ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

saçlarını hördü və yatağına uzandı.  
 
       Ancaq yata bilmirdi, atasının gəldiyini və öz otağına getdiyini, saatın əqrəblərinin gecə yarısını 
bildirən çıqqıltısını eşidirdi, sonra bir saat, iki saat və hələ də Pikadillanın boğuq səs-küyünü eşidirdi. 
 
        Təkcə yorğan üzünə bürünmüşdü, ancaq olduqca isti idi, birdən çiçəklərin qoxusunu hiss elədi. 
Çiçəklər haradandı? Çarpayıdan qalxıb pəncərəyə doğru getdi. Burada, pərdənin arxasında içində alp 
bənövşəsi olan güldan vardı. Bunu atası onun üçün düşünmüşdü, necə də gözəldi! 
 
       Çiçəkləri qoxulayaraq ilk balını xatırlayırdı. Bəlkə də, Brayan Sammerxey də orada imiş! Əgər 
orada onları tanış eləsəydilər,  çiynini öpən cənabla yox, onunla rəqs eləsəydi, bəlkə də, o indi bütün 
kişilərə qarşı özündə başqa bir münasibət hiss eləyərdi? Əgər orada qıza pərəstiş eləsəydi, – axı orada 
hamı ona pərəstiş eləyirdi – bəlkə də, o  indi olduğundan daha çox xoşuna gələrdi? Ya da  ona Forsenə 
qədərki bütün pərəstişkarlarına, – şama doğru uçub öz qanadlarını səfehcəsinə yandıran pərvanələrə 
baxdığı kimi, baxa bilsəydi… Bəlkə, bu dərsi almaq alnına yazılıbmış və nəticədə də  əzildi, təhqir 
olundu… 
 
         Güldandan bənövşələri götürüb qoxulayaraq, şəklə yaxınlaşdı. Dəqiq cizgiləri olan sifət, ona 
zillənmiş gözlər, – bütün bunlar aydın görünürdü. Ürəyində nəsə açılan yarpaq, pırıldayıb qalxan quşun 
qanadları kimi zəifcə titrədi. Ona çiçəklərin qoxusumu, ya son günlər baş verənlərmi təsir elədi, 
yenidən ürəyi anlaşılmayan yüngül titrəyişlə titrədi və əlini ürəyinin üstünə qoydu. 
 
        O, yuxuya gedəndə gec idi, daha doğrusu, tezdən idi. Qəribə yuxu gördü. Öz qoca madyanını 
çiçəklərlə örtülmüş talayla çapırdı. Qara don geymişdi, başında iti kristallardan hazırlanmış parıldayan 
tac var idi. At yəhərsiz idi və o, atın belinə güclə toxunaraq, ayaqlarını möhkəmcə sıxıb oturmuş, atın 
yalından yapışmışdı, əlində doqquzdon kolunun bürmələnmiş uzun budaqları var idi. Qız çapır və 
mahnı oxuyurdu, gözləri önündə üfüqlərə qədər geniş boşluq açılırdı. O, özünü tük kimi yüngül hiss 
edirdi, irəli çapdıqcı da qoca madyan başını geri döndərib doqquzdonun çiçəklərini yeyirdi… Birdən 
atın sifəti təbəssümlə ona baxan Sammerxeyin sifətinə döndü. Yuxudan ayıldı. Çiçəkləri görmək üçün 
çəkdiyi pərdələrin arasından üzərinə günəş şüası düşürdü. 
 
 
 
                                                      II  FƏSİL 
 
 
 
       Həmin axşam Sammerxey Çelsidəki   balaca evindən çıxıb çaya getdi. Bəzən kişilərin əhvalı elə 
olur ki, onları qeyri – şüuru olaraq   çəmənliyə, meşəyə, bütün üfüqlərin açıq oduğu genişliyə çəkir. 
İnsan tənhadır, sevəndə də tənha olur, öləndə də. Bütünlüklə öz iztirablarına başı qarışan insanı heç kim 
maraqlandırmır. Elə Brayan Sammerxeylə də heç kim maraqlanmır, heç kim! Sahildə dayanmışdı və 
isti, hərəkətsiz havanı ciyərlərinə çəkərək, çinar ağaclarının yarpaqları arasından işaran ulduzlara 
baxırdı. Hər cür xırda şeylər haqqında düşünürdü, əslində isə,  heç nə haqqında düşünmürdü və 
qəlbində hansısa şirin bir duyğu oyandı, bədənini yüngül bir titrəyiş bürüdü. Oturacaq üstə oturub 
gözlərini yumdu və dərhal da onun sifətini gördü, Cipin sifətini! Onunla üzbəüz olan evlərin işıqları 
bir-bir sönürdü, artıq maşınlar şütümürdü, tək – tük adamlar gözə dəyirdi, amma Sammerxey 
yuxudaymış kimi oturmuşdu. Dodaqlarında gah təbəssüm görünür, gah da silinirdi. Yüngül külək çayda 
dalğalar yaradırdı. 
 


       O, evə qayıdanda artıq səhər açılırdı, uzanıb yatmaq əvəzinə sabah vəkil köməkçisi kimi müdafiə 
eləyəcəyi işə baxmağa başladı. Atla gəzintinin vaxtı çatana kimi işlədi, vanna qəbul eləyib, səhər 
yeməyini yedi. Onun belə bir xasiyyəti var idi, mən vəkillər arasında elə qeyri – adilərdən deyiləm ki, 
uzunmüddətli gərginlik xeyrimə işləsin. Bacarığı olan bir adam kimi o, öz işini sevirdi və özünə ad 
qazanmaq yolundaydı. Eyni zamanda onun kimi anların təsiri altda özünü axına təslim edən  
soyuqqanlılar da az olardı. Onda nəsə təzad vardı, o, haradasa Templdə, Sent-Ceymsdə yox, Çelsidəki 
balaca evində təkliyi sevdiyi üçün yaşamaq istəyirdi və eyni zamanda da gözəl yoldaş idi, baxmayaraq 
ki, həddən artıq  ona bağlı olan çoxlu dostları da bu adama güvənə bilmirdilər. Qadınlar onu sözsüz 
cəzbedici hesab eləyirdilər, amma ümumilikdə onun ürəyini fəth eləyə bilməmişdilər. Sammerxey kart 
oyununu sevirdi, hər bir ehtiraslı adam kimi oyuna fəal girişirdi, ancaq cürətli və gözəl bir oyundan 
sonra nə vaxtsa yenidən ona həvəs göstərə bilsin deyə oyunu atırdı. Atası diplomat idi, on beş il bundan 
əvvəl ölmüşdü, anası kübar dairələrdə yaxşı tanınırdı. Qardaşı yox idi, yalnız iki bacısı vardı, şəxsi 
gəliri də olurdu. Hələ ağıl dişi çıxmamış Brayan Sammerxey iyirmi altı yaşında beləydi.  
 
        Səhər hələ də yüngüllük hiss eləyərək, Templə yola düşdü və əvvəllər olduğu kimi yenə də həmin 
tutqun, solğun, heyrət ediləcək dərəcədə harmonik cizgili sifət, sona qədər açılmamış gülüməsəyən 
qara gözlər, balaca gözəl qulaqlar, alnının üstündəki gur şabalıdı saçlar gözlərinin önündə dayanmışdı. 
Ona bəzən şeylər nəsə az müəyyən olunmuş halda, görünürdü, hansısa şüalanma, baxışlardakı işıq 
oyunu, başının özünəməxsus döndərilməsi, yalnız ona məxsus olan,  nəsə çağıran və təsirləndirici bir 
zəriflik – bu surət ona rahatlıq vermirdi, həm də onu heç unutmaq da istəmirdi, sadəcə, xasiyyəti 
beləydi. Əgər yarışda hansısa at xoşuna gəlirdisə, həmin atın nə kimi uğurları olmasından asılı 
olmayaraq, dərhal da həmin ata oynayırdı. Əgər opera xoşuna gəlirdisə, gedib həmin operaya təkrar-
təkrar baxacaqdı. Əgər şeirdən xoşu gəlirdisə, şeiri əzbər yadında saxlayacaqdı. Çay boyunca getdikcə 
də, – bu, onun adi yoluydu, –  onu qeyri – adi hisslər bürüyürdü,  o xoşbəxtdi. 
 
        Sammerxey bir az gecikdi və birbaşa məhkəməyə getdi. Parikdə və mantoda dərhal da «köhnə 
georgiansk» görkəmində göründü. Bir-iki yumru qotaz, geniş ətəkli kaftan, qılınc, tənbəki qabı, ağ 
parik, ya da buna bənzər bir şey və budur, qarşınızda on səkkizinci əsrdir! Güclü, yüngül bədən, geniş 
sifət, qarabəniz solğunluq, dodaqların təmiz şəkli, hansısa laqeydlik bildirən ifadə, aydın baxışlar və 
qaynayan həyat eşqi – insanın belə gec doğulmasına yalnız təəssüflənmək olardı! 
 
        Qıvrım saçlı başını suya salaraq, bütün bu məhkəmə mantisinin köhnəlmiş qoxusunu, 
perqamentin, yapışqan boyanın, hisə verilmiş balığın, bir sözlə, onu məhkəmədə əhatəyə alan bütün 
qoxuları yudu, qurulanıb evdən çıxdı və siqaret çəkərək, sahil boyunca getməyə başladı. Saat yeddinin 
yarısına yaxın idi. Dünən bu vaxt qatara girmiş və indiyədək onu tərk eləməyən surəti görmüşdü. 
Məlum olduğu kimi qızdırma müəyyən olunmuş saatlarda başlayır. Ancaq, hər halda, axşam saat 
yeddidə təşrif apara bilməzdi! Yalnız bunu eləyə bildi, kluba həmişəki yoluyla yox, Beri-stritdən getdi.  
 
        Çoxdan özünə ayaqqabı sifariş vermək istədiyi ayaqqabı dükanının yanından keçəndə düşündü: 
«Maraqlıdır, o, özünə lazım olan şeyləri haradan alır?» Gözləri önündə qızın qeyri – adi dərəcədə canlı  
bədəni canlandı, budur, kupenin küncündə oturub, maşının yanında dayanıb və əli onun ovcundadır. 
Qızdan çiçək və yağışdan doymuş küləyin qoxusu gəlirdi! Özünün qaşqabaqlı, ağzında sönən siqaret 
olan yorulmuş əksini görmədən vitrinin qarşısında dondu. Sonra isə tələsik irəlilədi.   
 
        Beri-stritə çatanda ayaqlarında qəribə bir zəiflik hiss edirdi. Bu il gül yeşikləri Uintonun evinin 
fasadının ciddiliyini pozmamışdı. Bu ev digər evlərdən heç nə ilə fərqlənmirdi, bəlkə də, nömrəsinə 
görə, bir də Sammerxeyin ürəyini şiddətlə döyündürən səbəbə görə. Cermin-stritə dönəndən sonra   
birdən ruhdan düşdü. Onun klubu Sent-Ceyms-stritin başlanğıcında idi və o, dərhal təsadüfi hallarda 
çox adam olan kitabxanaya getdi.  Fransız şöbəsinə yaxınlaşaraq, «Üç müşketyor»u götürdü və arxası 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə