Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   23   24   25   26   27   28   29   30   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
90 
Dədə  Qorqud  obrazını  xatırladan  obrazlara  müxtəlif 
bədii əsərlərdə rast gəlmək mümkündür. Məsələn, S. Rüs-
təmxanlının dərin fəlsəfi-dini düşüncələrə sövq edən «Göy 
Tanrı» roman-mifində Qam Ata, Uslu Xoca obrazları Də-
də Qorqudu xatırladır. Lakin, romanda məhz Dədə Qorqud 
obrazının  özünü  olması  da  diqqəti  cəlb  edir.  Oğuz  xanın 
oğlu Gün xanla birgə böyümüş, bayat soyundan olan Ulu-
türk  oğlu  Qorqudun  obrazı  fikrimizə  əyani  sübutdur.  Bu 
gənc «yeniyetməlik illərində elin ünlü dəliqanlılarından bi-
riydi.  Getdikcə,  əli  qılınca  uzanmalıykən,  qopuza  uzandı. 
Söz sinəsini deşirdi. Söz deyib, saz çalmaq, ir qoşmaq ru-
hunu sardı. Ulu xan Ata Bitikçinin kitablarını söylər, qoş-
qularını oxuyardı». 
Postmodern romanlarda müəlliflər insan və dünya ara-
sındakı  ziddiyyətləri  simvolik  obrazlardan,  işarə  və  ey-
hamlardan  istifadə  edərək,  əsərin  hüdudlarından  kənarda 
olan  məkanın  bədii  izahını  verməyə  cəhd  İ. Fəhminin 
«Qarğa yuvası» əsərində simvolik obrazlar olan təsbeh də-
nələri  və  ölü  qarğaların  təsviri  romanda  diqqəti  cəlb  edən 
məqamlardandır.  Ş. Sadiqin  «OdƏrlər»  romanında  geniş 
yayılmış bir sıra simvollar yeni məzmunla zənginləşdirilir. 
Məsələn,  romanda  qılınc  xeyrin  şər  ilə  daimi  mübarizədə 
xeyrə  sadiqliyin  rəmzidir.  «OdƏrlər»  əsərində  müəllif  tə-
rəfindən  beş  rəqəminin  simvol  kimi  istifadə  edilməsi  də 
maraq kəsb edir. Sadəcə beşgüşəli ulduzun mənasını açıq-
laması, onu insana bənzətməsi, ən əsası isə Tanrı ilə müqa-
yisə etməsi oxucunu cəlb edir:  «beşgüşəli ulduz  yaradılışı 
əks  etdirən  simvoldur.  İnsanın  yaşadığı  Olamın  simvolu-
dur,  yəni  var  oluşun  göstəricisi.  Bu  gün  pentoqram  kimi 
tanınan simvol dünyanın  yaranmasını özündə daşıyır. Əs-
lində,  bu  beşgüşəli  ulduz  insana  oxşayır.  Axı  Yaradan  in-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
91 
sanı  yaradılışın  əşrəfi  sayır.  Beşgüşəli  ulduzun  aşağıdakı 
iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki 
güşə  od  və  havanı,  baş  isə  Yaradanı  özündə  gizlədir.  Bu 
beşlik  tamdır.  Fikir  verirsən,  Tanrı  başdır,  birincidir,  tək-
dir, idarə edəndir». 
Azərbaycan  postmodern  romanda  simvolik  obrazlar 
arasında  kollektiv  obrazlar  xüsusi  yer  tutur.  Bu  obrazlar 
vasitəsilə vaxt və məkan ilə məhdudlaşmayan kollektiv id-
rak və kollektiv iradəyə malik subyekt açıqlanır. 
S. Rüstəmxanlının tarixi və mənəvi dəyərlər kəsb edən 
«Göy Tanrı» romanında kollektiv bəy obrazları (Toboxan 
oğlu Duman bəy, Tarduş oğlu Tengiz xan, Bögüxan oğlu 
Ənik  bəy  və  sair)  obrazı  maraq  kəsb  edir.  Bir-biriləri  ilə 
şəxsi  mənafeləri  üçün  inciyən  bəylər,  ümumi  mənafe  uğ-
runda birləşirlər. Düşmən casuslarının fəaliyyətləri bu bəy-
lərin qarşılarına qoyduqları amalları həyata keçirmək məq-
sədlərindən  döndərə  bilmir.  Romanda  qəhrəmanların 
mənəvi  üstünlükləri  kollektiv,  birlik  şəklində  incəliklə 
açıqlanır. 
Ş. Sadiqin  «OdƏrlər»  romanında  kollektiv  obrazların 
təsvirində  qabarıq  şəkildə  bir  daha  təsdiqini  tapır.  Müasir 
nəslin  keçmişin  davamçıları  devizi  ilə  çıxış  edən  müəllif 
bu bağlılığı yaşlı və gənc nəsillərin fəaliyyətlərində müəl-
lif interpretasiyası ilə əks etdirir. Romanda xalqın tarixini, 
cəmiyyətin  formalaşmasındakı  və  inkişafındakı  rolunu, 
Qarabağ hadisələri və dövlətin əsl sahibləri tərəfindən bir-
birindən  xəbərsiz  beş  qəhrəmanın  (gizir  Alıyev  Elçin,  ka-
pitan  Altay  Cavadov,  gizir  Arslan  Sultanbəyli,  əsgər  Ər-
toğrul  (Məhəmməd)  Hüseynov,  əsgər  Ayxan  İsmayılov) 
vətənpərvərlik mübarizəsini bədii dillə əks etdirir. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
92 
Kamal  Abdullanın  «Sehrbazlar  dərəsi» 
53
  romanında 
əsərin  adından  göründüyü  kimi  dərə  bir  kollektiv  obraz 
kimi  canlandırılır:  Sehrbazların  dərəsi.  Bu  dərəyə  bir  çox 
insanların can atması əsərdə əksini tapmışdır. Bu dərə ni-
cat, ümid yeri kimi də təqdim olunur. 
Nərmin  Kamalın  hekayələr  romanı  adlandırdığı  «Aç, 
mənəm» 
54
  əsərinin  baş  qəhrəmanı  Azərbaycandır.  Ayrıl-
mış valideynlərin övladı olan Azərbaycan, şərqlə qərb ara-
sında  böyüməyə  məcbur  qalır.  Buna  səbəb  isə  anasının 
Qərbi,  atasının  isə  Şərqi  seçmələri  olur.  On  altı  yaşına 
qədər  bu  cür  həyat  sürməyə  məhkum  olan  Azərbaycan 
yetkinlik  yaşına  çatan  kimi  valideynlərinin  yolları  ilə 
getməkdən  vaz  keçir.  Özünə  yepyeni  bir  yol  seçir  ki,  bu 
yol əsərin qəhrəmanı Azərbaycanı Azərbaycandan keçirir. 
Nərmin  xanım  bu  üsulla  oxucunu  rəmzi  mənada  təsvir 
etdiyi Azərbaycanına yaxınlaşdırır. 
Göründüyü  kimi,  postmodernizm  yeni  yaradıcılıq 
axtarışları kimi ədəbiyyatda maraq dairəsindədir. 
                                                 
53
 Kamal Abdulla. Sehrbazlar dərəsi. Bakı, Mutərcim, 2006. 224 səh; 
54
 Fəcərullayeva N. Aç, mənəm. Bakı: Qanun, 2010. 244 səh. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə