Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

19 mart 2017-cи il

5

ОЬУЗ ЙУРДУ



T ə m a y ü l l ə ş m ə   h a n s ı   m ə k t ə b l ə r d ə   v ə

n e c ə   h ə y a t a k e ç i r i l ə c ə k ?  

M Ü S A H İ B Ə

Son günlər ümumtəhsil məktəblərində təma-

yülləşmə ilə bağlı məsələ ciddi müzakirə möv-

zusuna çevrilib. 9-cu sinfi bitirən şagirdlərin 4

təmayül istiqamətindən birini seçməsi nəticə-

sində bəzi məktəblərdə 10-11-ci siniflərin ləğv

edilməsi xəbərləri istər müəllim, istərsə də şa-

girdlər və onların valideynlərinin narahatlığına

səbəb  olub.  Xüsusən  də,  ucqar  kəndlərdə

məktəblilərin hər gün dərsə getmək üçün kilo-

metrlərlə məsafəni qət etməsi fikri şagirdlərin

təhsildən  yayınması  və  hətta  imtinası  kimi

məsələləri gündəmə gətirib.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi

təhsil  şöbəsinin  müdiri  Aydın  Əhmədov  bu

mövzuda Publika.az-ın suallarını cavablandı-

rıb.

-  Aydın  müəllim,  təmayül  siniflər  necə

müəyyən ediləcək?

- Təmayülləşmənin 4 istiqamətdə aparılması

nəzərdə tutulub. Təmayüllər üzrə bölgü riya-

ziyyat, iqtisadiyyat, texniki, humanitar, habelə

təbiət fənləri üzrə bölünəcək. Demək olar ki,

bütün fənlər burada cəmlənib. Artıq yerlərdə

təmayülə cəlb olunacaq şagirdlərin kontingenti

müəyyənləşir və onların valideynləri, habelə

özləri ilə söhbətlər aparılır. Burada əsas məq-

səd şagirdlərin məhz seçdikləri fənn sahəsinə

marağı və istedadının olmasıdır.

- Təmayülləşmə şagirdlərə nə verəcək?

-  Təmayülləşmə  şagirdlərə  daha  keyfiyyətli

təhsil  almaq  imkanı  yaradacaq.  Bu  siniflər

üçün xüsusi tədris planı və proqramları tərtib

edirik.  Həmin  tədris  planı  təmayüldən  asılı

olaraq 8-10 fəndən ibarət olacaq. Şagirdlərin

seçdiyi təmayül fənlərlə yanaşı, fiziki hazırlıq,

gənclərin çağırışa qədər olan hazırlığı, xarici

dil,  informatika  kimi  fənlər  ölkə  komponenti

kimi nəzərdə tutulmaqla tədris ediləcək. Lakin

təmayül fənləri üzrə dərs saatı daha çox ola-

caq. Məsələn, adi sinifdə riyaziyyat həftədə 4-

5 saat keçilirsə, təmayül üzrə siniflərdə 8-9 sa-

at keçiləcək. Şagirdlər meyl-maraq göstərdik-

ləri sahə ilə məşğul olacaq. Bu da onların ali

məktəbə hazırlaşmalarına, ümumiyyətlə, repi-

titor hazırlığının qismən aradan qaldırılmasına

təsir edəcək.

Bu istiqamətdə bizim araşdırmalarımız var.

İndiyədək pilot təmayül siniflərin məzunlarının

ali məktəbə qəbul nəticələri təhlil edilib. Həm-

çinin valideyn, məktəb rəhbərlərilə söhbətlər

əsasında deyə bilərik ki, tam da olmasa, tə-

mayül siniflərin təşkili repititorluğun qarşısının

alınmasında mühüm əhəmiyyətə malikdir. Əl-

bəttə, zaman keçdikcə bunun təsiri daha çox

ola bilər.

-  Bu  vaxta  qədər  təşkil  olunan  təmayül

sinif- lərin məzunlarının ali məktəbə qəbul

göstəriciləri necədir?

-  Bu  siniflərin  məzunlarının  ali  məktəblərə

qəbul göstəricilərində müsbət nailiyyətlər var.

Təmayülləşmənin  tətbiq  edildiyi  pilot  mək-

təblərin məzunlarının ali məktəbə qəbul göstə-

riciləri 70-80, bəzi məktəblərdə 90-100 faizə

qədərdir.

- Bu məzunların neçə faizinin sırf təmayül

sinif- lərdəki göstəriciləri əsasında univer-

sitetlərə qəbul olduğunu demək olar?

-  Həm  şagirdlər,  həm  də  məktəb  rəhbər-

lərindən aldığımız məlumatlara görə, tam ol-

masa  da,  təmayül  siniflərinin  təşkili  repiti-

torluğun  müəyyən  mənada  aradan  qaldırıl-

masına təsir göstərir. Lakin təmayül yaradılan

kimi bunun tamamilə repititorluğa son qoya-

cağına hökm verə bilmərəm. Şəxsi düşüncəm

belədir ki, şagirdin bildiyindən artıq öyrənmək

ehtiyacına heç kim mane ola bilməz. Şagirdin

tədris proqramından artıq öyrənmək istəyinin

qarşısını ala bilmərik.



- Ən azından təmayül siniflər ali məktəbə

hazırlıq üçün alternativ bir imkan yaradır...

- Hər bir şagird dərsdən sonra əlavə olaraq

istər repititor, istərsə də internet vasitəsilə 

biliyini artıra bilər. Bizim əsas məqsədimiz odur

ki, şagird məktəbdəki dərsin hesabına başqa

yerə  getməsin.  Biz  şagirdin  dərs  saatında

məktəbə gəlməməsinə qarşı mübarizə aparı-

rıq. Şagird nə qədər istəsə əlavə məlumat əldə

edə bilər, amma məktəbdəki tədrisin hesabına

yox.


-  Bu  yeniliyin  bəzi  məktəblərdə  10-11-ci

sinif-  lərin  ləğv  edilməsinə  səbəb  olması

barədə fikirlər var...

- Biz bu barədə rayon təhsil şöbələri ilə söh-

bətlər aparmışıq. Hesab edirəm ki, bu məlu-

matların  yayılması  ümumi  prosesin  başa

düşülməməsindən irəli gəlir. Bu fikirlərin yayıl-

ması  ola  bilər  məktəblərin  özündən,  ya  da

kənar  şəxslərdən  qaynaqlanır.  Lakin  bunun

heç bir əsası yoxdur, şayiədir. Bunu dəfələrlə

də  dilə  gətirmişik,  nazirliyə  də  bu  barədə

məlumatlar daxil olduqca açıqlama veririk. Yer-

lərdə  izahat  prosesində  müəyyən  yanlışlığa

yol verilibsə, həmin səhvləri də düzəldirik. Tə-

mayülləşmə, hər bir proses şagirdin mənafeyi-

nə  yönələcək.  Hər  bir  şagirdin  təhsil  almaq

hüququ var, onların bu hüququnun təminatını

da Təhsil Nazirliyi həyata keçirəcək.

Ümumi  orta  təhsil  (icbari  təhsil)  səviy-

yəsindən sonra təhsilin təmayüllər üzrə təşki-

linə heç də hər şagird cəlb edilməyəcək. Bu si-

niflərə təmayül fənni üzrə istedadı olan şagird-

lər seçiləcək. Təmayül sinifləri ilə yanaşı şa-

girdlərin könüllülüyü əsasında adi siniflər də

açacağıq. Təmayülə cəlb edilməyən şagirdlər

bu siniflərdə təhsil ala biləcək. İcbari təhsili biti-

rən şagird 9-cu sinifdən sonra təhsilini davam

etdirməkdə sərbəstdir. İstəsə orta ixtisas təhsili

müəssisəsi, ya da peşə məktəbini də seçə bi-

lər, həmçinin təhsilini təmayül siniflərində də

davam etdirə bilər.

Hər  hansı  bölgədə  bu  yeniliyin  tətbiqinin

yaratdığı problemi hiss etsək, növbəti illərdə

onun  aradan  qaldırılmasına  qədər  gözləyə-

cəyik. Baza, müəllim kontingenti baxımdan ən

yaxşı  imkanlarımız  olduğu  məktəblərdə  tə-

mayülləşmə həyata keçirəcəyik.

- Bəzi kənd məktəbləri var ki, orada bir 9-

cu sinif var və həmin şagirdlər də qonşu

kəndlərdə  təşkil  olunan  təmayül  siniflərə

cəlb ediləcəksə, həmin şagirdlərin gediş-

gəliş məsələləri necə həll ediləcək?

-  Biz  təmayülləşməni  mümkün  olduğu  əra-

zilərdə tətbiq edəcəyik. Təmayülləşmənin şa-

girdlərin məktəbə gediş-gəlişinə çətinlik yara-

dacağı ərazilərdə bunu reallaşdırmayacağıq.

- Elə məktəblər var ki, bu il onların 9-cu sin-

fini  bitirənlərin  sayı  10-u  keçmir.  Onlarla

bağlı və- ziyyət necə olacaq?

- Təmayül yaratmaq üçün bir məktəbdə heç ol-

mazsa, bir neçə 9-cu sinif olmalıdır ki, onlar-

dan təmayül seçilsin. Bir sinifdə 7-8 nəfər olan-

da bazada təmayül yaratmaq mümkün olma-

yacaq. Ona görə də biz belə təklif irəli sürdük

ki, yaxın məktəblərin kompakt yerləşdiyi əra-

zilər üzrə zonalar yaradılacaq. Ola bilər ki, bir

rayonda yaradılan zona məktəbləri arasındakı

məsafə müəyyən ediləcək. Şagirdlərin həmin

məktəbə gedib-gəlməsi üçün nəqliyyat xidməti

varsa, təmayülləşmə təşkil olunacaq. Məsafə

çox  olacaqsa,  bu  da  şagird  və  valideynlərin

narahatlığına səbəb olacaqsa, çalışacağıq ki,

həmin  məktəblərin  öz  daxilində  adi  siniflər

yaradılsın.  Şagirdlər  də  adi  siniflərdə  təhsil-

lərini davam etdirsinlər.

- Deyə bilərikmi, şagirdlərin sayı az olan və

yalnız bir doqquzuncu sinif olan məktəblər-

də təmayülləşmə həyata keçirilməyəcək?

- Bu işin təşkili zonalar üzrə müəyyən ediləcək.

Zonalara  bölmədən  təmayülləşməni  həyata

keçirə bilmərik. Məsələn, ola bilər ki, uyğun

zonada 7 məktəb var, lakin onlar arasında tə-

mayülün  təşkilinə  imkan  verən  və  ya  ver-

məyən məktəblər ola bilər. 9-cu siniflərində 7-8

nəfər olan məktəblər bir zonaya toplanacaq.

Həmin  zonada  təmayül  siniflər  yaradılacaq.

Ola  bilər  ki,  hər  hansı  məktəbdən  yalnız  bir

nəfər təmayül sinifdə oxumaq istəsin.

-  Təmayül  sinifdə  oxumaq  istəməyən  şa-

girdlər necə olacaq?

- Onlar öz məktəbində adi sinifdə təhsil alacaq.



-  Məcburi  köçkün  məktəblərinin  əksəriy-

yətində 9-cu sinif şagirdlərinin sayı azdır.

Onlarla bağlı seçim necə olacaq?

- Məcburi köçkün təhsil şöbələrinin rəhbərləri

ilə ayrılıqda danışmışıq. Bu rayonların mək-

təblərininin  şagirdləri  müvəqqəti  olaraq  yer-

ləşdikləri  rayon  məktəblərinin  təmayül  sinif-

lərini seçə biləcək. Təmayül sinifdə oxumaq

istəməyənlər öz məktəblərində qalması şagird

sayından asılı olacaq. Çalışacağıq ki, adi sinif-

lər uşaqların öz oxuduğu məktəblərdə təşkil

edilsin.


Bu gün biz real mənzərəni müəyyənləşdiririk.

Təmayül  siniflərin  təşkilində  bizə  problem

yaradacaq və yaratmayacaq məqamlar yekun-

laşandan sonra qərar qəbul ediləcək. Hələ ki,

proses tam yekunlaşmayıb. Ona görə də, in-

didən həmin məktəblərdə nə qədər şagird ola-

cağını müəyyən edə bilmirik. Çalışırıq ki, bu

məsələləri mart ayının 20-dək yekunlaşdıraq.



- Paytaxtda bəzi məktəblərdə artıq şagirdlər

təhsillərini davam etdirmək istədikləri tə-

mayül istiqamətlər üzrə seçimlərini aparıb-

lar. Lakin bəzi şagirdlər var ki, seçdiyi tə-

mayül üzrə yaxınlıqda məktəb yoxdur. Hə-

min şagirdin istədiyi istiqamət üzrə mək-

təbə  getməsi  üçün  azı  30-45  dəqiqə  vaxt

sərf etməlidir. Bu isə narazılıq yaradır. Bu

məsələ necə həll edilə bilər?

-  Bu  gün  elə  şagirdlər  var  ki,  qeydiyyatda

olduğu rayon məktəbində oxumur. Şəhər daxi-

lində bu məsələ var. Harada uyğun təmayül

olacaqsa, şagird həmin məktəbi də seçəcək.

Bu, hələ ki, ilkin müəyyənləşdirmədir, ola bilər

ki, gələcəkdə dəyişiklik olsun. Prosesə indidən

başlamışıq ki, növbəti tədris ili başlayana qə-

dər işləri yekunlaşdıra bilək.

- Respublika üzrə təmayülləşmə növbəti il-

dən tam tətbiq olunacaqmı?

- Yaxşı imkanı olan, problemsiz zonalarda tət-

biq edəcəyik.

- Təmayülləşmə siniflərində müəllimlər ne-

cə seçiləcək?

-  Bizim  əsas  istəyimiz  təmayül  siniflərində

təcrübəli müəllimlərin dərs keçməsidir. Bunun-

la  əlaqədar  olaraq  da  yerli  təhsil  şöbələrinə

maksimum dərəcədə bu siniflərdə məktəbin ən

yaxşı  müəlliminin  dərs  keçməsi  tapşırılıb.

Hətta ola bilər ki, kənardan da müəllim cəlb

edilsin. Bəzi bölgələrdə ali, orta ixtisas təhsili

müəssisələrinin filialları var. Həmin təhsil mü-

əssisələrinin müəllimləri, təmayül siniflərində

dərs demək üçün cəlb edilə bilərlər. Çünki tə-

mayül sinfi yaratmaq şərt deyil. Əsas məsələ

burada  keyfiyyətli  təhsil  verməkdir.  Bunun

üçün də gərək yaxşı kadr potensialı olsun.



-  Bu  müəllimlərin  seçimini  məktəb  direk-

toru, yoxsa təhsil şöbələri həyata keçirə-

cək?

- Bu istiqamətdə prosedur qaydalar var. Müəl-

limlərin cəlb edilməsi də həmin qaydalar əsa-

sında aparılacaq.



- Bu gün ucqar bölgələrə həvəsləndirmə ilə

göndərilən  müəllimlər  var.  Məsələn,  tarix

müəlliminin əsas dərs yükü 10-11-ci sinif-

lərdədir.  Onun  işlədiyi  məktəbdə  həmin

fənn  üzrə  təmüyülləşmə  olmazsa,  həmin

müəllimlərin aqibəti necə olacaq? Nəzərə

alaq  ki,  bu  müəllimlərin  3  il  həmin  mək-

təbdə işləmək məcburiyyəti var.

- Onlar işlədikləri məktəblərdəki adi siniflərdə

dərs deyəcək. Çünki bu siniflərdə adi qaydada

təhsil davam etdiriləcək.



- Təmayül fənləri üzrə dərs saatının artması

əlavə müəllim cəlbinə ehtiyac yaradacaq?

- Əlavə müəllim cəlbinə ehtiyac duyulacağını

düşünmürəm.  Lakin  məktəb  rəhbərliyi  şa-

girdlərin  mənafeyi  üçün  əlavə  müəllim  cəlb

edə bilər.

-  Artıq  təmayülləşmənin  tətbiqi  ilə  bağlı

araşdırmalar yekunlaşıbmı?

- Hazırda təmayülləşmə üzrə aparılan araşdır-

malar  təhlil  edilir.  Ona  görə  də  indidən  hər

hansı dəqiq məlumat verə bilmərik. Araşdır-

malarımızın  nəticələrini  müzakirə  edəcəyik,

real  vəziyyət  ortaya  qoyulacaq  və  müəyyən

qərarlar qəbul olunacaq.

Təmayülləşmənin təşkili üçün paytaxt mək-

təbləri və iri şəhərlərdə problemlər azdır. Lakin

şagird  sayı,  kontingent  məsələsinə  görə  ra-

yonlar, xüsusən dağ kəndlərində problemlər

var.  Biz  hər  hansı  şagirdin  təhsil  hüququna

maneə yaradılmamasına çalışacağıq.

Gülxar Şərif

Hörmətli təhsil işçiləri, müəllimlər!

Yurdumuza baharın gəlişi  indi hər yerdə geniş qeyd

edilir. Novruz bayramı kimi qeyd etdiyimiz bu bayram

özündə tariximizin, milli-mənəvi dəyərlərimizin bir parça-

sını yaşadır. Yetişməkdə olan nəslin tariximizə, milli-mə-

nəvi dəyərlərimizə hörmət hissi ilə yanaşması isə mək-

təblərdən başlayır. Bu hiss onlara məktəbdə aşılanır. Bu

günlər  təmtəraqla qeyd etdiyimiz Novruz bayramı mü-

nasibəti ilə sizləri təbrik edir,  müqəddəs müəllimlik fəa-

liyyətində uğurlar arzulayırıq. Sizlərə  möhkəm  sağlam-

lıq, arzularınızın, ümidlərinizin  gərçəkləşməsini arzula-

yırıq! 


Novruz bayramınız  mübarək!

E. Kərimov,

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri

T. Mustafayev,

ATİAHİ Oğuz Rayon Komitəsinin sədri 

Məktəbdənkənar təhsil müəssisələrinin

pedaqoji heyətinin qiymətləndirilməsi

keçirilib

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universite-

tində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəs-

sisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiy-

mətləndirilməsi keçirilib.

3  gün  davam  edən  qiymətləndirmədə  3616  nəfər

müəllim iştirak edib. Bu da regionlar üzrə pedaqoji işçi

heyətinin ümumi sayının 88,32 faizini təşkil edir.

15 istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi

düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasi-

ya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixo-

loji xüsusiyyətlər yoxlanılıb.

Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim 

olunub. Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələ-

rinin sayının optimallaşdırılması zamanı müəssisələrin

yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəti-

cələri nəzərə alınacaqdır.

Martın 1-də  rayonumuzdakı məktəbdənkənar təhsil

müəssisələrinin  pedaqoji işçiləri qiymətləndirilmədə işti-

rak etmişlər. 70 nəfər oğuzlu təhsil işçisi  bilik və baca-

rıqların qiymətləndirilməsində iştirak etmişlər.

Fənn müsabiqələrinin I  mərhələsi

keçirilmişdir

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  müvafiq

göstərişinə uyğun olaraq 5 mart 2017-ci il tarixdə rayonun

Həbib Babayev adına Oğuz şəhər 1 №-li tam orta mək-

təbində ümumtəhsil məktəblərinin VI sinif şagirdləri ara-

sında riyaziyyatdan, VII sinif şagirdləri arasında fizikadan,

kimyadan, biologiyadan və informatikadan fənn müsabi-

qələrinin I (rayon, şəhər) mərhələsi keçirilmişdir. Rayon

mərhələsində  32  ümumtəhsil  məktəbindən  152  nəfər

istedadlı şagird iştirak etmişdir. Müsabiqə iştirakçılarına

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  yaratdığı

Təşkilat Komitəsi tərəfindən hazırlanmış və 50 sualdan

ibarət  sual  kitabçası  təqdim  olunmuşdur.  Müsabiqənin

keçirilməsinə dair Təlimata uyğun olaraq istedadlı şagird-

lərə 3 saat vaxt verilmiş, tədbir saat 10:00-da başlanmış,

13:00-da başa çatmışdır. Müsabiqə Rayon Təhsil Şöbə-

sinin təyin etdiyi qeyri-ixtisas müəllimlərindən ibarət olan

nəzarətçi müəllimlərin nəzarəti altında keçirilmiş,Təlimatın

pozulması hallarına yol verilməmişdir. Müsabiqədə iştirak

edən istedadlı şagirdlərin cavab kartları 6 mart 2017-ci il

tarixdə yoxlanılmaq üçün Respublika Təhsil Nazirliyinin

Qiymətləndirmə mərkəzinə təqdim olunmuşdur. Respub-

lika Təşkilat Komitəsi tərəfindən müsabiqənin nəticələri

elan edildikən sonra həmin nəticələr oguz.edu.gov.az say-

tında, habelə Oğuz Rayon Təhsil Şöbəsinin facebook sə-

hifəsində yerləşdiriləcəkdir.

Rayon mərhəsində qalib gələn istedadlı şagirdlər 4 iyun

2017-ci il tarixdə Bakı şəhərində keçiriləcək final mərhə-

ləsində iştirak edəcəkdir.




Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə