ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

 
       – Aman Allah! Siz necə sehrkarsınız! 
 
         Cip gülümsədi. 
 
       – Sizə iradə, aydınlıq, enerji, gözəl kompazisiya  xoş gəlir. Eləmi? Budur, mənim daha bir 
sevimlim.  
 
         Bu Messinin elə də böyük olmayan «Çarmıxa çəkilmə»si idi, nazik, hündür xaç, işıqlanmağa 
başlayan toranlığın fonunda, arıq,  itaətli, əzab çəkən İsa necə də yalqız və canlı idi.  
 
       – Bu, onun ideallaşdırılmış nəhəng rəsmlərindən daha çox məni təsirləndirdi. Hiss edirsən ki, o, 
belə də olub. Ah! Bəs bu iki Françeska! Məgər onlar gözəl deyildilər?...  
 
        O, başını tərpətdi, ancaq gözləri deyirdi: «Siz də eləcə». Onlar  intəhasız kətanların arasında iki 
saat gəzdilər və həmişə, sanki, ikisi də o vaxt vaqonda olduğu kimi təkdilər. Cip onu evə ötürməyə 
icazə verəndə o, yenidən sütunların altında donub qaldı. Günəş bura artıq aşağıdan düşürdü, göyərçinlər 
lələklərini təmizləyirdilər, meydanda nəhəng sütunların və şirlərin fonunda tutqun və balaca adamlar 
gəzişirdilər. O, bütün bunları görmürdü. Ona oxşar qadın yer üzündə yox idi! O, tamam başqa bir qız 
idi, nəinki bu kübar qızlar və qadınlar!  Qətiyyən bu riyakar adamlara oxşamırdı. Və tamamilə ağlında, 
ancaq ali təhsil və seçmək hüququ olan «müasir» qadınlardan da deyildi… Tamam başqaydı! O isə qızı 
lap az tanıyırdı. Hətta bilmirdi, o, nə vaxtsa sevibmi? Onun əri… indi haradaydı? Əriylə münasibətləri 
nə yerdəydi? «Təkraredilməz, sakit, anlaşılmayan – bu o idi!» Nə vaxt ki, qız gülür, nə vaxt onun 
gözləri… Ancaq qızın gözləri onun baxa bilməyəcəyi qədər  ifadəliydi. Dodaqlarında təbəssüm, 
rəsmlərə baxan qız necə də gözəldi! Dodaqlarıyla əgər ona toxuna bilsəydi! Ah çəkərək boz pillələrlə 
günün altına çıxdı. İlin bu vaxtlarında həyatın gərginliyindən titrəyən London ona tamam boş göründü. 
Sabah… Sabah yenidən qızı görə biləcəkdi!     
 
 
 
IV   FƏSİL 
 
 
 
        İstirahət günü, Sammerxey yanından gedəndən sonra  Cip içində helitrop gülləri olan güldanının 
yanında oturub, söhbətlərindən bəzi parçaları yadına salırldı. 
 
       «Missis Forsen, mənə özünüz haqda danışın». 
 
       «Siz nəyi bilmək istəyirsiniz?» 
 
       «Sizin ərə getməyiniz haqda». 
 
       «Mən qorxunc səhv elədim… Atamın iradəsinin əksinə olaraq, ərə getdim. Ərimi artıq bir neçə 
aydı görmürəm və əgər məndən asılı olarsa, heç vaxt da görməyəcəyəm. Hə, bəsdirmi?» 
 
       «Siz onu sevirsiniz?» 
 
       «Yox». 


 
       «Məgər siz azad ola bilməzsiniz?» 
 
       «Boşanmaq prosesi! Br…r. Mən bunu bacarmazdım». 
 
       «Hə, mən bilirəm. Bu  ürəkbulandırandır!» 
 
         Və o, qızın əlini elə möhkəm sıxdı! 
 
         Qız helitropun qoxusunu ciyərlərinə çəkdi və royala yaxınlaşıb çalmağa başladı. Atası qayıdana 
qədər çaldı. Qızının onunla olduğu bu doqquz ayda, sanki, Uinton cavanlaşmışdı. Bir az şıq geyinməyə 
başlamışdı, qısa saçlarına həmişə pomada sürtürdü.  
 
       – Ata, mister Sammerxey gəlmişdi. Sizi görə bilmədiyinə görə çox təəssüfləndi.  
 
          Ortalığa uzun sürən sükut çökdü. 
 
       – Şübhə edirəm, mənim əzizim, – o, nəhayət, dedi. 
 
          Demək, ona hansısa bir kişiylə dostluq eləmək lazım gəlirdi ki, buna bənzər uzun sürən sükut 
olsun. Atasının ona diqqətlə baxdığını hiss eləyən qız soruşdu: 
 
        – Parkda hər şey yaxşıydımı? 
 
        – Otuz il əvvəl orada ancaq aristokratlar və kübarlar gəzərdilər, indisə Allah bilir, orada kimlər 
yoxdu! 
 
        – Bəs güllər necəydi, gözəldimi? 
 
        – Oy! Hə! Quşlar da. Amma, Allah özün rəhm elə, bunlar necə adamdılar, Cip! De görüm, bu gənc 
Sammerxey necə oğlandır? 
 
        – O, olduqca  sevimlidir. 
 
        O, həmişə atasının fikrini daha tez oxuyurdu, nəinki atası onun və bilirdi ki, atasının daxilində 
mübarizə gedir, görünür, əgər qızının hansısa bir əyləncəsi olarsa, sevinərdi, ancaq yüngülcə də olsa, 
onu qorumaq, çəkindirmək istəyirdi. Köks ötürərək dedi: 
 
       – Cip, bu cavan adamların yayda hansı qəribəlikləri olmur!    
 
        Elə hiyləgər və təcrübəli qadınlar var, gələcək sevgililəri timsalında gördükləri kişini müəyyən 
olunmuş məsafədə saxlamağı bacarırlar. Cip bilirdi ki, onun bircə sözü hər şeyi dəyişə bilər, amma 
həmin sözü demirdi. Bununla belə, Sammerxeylə az qala hər gün görüşürdü, Royda, operada, öz 
evində. Artıq neçə vaxtdı axşamlar Sent-Ceymsdəki parka gedib orada suyun kənarında oturmaq qızda 
adət şəklini almışdı. Bir dəfə evə qayıdarkən Sammerxey parkla keçib getdi və sonra onlar həmişə 
burada bir yerdə otururdular. Nəyə görə Sammerxeyi Beri-stritə dəvət eləyib atasını 
kədərləndirməliydi? Parkda gözəl idi, sakitcə söhbət eləmək, balaca dilənçilərin necə balıq tutduqlarına 
və öz qənimətlərini şüşə bankalara necə yığdıqlarına baxmaq,  qəlyanaltı eləmək, yağışlı günlərdə sadə 
adamların adət və xasiyyətlərini izləmək olardı. 


 
        Yay artıq sona yaxınlaşmaq üzrəydi, günlər sakit keçirdi, ancaq hamı hiss eləyirdi ki, bax elə 
indicə küləklər əsəcək və havalar dəyişəcək. Məgər belə vaxtlar ağacların altında, çiçəklərin, suyun, 
göyərçinlərin və ördəklərin yanında oturmaq  təbii deyildimi? 
 
 
 
V   FƏSİL 
 
 
 
        Sammerxey öz qəlb həyəcanlarını büruzə verməməyi bacarırdı. Məhkəmə prosesi sona çatandan 
sonra  Ciplə görüşə gedəndə onun sifəti həmişə necəydisə, indi də eləydi. Ancaq düzünü demək lazım 
gəlirsə, o, dalana dirənmişdi. Onun özünün şəxsi əxlaq kodeksi vardı. Ola bilər, bu kodeks hansısa 
məqamda olduqca «köhnə georgiyansk» idi, ancaq  qadınlara əzab bəxş eləməyi qadağan eləyirdi. 
Hələlik Sammerxey özünü ələ ala bilirdi, baxmayaraq, bu, ona özünün fikirləşdiyindən də böyük 
zəhmət bahasına başa gəlirdi. Onun özüylə mübarizəsinin yeganə şahidi qoca skoç-teryer idi, gecələr 
dəfələrlə yuxusunun qaçdığı vaxt  öz balaca evinin qonaq otağında var – gəl eləyirdi. Qız onun 
hisslərindən xəbərdar olmalıydı! Əgər onun məhəbbətini istəyirdisə, barmağını tərpətməsi kifayətdi, 
ancaq qız hələlik heç bir işarə vermirdi. Qız ona toxunanda, donundan gələn qoxunu udanda, qızın 
döşlərinin necə yüngül və zərifcə qalxdığını görəndə başı hərlənirdi və belə şəraitdə özünü sakit və 
dostcasına aparmaq əsl işgəncə idi.  
 
        Nə qədər ki, hər gün görüşürdülər, o, az-çox özünü idarə eləyə bilirdi, indisə onlar bir neçə 
həftəlik ayrılmaq üzrə olanda, ürəyi az qala kədərdən dağılırdı. Ona öz məhəbbətini kübar tanışlarından 
gizlətmək də asan deyildi. Çılğıncasına sevən insan qovuşmaq istəyi ilə alışıb yanır, o ya bütünlüklə 
gərgin işin içində itib batır, ya da divanələr kimi öz sevdiyinin xəyalına tamaşa edirdi. Sammerxeyin işi 
mübahisəliydi və o, buna şad idi, ancaq   dostlarının zəhlətökən suallarından yaxa qurtarmaq üçün 
özündən asılı olmadan belə mülahizələr yaranmasına səbəb olurdu: «Brayan Sammerxeyə nələr olur?» 
Həmişə bir qədər adamayovuşmaz olan o, indi, hətta birlikdə səhər yeməyi yediyi, nahar elədiyi, rəqs 
eləməyə, idmanla məşğul olmağa alışdığı adamlarla da görüşmürdü. Öz ətrafının adamlarından 
kənarlaşır, heç kimin diqqətini cəlb eləmədən fikrini dağıtmaq mümkün olan haralarasa getmək 
istəyirdi, nəhayət, ona aydın oldu ki, varlığına hakim kəsilən məhəbbət bir çox şeylərdən imtina 
eləməyi tələb edir. Qız ona olduğu kimi lazımdı və o, öz duyğularını hansısa ölçülərlə dəyərləndirmək 
istəmirdi. 
 
         Qızın keçmişi haqqındakı fikirləri, sadəcə olaraq, özündən uzağa qovurdu. Onun Uintonun 
qanundan kənar doğulmuş qızı olduğunu bilirdi, ancaq bu, onun, yalnız qeybətçilərin dərsini vermək 
arzusunu gücləndirirdi. Hətta qızın uğursuz nigahının da onun üçün heç bir mənası yox idi, mühüm 
olan bir şey idi, qız icazə verənə qədər onunla birlikdə olmaq. İndisə qız dəniz sahilinə gedir,  o isə 
Pertşirə, tetra quşunun ovuna. Düz bir aylıq! 
 
      Qıza hər şeyi deməyə cürəti çatardımı? Bəzən qızın sifəti   ona indicə sərt, qorxulu bir şey 
deyiləcəyini gözləyən uşağın sifətini xatırladırdı. Qızı isə kədərləndirmək olmazdı. Bir, ya iki dəfə o, 
öz üzərində qızın nəvaziş dolu baxışlarını hiss eləmişdi, düzdü, bunlar ani baxışlardı.  
 
        Sahildəki sürahiyə söykənərək, çayın necə axdığına baxırdı. Günəş çayın qara burulğanlarını və 
sarıtəhər girdablarını şəfəqlərə qərq eləmişdi, çayın suları söyüdlü Eynşemin, Oksfordun, Kliftonun və 
onların kilsələrinin, Maulsfordun, Sonniqin  yanından keçib gedirdi. Qızla bircə günlük çayın sahilində 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə