Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə121/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   117   118   119   120   121   122   123   124   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
optimallaşdırılması 
5.2 İstehsal və texnoloji proseslərin optimallaşdırılması (istehsal olunan malların 
(işlərin, xidmətlərin) texnologiyası və keyfiyyəti məsələlərinin həlli) 
6. Əmək xərclərinin 
azaldılması 
6.1 Xərcləri azaltmaq üçün mükafatlandırma sisteminin və işçilərin 
motivasiyasının inkişafı (qənaət edilmiş xərclərin bir hissəsi işçilərə ödənilir) 
6.2 İdarəetmə sisteminin yenidən nəzərdən keçirilməsi (lazımsız idarəetmə 
səviyyələrinin aradan qaldırılması) 
Mənbə:
https://iteam.ru/publications/finances/section_43/article_2468#
2. Satışın təşviqi. Bir çox şirkətlərin buraxdığı səhvlərdən biri ilkin bazar təhlili aparılmadan 
malların (işlərin, xidmətlərin) qiymətlərini artırmaqdır. Böhran vəziyyətində satışın artırılmasının 
əsas vəzifəsi mövcud müştərilərlə əlaqələri inkişaf etdirmək və potensial müştəriləri cəlb etmək, 
bazara yeni məhsul növləri üzrə təkliflər hazırlamaq, tədarük olunacaq xammal üçün müqavilələr 
bağlamaq, habelə cari müştəriləri nəzərdən keçirmək olmalıdır. Böhran zamanı satışın təşviqinin 
bir hissəsi kimi şirkətlər aşağıdakı cədvəldə təqdim olunan fəaliyyətlərdən istifadə edə bilərlər. 
Cədvəl 3. 
Böhran zamanı satışın stimullaşdırılması tədbirləri
 
Tədbir 
Tədbirin təsviri 
Məhdud bazar 
araşdırmasının 
aparılması 
Tədqiqatın əsas məqsədi bazar tutumunun müəyyən edilməsi, satış qiymətlərinin və 
satış həcminin artırılması imkanlarının qiymətləndirilməsidir. Tədqiqatda alıcıların 
hansına daha çox diqqət yetirdiyini nəzərə almaqla, məhsulun xüsusiyyətlərini 
əhəmiyyətinə görə sıralamaqla istehlakçı seçimlərini müəyyən etmək lazımdır. Bu, 
şirkətin tələb olunmamış xüsusiyyətlərdən imtina etməsinə səbəb olur və xərclərini 
azaldır. 
Şirkətə ən çox gəlir 
gətirən mallar 
qrupunun seçilməsi 
Maksimum gəlir gətirən malların müəyyən edilməsi ABC təhlili ilə asanlaşdırılır. 
Şirkətin rəhbərliyi ilk məhsul qrupuna yəni “A” qrupuna diqqət yetirməlidir. Bunun 
üçün differensiallaşdırılmış motivasiya sistemi yaratmaq lazımdır. Belə ki, 
menecerlərin hər biri satışın həcmindən və məhsul kateqoriyasından asılı olaraq faiz 
alacaqdır. 
Şirkətin çeşid və 
qiymət siyasətinə 
yenidən baxılması 
Malların hər bir kateqoriyası üçün zərərsizliyin qiymətləndirilməsinin aparılması və bir 
neçə əvvəlki dövrlərin satış məlumatları ilə müqayisəsi həyata keçirilməlidir. Əgər hər 
hansı nomenklatura mövqeyi üzrə zərərsizlik nöqtəsi satış həcmindən yüksəkdirsə, o 
zaman bu məhsulun qiymət siyasətinə yenidən baxılmalı və ya onun istehsaldan 
(satışdan) çıxarılması mümkünlüyünün təhlili aparılmalıdır. 
Mənbə:
Odarenko T.Ye., Sapozhnik M.V., 2017, s.3. 
3. Pul vəsaitlərinin hərəkətinin optimallaşdırılması. Bu böhran vəziyyətində şirkətin idarəetmə 
sistemində vacib vəzifələrdən biridir. Pul vəsaitlərinin hərəkətini optimallaşdırmaq üçün ilk 
addımlardan biri gündəlik nağd pul balansının uyğunlaşdırılmasıdır. Bu, cari ödənişlərin həyata 
keçirilməsi məqsədilə şirkətin hesablarında cari vəsait qalığı haqqında tam və etibarlı məlumat 


111 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə