Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 

48

yanaşı oksifil maddə meydana çıxır.  İnkişafın bu mərhələsi osteoid mərhələ adlanır. Həmin mərhələdə 



əsas maddədə osseomukoid birləşmələr hasil olur və onlar fibrilləri bir-birinə rəbt etməyə başlayır. Ara 

maddədə kollagen liflər və osseomukoid maddə artdıqca, onlar osteoblastları  hər tərəfdən  əhatə edir. 

Daha sonra bu hüceyrələr bölünmək qabiliyyətini itirərək osteositlərə çevrilir. Bunlarla yanaşı osteoid 

məntəqələr  ətrafında mezenximdən yeni osteogen nahiyələr  əmələ  gəlir və mezenxim hüceyrələri 

osteoblastlara diferensasiya edərək yuxarıdakı proses təkrar olunur.  

Üçüncü mərhələdə hüceyrəarası maddə mineralizasiyaya uğrayır, yəni kirəcləşir. Kollagen liflər 

şişərək homogenləşir, onlara və əsas maddəyə kalsium duzları çökür və kirəcləşmə prosesi baş verir. Bu 

zaman osteoblastlar fosfataza fermenti ifraz edir; həmin ferment qanda olan qliserofosfatları  şəkərə  və 

fosfor tuşusuna parçalayır. Sonuncu kalsium xloridlə reaksiyaya girərək hüceyrəarası maddənin  əsas 

mineral hissəsi kalsium fosfatı  əmələ  gətirir. Bunlar kalsium karbonatla birlikdə incə mineral kristallar 

yaradır. Bu yolla rüşeymi inkişafın  əvvəllərində meydana çıxan ilk sümük kobudlifli sümük 

toxumasından ibarət olur. Buna ilk zar sümük deyilir. Həmin sümüyə xaricdən təmas edən mezenximdən 

isə, lifli birləşdirici toxuma, daha doğrusu sümüküstlüyü əmələ gəlir.  

İnkişafın daha sonrakı, dördüncü mərhələsində ilk zar sümük ikincili zar sümüklə (yaşlıların zar 

sümüyü ilə)  əvəz olunur. Bu sümük artıq lövhəli sümük toxumasından təşkil olunur. 

Lövhəli sümük toxumasının meydana çıxması, bir tərəfdən kobudlifli sümük toxumasına qan 

damarlarının  ətraf mezenximlə birlikdə daxil olması ilə  və digər tərəfdən sümük dağıdan hüceyrələrin 

(osteoklastların) fəaliyyəti ilə  əlaqədardır. Sümük maddəsi dağıldıqda qan damarlarının  ətrafındakı 

mezenximdən  əmələ  gələn osteoblastların hesabına lövhəşəkilli yeni sümük maddəsi inkişaf edir. 

Lövhələr qan damarlarını silindr kimi hər tərəfdən əhatə edərək bir-birinə geydirilmiş konsentrik sümük 

lövhələrindən ibarət osteonları  təşkil edir. Bundan sonra kobudlifli sümük toxuması  əmələ  gəlir və o, 

lövhəli sümüklə  əvəz olunur. Qeyd etmək lazımdır ki, kobudlifli sümük toxumasının inkişafı zamanı 

hüceyrəarası maddənin lifli strukturları əvvəlcə prekollagen, sonra isə kollagen liflər şəklində əmələ gəlir. 

Bu proses çox tez gedir və fibrilyar strukturlar, adətən, nizamda düzülmür və pərakəndə yerləşir. Lövhəli 

sümüyün inkişafı zamanı isə hüceyrəarası maddənin lifli strukturları birdən-birə kollagen liflər şəklində 

meydana çıxır və prekollagen mərhələsi olmur. Kollagen liflər burada nizamla və sıx yerləşir. Sümüyü 

örtən sümüküstlüyünün osteoblastları isə ümumi sümük lövhələrini yaradaraq sümüyün qalınlaşmasına 

səbəb olur. Bu üsulla, adətən, kəllənin örtük sümükləri və bir sıra digər yastı sümüklər inkişaf edir.  

 

Sümüyün qığırdaq əsasında inkişafı (Qeyri-düz osteogenez) 

 

Sümüyün qığırdaq əsasında inkişafı (qığırdaq osteogenez) borulu sümüklər üçün çox xarakterdir. Bu 

sümüklərin mayasını  təşkil edən mezenximdən  əvvəl müvəqqəti hialin qığırdaq yaranır. Gələcək 

sümüklərin modelini əmələ gətirən bu qığırdaq sümüklərdə artıq iki epifiz və bir diafiz müəyyən edilir. 

Sümüyün inkişafı ilk dəfə diafizin ortasında başlayır və bu proses qığırdaqüstlüyü ilə əlaqədardır. Diafizi 

əhatə edən qığırdaqüstlüyünün daxili kambial qatında  əvvəl tipik osteoblastlar meydana çıxır. Sonra 

bunlar zar osteogenezdə olduğu kimi ilk kobudlifli sümük toxumasını  əmələ  gətirməyə başlayır.  İlk 

sümük halqa (silindr) kimi qığırdaq modelin diafizini əhatə edir. Beləliklə, ilk sümük qatı perixondral 

üsulla əmələ gəlir. Osteogenezin bu mərhələsinə perixondral sümükləşmə (ossifikasiya) də deyilir. İlk 

sümük qatı diafizin qığırdaq modelini qığırdaqüstlüyündən ayırır və  nəticədə  qığırdağın qidalanması 

pozulur. Diafizin mərkəzi hissəsində  qığırdaq distrofiyaya (qidalanmanın pozulması) uğrayır, onun 

hüceyrələri  şişkinləşir, nüvələri büzüşür və hüceyrəarası maddəsinə kalsium duzları çökməyə başlayır. 

Beləliklə, qığırdaq kirəcləşməyə  uğrayır və bu proses diafizin mərkəzindən onun epifizlərinə doğru 

yayılır.  

Diafizin ilk sümük qatını örtən qığırdaqüstlüyü tədricən sümüküstlüyünə çevrilir və bu andan 

sümükləşmə prosesi periostal sümükləşmə adlanır. Periostun mezenximlə əhatə olunmuş qan damarları 

ilk sümüyün dəliklərindən kirəcləşmiş  qığırdağa keçir. Burada mezenxim hüceyrələri proteolitik 

fermentlər ifraz edərək kirəcləşmiş qığırdağı əridir (xondroliz). Nəticədə diafiz qığırdağı dağılır və onun 

yerində boşluq əmələ gəlir. Bununla yanaşı mezenxim hüceyrələrindən diferensiasiya etmiş osteoblastlar, 

kirəcləşmiş qığırdaq nahiyəsində diafizin daxilində sümük maddəsi yaratmağa başlayır. Bu sümükləşmə 



endoxondral, ya enxondral  sümükləşmə adlanır. Lakin meydana çıxan bu sümükdə  hələ  qığırdağın 

hüceyrəarası maddəsinin qalığına təsadüf olunur. Quruluşca bu sümük toxuması lövhəli xarakterli olur. 




 

49

Histoloji preparatda kəskin bazofilliyə malik olan qığırdaq qalıqları, oksifil boyanan sümük maddəsi 



içərisində asanlıqla aşkar edilir. Daha sonra mezenxim hüceyrələrindən diferensiasiya edən osteoklastlar 

(sümük dağıdan hüceyrələr) endoxondral üsulla əmələ gələn sümük lövhələrini tədricən dağıdır və onun 

yerində ilk sümük iliyi boşluğu meydana çıxır. Bu boşluğa keçən mezenxim toxuması orada olan qan 

damarları ilə birlikdə gələcəkdə sümük iliyinə çevrilir.  

Endoxondral osteogenezlə yanaşı periostal sümükləşmə  də getdikcə güclənir. Lakin periostal 

sümükləşmə perixondral sümükləşmədən fərqlənir. Belə ki, dağılan kobudlifli sümüyün əvəzinə bu üsulla 

lövhəli sümük toxuması yaranır. Bu zaman periostun qan damarları ilk sümük qatı üzəri ilə boylama 

istiqamətdə yayılır və onların  ətrafında osteoblastlar silindrik lövhələr  əmələ  gətirir. Beləliklə, ilk 

osteonlar meydana çıxır. Daha sonra sümüküstlüyü xarici ümumi sümük lövhələri yaratmağa başlayır və 

tədricən periostal sümük endoxondral sümüklə birləşərək bütöv borulu sümüyü əmələ  gətirir. Epifiz 

nahiyəsində sümükləşmə prosesi əvvəlcə endoxondral üsulla gedir. Belə ki, burada qığırdaq  əvvəl 

kirəcləşməyə  uğrayır və onun yerində sümükləşmə prosesi gedir. Lakin epifizin daxilində kobudlifli 

sümük toxuması inkişaf edir. Beləliklə, epifizin daxilində osteonlar əmələ gəlmir.  

Epifizlə diafiz arasında olan hialin qığırdaq qatı uzun müddət (18-20 yaşına qədər) dağılmır və buna 



metaepifizar qığırdaq deyilir. Bu qığırdaq qatı hesabına gələcəkdə borulu sümüklərin uzununa 

böyüməsi baş verir.  

Sümükləşmə zamanı baş verən histokimyəvi dəyişikliklər aşağıdakılardan ibarətdir. Osteoblastlarda 

çoxlu qələvi fosfataza fermenti vardır. Bu fermentlər üzvi fosfor birləşmələrini parçalayır və  nəticədə 

fosfor turşusu qalıqları hasil olur. Bunlar kalsium ionları ilə reaksiyaya girərək kalsium fosfat əmələ 

gətirir. Sonuncu isə kiçik kristallar (sümük apatiti) şəklində hüceyrəarası maddəyə çökür. Sümüyün 

qığırdaq modeli toxumasında çoxlu qlikogen olur. İlk sümükləşmə nöqtələrində qlikogen qığırdaq 

hüceyrələrindən hüceyrəarası maddəyə keçir. Osteoblastların ifraz etdiyi fosforilaza fermenti qlikogenlə 

fosfor ionları arasında reaksiyanı sürətləndirərək qlükozomonofosfatların yaranmasına səbəb olur. Bunlar 

qələvi fosfotaza təsirindən kalsium ionları ilə birləşərək sümük apatitini əmələ  gətirir. Bu işdə 

qlikozaminoqlikanlar və xüsusilə xondroitin sulfat turşusu mühüm rol oynayır.  

Sümükləşmə prosesi bir sıra faktorlardan asılıdır. Bu prosesdə normal qidalanmanın böyük 

əhəmiyyəti vardır. Uşağın yeməyində kalsium ya fosfotların çatışmaması sümükləşməni zəiflədir və hətta 

dayandıra bilər. Sümük maddəsinin  əmələ  gəlməsinə baxmayaraq, o, kirəcləşə bilmir və yumşaq halda 

qalır. Nəticədə sümüklər  əyilir və deformasiyaya uğrayır. Bu, uşaqlarda raxit xəstəliyi üçün çox 

xarakterikdir. Raxit xəstəliyi bəzən yeməkdə kifayət qədər kalsium olduqda belə baş verə bilər. Bunun 

səbəbi D vitamininin çatışmazlığıdır (avitominoz); bu zaman uşağın yeməklə qəbul etdiyi kalsium qana 

sorula bilmir. C vitamininin çatışmazlığı zamanı kollagen liflərin əmələ gəlməsi zəifləyir. Osteoblastlarda 

fosfataza fəallığı enir, nəticədə sümük maddəsi  əmələ  gəlmir və kirəcləşmə baş vermir. Sümükləşmə 

prosesi endokrin vəzlərin fəaliyyətindən də asılıdır. Qalxanətrafı vəzilərin hormonu çox ifraz olunduqda 

sümük dağıdan hüceyrələrin (osteoklastların) miqdarı artır, buna görə sümükdə rezorbsiya (sorulma) baş 

verir, əvəzində isə lifli toxuma meydana çıxır.  



 

Sümük toxumasının regenerasiyası 

 

Sümük toxuması yaxşı regenerasiya qabiliyyətinə malikdir. Sümük sındıqda, adətən, 

sümüküstlüyünün də tamlığı pozulur və nəticədə orada olan hüceyrə elementləri baş verən qıcıqlanmalara 

qarşı reaksiya verir; onlar törəyib artaraq zədə yerinə doğru yerlərini dəyişir və sınan sümük uclarını bir-

biri ilə birləşdirir. Bununla yanaşı sümüküstlüyündə çoxlu qan damarları  və onları  əhatə edən 

osteoblastlar meydana çıxır. Həmin hüceyrələr sümük lövhələri yaratmağa başlayır və getdikcə bunların 

miqdarı artır. Nəhayət, həftə yarım və ya iki həftə müddətində, sınıq yeri hər tərəfdən yeni sümük 

toxuması ilə əhatə olunur və bu toxuma sümük ucları arasına keçərək onları bir-birinə bərk bitişdirir. Yeni 

sümük nahiyəsi nisbətən qalın olur və sümük döyənəyi adlanır. Döyənək nahiyəsində əvvəlcə osteonlar 

olmur, sonra tədricən sümüyün formalaşması ilə  əlaqədar olaraq osteonlar yarana bilər. Sümüyün 

regenerasiyasında endost da iştirak edir. 

Sümüyün ektopik inkişafı 

 

Sümüyün ektopik (yunanca ek – “kənar, xaric” və  topos – “yer”) inkişafı skeletdən kənarda, 

orqanizmin sümük üçün qeyri-adi yerlərində, məs.: böyüklərdə qalxanabənzər vəzidə, iri damarların 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə