Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə82/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   78   79   80   81   82   83   84   85   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

ƏLAVƏLƏR


Neft-qaz mədən geologiyasında istifadə edilən əsas riyazi üsullar
Ümumi anlayıĢ. Məlum olduğu kimi, neft və qaz yataqları mürəkkəb quruluşlarla səciyyələnən strukturlarla əlaqədar olurlar. Onlarda laylaşmanın müxtəlif formalarına rast gəlinir: lay süxurlarında flüidlərin, təzyiqlərin və temperaturun sahəvi və dərinlik üzrə paylanmasının qanunauyğunluqları təsadüfi lokal dəyişmələrlə mürəkkəbləşmiş olur. Onların aşkar edilərək öyrənilməsi neft və qaz yığımlarından maksimum istifadəsinə zəmin yaradır. Bu tələbatı təmin etmək üçün yatağın ayrı-ayrı hissələrinə (nöqtələrinə) quyular qazılır. Onlardan alınan məlumatlar isə nöqtəvi xarakter daşıyır. Quyuların sayını sonsuz artırmaq mümkün olmadığından nöqtəvi məlumatlara sahəvi məlumatların şamil edilməsi müəyyən bir ehtimallıqla mümkün olur. Bu səbəbdən də neft-qaz yığımlarının işlənilməsi prosesində baxılan məsələlərin həllində etibarlılığı artırmaq üçün ehtimal nəzəriyyəsi və riyazi statistika üsullarından istifadə edilir. Təbii ki, onların operativ realizəsi müvafiq alqoritmlər əsasında kompüterlərdə həll olunur.
Neft yataqlarının işlənilmə dinamikasının onların yerləşdiyi regiondan, istismar edilən layın geoloji-struktur xüsusiyyətlərindən asılı olmayaraq ümumi oxşarlığı müşahidə olunur: illik neft hasilatı işlənilmənin əvvəlində kəskin artır, sonra onun stabilləşməsi qeyd olunur; daha sonra hasilatın enmə dövrləri başlayır. Lakin, neft hasilatının dinamikasının qeyd olunan konfiqurasiyası yalnız işlənilmənin ümumi halını səciyyələndirir: tədqiqatlar göstərir ki, təbiətdə eyni dinamik xüsusiyyətə malik, hətta iki yatağın belə müşahidəsi qeyri mümkündür. Ümumi qanunauyğunluq fonunda uzun müddət inkişaf edən işlənilmə dinamikasının ən müxtəlif formalarına təsadüf olunur. Odur ki, neft hasilatının dinamik göstəricilərinə istinad edərək işlənilmənin tənzimlənməsi üçün təkliflərin əsaslandırılması, yataqların qalıq neft ehtiyatlarının hesablanması və digər məsələlərin həllində dinamik modellərdən istifadə etməklə tələb olunan məsələlərin birmənalı həllini təmin etmək mümkündür. Beləliklə, işlənilmə obyektlərinə dinamik bir sistem kimi baxılarsa, onun müxtəlif elementlərinin tədqiqində bu üsullardan istifadə edilməsi vacibdir.
Qeyd etmək lazımdır ki, riyazi üsulların sayı çox, həlletmə qabiliyyəti isə müxtəlifdir. Onların hər biri haqqında müvafiq ədəbiyyatlarda məlumatlar vardır. Hazırkı dərslikdə neft-qaz mədən geologiyasında daha çox istifadə olunan üsulların qısa səciyyəsi verilir.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə