Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə122/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   118   119   120   121   122   123   124   125   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
verəcəkdir. Sonra cari ödənişlərin reyestrini yaratmalı və onların ödənilməsinin təcililik 
dərəcəsinə görə üstünlük verməlidir. Şirkət rəhbərliyi adi işçilərin iştirakı ilə aylıq müzakirənin 
nəticələrinə əsasən ödənişlərin prioritetini nəzərə almalıdır. Bundan sonra növbəti hesabat dövrü 
(ay, rüb, il) üçün ətraflı pul vəsaitlərinin hərəkəti büdcəsini formalaşdırmaq lazımdır. Belə 
büdcənin yaradılması şirkətin pul vəsaitlərinin hərəkətini optimallaşdırmağa və boşluqları 
proqnozlaşdırmağa kömək edəcəkdir. 
Həmçinin, yuxarıda göstərilən tədbirlərlə yanaşı, şirkətin pul vəsaitlərinin hərəkətinin 
optimallaşdırılması çərçivəsində kapital qoyuluşları sahəsində siyasətə yenidən baxılması 
zəruridir: 
- gəlir gətirə bilməyən uzunmüddətli investisiya layihələrini qismən və ya tamamilə dayandırmaq 
(bağlamaq); 
- qismən və ya tam dayandırılması (bağlanması) mümkün olmayan layihələr üçün investisiya 
daxilolmalarının cədvəlini elə dəyişdirmək lazımdır ki, şirkətin büdcəsində nağd pul boşluqlarının 
yaranmasının qarşısı alınsın (Odarenko T.Ye., Sapozhnik M.V., 2017, s.4). 
4. Şirkətin debitorları ilə iş və kommersiya kreditləşməsi sahəsində siyasətin islahatı. Böhran 
vəziyyətində olan şirkət mallarının hissə-hissə satışından tamamilə imtina etməlidir. Bu, satışların 
kəskin azalmasına səbəb ola bilər. Borclularla işi optimallaşdırmaq üçün şirkət aşağıdakı cədvəldə 
təqdim olunan tədbirlər kompleksini tətbiq etməlidir. 
 
Cədvəl 4. 
Borcluların idarə edilməsi və kommersiya kredit siyasətinin islahat fəaliyyətləri. 
 
Tədbir 
Tədbirin təsviri 
1. Borcluların ödəniş 
şərtlərinə görə 
strukturlaşdırılması 
1.1 Debitor borclarının inventarının aparılması 
1.1.1 Hər bir borclu üçün borcun məbləği və şərtləri 
1.1.2 Ümidsiz borcların yaranma ehtimalının qiymətləndirilməsi 
1.1.3 Borcun statusundan (ölçüsü, gecikmə vaxtı və s.) asılı olaraq borclulara təsir 
üsullarının müəyyən edilməsi 
1.2 Ödəniş müddətləri üzrə borclular qruplarının formalaşdırılması (15 günə qədər; 
15 gündən 20 günə qədər; 20 gündən 30 günə qədər və s.) 
1.3 Borclular tərəfindən öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə nəzarəti 
həyata keçirən borclu qrupların hər biri üzrə məsul şəxsin təyin edilməsi 
1.4 Borclular tərəfindən öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə nəzarət 
etmək üçün işçilərin həvəsləndirilməsi üçün bonus sisteminin tətbiqi 
2. Faktorinqin tətbiqi 
2.1 Debitor borcların dəyərsizləşməsi zamanı zərərlərin müəyyən edilməsi 
2.2 Faktorinq xidmətlərinin bazar təhlili 
2.3 Faktorinq xərclərinin müəyyən edilməsi 


112 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə