ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə50/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

bacarmıram. Yuxudan oyanan kimi də ağlamağa başlayır. Bu  günə qədər isə hər şey yaxşıydı. 
 
        Cip uşağı qucağına götürdü. Qızın qara gözləri bir neçə anlığa hansısa məmnunluqla anasının 
sifətinə dikildi. Ancaq elə ilk hərəkətindəcə uşaq yenidən kədərli şikayətlə ağladı. Betti davam elədi:  
 
       – Mister Forsen gələndən, səhərdən   belədir. Bu isə o deməkdir ki, uşaq onun gəlməsini istəmir. O, 
uşağa elə qəribə baxır! Bu gün səhər mən düşündüm… hə, mən düşündüm: «Axı sən atasan, artıq onun 
sənə öyrəşmək vaxtıdır!» Və onları bir neçə dəqiqəliyə tək buraxdım. Mən qayıdanda isə, – mən yalnız 
hamama qaçmışdım, – mister Forsen artıq otaqdan çıxmışdı, onun sifəti   kinlidən kinli idi, qız isə 
qışqırırdı!.. Yalnız yatanda sakitləşir, belə isə ağlamağına ara vermir..  
 
        Cip oturub döşünü uşağa verərək və heç bir söz demədən soruşdu: 
 
       – O, özünü necə aparırdı, Betti? 
 
        Betti əliylə xalatının qabağını əzişdirirdi, onun ay kimi girdə sifəti dumanlanmışdı. 
 
       – Bax belə, – qadın dedi, – mənə elə gəlir, o, sərxoş idi. Ah, mən, hətta əminəm, ondan spirt 
qoxusu gəlirdi. Bu üç gün bundan əvvəl başlayıb. Keçən gecə isə o, evə çox gec qayıtdı, mən onun 
yuxarı qalxarkən necə söyüş söydüyünü eşidirdim. Aman Allah! Necə də təəssüflənirəm! 
 
        Anasının dizləri üstə sakitcə uzanan uşaq, birdən yenidən ağlamağa başladı. Cip dedi:  
 
      – Betti mənə elə gəlir, uşağın əlində nəsə var. Mən hər dəfə ona toxunanda o qışqırır. Bəlkə, sancaq, 
ya başqa bir şey. Gəl bir baxaq! Soyundur onu… Ah, Betti… bax! 
 
         Uşağın balaca əlləri dirsəkdən yuxarı qara ləkələrlə örtülmüşdü, sanki, kimsə rəhmsizcəsinə onu 
çimdikləmişdi. Qadınlar qorxu içində bir-birlərinə baxdılar. 
 
       – Ah!   
 
        Qan Cipin başına vurdu, gözləri yaşla doldu və dərhal da qurudu. Onun ağarmış sifətini, dəhşətlə 
sıxılmış dodaqlarını görən Betti oxşama deməyə son verdi. Uşağın qoluna krem vurub tənziflə  
sarıyandan sonra, Cip öz yataq otağına qaçdı və çarpayıya atılıb, başını balıncın altında gizləyərək, acı 
hıçqırıqlar içində ağlamağa başladı. 
 
        O, qəzəbdən zar-zar ağlayırdı. Vəhşi! Pəncələrini onun əziz balasına batırır! Həm də, yalnız ona 
görə ki, öz pişik gözlərini uşağa dikəndə zavallı uşaq ağlayır! Vəhşi! Şeytan! İndisə o gələcək və 
zingildəməyə başlayacaq: «mənim Cipim, mən tamam düşünmədim… mən haradan bilim ki, onu 
ağrıdıram? O, elə qışqırırdı… nəyə görə o, məni görəndə qışqırır? Bu mənim qanımı qaraldır! Mən 
düşünmədim!» Cip, sanki, onun necə nəfəs aldığını və bağışlanması haqda necə yalvardığını eşidirdi. 
Amma o bağışlamayacaqdı, bu dəfə yox! Ağlamağına ara verdi. Uzanıb saat əqrəblərinin taqqıltısına 
qulaq asaraq, yaddaşında uşağa, Forsenin öz uşağına kinli münasibətini sübut eləyən yüzlərlə sübutlar 
tapmağa başladı. O, bunu necə eləyə bilərdi? Doğrudanmı, o, ağlını itirir? Uçunmadan elə titrədi ki, 
odeyalı üstünə örtməli oldu. Sağlam məntiq ona deyirdi ki, bu hadisə də, müsyo Armonı, atasını və 
başqalarını  təhqir eləməsi də onun qarşısıalınmaz əsəb sarsıntısından irəli gəlir. Ancaq bu, onun 
qəzəbini azaltmırdı. Onun uşağını! Balaca varlığı! Nəhayət ki, o, bu adama həqiqi nifrət elədi! Cip 
uzanaraq, ona demək üçün ən soyuq, ən sərt, ən kinli sözləri düşünüb tapırdı. Cip olduqca çox əzab 
çəkmişdi!  


 
        Bu axşam o, evə gəlmədi və Cip saat onda yatağa uzandı. Uşağı öz yanına gətirmək istəyirdi, hər 
şey uşağı tək qoymağın təhlükəli olduğunu göstərirdi. Yatmış uşağı öz yanına gətirib qapını bağlayaraq 
yatağa girdi. Hər dəqiqə onun qayıdacağını gözləyərək, xeyli vaxt yuxusu gəlmədən uzandı. Nəhayət, 
yuxuya getdi və sanki, zərbədən oyandı. Aşağıda aydın olmayan səs gəlirdi. Bu o, idi! Cip işığı 
söndürməmişdi və indi uşağın üzərinə əyilmişdi. Uşaq yatmışdı, onun nəfəsi aram və sakit idi. Cip 
uşağın yanında oturdu.  
 
        Hə, o, yuxarı qalxırdı və səsə görə də sərxoş olduğu aydın olurdu, möhkəm cırıltı, küt taqqıltı, 
sanki,  o, pilləkənin yanlığından yapışır, ancaq özünü saxlaya bilməyərək yıxılırdı. Donqultu, sonra da 
döşəmənin üzərinə atılan başmaqların gurultusu. Cipdə ani bir fikir yarandı: «Əgər o, tamam sərxoş 
olsaydı, başmaqlarını çıxartmazdı, ayıq da olsaydı, belə eləməzdi! O, mənim qayıtdığımı bilirmi?» Bir 
cırıltı da… sanki, sürahidən  yapışaraq ayağa qalxmağa cəhd edirdi, sonra da qapının arxasında 
ayaqlarını sürüməsi və fısıltısı, budur, əliylə əlləşdirir və qapının dəstəyini fırlayır. Yəqin, onun 
qayıtdığını bilirdi, yol paltosunu və teleqrammanı görmüşdü. Dəstək yenidən buruldu. Bir neçə 
dəqiqədən sonra başqa qapının, onunla Forsenin otağının arasındakı otağın qapısının dəstəyi burulmağa 
başladı. Cip onun usandırıcı, xırıltılı, sərxoş səsini eşidirdi: 
 
       – Cip… Burax məni, Cip. 
 
        Bundan sonra, ya bu, ya başqa bir qapıdan səslər gəlməyə başladı və yenidən cırıltı eşidildi, sanki, 
o, pilləkənlə düşürdü və hər yerə sükut çökdü. 
 
        Tam yarım saat Cip səssizcə oturaraq gərginlik içində qulaq verdi. O, haradaydı? Neyləyirdi?  
Onun oyanmış beynində tamam yeni-yeni fikirlər üst-üstə qalaqlanırdı. Görünür, o, yenidən aşağı 
düşdü. Bu yarı sərxoş vəziyyətində, onun başında hansı fantaziyalar yarana bilərdi?.. Birdən ona elə 
gəldi ki, haradansa yanıq iyi gəlir. Qoxu itir, sonra yenidən hiss olunurdu, Cip qapıya yaxınlaşdı və 
qapını azacıq açıb, qoxulamağa başladı.  
 
        Meydançada qaranlıq idi. Heç bir yanıq iyi yox idi. Birdən kimsə onun qıçlarından yapışdı. Ürəyi 
sonsuz şiddətlə vurdu, qışqıraraq, qapını bağlamağa cəhd elədi.  Ancaq onun əli və Cipin ayağı yarığa 
düşmüşdü, yalnız indi Cip onun yerdə uzandığını gördü. O, Cipi  məngənə kimi saxlamışdı. Sonra 
dizləri üstə qalxdı, ayağa durdu və otağa cumdu. Nəfəsi kəsilərək, bircə söz belə demədən Cip onu çölə 
çıxartmağa çalışırdı. Hər bir sərxoş adam kimi Forsenin gücü bəzən tükənir, bəzən isə yenidən 
qayıdırdı. 
 
       – Çıx! Rədd ol mənim otağımdan, sən… sən əclafsan! 
 
         Birdən qorxudan Cipin ürəyi dayandı, o çarpayıya doğru səntirlədi və  budur, əlini uşağa uzadır. 
 
        Cip arxadan onun üstünə atıldı,  əllərindən yapışıb, möhkəmcə sıxdı. O, qızın əlində bükülərək, 
nəhayət, çarpayıya aşdı. Cip fürsət tapıb uşağı götürdü və qaranlıq pilləkənlə üzü aşağı qaçdı,  onun 
ayaqlarını necə yerə vurduğunu, divarları əli ilə yoxlayaraq, pillələrlə necə yuvarlandığını, eşidirdi. Cip 
yeməkxanaya qaçdı və qapını arxasınca bağladı. Həmin dəqiqə də o, özünü bu qapıya çırpdı və yəqin 
ki, döşəməyə sərildi. Yenidən ağlamağa başlayan uşağı döşünə sıxaraq, qulaq asmağa ara vermədən 
onu yırğalamağa və yatırtmağa başladı. Heç yerdən səs gəlmirdi. Büzüşmüş halda, hələ də zəif istilik 
gələn buxarının yanında oturdu. Divanın balışlarından və masanın mahud örtüyündən uşaq üçün 
yatacaq düzəltdi, özü isə masanın örtüyünə bürünüb, geniş açılmış gözləriylə qabağa baxır və hələ də 
qulaq asırdı. Əvvəlcə hansısa səslər eşidildi və sonra onlar da ara verdi. Xeyli, xeyli vaxt Cip hərəkətsiz 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə