Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 

40

Piy toxuması paycıqlı quruluşa malikdir. Paycıqlar müxtəlif formada və ölçüdə olub, kövşək 



birləşdirici toxuma qatı ilə bir-birindən ayrılır. Paycıqların daxilində piy hüceyrələri bir-birinə çox sıx 

yerləşir və buna görə öz formasını  dəyişərək çoxbucaqlı  şəkil alır. Piy hüceyrələri arasında birləşdirici 

toxumanın digər növ hüceyrələrinə də təsadüf olunur. Bunlara fibroblastlar, limfositlər, tosqun hüceyrələr 

və s. aiddir. Bu hüceyrələr də sıxılaraq şəkillərini dəyişir. Paycıqların daxilində nazik kollagen, elastik və 

retikulyar liflərə rast gəlmək olur. Retikulyar liflər piy hüceyrələri ilə daha sıx rabitədə olur və qan 

kapilyarları ilə birlikdə onlar piy hüceyrələrini səbət kimi əhatə edir. Limfa kapilyarlarına isə paycıqlar 

arasında təsadüf olunur. Belə quruluşa malik olan piy toxuması, adətən, ağ piy toxuması adlanır. İnsanda 

bu toxuma dəri altında, xüsusilə kürək sümükləri arasında və onların altında, qarnın ön divarının 

aşağısında, sağrı və bud nahiyələrində, habelə piylikdə, müsariqədə və periton arxasında toplanır.  

Piy toxumasının digər növü tünd, ya boz (qonur) piy toxuması adlanır. Belə toxuma yenidoğulmuş 

uşaqlarda, habelə gəmiricilərdə və s. olur. Uşaqlarda, adətən o boyun nahiyəsində, kürəkdə, döş arxasında 

və s. yerlərdə təsadüf olunur. Burada piy hüceyrələri nisbətən kiçik olur, sıx qan kapilyarları toru ilə əhatə 

olunur. Bu hüceyrələrin sitoplazmasında piy bütöv damla şəklində deyil, çox miqdarda ayrı-ayrı hissələr 

(əlavələr) kimi olur. Burada mitoxondrilər xeyli çoxdur. Piy hüceyrələrinin boz rəngi onun 

mitoxondrilərındə olan sitoxrom adlı dəmirli piqmentlərdən asılıdır. Mitoxondrilərin burada çox olması 

hüceyrələrin oksidləşdirici fəaliyyətinin artıq olması ilə  əlaqədardır. Nəticədə hüceyrələr  ətraf mühitə 

güclü enerji verir. Beləliklə, boz piy toxuması termogenez (istilik əmələ  gətirmək) prosesində çox 

əhəmiyyətlidir. Burada istiliyin meydana çıxması kimyəvi çevrilmələrin nəticəsidir. Təsadüfi deyildir ki, 

qış yuxusuna yatan heyvanlar üçün belə piy toxuması səciyyəvidir.  

Aclıq zamanı piy toxuması adətən azalır, lakin belə hal ağ piy toxuması üçün daha xarakterikdir. 

Lakin yadda saxlamaq lazımdır ki, ağ piy troxumasının bütün hüceyrələri mübadilə prosesində fəal iştirak 

etmir. Buna görə də bəzi yerlərdə, məsələn, ovucda və ayaqaltında, habelə, gözyuvasında ən güclü aclıq 

zamanı belə piy toxuması itmir. Çox güman ki, bu yerlərdə ağ piy mübadilə funksiyası deyil, daha çox 

mexaniki vəzifə ifa edir. Ağ piy eyni zamanda suyun artığı üçün depo vəzifəsi daşıyır. Bədənin fiziki 

termorequlyasında bu piyin xeyli əhəmiyyəti vardır. Ağ piy habelə amortizator rolunu ifa edir. 

 

Selikli toxuma (textus mucosus

 

Selikli, və ya həliməbənzər toxuma yaşlı adamda və  məməlilərdə olmur, ancaq embrional dövrdə 

təsadüf olunur, məsələn, göbək ciyəsinin həliməbənzər toxuması. Bu toxumanın hüceyrə elementləri

başlıca olaraq, xüsusi fibroblastlardan və ya selikli hüceyrələrdən (mukositlərdən) ibarətdir, az miqdarda 

makrofaqlara, habelə limfoid elementlərə də təsadüf olunur. 

Hüceyrəarası maddə fiksasiya olunmamış  təzə toxumada həlimə  bənzəyir və homogen olur. 

Fiksasiyadan sonra isə orada çoxlu kiçik dənələrə və fibrillərə rast gəlinir; onlar əsas boyaqlarla rənglənir. 

Histokimyəvi cəhətdən həlimin tərkibində çoxlu qlikozaminoqlikanlar, xüsusilə hialuron turşusu olur ki, 

bu da boyanma zamanı bazofilliyə  səbəb olur. Daha sonralar selikli toxumanın hüceyrəarası maddəsi 

çoxalır və orada kollagen fibrillər meydana çıxır. Selikli birləşdirici toxuma rüşeymi birləşdirici toxuma 

deyildir, əksinə birləşdirici toxumanın yetişmiş formalarından biridir. Toxuma göbək ciyəsi düşənə qədər 

mövcud olur.  



Piqmentli toxuma (textus conjunctivus pegmentosus

 

Birləşdirici toxumanın bu növündə çoxlu miqdarda piqment hüceyrələri, yəni melanositlər olur. Bu 

toxumaya süd məməciklərinin, xayalığın və anusun ətrafındakı  dəridə, habelə gözün qüzehli qişasında 

təsadüf olunur. 



 

Makrofaqlar sistemi (retikuloendotelial sistem) 

 

Birləşdirici toxumanın ayrı-ayrı növlərinin təsviri göstərdi ki, orqanizmin bu və ya digər növ 

birləşdirici toxumasına aid olan müəyyən qrup hüceyrələr faqositoz qabiliyyətinə malikdir, yəni onlar 

hüceyrənin  ətraf mühitindən kolloid hissəciklərini tutub sitoplazmalarında dənələr  şəkilində toplamağa, 

habelə mikroorqanizmləri, yad cisimləri, ölmüş hüceyrə hissəciklərini udmağa qabildir. Mübadilə 

prosesində  fəal iştirak edən bu hüceyrələr orqanizmdə, eyni zamanda mühüm mühafizə  əhəmiyyəti 

daşıyır. Mezenxim mənşəli toxumalara mənsub olan bütün bu hüceyrələrin cəminə makrofaqlar sistemi

və ya retikuloendotelial sistem deyilir. Makrofaqlar sistemi terminini ilk dəfə  İ.İ.Mecnikov təklif 




 

41

etmişdir; daha sonra alman patoloqu Aşorf bu sistemə retikuloendotelial sistem adı vermişdir. Birinci 



termin bu sistemə aid olan hüceyrələrin fəaliyyətinə  əsaslanır, ikinci termin isə morfoloji prinsipə 

əsaslanaraq həmin hüceyrələrin mənsub olduğu toxuma növlərini bildirir.  

Makrofaqlar sisteminə kövşək birləşdirici toxumanın makrofaqları, qanyaradıcı orqanların faqositoz 

qabiliyyətinə malik retikulyar hüceyrələri, qaraciyər kapilyarlarının ulduzabənzər (Kupfer) hüceyrələri, 

qanyaradıcı orqanların sinusoid tipli qan kapilyarlarını örtən hüceyrələr (sahil hüceyrələri), böyrəküstü 

vəzi və hipofiz kapilyarlarının endotel hüceyrələri, ağciyərin "toz" hüceyrələri aiddir. Makrofaqlar sistemi 

orqanizmin həm ümumi və həm də yerli mühafizə reaksiyalarında çox böyük rol oynayır; belə ki, onlar 

orqanizmə düşən mikroorqanizmləri və digər yad cisimləri, zəhərli maddələri və s. zərərsizləşdirir. 

Makrofaqlar immuntetin yaranmasında bilavasitə iştirak edir.  

 

Qan və birləşdirici toxuma hüceyrələrinin qarşılıqlı münasibəti 

 

Qan və birləşdirici toxuma arasında nəinki mənşə vəhdətliyi vardır, onlar həm də fəaliyyət cəhətdən 

də bir-birinə çox yaxındır. Hər iki toxumanın hüceyrə elementləri öz dəyişkən təbiəti ilə  fərqlənir və 

mövcud olduqları şəraitin dəyişilməsinə tez və asanlıqla reaksiya verir. Lakin bu iki toxuma arasındakı 

qarşılıqlı münasibət sağlam orqanizmdə bir o qədər nəzərə çarpmır, patoloji dəyişikliklər və 

eksperimental  şəraitdə bunlar daha qabarıq  şəkildə  təzahür edir. İltihab zamanı bu qarşılıqlı münasibət 

asanlıqla aşkar olur. İltihab orqanizmin bu və ya digər zəhərli agentlərə qarşı verdiyi mühafizə 

reaksiyasıdır. Həmin reaksiya orqanizmdə  həm ümumi şəkildə (temperatur yüksəkliyi, qanın tərkibinin 

dəyişilməsi və s.), həm də yerli olaraq təzahür edir. Yerli reaksiya bilavasitə iltihab ocağında baş verir, 

orada morfoloji, biokimyəvi, fiziki-kimyəvi və funksional dəyişikliklər müşahidə olunur. Eksperimental 

şəraitdə prosesi yaratmaq üçün müxtəlif üsullar vardır. Çox geniş istifadə olunan aspetik (mikrobsuz) 

iltihab formasıdır. Belə iltihab yaratmaq üçün heyvanın dərialtı birləşdirici toxumasına steril 

(mikrobsuzlaşdırılmış) yad cisim (məs.: şüşə, selloidin, infuzor torpaq və s.) yeridilir. Bu zaman həmin 

toxuma zədələnir və  zədə yerində  tədricən iltihab dəyişiklikləri baş verir. Qan və birləşdirici toxuma 

hüceyrələri tərəfindən müşahidə olunan morfoloji dəyişiklikləri üç mərhələyə bölmək olar: leykositar 

mərhələ, makrofaqlar mərhələsi və fibroblastlar mərhələsi.  

Leykositar mərhələ zamanı (iltihabın birinci saatlarından başlayaraq) iltihab nahiyəsinin 

kapillyarları və digər kiçik damarları genişlənir, onların divarından qan plazması toxumaya sızır. Bununla 

yanaşı iltihab ocağında müşahidə olunan kimyəvi dəyişikliklərə cavab olaraq neytrofillər qandan oraya 

keçir. Onlar yad cisimi hər tərəfdən əhatə edərək leykosit lövhəsi yaradır. Birinci günün axırında həmin 

lövhə xeyli qalınlaşır və neytrofillərin keçməsi dayanır. Sonra leykositlər lövhəsinin neytofilləri 

dağılmağa başlayır, lizosomun fermentləri iltihab ocağına tökülür və  tədricən ölmüş hüceyrə 

hissəciklərini əridir. Nəticədə orada süd turşusu toplanır, toxumanın turşuluğu artır (pH-7,0-6,8-ə qədər 

enir) və makrofaqların yaranması üçün şərait yaranır; bununla ikinci mərhələ başlayır.  

Makrofaqlar mərhələsində qandan toxumaya keçən monositlərin makrofaqlara çevrilməsi ilə yanaşı 

toxumanın öz hüceyrələri də, başlıca olaraq histiositlər və az diferensasiya etmiş hüceyrələr bölünüb 

artaraq makrofaqlara diferensasiya edir. Makrofaqlar iltihab nahiyəsində olan hüceyrə  və toxuma 

qırıntılarını fəal surətdə udaraq, regenerasiya prosesinin getməsi üçün xüsusi maddələr ifraz edir. 

Üçüncü mərhələdə fibroblastlar fəaliyyətə başlayır. Bunlar bir tərəfdən bölünüb artır, digər tərəfdən 

isə az diferensasiya etmiş adventisial və retikulyar hüceyrələrdən yaranır. Fibroblastlar iltihab ocağına 

keçərək orada paralel sıralarla toplanır və tədricən kollagen əmələ gətirmə fəaliyyətinə başlayır. Beləliklə, 

yad cisim ətrafında prekollagen liflər toplanaraq kapsul əmələ gətirir; bununla da dağılmış toxuma bərpa 

olunur.  

Birləşdirici toxuma ilə qan arasında müşahidə olunan belə sıx qarşılıqlı rabitə başqa şəraitlərdə də 

müşahidə olunur; məs.: orqanizmdən xaricdə qanı xüsusi mühitdə  əkdikdə onun hüceyrələrinin 

(limfositlər və monositlər) fibroblastlara və makrofaqlara çevrildiyini, habelə hüceyrəarası maddənin 

əmələ gəldiyini asanlıqla izləmək olar. Qanyaranma bəhsində qeyd olunan ekstramedulyar mielopoez də 

qan və birləşdirici toxuma hüceyrələri arasındakı qarşılıqlı münasibəti açıq-aşkar nümayiş etdirir.  



Qığırdaq toxuması 

 

Qığırdaq toxuması birləşdirici toxumanın başlıca olaraq mexaniki fəaliyyət ifa edən növlərindən 



biridir. Ümumi quruluş prinsipi, yəni hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmaq burada da 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə