarıq göstərir. Nəticədə roman-
silsilələrin  hissələri  bir-birilərindən  janr  konstruksiyaları 
baxımından fərqlənə bilərlər. Bu roman-davama münasibət 
də ədalətlidir. 
Bədii nəqlin göstəricilərindən biri oxucu tərəfindən ro-
man məzmununun gerçəklik kimi qəbul edilməsidir ki, bu 
da təqlid və ya əkstəqlid (antitəqlid)  bədii üsulları ilə əla-
qəlidir. Təqlid yalnız süjetə deyil, həmçinin «janr əlamət-
ləri»nə toxunur. Təqlid yalnız bir epoxanın əsərində deyil, 
həmçinin zaman və ya coğrafi bölgülərdə də mümkündür. 
Ədəbiyyatda çox nadir hallarda rast gəlinən əkstəqlid (an-
titəqlid) kimi hala da rast gəlmək mümkündür. 
Əsərin  süjet  xətti  bir  uydurma,  ya  obyektiv  antitəqlid 
edən bədii gerçəkliyin yaranmasında iştirak edir. Janr təq-


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
68 
lid/antitəqlidi artıq mövcud janr formalarına müraciəti nə-
zərdə  tutur.  C. Kaller  ədəbi  əsərin  yaradılması  zamanı 
mövcud  formaların  tələblərinə  əməl  etmək  kimi  onların 
sərhədlərini keçə, həm də müəllifin istəyi ilə əlaqələndirilə 
bilər. 
Bədii əsərin müəllifi üçün təqlid və ya əkstəqlid (anti-
təqlid) ikili məna daşıyır. Bir tərəfdən söhbət artıq ədəbiy-
yatda  mövcud  olan  janr  strukturlarına  təqlid/əkstəqliddən 
gedir. Digər tərəfdən, obyektiv dünyaya müəllif təqlid/əks-
təqlidin  məzmunundan  qaçmamalı  və  uzaq  olmamalıdır. 
Süjet xəttində təqlid və  ya əkstəqlid bədii gerçəkliyin  ya-
ranmasında  uydurma  kimi  iştirak  edir 
36
.  Janrda  isə  təq-
lid/əkstəqlid  artıq  mövcud  olan  janr  formalarına  müraciət 
edir. C. Kaller bunu bədii əsərin yaradılması zamanı möv-
cud formaların tələblərinə riayət edilməsi və onun sərhəd-
lərini  aşmasına  müəllifin  səy  etməsi  ilə  əlaqələndirir: 
«Ədəbiyyat - paradoksal haldır, çünki ədəbi əsərlərin yara-
dılışı  -  bu  eyni  zamanda  sabitləşmiş  formullara  müraciət-
dir, belə ki, mətnin yaradılmasını, zahirən sonet və ya ro-
manın  ənənəvi  xüsusiyyətlərinə  cavab  verən,  sərhədləri 
dəfedən və hüdudlarından kənar çıxmasını xatırladır» 
37

Antik Yunanıstanda təqlid ehtiraslı sayılmırdı. Əksinə, 
təqlid müəllifə xələfləri ilə yarışa girmək və onları üstələ-
mək  şansı  qazanmaq  imkanı  verirdi.  Aristotel  özünün 
«Poetika» (Περιποιητικης) əsərində ədəbiyyatda üç növün: 
epik, dram və lirik növlərə bölgüsü zamanı «poeziya» (yu-
                                                 
36
 Бютор М. Роман как исследование. М.: Издательство МГУ им. 
М.В. Ломоносова, 2000. С. 39; 
37
 Каллер Дж. Теория литературы, Краткое введение. – М.: АСТ* 
Астрель, 2006. С. 48. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə