Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 

32

Elektron mikroskopu ilə müəyyən edilmişdir ki, fibroblastların sitoplazmasında Holci kompleksi və 



dənəli tipli sitoplazmatik tor yaxşı inkişaf etmişdir, mitoxondrilər azdır, lizosomlar, xüsusilə cavan 

formalarda tez-tez təsadüf olunur [1, s. 105, şək.12.3 və 12.4]. Sitoplazmatik torun kanalları çox vaxt 

genişlənərək mitsellalarla dolu sisternalar əmələ gətirir. Sitoplazmada, habelə incə fibrillyar strukturlar və 

mikroborucuqlar tapılmışdır.  

Histokimyəvi tədqiqatlar sitoplazmada qlikogen, qlikozaminoqlikanlar, ribonukleoproteidlər və 

fermentlər aşkar etmişdir. Fermentlərdən kollagenaza, turş fosfotaza və qlikolitik fermentlər daha fəaldır. 

Fibroblastlar sürüşmə tipli cüzi hərəkət qabiliyyətinə malikdir. Onlar mitoz və amitoz üsulu ilə bölünüb

arta bilir. Belə homoblastik (yəni az diferensasiya etmiş fibroblastlardan) artma ilə yanaşı, fibroblastlar 

heteroplastik yolla da çoxalır. Bu zaman sütun hüceyrələrindən, az diferensiasiya etmiş hüceyrələrdən və 

s. mənbələrdən əmələ gələ bilər. İnkaişaf dövrünü bitirmiş fibroblastlar fibrositlər adlanır. 

Orqanizmdə fibroblastların  şəkildəyişmələrinə  də  təsadüf olunur. Fibroklastlar orqanlarda 

involyusiya zamanı meydana cıxırlar. Faqositoz yolu ilə hüceyrəarası maddəni lizisə uğradırlar.  

Miofibroblastlar regenerasiya proseslərində meydana cıxaraq yaraların sağalmasını  təmin edirlər. 

Onlar hüceyrəarası maddənin komponentlərini sintez etməklə yanaşı, sitoplazmada  miofilamentlərinin 

aktiv sintez olunması nəticəsində təqəllüs funksiyasını da yerinə yetirirlər.  

 

MAKROFAQLAR 

 

Makrofaqlar anlayışını histologiyaya İ.İ.Meçnikov daxil etmişdir. Bu ad altında birləşdirici 

toxumanın başlıca olaraq faqositoz qabiliyyətinə malik olan hüceyrələri düşünülür. Makrofaqlar udduqları 

hissəcikləri həzm edir; onlar ətraf mühitdən kolloid hissəciklərini udaraq onları sitoplazmada dənələr 

şəklində toplayır. Makrofaqlar iki qrupa bölünür: oturaq makrofaqlar, ya histiositlər və  sərbəst 

makrofaqlar, ya poliblastlar. Histiositlər kövşək birləşdirici toxumanın daimi hüceyrəvi elementləridir

sərbəst makrofaqlar isə iltihab nəticəsində  və ya digər qıcıqlandırıcı  təsirlərdən birləşdirici toxumada 

meydana çıxır (ətraflı məlumat üçün bax: [5]).  

Makrofaqların orqanizm üçün böyük mühafizə əhəmiyyəti vardır, belə ki, onlar mikroorqanizmləri, 

yad cisimləri, ölmüş hüceyrə hissəciklərini udaraq öz sitoplazmalarında  əridib həzm edir, zəhərli 

maddələri neytrallaşdırır. Makrofaqlar habelə immun reaksiyaların gedişində iştirak edirlər, antigeni udub 

parçalamaqla yanaşı onun fraqmentlərini öz zarındakı reseptorlara düzməklə limfositlərə təqdim edirlər. 

Makrofaqlar T- və B-limfositlərin aktivatorlarını, antivirus, antibakterial və sitolitik təsirli maddələr 

sintez edərək immun müdafiə reaksiyalarının gedişində iştirak edirlər. Bununla da orqanizmin infeksiyaya 

da davamlılığı təmin edilir. Makrofaqlar, eyni zamanda digər müdafiə proseslərində də fəal iştirak edir. 

Onlar orqanizmin daxili mühitini təmizləyir, qandan birləşdirici toxumaya keçən zülal molekullarını udub 

parçalayır və onları amin turşularına çevirir. Makrofaqlar quruluşca çox dəyişkəndir; onlar müxtəlif 

formada (girdə, uzun və s.) olur [1, s. 107, şək.12.8]. Ölçüləri fibroblastlara nisbətən kiçikdir, lakin 

hüdudları çox aydın və girintili-çıxıntılıdır. Nüvə adətən bir ədəd, girdə və ya oval, ya da paxla şəklində 

olur, tünd boyanır, xromatin dənələri sıx yerləşir və buna görə  də nüvəcik aydın seçilir. Sitoplazma 

bazofil xarakterlidir, içərisində çoxlu dənələr və qovuqcuqlar, o cümlədən pinositoz qovuqcuqları olur. 

Elektron mikroskopu vasitəsilə makrofaqların sitoplazmasında kifayət qədər mitoxondrilər, 

sitoplazmatik torun və Holci kompleksinin zarlı strukturları müəyyən edilmişdir. Lizosomlar çox olur

xeyli faqosom (həzm qovuqcuqları) nəzərə çarpır [1, s. 107, şək.12.8]. Hüceyrə qişası üzərində  dərin 

büküşlər mikroxovcuqlar görünür. Histokimyəvi tədqiqat sitoplazmada ribonukleoproteidlər, qlikogen, 

qlikozaminoqlikanlar, oksidləşdirici və hidrolitik fermentlər aşkar etmişdir. Fermentlərdən turş fosfataza 

və esterazalar daha fəal olur.  

Makrofaqlar amöbvarı hərəkət qabiliyyətinə malikdir. Lakin müxtəlif fiziki-kimyəvi şəraitdə onların 

hərəkət sürəti eyni deyildir. Zədələnmələr və iltihab zamanı makrofaqlar fəal surətdə  həmin nahiyələrə 

yaxınlaşır; onların sitoplazmasında qlikogenin miqdarı artır, bunlar makrofaqlar üçün əsas enerji 

mənbəyidir, belə ki, parçalandıqca güclü enerji hasil olur. Bu enerji faqositoz prosesində  sərf olunur. 

Faqositoz zamanı lizosomlarda olan turş fosfatazanın fəallığı daha da artır, çünki bunlar bilavasitə udulan 

hissəciklərin həzmində iştirak edir.  



 

33

Makrofaqlar qan damarları və piy hüceyrələri çox olan yerlərdə, habelə müxtəlif orqanların stroma 



və kapsulunda daha artıq təsadüf olunur. Onlar ya tək-tək, ya da kiçik qruplarla yerləşir və bir qayda 

olaraq digər hüceyrələrdən təcrid olunur.  

 

Tosqun hüceyrələr (labrocyti

 

Tosqun hüceyrələr kövşək birləşdirici toxumanın daimi hüceyrələrindəndir, xarici görünüşcə qanın 

bazofillərini xatırlatdıqları ücün toxuma bazofilləri də adlandırılırlar. Bunlar müxtəlif formalarda – oval, 

uzun, çıxıntılı  və s. olur. Tosqun hüceyrələr amöbvarı  hərəkət edə bilir, bu zaman onların forması  və 

ölçüsü dəyişir. İnsanda bu hüceyrələrin uzunluğu 22 mikrona, eni isə 14 mikrona çatır.  

Tosqun hüceyrələrin sitoplazmasında spesifik bazofil dənələrin olması  səciyyəvidir [1, s. 108, 

şək.12.9]. Dənələr istər böyüklük və istərsə  də miqdar cəhətdən dəyişkəndir. Bunlar metaxromatik 

boyanmaq qabiliyyətinə malikdir. Həmin dənələrdə histokimyəvi cəhətdən heparin, histamin, turş 

mukopolisaxaridlər (hialuron turşusu, A və C tipli xondroitin sulfat turşuları), bəzən isə serotonin aşkar 

edilmişdir. Heparinin burada çox olduğunu nəzərə alaraq tosqun hüceyrələrə  bəzən heparinositlər də 

deyilir. Orqanellər zəif nəzərə çarpır. Sitoplazmanın  əsas maddəsində fermentlərdən turş  və  qələvi 

fosfatazalar, lipaza, histidindekarboksilaza, peroksidaza, sitoxromoksidaza, adenozin-tri-fosfataza və s. 

habelə mukopolisaxaridlər, lipoidlər və qlikoproteidlər vardır. Tosqun hüceyrələrin nüvəsi kiçik, girdə, ya 

oval  şəklində, xromatinlə  zəngin olur. Nadir hallarda hüceyrənin iki nüvəsi olur. Elektron mikroskopu 

vasitəsilə  dənələrin 0,3-1 mikron böyüklükdə  sıx cisimcik olduğunu müəyyənləşdirilmişdir [1, s. 108, 

şək.12.9], bunların maddəsi tor, və ya lövhəli quruluşa malik olur. Ehtimal edirlər ki, tosqun hüceyrələr 

heparin ifraz edərkən dənələrini itirib deqranulyasiya edir, digər maddələr, məs.: histamin ifrazı zamanı 

isə hüceyrənin dənəli quruluşu dəyişmir. 

Heparin, histamin xaric edən bu hüceyrələr yerli homeostazın təmin olunmasında iştirak edirlər. 

Müəyyən olunmuşdur ki, tosqun hüceyrələrin zarında qanın bazofil leykositlərində olduğu kimi IqE 

reseptorları  və bura adsorbsiya olunmuş IgE olur. Antigen bu IgE ilə  əlaqə yaratdıqda tosqun 

hüceyrələrdən histamin xaric olur ki, bu da ətraf damarları genişləndirir, keçiriciliyi artırır. Nəticədə 

toxumada iltihabi allergik reaksiya inkişaf edir.  

Tosqun hüceyrələrin mənşəyi haqqında müxtəlif fikirlər vardır; bunların nadir hallarda mitoz və 

amitoz yolu ilə də çoxalmaları, habelə digər hüceyrə formalarından (sütun hüceyrələrindən və s.) əmələ 

gəlməsi ehtimal olunur.  

Tosqun hüceyrələr çox vaxt kiçik qan və limfa damarları ətrafında qruplarla yerləşir. İnsanda timus 

vəzisində, mədə sistemində, badamlarda, uşaqlıqda, süd vəzisində və s. bu hüceyrələr daha çox təsadüf 

olunur. Hamiləlik zamanı  uşaqlıqda və süd vəzilərində,  şiddətli həzm vaxtı  mədədə, bağırsaqlarda və 

qaraciyərdə bunların miqdarı xeyli artır.  

Qeyd etmək lazımdır ki, qanda bazofilləri az olan heyvanlarda (məs.: siçanlarda) birləşdirici 

toxumada tosqun hüceyrələrin miqdarı çox olur və  əksinə, qanda bazofilləri çox olan heyvanlarda 

(məs.:dovşanlarda) birləşdirici toxumada tosqun hüceyrələr az olur. 

Tosqun hüceyrələr heparin, histamin və serotonin kimi fizioloji fəal maddələr sintez edir. Bu 

hüceyrələrin birləşdirici toxumanın  əsas maddəsinin  əmələ  gəlməsində, qanın laxtalanmasının qarşısını 

alınmasında və s. rolu vardır. Heparin qanda lipidləri azaldır, beləliklə, arteriyaların divarında xolesterin 

və lipidlərin toplanmasına mane olaraq ateroskleroz prosesinin qarşısını alır. Tosqun hüceyrələrin 

birləşdirici toxumada huceyrəarası maddənin tərkibini tənzim etdiyi haqqında da fikir vardır. 

 

Plazmatik hüceyrələr (plasmocyti

 

Plazmatik hüceyrələr kövşək birləşdirici toxumanın hüceyrələrindən olub girdə, oval, ya çoxbucaqlı 

şəkildə, nisbətən kiçik hüceyrələrdir; diametrləri təxminən 6-9 mikrona bərabərdir. Qeyd etdiyimiz kimi 

plazmatik hüceyrələr antigen stimulyasiyası  nəticəsində qanın B-limfositlərindən yaranaraq 

immunoqlobulinlər (antitellər) sintez edirlər. Nüvələri girdə, və ya ovalşəkilli, çox vaxt ləkəli görünür ya 

da milləri olan çarxı xatırladır [1, s. 109, şək.12.10]. Bu isə tünd rəngli, bəzən üçbucaq şəkilli kobud 

xromatin qaymacıqların şüa istiqamətində yerləşməsindən asılıdır. Nüvə, adətən eksentrik vəziyyətdə olur 

və yanında sitoplazmanın açıq rəngli perinuklear sahəsi müəyyən edilir. Bu sahə çox vaxt mərkəzi 

vəziyyət alır və böyüklüyünə görə nüvəyə yaxınlaşır. Bu sahəyə, adətən hüceyrənin həyəti və ya sferası 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə